Category: İdman

  • “Avroliqa”nın bilet satışından əldə olunan gəlir hansı quruma veriləcək?

    Avropa Liqasının final oyununa görə bilet satışından əldə olunan gəlir UEFA-ya gedəcək.

    Bunu AFFA-nın Marketinq və Sponsorluq Departamentinin müdiri Tural Piriyev Bakıda AFFA və UEFA-nın təşkilatçılığı ilə keçirilən “Futbol və Biznes” sammitində deyib.

    O bildirib ki, Bakı finala ev sahibliyi üçün bir sıra şəhərlərlə rəqabət aparıb. Azərbaycan dövlətinin dəstəyi və təmin etdiyi şərtlər sayəsində bu hüquq Bakıya verilib.

    Piriyev Avropa Liqasının final matçı üçün bilet satışından əldə olunacaq məbləğin yalnız UEFA-nın büdcəsinə gedəcəyini də bildirib.

    Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalda İngiltərənin “Arsenal” və “Çelsi” komandaları üz-üzə gələcək.

    //oxu.az

  • Maraqlı, parlaq, həyəcanlı – Bakıda Avropa Çempionatının açılış mərasminin məşqləri – FOTOREPORTAJ

    Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa Çempionatının açılış mərasiminin məşqləri keçirilib.

    Median.Az Trend-ə istinadən bildirir ki, bədii gimnastika sevərləri möhtəşəm bir açılış mərasimi gözləyir.

    Azərbaycan milli komandasının gimnastları və xoreoqrafları tərəfindən hazırlanan maraqlı sujet xətti, akrobatika və gimnastika çıxışları, mürəkkəb və rəngli kostyumları heyranedicidir.

    Böyük monitorda nümayiş etdirilən videoqrafika tamaşaçılara sujet xəttinə daha da hakim olmağa yardım edir.

    Sujet xətti paralel dünyalardan iki qardaşın – Su adamın və Alov adamın hekayəsindən bəhs edir. Oyun oynayan qardaşlardan Su adam digərini məğlub edir və 8 medal qazanır. Əsəbiləşən Alov adam qardaşını insanların dünyasını sürükləyir. Bu maraqlı hekayə nə ilə bitəcək? Bunu mayın 16-da Milli Gimnastika Arenasına gələn tamaşaçılar öyrənə biləcəklər.

    Qeyd edək ki, sujet xətti Azərbaycan bədii gimnastika komandasının baş məşqçisi Mariana Vasilevaya məxsusdur.

    Bədii gimnastika üzrə 35-ci Avropa Çempionatının daha bir maraqlı məqamı Luici adlı meymun – maskotdur.

    Trend-ə verdiyi müsahibədə Luicinin yaradıcısı Berri Anderson yenidən Milli Gimnastika Arenasında olmasından çox xoşbəxt olduğunu söyləyib. B.Anderson interaktiv çıxışları ilə Bakı tamaşaçılarını sevindirəcək.

    Qeyd edək ki, 16-19 may tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa Çempionatı keçiriləcək.

    4 gün davam edəcək bu çempionatda fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edəcəklər.

    Yarışların ilk gününə gənclərdən ibarət qrup hərəkətləri komandalarının çıxışları ilə başlanılacaq. 17 may tarixində isə yalnız böyük gimnastlar xalça üzərində öz güclərini sınayacaqlar. Çempionatın 3-cü günü artıq komanda hesabında (böyük gimnastlar və gənc komandaların ortaq xalları əsasında) və qrup komandalarının çoxnövçülük yarışlarında qaliblərin adları açıqlanacaq. Və turnirin son günü ayrı-ayrı alətlər üzrə Avropanın ən yaxşı gimnastlarının adları məlum olacaq.

    Qeyd edək ki, çempionatda 35 ölkədən gimnastların iştirakı gözlənilir.

  • İlham Zəkiyev və Zülfiyyə Hüseynova Bakıda keçirilən turnirdə medalsız qaldı – YENİLƏNİB

    Bakıda keçirilən paracüdo üzrə Qran-Pri başa çatıb.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, komandamızın üzvləri bu gün bir final və dörd bürünc medal görüşünə çıxıb.

    Rövşən Səfərov (-90 kq) finalda Vahid Nuriyə (İran) uduzaraq gümüş medalla kifayətlənib.

    Xanım Hüseynova (-63 kq) bürünc medal uğrunda görüşdə Duyqu Çete Artara (Türkiyə) qalib gəlib. Bununla da idmançımız iki döyüşə bürünc medal qazanıb.

    48 yaşlı Zülfiyyə Hüseynova (-70 kq) isə bürünc medal uğrunda görüşdə uduzub. O, özündən yaşca çox kiçik Vəsilə Əliboyevaya (Özbəkistan) uduzaraq medalsız qalıb.

    Dürsədəf Kərimova (+70 kq) da medalın bir addımlığında uduzub. O, Rebeka Silva (Braziliya) ilə görüşdə bürünc medalı əldən verib.

    İkiqat Paralimpiya çempionumuz İlham Zəkiyev də medalsız qalıb. O, bürünc medal uğrunda görüşdə Revaz Çikoidze (Gürcüstan) ilə dramatik keçən matçda uduzub. İlham bu görüşdə sifətindən zədə alıb.

    Bununla da Azərbaycan millisi bir gümüş və bir bürünc medal qazanıb. Ümumilikdə medallarımızın sayı 11-ə çatıb. Beləliklə, Paralimpiya Oyunlarına lisenziya verən Qran Prini millimiz üç qızıl, dörd gümüş və dörd bürünc medalla başa vurub.

    Qeyd edək ki, ümumi sıralamada Özbəkistan son görüşün nəticəsinə əsasən bu anadək lider olan Azərbaycanı keçib. Dörd bürünc medalı olan Özbəkistan qızıllarının sayını dördə çatdırıb. Bir qızıl, bir gümüş və iki bürünc medalı olan Ukrayna isə yarışı Azərbaycandan sonra üçüncü sırada bitirib.

    17:07

    Bakıda keçirilən paracüdo üzrə Qran-Pridə bu gün ikinci günə start verilib.

    Komandamızın üzvləri bu gün bir final və dörd bürünc medal görüşünə çıxacaq.

    -90 kq

    Ramin Əliyev Vladimir Fedinə (Rusiya) uduzaraq mübarizəni dayandırdı.

    Rövşən Səfərov Oleq Kretula (Moldova), İbrahim Bölükbaşına (Türkiyə) qalib gəldi. Yarımfinalda Aleksandr Nazarenkoya (Ukrayna) də qalib gələn Rövşən bu gün finalda çıxış edən yeganə idmançımız olacaq. Onun rəqibi Vahid Nuridir (İran).

    -100 kq

    Kənan Abdullaxanlı Şərif Xəlilova (Özbəkistan) qalib gəlsə də, Kristofer Skeliyə (Böyük Britaniya) uduzdu. O, təsəlliverici yarışda Bencamin Qudriçə uduzaraq mübarizəni dayandırdı.

    Kamil Ağayev Yan Qoarnisona (Fransa) uduzaraq mübarizəni dayandırdı.

    +100 kq

    İlham Zəkiyev Kento Masakiyə (Yaponiya) qalib gəlsə də, yarımfinalda Şirin Şərifova (Özəkistan) uduzdu. O, bürünc medal uğrunda görüşdə Revaz Çikoidze (Gürcüstan) ilə qarşılaşacaq.

    -63 kq

    Xanım Hüseynova Nafisə Şərifboyevaya (Özbəkistan) uduzdu. Bununla belə, təsəlliverici yarışda idmançımızın rəqibi olmadığından, o, bürünc medal uğrunda görüşdə Duyqu Çete Artarla (Türkiyə) qarşılaşacaq.

    -70 kq

    Zülfiyyə Hüseynova Olqa Zabrodskayaya (Rusiya) uduzdu. O, təsəlliverici yarışda Raziyə Ulucamı (Türkiyə) məğlub edərək bürünc medal qazanmaq şansı əldə etdi. Onun rəqibi Vəsilə Əliboyeva (Özbəkistan) olacaq.

    +70 kq

    Xatirə İsmiyeva Məsmə Taşbağa (Türkiyə) uduzdu.

    Dürsədəf Kərimova Preşilia Lezeyə (Fransa) qalib gəldi. O, ikinci görüşündə Honqyu Vanqa (Çin) uduzdu. Dürsədəf yarımfinalda Anastasiya Qarnikə (Ukrayna) qalib gələrək Rebeka Silva (Braziliya) ilə bürünc medal qarşılaşması keçirmək imkanı əldə etdi.

    Qeyd edək ki, Azərbaycan millisi dünən doqquz medal qazanıb. Bunlardan üçü qızıl, üçü gümüş və üçü bürünc medaldır. Bu nəticə ilə Azərbaycan millisi liderdir. İki qızılı və üç bürünc medalı olan Özbəkistan ikinci, bir qızıl, bir gümüş və bir bürünc medalı olan Ukrayna isə üçüncü yerdədir.

    //oxu.az

  • İlham Zəkiyev və Zülfiyyə Hüseynova mübarizəyə qoşulur

    Bakıda keçirilən paracüdo üzrə Qran-Pridə bu gün ikinci günə start veriləcək.

    Bu gün mübarizəyə millimizin liderləri qoşulacaq.

    Belə ki, Milli Paralimpiya Komitəsinin vitse-prezidenti, ikiqat Paralimpiya, ikiqat dünya, yeddiqat Avropa çempionu, Avropa Oyunlarının qalibi İlham Zəkiyev və sambo üzrə beşqat dünya və ikiqat Avropa çempionu Zülfiyyə Hüseynova bu gün yarışacaq. Ümumilikdə bu gün kişi və qadınların hərəsində üç çəki olmaqla doqquz idmançımız mübarizəyə qoşulacaq.

    -90 kq

    Ramin Əliyev – Vladimir Fedin (Rusiya)

    Rövşən Səfərov – Oleq Kretul (Moldova)/Mark Milano (Almaniya)

    -100 kq

    Kənan Abdullaxanlı – Şərif Xəlilov (Özbəkistan)

    Kamil Ağayev – Yan Qoarnison (Fransa)

    +100 kq

    İlham Zəkiyev – Kento Masaki (Yaponiya)/Heydər Heydərov (Rusiya)

    -63 kq

    Xanım Hüseynova – Nafisə Şərifboyeva (Özbəkistan)

    -70 kq

    Zülfiyyə Hüseynova – Olqa Zabrodskaya (Rusiya)

    +70 kq

    Xatirə İsmiyeva – Məsmə Taşbağ (Türkiyə)

    Dürsədəf Kərimova – Preşilia Leze (Fransa)

    Qeyd edək ki, Azərbaycan millisi dünən doqquz medal qazanıb. Bunlardan üçü qızıl, üçü gümüş və üçü bürünc medaldır. Bu nəticə ilə Azərbaycan millisi liderdir. İki qızılı və üç bürünc medalı olan Özbəkistan ikinci, bir qızıl, bir gümüş və bir bürünc medalı olan Ukrayna isə üçüncü yerdədir.

    //oxu.az

  • Eden Azar “Çelsi”də son oyununu Bakıda keçirəcək

    Madrid “Real”ı “Çelsi”nin belçikalı futbolçu Eden Azarın transferini həll edib.

    “Kral klubu” belçikalı ulduzun keçidini rəsmi şəkildə Bakıda keçiriləcək UEFA Avropa Liqası finalından sonra açıqlayacaq.

    Bu isə o deməkdir ki, Azarın “Çelsi” formasında son oyunu Bakıda olacaq.

    Qeyd edək ki, İspaniya təmsilçisinin Eden Azar üçün London klubuna 100 milyon avro ödədiyi yayılan xəbərlər arasındadır.

    //oxu.az

  • Britaniya səfiri Bakıda keçiriləcək Avropa Liqasının finalı barədə

    Britaniyalı azarkeşlərin Avropa Liqasının finalında Azərbaycanda isti qarşılanacaqlarına inanıram.

    Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts deyib.

    Səfir “Arsenal” və “Çelsi” komandalarını UEFA Avropa Liqasının may ayının 29-da keçiriləcək final oyununa vəsiqə qazanmaları münasibətilə təbrik edib:

    “Hər iki komanda əvvəllər Bakıda oyun keçirsələr də bir-birlərinə qarşı oynamayıblar. Tarixdə ilk dəfə İngiltərə Premyer Liqasının iki klubu Bakının möhtəşəm stadionunda qarşı-qarşıya gələcəklər və mən bu oyunun yaddaqalan bir hadisə olacağından əminəm.

    Biz əvvəlki vaxtlardan daha çox britaniyalı futbol azarkeşinin Bakıya səyahət edəcəyini gözləyirik. Əminəm ki, onlar bu gözəl şəhərdə keçirəcəkləri vaxtdan məmnun qalacaqlar. Azərbaycan özünün yüksək qonaqpərvərliyi ilə tanınır və mən britaniyalı azarkeşlərin burada isti qarşılanacaqlarına inanıram.

    Bu həftə Böyük Britaniya polisindən, o cümlədən “Arsenal” və “Çelsi” komandalarından olan nümayəndələr Bakıya gələcəklər. Biz hamımız Azərbaycanın rəsmi qurumları ilə oyunun təşkil olunması istiqamətində sıx əməkdaşlıq edirik. Mən bizə bu işdə dəstək göstərən hər kəsə təşəkkür edir və hər iki komandaya bu önəmli gündə uğurlar arzu edirəm”.

  • Azərbaycan ilk gündə doqquz medal qazandı – YENİLƏNİB

    Azərbaycan millisi Bakıda keçirilən paracüdo üzrə Qran-Pri turnirində daha yeddi medal qazanıb.

    Median.Az xəbər verir ki, Bayram Mustafayev (-66 kq) finalda uduzaraq gümüş medal əldə edib.

    66 kq-dakı digər idmançımız Namiq Abbaslı bürünc medal qazanıb. Həmçinin Bəsti Səfərova (-52 kq) üçüncü yer uğrunda görüşdə Səbinə Abdullayevadan üstün olaraq bürünc medala yiyələnib.

    Ötən Paralimpiya Oyunlarının qalibi, dünya və ikiqat Avropa çempionu, IV İslam Həmrəyliyi Oyunlarının qalibi Ramil Qasımov (-73 kq) bürünc medal uğrunda Nikolay Kornhasa (Almaniya) qalib gəlib.

    Qadınların 57 kq çəki dərəcəsində Azərbaycan finalı baş tutub. Sevda Vəliyeva Afaq Sultanovadan üstün olub.

    Kişilərin 81 kq çəki dərəcəsində isə Hüseyn Rəhimli finalda Davurxan Kərəmətova (Özbəkistan) uduzub və gümüş medal qazanıb.

    Beləliklə, Azərbaycan ilk gündə doqquz medal qazanıb. Azərbaycan üç qızıl, üç gümüş və üç bürünc medal qazanıb.

    17:45

    Bakıda paracüdo üzrə Qran-Priyə start verilib.

    Heydər Əliyev İdman Arenasında keçirilən yarışda bu gün kişilərdə dörd, qadınlarda üç çəki dərəcəsi üzrə mübarizə gedir. Bu gün 12 idmançımız mübarizəyə qoşulub.

    Kişilər:

    -60 kq

    Vüqar Şirinli Brian Xerardo Aburto Beltran (Meksika), Zaur Cəbrayılov (Rusiya) və Şirzad Namazova (Özbəkistan) qalib gələrək yarımfinala çıxdı. Yarımfinalda Rəcəp Çiftçiyə (Türkiyə) qalib gələn Vüqar finalda güləşəcək. Onun rəqibi Florin Aleksandru Boloqa (Rumıniya) olacaq.

    -66 kq

    Namiq Abbaslı Miqel Vieyra (Portuqaliya), Utkircan Niqmatova (Özbəkistan) qalib gəlsə də, David Xoravaya (Ukrayna) uduzdu. O, təsəlliverici görüşdə əvvəl Ueyn Fipsə (Avstraliya), daha sonra Əzəmət Turumbetova (Qazaxıstan) qalib gələrək bürünc medal qazanmaq şansı əldə etdi. Onun buradakı rəqibi Georgi Qamcaşvilidir (Gürcüstan).

    Bayram Mustafayev Kadir Yıldırım (Türkiyə) və Munxbat Aacimə (Monqolustan) qalib gələrək yarımfinala çıxdı. O bu mərhələdə Georgi Qamcaşviliyə (Gürcüstan) qalib gəlib finala çıxdı. Onun finaldakı rəqibi də Gürcüstandan olacaq. Bu, Georgi Kaldanidir.

    -73 kq

    Ramil Qasımov Takamasa Naqai (Yaponiya), Sergey Kotenko (Ukrayna) və Baçuki Şeliaya (Gürcüstan) qalib gəlsə də, yarımfinalda Feruz Sayidova (Özbəkistan) uduzdu. O, bürünc medal uğrunda Nikolay Kornhasla (Almaniya) mübarizə aparacaq.

    -81 kq

    Murad Həziyev Arley Damian Pereyra Arudaya (Braziliya) uduzaraq mübarizəni dayandırdı.

    Hüseyn Rəhimli Jak Juber (CAR) və Natan Petiyə (Fransa) qalib gəldi. O, yarımfinalda Dmitri Soloveyi (Ukrayna) məğlub etdi. O, finalda Davurxan Kərəmətovla (Özbəkistan) qarşılaşacaq.

    Qadınlar:

    -48 kq

    Gülnar Gereyeva Ecem Taşına (Türkiyə) uduzdu. O, təsəlliverici yarışda Sandrin Orye Martinetə (Fransa) də məğlub oldu.

    Şahanə Hacıyeva Lobar Xürrəmovaya (Özbəkistan) qalib gələrək yarımfinala çıxdı. Yarımfinalda Yuliya Qalinskayaya (Ukrayna)  qalib gələn Şahanə finala çıxdı. Onun rəqibi Likinq Li (Çin) olacaq.

    -52 kq

    Səbinə Abdullayeva Şerin Abdellauiyə (Əlcəzair) uduzdu. O, təsəlliverici yarışda Prişila Qanyeyə (Kanada) qalib gəldi. Onun bürünc medal uğrundakı rəqibi Bəsti Səfərova olacaq.

    Bəsti Səfərova Dure Rosio Ledesmaya (Argentina) qalib gələrək yarımfinala çıxdı. O, bu mərhələdə İnna Çernyaka (Ukrayna) uduzdu. O, bürünc medal uğrunda Səbinə ilə qarşılaşacaq.

    -57 kq

    Afaq Sultanova Nataliya Ovçinnikovaya (Rusiya) qalib gələrək yarımfinala çıxdı. Daha sonra o, Lusia Araujoya (Braziliya) qalib gələrək finala çıxdı. Onun rəqibi Sevda Vəliyeva olacaq.

    Sevda Vəliyeva Marisa Arndta (ABŞ) qalib gələrək yarımfinala çıxdı. Daha sonra o, Maria Nubea dos Santos Linsə (Braziliya) qalib gələrək finalda Afaq Sultanovaya rəqib oldu.

    Beləliklə, Azərbaycan idmançıları ilk gündə altı final və dörd bürünc medal uğrunda görüşə çıxacaq. Tədbirin açılış hissəsi saat 16:00-da başlayacaq. Həlledici görüşlər saat 17:00-da başlayacaq.

    //oxu.az

  • “Arsenal” və “Çelsi” rəsmiləri Bakıda

    UEFA Avropa Liqası turnirinin bu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa hazırlıq çərçivəsində finalçı komandaların – “Arsenal” və “Çelsi” klublarının rəsmilərinin, eləcə də UEFA nümayəndələrinin Bakıya işgüzar səfəri başlayıb.

    Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

    Bildirilir ki, mayın 15-nə qədər davam edəcək səfər proqramında 20 nəfərə yaxın klub nümayəndəsi Bakı Olimpiya Stadionunda təhlükəsizlik, azarkeş zonasında hazırlıq prosesi, komandaların qalacağı otellər ilə yerində tanış olacaq, eləcə də final oyununun təşkili barədə fikir mübadiləsi aparılacaq.

  • “Qəbələ” və “Səbail”dən məğlubiyyət, “Zirə” qalib gəldi

    Bu gün Topaz Premyer Liqasında 28-ci turun 3 oyunu başa çatıb. “Qafqazinfo” xəbər verir ki, “Qəbələ” və “Səbail” evdə uduzub, “Zirə” isə səfərdə qalib gəliblər.

    15:00 “Səbail” – “Keşlə” – 1:4

    Qollar: Oke Akpoveta, 53 – Andre Klennon, 7, Edvina Girdvainis, 38, Samir Məsimov, 45, Conatan Ayite, 73
    Qırmızı vərəqə: Edvinias Girdvainis, 52 (“Keşlə”)
    Hakimlər: Səbuhi Bayramov, Nahid Əliyev, Elşad Abdullayev, Namiq Bəkirov
    Hakim-inspektor: Vüsal Əliyev
    AFFA nümayəndəsi: Mübariz Hüseynov
    “ASCO Arena”

    16:00 “Sabah” – “Zirə” – 0:3

    Qollar: Xulio Sezar Rodriqes, 38, 80, Robin Nqalande, 69
    Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev
    Hakim-inspektor: Rövşən Əhmədov
    AFFA nümayəndəsi: Asif Əliyev
    “Əlincə Arena”

    16:00 “Sumqayıt” – “Qəbələ” – 1:0

    Qol: Ülvi İsgəndərov, 68
    Hakimlər: Rəşad Əhmədov, Vüqar Bayramov, Qəzənfər Məmmədov, Rövşən Rəcəbov
    Hakim-inspektor: Munis Abdullayev
    AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
    “Kapital Bank Arena”

  • Azərbaycan bir gündə üç medal qazandı – YENİLƏNİB

    Bakıda keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirinin ikinci günündə Azərbaycan cüdoçuları üç medal qazanıb.

    Median.Az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan üç cüdoçumuz həlledici görüşlərdə qalib gəlib.

    Belə ki, Telman Vəliyev və Rüstəm Orucov bürünc, Hidayət Heydərov isə qızıl medal qazanıb.

    Bununla da bu turnirdə medallarımızın sayı dördə çatıb.

    Xatırladaq ki, dünən Nicat Şıxəlizadə gümüş medal qazanmışdı.

    15:50

    Bakıda keçirilən ənənəvi cüdo üzrə “Böyük Dəbilqə” (Grand Slam) turnirində Azərbaycan dueli baş tutub.

    Median.Az xəbər verir ki, 73 kq çəki dərəcəsində dünya lideri olan Rüstəm Orucov yarımfinalda özündən yaşca kiçik Hidayət Heydərova uduzub.

    Hidayət “Golden Score”da (Qızıl Xal) əzəli rəqibini ippona salıb.

    Həmin çəkinin digər yarımfinal görüşündə Telman Vəliyev israilli Tohar Butbula uduzub. Beləliklə, Butbul Hidayət Heydərovun finaldakı rəqibi olub.

    Telman Vəliyev və Rüstəm Orucov isə bürünc medal uğrunda görüşə çıxacaq. Onların rəqibləri müvafiq olaraq rusiyalı Denis Yartsev və kosovolu Akil Qyakova olacaq.

    Qeyd edək ki, həlledici görüşlər bu gün saat 17:00-dan etibarən start götürəcək.

    15:03

    Bakıda keçirilən ənənəvi cüdo üzrə “Böyük Dəbilqə” (Grand Slam) turnirində idmançılarımızın mübarizəsi davam edir.

    Median.Az xəbər verir ki, mübarizəni davam etdirən yalnız 73 kq çəki dərəcəsində üç cüdoçumuz qalıb.

    Maraqlıdır ki, həmin çəkinin bir yarımfinal görüşündə Azərbaycan idmançıları – Rüstəm Orucov və Hidayət Heydərov bir-biri ilə qarşılaşacaq. Onlar finala çıxmaq üçün bir-birlərini məğlub etməyə çalışacaqlar.

    Kişilər

    -73 kq

    Rüstəm 1/8 finalda monqolustanlı Batbold Bulqanı, 1/4 finalda almaniyalı Antoni Zinqi məğlub etdi. O, yarımfinalda digər Azərbaycan idmançısı Hidayət Heydərovla qarşılaşacaq.

    Hidayət Heydərov 1/8 finalda macarıstanlı Friqyeş Sabonu, 1/4 finalda rusiyalı Denis Yartsevi məğlub etdi. O, yarımfinalda digər Azərbaycan idmançısı Rüstəm Orucovla qarşılaşacaq.

    Telman Vəliyev 1/8 finalda türkiyəli Bilal Çiloğlunu, 1/4 finalda moldovalı Viktor Sterpunu məğlub etdi. O, yarımfinalda Akil Qyakova (Kosovo) – Tohar Butbul (İsrail) görüşünün qalibi ilə qarşılaşacaq.

    -81 kq

    Murad Fətiyev 1/8 finalda gürcüstanlı Tato Qriqalaşviliyə uduzdu.

    Hasil Cəfərov 1/8 finalda israilli Saqi Mukiyə uduzdu.

    Araş Ağayi 1/16 finalda ispaniyalı Alfonso Urkisa Solanaya qalib gəlsə də, 1/8 finalda belçikalı Matias Sassa uduzdu.

    13:16

    Bakıda keçirilən ənənəvi cüdo üzrə “Böyük Dəbilqə” (Grand Slam) turnirində idmançılarımızın mübarizəsi davam edir.

    Median.Az xəbər verir ki, artıq dörd qadın idmançımız uduzaraq mübarizəni dayandırıb.

    Kişi cüdoçularımızdan medal ümidlərimiz – Rüstəm Orucov və Hidayət Heydərov mübarizələrini davam etdirir.

    Qadınlar

    -63 kq

    Diana Şoranova qazaxıstanlı rəqibinə qalib gəldi. O, 1/8 finalda polşalı Aqata Ozdoba-Blaxla qarşılaşdı və uduzdu.

    Nuriyyə Axundova ispaniyalı rəqibinə uduzdu.

    -70 kq

    Aidə Baxışova almaniyalı rəqibinə uduzdu.

    Günel Həsənli avstraliyalı rəqibinə uduzdu.

    Kişilər

    -73 kq

    Rüstəm Orucov Moldovadan olan rəqibinə qalib gəldi. O, 1/8 finalda monqolustanlı Batbold Bulqanla qarşılaşacaq.

    Hidayət Heydərov özbək rəqibinə qalib gəldi. O, 1/8 finalda macarıstanlı Friqyeş Sabo ilə qarşılaşacaq.

    Telman Vəliyev qazaxıstanlı rəqibinə qalib gəldi. O, 1/8 finalda türkiyəli Bilal Çiloğlu ilə qarşılaşacaq.

    Rüfət Məmmədov Səudiyyə Ərəbistanından olan rəqibinə qalib gəldi. O, 1/16 finalda israilli Tohar Butbulla qarşılaşdı və uduzdu.

    -81 kq

    Murad Fətiyev çexiyalı rəqibinə qalib gəldi. O, 1/8 finalda gürcüstanlı Tato Qriqalaşvili ilə qarşılaşacaq.

    Afiq Səfərli fransalı rəqibinə uduzdu.

    Hasil Cəfərov türkiyəli rəqibinə qalib gəldi. O, 1/8 finalda israilli Saqi Muki ilə qarşılaşacaq.

    Araş Ağayi Almaniyadan olan rəqibinə qalib gəldi. O, 1/16 finalda ispaniyalı Alfonso Urkiza Solana ilə qarşılaşacaq.

    10:57

    Bakıda keçirilən ənənəvi cüdo üzrə “Böyük Dəbilqə” (Grand Slam) turnirində ikinci günə start verilib.

    Median.Az xəbər verir ki, bu gün qadın və kişi cüdoçular hərəsi iki çəki dərəcəsi olmaqla mübarizəyə qoşulub.

    12 cüdoçumuz bu gün medal uğrunda mübarizə aparacaq.

    Qadınlar

    -63 kq

    1/16 final. Diana Şoranova – Akniyet Turdan (Qazaxıstan)

    1/16 final. Nuriyyə Axundova – Kristina Kabana Peres (İspaniya)

    70 kq

    1/16 final. Aidə Baxışova – Laura Varqas Kox (Almaniya)

    1/16 final. Günel Həsənli – Aoyfe Kaflan (Avstraliya)

    Kişilər

    73 kq

    1/16 final. Rüstəm Orucov – Madiyar Sembayev (Qazaxıstan) / Kornel Andries (Moldova) cütünün qalibi

    1/16 final. Hidayət Heydərov – Obidxon Nomonov (Özbəkistan)

    1/16 final. Telman Vəliyev – Janbolat Baqtberqenov (Qazaxıstan)

    1/32 final. Rüfət Məmmədov – Süleyman Həməd (Səudiyyə Ərəbistanı)

    81 kq

    1/16 final. Murad Fətiyev – Eoyn Kaflan (Avstraliya) / Yaromir Musil (Çexiya) cütünün qalibi

    1/32 final. Afiq Səfərli – Alfa Umar Calo (Fransa)

    1/32 final. Hasil Cəfərov – İlkər Güldürən (Türkiyə)

    1/32 final. Araş Ağayi – Aleksander Veçerzak (Almaniya)

    Qeyd edək ki, 2020-ci il Tokio Olimpiadasına lisenziya xalları verən bu yarışda Nicat Şıxəlizadə (-66 kq) dünən gümüş medal qazanıb.//oxu.az