Category: İdman

  • Dünyanın ən bahalı gənc futbolçuları müəyyənləşib

    Dünyanın 20 yaşadək futbolçular arasında ən bahalı oyunçusu müəyyənləşib.

    “Report” Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin (CİES) saytına istinadən xəbər verir ki, bu, Almaniyanın “Borussiya” (Dortmund) komandasının və İngiltərə millisinin futbolçusu Ceydon Sançodur.

    19 yaşlı hücumçunun transfer məbləği 150 milyon avro qiymətləndirilib.

    Digər bahalı gənc futboçular isə İngiltərə “Arsenal”ından Matteo Genduzi (70.1 milyon avro), İtaliya “Roma”sından Nikolo Canolo (67.4 milyon avro), Almaniya “Bayer”indən Kay Xaverts (64.3 milyon avro) və İngiltərə “Vest Hem”indən Deklan Raysdır (64.2 milyon avro).

  • Ermənistan Bakıda keçiriləcək yarışa qatılmayacaq – RƏSMİ

    İyulun 21-28-də Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalında 2 ölkə iştirak etməyəcək.

    Bunu Azərbaycan gənclər və idman naziri Azad Rəhimov deyib.

    O bildirib ki, qeyri-müəyyən səbəblərdən Ermənistan və Lüksemburq yığmaları Bakı-2019-a qatılmayacaqlar. Nəticədə Azərbaycanda baş tutacaq yarışda 50 deyil, 48 ölkə mübarizə aparacaq.

    Nazirin sözlərinə görə, əgər Ermənistan millisi yarışla bağlı müraciət etməyibsə, Lüksemburq son anda yarışdan çəkilib: “Lüksemburqu biz də hələ tam dəqiqləşdirməmişik. Sadəcə hansısa səbəblərə görə qatılmayacaqlar. Bu, Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi və Avropa Milli Olimpiya Komitələrinin nümayəndə heyətinin rəhbərlərinin iclasının sonlarında bilinəcək. Ermənistanla bağlı məsələyə gəldikdə, yarışla bağlı öncədən müəyyənləşdirilən son tarix bitib. Nə Avropa Olimpiya Komitəsi, nə də biz heç bir təzyiq göstərmək fikrində deyilik. O mənadakı, gəlin, iştirak edin. Avropa Olimpiya Komitəsinə üzv ölkələrdən könüllü kim istəyir, gəlib iştirak edirlər”.

    A. Rəhimov vurğulayıb ki, ermənilər Bakı-2019-la bağlı heç bir tədbirə də qatılmayıblar: “Bu gün şef-de-missionların iclası keçirilir. Ondan öncə 2 dəfə Koordinasiya Şurasının toplantısı baş tutub. Burada çox mühüm bir sual var. Hər bir nümayəndənin də sualı olur. Bu, yığma komanda, yerləşmə, nəqliyyat və digər məsələlərlə bağlıdır. Bu günədək bütün yarışlar, məsələn, voleybol və ya həndbolu götürək. Komandaların adları, siyahıları həll olunub. Püşkatma mərasimi də keçirilib. Bundan sonra Ermənistan və ya Lüksemburq gəlib desə ki, mən də yarışa qatılmaq istəyirəm, onlara görə bütün sistemi dəyişə bilmərik. Ona görə ki, kifayət qədər vaxtımız yoxdur. Komanda idman növlərində Ermənistan deyil, digərləri də olsa qatıla bilməyəcəklər. Bu səbəblərdən yarışa 50 deyil, 48 ölkə qatılacaq”.

    Festival 10 idman növü üzrə keçiriləcək. Bunlar arasında basketbol, həndbol, voleybol kimi komanda idman növləri ilə yanaşı, gimnastika, atletika, velosiped idmanı, cüdo, üzgüçülük, tennis və güləş kimi fərdi növlər də yer alıb. Nazirin sözlərinə görə, Ermənistan və Lüksemburq müraciətlər etsələr, bəzi istisnalar mümkündür: “Ancaq fərdi idman növləri ilə bağlı Avropa Olimpiya Komitəsindən müraciət olsa, bunu istisna hal kimi müzakirə edə bilərik. Baxarıq ki, belə olan halda tədbirin təşkilində bizim üçün hansı risklərin əmələ gəlir”.

    Qeyd edək ki, yarışlar 12 idman obyektində keçiriləcək yarışda 3600-ə yaxın idmançının iştirakı gözlənilir.

  • NBA ulduzu narkotik maddə ilə yaxalandı

    ABŞ-ın Nyu-York şəhər aeroportunda yoxlama zamanı “Bruklin Nets” komandasının basketbolçusu Danjelo Rassellın çantasından marixuana aşkarlanıb.

    Bu haqda “Sports.ru” məlumat verir.

    O polis əməkdaşları tərəfindən sorğu-sual edildikdən sonra, idmançıya 50 qrama qədər marixuananın saxlanılması ilə əlaqədar məhkəməyə çağırış vərəqəsi təqdim olunub .

    Basketbolçunun cərimələnəcəyi gözlənilir.

    Nəşrin yazdığına görə, Rasselin çantasında olan çaydan gömrük nəzarətçilərində şübhə doğurub. Təkrar baxışdan sonra çaydanda içində marixuananın saxlanıldığı gizli bölmə aşkarlanıb.

  • Xavi futboldan gedir

    “Barselona” klubunun və İspanya yığmasının sabiq oyunçusu Xavi Hernandes futbolçu karyerasını bitirmək qərarına gəlib.

    Lenta.ru xəbər verir ki, 39 yaşlı futbolçu 2018/2019 mövsümünün onun üçün axırıncı olacağını elan edib.

    Xavi artıq bu mövsüm ərzində “Əl-Sədd” klubunun heyətində çempionluq zirvəsinə qalxıb.

    2015-ci ildə “Barselona”-dan “Əl-Sədd”-də keçməsindən sonra ispan yarımüdafiəci Qətar kubunun heyətində 68 oyun keçirib və 19 top vurub.

    Xavi “Barselona” klubunun heyətində 8 dəfə İspanya çempionu və 4 dəfə Çempionlar liqasının qalibi olub, İspanya millisinin heyətində isə Dünya və ikiqat Avropa çempionluğuna yiyələnib.

  • Xavi karyerasını başa vurur

    “Barselona”nın əfsanəvi yarımmüdafiəçisi olmuş Xavi karyerasını başa vurmaq qərarı alıb.

    Median.Az xəbər verir ki, 39 yaşlı futbolçu idman karyerasındakı son mövsümünü Qətərin “Əl-Sadd” klubunda keçirəcək.

    Xavi bildirib ki, futbolçu kimi karyerasını başa vurduqdan sonra həyatında baş verəcək dəyişiklikləri səbirsizliklə gözləyir: “Bu, mənim oyunçu kimi son mövsümümdür. Gələcəkdə məşqçi qismində məni nələr gözləyəcəyini səbirsizliklə gözləyirəm.

    Futbol insanları birləşdirmək və həyatı yaxşılığa doğru dəyişmək üçün əla vasitədir. Növbəti dörd həftə ərzində mən 21 il davam edən oyunçu karyeramı başa vuracam”.

  • “Sumqayıt” tarixində ilk dəfə Azərbaycan Kubokunun finalına vəsiqə qazanıb

    Futbol üzrə Azərbaycan Kubokunda digər finalçı müəyyənləşib.

    Median.Az report-a istinadən xəbər verir ki, Sumqayıtda şəhərin eyniadlı təmsilçisi ilə “Zirə” arasında keçirilmiş ilk oyunda hesab açılmasa da, cavab matçında 6 qol vurulub.

    İlk hissədə “Sumqayıt”ın heyətində Peyman Babayi het-trik edib. Cənubi azərbaycanlı forvard 19-cu, 27-ci və 45-ci dəqiqələrdə fərqlənib. “Zirə” isə ikinci yarıya qolla başlayıb. Meydan sahiblərinin heyətində 47-ci dəqiqədə Pərdis Fərcad-Azad rəqib qapısına yol tapıb. Qarşılaşmanın 84-cü dəqiqəsində Xulio Sezar Rodriqes fərqi minimuma endirib. Oyunda son nöqtəni isə 90+5-ci dəqiqədə Şafik Tiqruca qoyub – 3:3.

    Beləliklə, “Sumqayıt” səfər qolları sayəsində tarixində ilk dəfə Azərbaycan Kubokunun finalına vəsiqə qazanıb. Mayın 19-da Naxçıvanda keçiriləcək həlledici qarşılaşmada rəqib “Qəbələ” olacaq.

  • Məşhur qapıçı xəstəxanaya yerləşdirildi

    Portuqaliyanın “Portu” futbol klubunun qapıçısı, məşhur futbolçu İker Kasilyas ürəktutması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

    Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

    37 yaşlı idmançının sağlamlığı üçün hazırda təhlükə olmadığı bildirilir. Bununla belə futbolçunun hazırkı mövsümdə yarışlara qatılması qadağan edilib.

  • Vasif Talıbovun oğluna yeni vəzifə verildi

    Seymur Talıbov Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti təyin edilib.

    Median.Az report-a istinadən xəbər verir ki, bununla bağlı AŞF sədri Elman Rüstəmov müvafiq əmr imzalayıb.

    Qeyd edək ki, S.Talıbov Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədridir.

  • Messi ordenlə mükafatlandırıldı

    “Barselona”nın futbolçusu Lionel Messi mükafatlandırılıb.

    Median.Az komanda.az-a istinadən xəbər verir ki, argentinalı hücumçu Kataloniya hökuməti tərəfindən “La Creu de Sant Jordi” (“Müqəddəs Jordi Xaçı”) ordeninə layiq görülüb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

    “La Creu de Sant Jordi” mükafatı 1981-ci ildən etibarən, hər il verilən ordendir. Mükafat mədəni və sosial həyatda Kataloniya adının yüksəldilməsində xidmət göstərmiş şəxslərə verilir.

    Messinin mükafatlandırma mərasiminin may ayında keçiriləcəyi bildirilir.

  • Nurməhəmmədov cəzası bitdikdən sonra bu idmançı ilə döyüşəcək

    UFC döyüşçüsü Həbib Nurməhəmmədovun növbəti rəqibi məlum olub.

    Onun rəqibi müvəqqəti çempion, amerikalı Dastin Porye olacaq.

    Bu görüş sentyabrın 7-də BƏƏ-nin Əbu-Dabi şəhərində keçiriləcək UFC 242 turniri çərçivəsində baş tutacaq.

    Xəbəri Həbib Nurməhəmmədovun atası və məşqçisi Əbdülmanaf Nurməhəmmədov da təsdiqləyib.

    Qeyd edək ki, 25 qələbə, 5 məğlubiyyəti olan Dastin Puarye aprelin 13-də Maks Holoveyi məğlub edərək müvəqqəti çempionluq qazanıb. Onun daimi çempion olması üçün UFC-nin məğlubedilməz çempionu Nurməhəmmədovu da məğlub etməsi lazımdır.

    Onu da bildirək ki, Konor Makqreqorla döyüşdən sonra Nevada ştatının Atletik Komissiyasının qərarı ilə yarışlardan doqquz aylıq kənarlaşdırılan Həbib Nurməhəmmədovun cəzası iyulun 6-da başa çatacaq.