Category: İdman

  • “Rossiya 24” Bakıdakı “Formula-1”dən reportaj hazırladı – VİDEO

    Rusiyanın “Rossiya 24” telekanalı Bakıda keçirilmiş “Formula-1” SOCAR Azərbaycan Qran Prisindən reportaj hazırlayıb.

    Verilişdə rusiyalı pilot Daniil Kvyatın finişə çatmaması qeyd olunub.

    Telekanalın əməkdaşı Boris Maqsudov Daniel Rikkardo, Maks Verstapendən yarışdan öncə qısa açıqlamalar alıb. Kvyat və Luis Hamilton isə müsahibədən imtina edib.

    Daha sonra reportajda Heydər Əliyev Mərkəzi, Qız Qalasından danışılıb, Bakını görmək üçün 10 minlərlə turistin gəldiyi bildirilib.

    Ölkə başçısı İlham Əliyev isə telekanala müsahibəsində bu yarışı yarım milyard insanın izlədiyini və bunun Azərbaycanın turist bazasına artan sürətlə təsir göstərdiyini bildirib.

    Dövlət başçısı onu da qeyd edib ki, indiyədək Azərbaycana bu yarışdan təxminən 300 milyon dollar gəlir daxil olub.

    Daha sonra “Mercedes”in cari mövsümdə ardıcıl dördüncü dəfə qalib olduğu bildirilib.

    Qeyd edək ki, bu il Bakıda keçirilən “Formula-1” yarışının qalibi “Mercedes”in finlandiyalı pilotu Valteri Bottas olub.

  • “Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisində sıralama turuna yekun vurulub

    “Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisində sıralama turuna yekun vurulub.

    Median.Az-ın report-a istinadən məlumatına görə, “Mercedes” komandasının pilotu Valtteri Bottas ən yaxşı göstəriciyə imza atıb. Onun komanda yoldaşı Luis Hamilton ikinci, “Ferrari”dən Sebastyan Fettel isə üçüncü olub.

    Qeyd edək ki, “Formula 1”də əsas yarış aprelin 28-də olacaq və saat 16:00-da başlayacaq.

  • “Formula 1”: Sıralama turunda növbəti qəza baş verib

    “Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisinin sıralama turunda növbəti qəza baş verib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, “Ferrari”nin pilotu Şarl Lekler trekin ən ensiz hissəsində idarəetməni itirərək təhlükəsizlik baryerinə çırpılıb. Sıralama turunda “Williams” komandasının pilotu Robert Kubitsa da eyni qəzanı törədib.

    Qeyd edək ki, sıralama turunun nəticəsinə əsasən, sabah keçiriləcək əsas yarışda pilotların düzülüşü müəyyənləşir.

  • Azərbaycan Qran-Prisinin təşkilatçıları “Williams” komandasından üzr istədi

    “Formula-1” Azərbaycan Qran-Prisinin təşkilatçıları birinci sərbəst yürüş zamanı baş verən insidentlə əlaqədar “Williams” komandasından üzr istəyib.

    “RİA Novosti” xəbər verir ki, bununla bağlı jurnalistlərə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov məlumat verib.

    “Belə qəribə vəziyyət yarandı. Bütün trasda 300-dən çox lyuk var. Problem vizual olmayıb. Xoşbəxtlikdən pilot xəsarət almayıb. Biz “Williams” komandasından üzr istəyirik”, – A.Rəhimov deyib.

    “Son illər bu cür analoji hadisələr Monako və Malaziyada da baş verib. Bu, yarışların şəhərdə keçirilməsini təhlükə altına qoymur”, – icraçı direktor əlavə edib.

    Xatırladaq ki, birinci sərbəst yürüşü zamanı“Williams” komandasının pilotu Corc Rasselin bolidi kanalizasiya lyukuna ilişib. Hadisə nəticəsində bolid zədələnib və C.Rassel ikinci sərbəst yürüşü buraxmalı olub.

  • Azad Rəhimov: Azərbaycan xokkey matçlarına ev sahibliyi etmək istərdi

    Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Bakı klubunun Kontinental Xokkey Liqasına qatılması perspektivləri barədə danışıb.

    Bu barədə Matç! yazıb.

    “Buz üzərində idman növləri ilə bağlı nə varsa, bizim üçün perspektivli hesab olunur. Məsələn, məni şort-trek çox maraqlandırır. Mən çoxdandır ki, xokkeyi sevirəm, məktəbdə oxuyanda Pospişilə, Espozitoya baxırdım. Düzdür, indi daha az baxıram”, – deyə, nazir bildirib.

    “Təbii ki, bu istiqamətdə hərəkət etməyə başlayarsaq, böyük buz sarayı inşa olunarsa, Bakıda KXL-in matlarını keçirmək də bizim üçün çox maraqlı olardı – Avropa Liqası finalı, yaxud başqa ölkələrin Superkubokları kimi. Nə üçün? Ona görə ki, bu, başqaları ilə olduğu kimi, həmin idman növünün ölkəmizdə inkişafı üçün böyük təkan verərdi. Nəhayət, bizə möhkəm milli yığmanı yaratmaq lazımdır. Biz özümüzü idman ölkəsi kimi təqdim edirik, buna görə, bizə maraqlı olmayan idman növü yoxdur. Xokkey isə həqiqətən də gəncləri futboldan az cəlb etmir”, – deyə, A. Rəhimov qeyd edib.

    “Mən düşünürəm ki, Azərbaycanda KXL klubu yaratmaq – bu, çox maraqlıdır. Yaxud KXL-in hər hansı final matçını keçirmək”, – deyə, o qeyd edib.

  • “Formula-2”nin ilk qalibi məlum oldu

    Bakıda keçirilən “Formula-2” üzrə yarışın ilk qalibi müəyyənləşib.

    “Kampos” komandasının pilotu Cek Aitken rəqiblərini geridə qoyub.

    “Art Grand Prix”dən Nik de Vries ikinci, “Motorsport”dan Yordan Kinq üçüncü olub.

    Qeyd edək ki, “Formula-2” üzrə ikinci yarış sabah olacaq.

    //oxu.az

  • Azərbaycan Premyer Liqasında bu gün baş tutacaq görüşlər – SİYAHI

    Bu gün Azərbaycan Premyer Liqasında XXVI turun oyunları keçiriləcək.

    Bütün görüşlər eyni gündə baş tutacaq.

    Əvvəlcə meydana “Zirə” və “Qarabağ” çıxacaq. Mövsümün sonuna yaxın liderliyi ələ keçirən Qurban Qurbanovun yetirmələri bu üstünlüyü əldən vermək istəmir. Rəqibin isə çempionatda heç bir iddiası yoxdur.

    Bundan yarım saat sonra Masazırda start fiti səslənəcək. “Sabah” son pillədə lövbər salmış “Keşlə”ni sınağa çəkəcək. Tərlan Əhmədovun komandası çətin səfərdə qələbə qazana bilsə, sonuncu yerdən uzaqlaşa bilər.

    Bayılda isə “Səbail” “Qəbələ” ilə üz-üzə gələcək. Görüş üçüncü pillənin sahibinin müəyyənləşməsi baxımından həlledici əhəmiyyətə malikdir. Rəqibindən 2 xal geridə olan əyalət təmsilçisi qələbə qazanacağı halda onu geridə qoya bilər.

    Günün son oyununda isə “Neftçi” “Sumqayıt”la qarşılaşacaq. “Ağ-qaralar” əldən verdiyi liderlikdən uzaq düşməmək üçün mütləq qələbə qazanmalıdır.

    16:30 “Zirə” – “Qarabağ”

    Zirə İdman Kompleksinin stadionu. Baş hakim: Səbuhi Bayramov

    17:00 “Sabah” – “Keşlə”

    “Əlincə Arena”. Baş hakim: İnqilab Məmmədov

    17:30 “Səbail” – “Qəbələ”

    “ASCO Arena”. Baş hakim: Əliyar Ağayev

    19:00 “Neftçi” – “Sumqayıt”

    “Bakcell Arena”. Baş hakim: Kamal Umudlu

  • Millimiz dünya kubokunda mübarizəyə başladı

    Milli Gimnastika Arenasında bədii gimnastika üzrə dünya kuboku turnirində yığma komandaların çoxnövçülük üzrə yarışları keçirilir.

    Median.Az xəbər verir ki, Ayna Cəfərova, Simara Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Sona Rəhmanovadan ibarət komandamız beş topla hərəkətlərdə mübarizəyə qoşulub.

    Komandamızın çıxışı 15,750 xalla qiymətləndirilib.

    Qeyd edək ki, üç gün davam edəcək yarışlarda 25 qrup komandası və 70-dən çox gimnast mübarizə aparır.

  • Neymar meydanlara buraxılmayacaq

    UEFA PSJ komandasının futbolçusu Neymarı yol verdiyi kobudluğa görə 3 oyunluq cəzalandırıb.

    Gazeta.ru-nun xəbərinə görə, 27 yaşlı hücumçu Çempionlar Liqasının 1/8 finalında İngiltərə “Mançester Yunayted”i ilə görüşdə hakimləri təhqir edib.

    Beləliklə Neymar 2019-2020 mövsümündə Çempionlar Liqasının qrup mərhələsinin ilk 3 oyununda meydana buraxılmayacaq.

  • “Ferrari”nin pilotu ikinci sərbəst yürüşdə ən yaxşı nəticə göstərib

    “Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş başa çatıb.

    Median.Az report-a istinadən xəbər verir ki, ən yaxşı göstəriciyə “Ferrari”nin pilotu Şarl Lekler imza atıb – 1:42.872. Onun komanda yoldaşı Sebastyan Fettel ikinci olub (+ 0,324). “Mercedes”in sürücüsü Lüis Hemilton isə üçüncüdür (+0,669).

    Qeyd edək ki, aprelin 27-də üçüncü sərbəst yürüş və sıralama turu baş tutacaq. Yarış isə bazar günü olacaq.