Category: İdman

  • “Qarabağ” azarkeşlərinə 50 manatlıq bilet almaqda kömək edəcək – YENİLƏNİB

    “Neftçi”nin bizimlə oyuna biletlərin qiymətini 50 manata qaldırmasını birinci dəfə sizdən eşidirəm.

    Bunu oxu.az-a “Qarabağ”ın icraçı direktoru Əmrah Çəlikəl bildirib.

    O qeyd edib ki, bilet artımını kommersiya məqsədilə ediblər:

    “Neftçi”nin siyasətinə başqa klub olaraq qarışa bilərik. Bu qiymət artımında “Qarabağ” azarkeşlərinin stadiona gəlməsinin qarşısının alınması məqsədi də ola bilər, başqa səbəb də ola bilər.

    Amma istənilən halda biz klub olaraq azarkeşlərimizin arxasındayıq. Onlar üçün bilet təşkilində yardımçı olmağa hazırıq”.

    * * * * *

    Bu, Azərbaycan derbisidir. Ona görə də biletlərin qiymətini 50 manata qaldırdıq.

    Bunu oxu.az-a “Neftçi”nin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev biletlərin 1-5 manatdan 50 manata kimi artırılmasını şərh edərkən bildirib.

    O qeyd edib ki, biletlərdə qiymət artımı kommersiya məqsədi ilə edilib:

    “Neftçi” – “Qarabağ” oyunu çempionatın son turunun mərkəzi qarşılaşması olduğuna görə çox sayda azarkeşin gələcəyi gözlənilir. Bu üzdən biz də biletlərin qiymətini qaldırmaq qərarına gəldik. İstəyən pul verib, bilet alsın.

    Ümumiyyətlə, bizdə həmişə biletlər oyun günü satılıb. Yəni bu oyun üçün əvvəlki günlərdə 1 manatlıq bilet heç kimə satılmayıb”.

    * * * * *

    Azərbaycan Premyer Liqasının XXVIII turu çərçivəsində bu gün saat 18:00-da “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” oyununun biletlərinin qiyməti qaldırılıb.

    Meydan sahibi “Neftçi” bu oyuna biletlərin qiymətinin bütün sektorlara 50 AZN təşkil etdiyini açıqlayıb.

    Biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.

    Bundan əvvəl “Neftçi”nin oyununa biletlərin qiyməti 1-5 manata olurdu.

    Qeyd edək ki, “Neftçi”ni çempionluqdan edən “Qarabağ” komandası bu gün qızıl medalları məhz bu meydanda alacaq və kuboku bu stadionda başı üzərinə qaldıracaq.

    //oxu.az

  • В Баку стартует второй день Большого шлема

    Bakıda keçirilən ənənəvi cüdo üzrə “Böyük Dəbilqə” (Grand Slam) turnirində idmançılarımızın mübarizəsi davam edir.

    Artıq dörd qadın idmançımız uduzaraq mübarizəni dayandırıb.

    Kişi cüdoçularımızdan medal ümidlərimiz – Rüstəm Orucov və Hidayət Heydərov mübarizələrini davam etdirir.

    Qadınlar

    -63 kq

    Diana Şoranova qazaxıstanlı rəqibinə qalib gəldi. O, 1/8 finalda polşalı Aqata Ozdoba-Blaxla qarşılaşdı və uduzdu.

    Nuriyyə Axundova ispaniyalı rəqibinə uduzdu.

    -70 kq

    Aidə Baxışova almaniyalı rəqibinə uduzdu.

    Günel Həsənli avstraliyalı rəqibinə uduzdu.

    Kişilər

    -73 kq

    Rüstəm Orucov Moldovadan olan rəqibinə qalib gəldi. O, 1/8 finalda monqolustanlı Batbold Bulqanla qarşılaşacaq.

    Hidayət Heydərov özbək rəqibinə qalib gəldi. O, 1/8 finalda macarıstanlı Friqyeş Sabo ilə qarşılaşacaq.

    Telman Vəliyev qazaxıstanlı rəqibinə qalib gəldi. O, 1/8 finalda türkiyəli Bilal Çiloğlu ilə qarşılaşacaq.

    Rüfət Məmmədov Səudiyyə Ərəbistanından olan rəqibinə qalib gəldi. O, 1/16 finalda israilli Tohar Butbulla qarşılaşdı və uduzdu.

    -81 kq

    Murad Fətiyev çexiyalı rəqibinə qalib gəldi. O, 1/8 finalda gürcüstanlı Tato Qriqalaşvili ilə qarşılaşacaq.

    Afiq Səfərli fransalı rəqibinə uduzdu.

    Hasil Cəfərov türkiyəli rəqibinə qalib gəldi. O, 1/8 finalda israilli Saqi Muki ilə qarşılaşacaq.

    Araş Ağayi Almaniyadan olan rəqibinə qalib gəldi. O, 1/16 finalda ispaniyalı Alfonso Urkiza Solana ilə qarşılaşacaq.

    10:57

    Bakıda keçirilən ənənəvi cüdo üzrə “Böyük Dəbilqə” (Grand Slam) turnirində ikinci günə start verilib.

    Oxu.Az xəbər verir ki, bu gün qadın və kişi cüdoçular hərəsi iki çəki dərəcəsi olmaqla mübarizəyə qoşulub.

    12 cüdoçumuz bu gün medal uğrunda mübarizə aparacaq.

    Qadınlar

    -63 kq

    1/16 final. Diana Şoranova – Akniyet Turdan (Qazaxıstan)

    1/16 final. Nuriyyə Axundova – Kristina Kabana Peres (İspaniya)

    70 kq

    1/16 final. Aidə Baxışova – Laura Varqas Kox (Almaniya)

    1/16 final. Günel Həsənli – Aoyfe Kaflan (Avstraliya)

    Kişilər

    73 kq

    1/16 final. Rüstəm Orucov – Madiyar Sembayev (Qazaxıstan) / Kornel Andries (Moldova) cütünün qalibi

    1/16 final. Hidayət Heydərov – Obidxon Nomonov (Özbəkistan)

    1/16 final. Telman Vəliyev – Janbolat Baqtberqenov (Qazaxıstan)

    1/32 final. Rüfət Məmmədov – Süleyman Həməd (Səudiyyə Ərəbistanı)

    81 kq

    1/16 final. Murad Fətiyev – Eoyn Kaflan (Avstraliya) / Yaromir Musil (Çexiya) cütünün qalibi

    1/32 final. Afiq Səfərli – Alfa Umar Calo (Fransa)

    1/32 final. Hasil Cəfərov – İlkər Güldürən (Türkiyə)

    1/32 final. Araş Ağayi – Aleksander Veçerzak (Almaniya)

    Qeyd edək ki, 2020-ci il Tokio Olimpiadasına lisenziya xalları verən bu yarışda Nicat Şıxəlizadə (-66 kq) dünən gümüş medal qazanıb.

    //oxu.az

  • Nicat Şıxəlizadə: “Əsas odur ki, medalsız qalmadım”

    “Final görüşündə qələbə qazanmaq barədə düşünürdüm. Bu idmançını 2-3 dəfə məğlub etmişəm. İndi də qalib olmaq istəyirdim. Yarış da vətənimdə keçirilir. Sadəcə olaraq, cüzi səhvə görə uduzdum. Buna üzülürəm. Əsas odur ki, finala yüksəldim və medalsız qalmadım”.

    Median.Az report-a istinadən xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə keçirilən Böyük Dəbilqə turnirində gümüş medal qazanan Nicat Şıxəlizadə söyləyib.

    66 kq çəki dərəcəsində yarışan idmançı bildirib ki, qarşıdakı əsas hədəfi II Avropa Oyunlarında uğur qazanmaqdır. 30 yaşlı cüdoçu Belarusun paytaxtı Minskdəki yarışda ölkəni layiqincə təmsil etmək istədiyini deyib.

    Şıxəlizadə komanda yoldaşlarının bu gün medal qazana bilməməsinə də toxunub: “Bu gün çıxış edən bəzi idmançılardan da medal gözləyirdik. Bunların əksəriyyəti gəncdir. Bu da böyük bir yarışdır. Özlərini sınamalı idilər. Ümid edirəm ki, qarşıdakı yarışlarda yaxşı çıxış edərlər. Turnir “Tokio-2020″yə lisenziya reytinq xalları verir. Qarşıdakı yarışlarda da xal yığıb, olimpiadada iştirak etmək istəyirəm”.

  • Azərbaycanlı boksçu Sarkisyanı məğlub etdi – VİDEO

    Azərbaycanlı boksçu Rahil Məmmədli (91 kq) Rusiyada kişi boksçular arasında “Sankt-Peterburq qubernatorunun kuboku”nda 1/4 final mərhələsində ermənistanlı boksçu Henrik Sarkisyanla görüşüb.

    Bununla bağlı Azərbaycan Boks Federasiyası məlumat yayıb.

    Döyüş zamanı azərbaycanlı boksçu rəqibinə heç bir şans verməyərək, layiqli qələbə qazanıb – 4:1 (28:27, 29:26, 29:26, 27:28, 29:26).

    R.Məmmədlidən başqa, 10-cu dəfə keçirilən ənənəvi beynəlxalq turnirdə Məhəmməd Abdullayev (+91 kq) və 52 kq çəki dərəcəsində qüvvəsini sınayan Məsud Yusifzadə də adını yarımfinala yazdırıb.

    Onlardan fərqli olaraq, Kamran Şahsuvarlı (75 kq) rusiyalı Aleksey Semikinə, Rauf Rəhimov (81 kq) özbəkistanlı Kozimbek Mardonova məğlub olub.

    Qeyd edək ki, yarışda 15 ölkə yığması mübarizə aparır.

  • Lyuka düşərək zədələnən bolid təmir edildi

    “Formula-1” Azərbaycan Qran-Prisi zamanı qəzaya düşərək, sıradan çıxmış “Williams” komandasının bolidi tam təmir olunub.

    Autosport.com portalının məlumatına görə, bununla bağlı komandanın rəhbərinin müavini Kler Uilyams açıqlama verib.

    O bildirib ki, bolid bu həftəsonu İspaniyada keçiriləcək Qran-Pridə iştirak edə biləcək:

    “Bakıda baş verən qəza zamanı bolidin iki şassisi sıradan çıxmışdı. Onlar təmir edilib və daha bir ehtiyat şassi gətirilib. Uşaqlar inanılmaz iş görüblər. Rasselin bolidinin təmirinə görə Bakı turnirinin təşkilatçıları kompensasiya verməyə razıdırlar. Bakıda yarışların promouterləri ilə görüşdüm. Onlar da anlayır ki, bu, mümkün qədər tez olmalıdır. Onlar çox nəzakətli idi və bundan çox məmnunam”.

    Xatırladaq ki, birinci sərbəst yürüşü zamanı “Williams” komandasının pilotu Corc Rasselin bolidi kanalizasiya lyukuna ilişib. Hadisə nəticəsində bolid zədələnib və C.Rassel ikinci sərbəst yürüşü buraxmalı olub.

  • Bakıda London derbisi olacaq – VİDEO

    Mayın 29-da həlledici matçı Bakıda keçiriləcək UEFA Avropa Liqasının ikinci finalçısının da adına aydınlıq gəlib.

    Bu, İngiltərənin “Çelsi” klubu olub.

    Lakin “Çelsi” buna çətinliklə nail olub. Frankfurt şəhərində olduğu kimi, Londonda da Almaniyanın “Ayntraxt” klubu ilə matç 1:1 hesabı ilə başa çatıb. Görüşün əlavə 30 dəqiqəsində də hesab dəyişməyincə, penaltilər seriyasına müraciət edilib. Burda daha təcrübəli “Çelsi” qalib gəlib – 4:3.

    Beləliklə, Bakı Olimpiya Stadionunda keçiriləcək finalda London derbisi olacaq. “Arsenal” və “Çelsi” məhz ikinci dəfə Bakıya gələcək. Bu dəfə onlar “Qarabağ”la qrup qarşılaşması üçün yox, bu turniri qazanmaq üçün paytaxtımıza təşrif buyuracaq.

  • “Arsenal” Bakıya gəlir – VİDEO

    Mayın 29-da həlledici matçı Bakıda keçiriləcək UEFA Avropa Liqasının ilk finalçısının adına aydınlıq gəlib.

    Bu, İngiltərənin “Arsenal” klubu olub.

    Londonda İspaniyanın “Valensiya” komandasına 3:1 hesabı qalib gələn “Arsenal” bu dəfə İspaniyada 4:2 hesablı qələbəyə sevinib. Bu görüşdə “Arsenal”ın qabonlu hücumçusu Pyer-Emerik Obameyanq het-trik edib. Maraqlıdır ki, Londondakı ilk matçda olduğu kimi, bu dəfə də hesabı Valensiya təmsilçisi açıb.

    Bununla da “Arsenal” finala çıxıb. Xatırladaq ki, “Arsenal” cari mövsüm artıq ikinci dəfə Bakıya gələcək. Henrix Mxitaryanın oynadığı “topçular” payızda Avroliqanın qrup mərhələsində məhz “Qarabağ”ın mübarizə apardığı qrupda yer almışdı.

    Qeyd edək ki, Bakıya gələcək ikinci finalçının adı “Çelsi” – “Ayntraxt” oyunundan sonra müəyyənləşəcək. Hazırda Londondakı matç Almaniyadakı oyun kimi 1:1 hesabı ilə başa çatdığından, bu qarşılaşmada əlavə 30 dəqiqə oynadılır.

    //oxu.az

  • Azərbaycan millisinin futbolçusu “Səbail” klubundan ayrıldığını açıqlayıb

    Azərbaycan milli komandasının futbolçusu Ruslan Qurbanov “Səbail”dən ayrılıb.

    Median.Az-ın report-a istinadən məlumatına görə, bu barədə 28 yaşlı hücumçu şəxsi “Facebook” hesabı vasitəsi ilə açıqlama verib.

    Forvard bildirib ki, bu qərarı qəbul etmək çətin olub. O, özü üçün ən əsas şeyin futbol oynamaq olduğunu vurğulayıb: “Komandaya Avropa Liqasında uğurlar arzulayıram. Kluba isə bizə verdiyi dəstəyə görə təşəkkürümü bildirirəm”.

    Qeyd edək ki, Ruslan Qurbanov 2018-ci ilin yayından “Səbail”də çıxış edir.

  • Rusiyalı futbolçulara hökm oxundu

    Rusiyanın Zenit klubunun hücumçusu Aleksandr Kokorinlə Krasnodar-ın yarımmüdafiəçisi Pavel Mamayevə hökm oxunub.

    Moskvanın Presnenski rayon məhkəməsi cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə A.Kokorinin 1,5 il, P.Mamayevin isə 1 il 5 ay müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb.

    Davanın digər iştirakçıları – A.Kokorinin qardaşı Kirillə 1,5 il, onların dostu Aleksandr Protasovitskiyə isə 1 il 5 ay iş kəsilib. Onlar qərar qüvvəyə minənə qədər həbsdə qalacaqlar.

    Qeyd edək ki, futbolçularla yanaşı, A.Kokorinin qardaşı Kirill və onların dostu A.Protasovitski ötən il oktyabrın 11-də həbs ediliblər. Onlar Sənaye və Ticarət Nazirliyi Departamentinin rəhbəri Denis Pak, həmçinin Birinci kanalın aparıcısı Olqa Uşakovanın sürücüsü Vitali Solovçuku döyməkdə ittiham olunurdular.
    //goal.az

  • Dünya çempionu intihar edib

    Hokkey üzrə Çexiya millisinin sabiq üzvü Adam Svoboda dünyasını dəyişib.

    Median.Az report-a istinadən xəbər verir ki, Çexiya mətbuatı 41 yaşlı idmançının intihar etdiyini yazıb.

    Qeyd edək ki, Adam Svoboda 2015-ci ildə Çexiya yığması ilə dünya çempionatının qalibi olub.