Category: İdman

  • Azərbaycan Qran-Prisində ilk qəza

    Bakıda “Formula-2” üzrə sərbəst yarışlar keçirilib.

    SOCAR Azərbaycan Qran-Prisində artıq ilk qəza baş verib.

    Belə ki, “ART Grand Prix” komandasının rusiyalı pilotu Nikita Mazepin dönmə edərkən qəza edib.

    Həmçinin, “MP Motorsport” komandasının hollandiyalı pilotu Mahavir Raqunatan da bu döngəni düzgün keçə bilməyib.

    //oxu.az

  • “Formula 1” pilotu Bakıda xəstələnib

    “Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisində iştirak edəcək Böyük Britaniyanın “Williams”komandasının pilotu Corc Rassell Bakıda xəstələnib.

    Median.Az report-a istinadən xəbər verir ki, 21 yaşlı sürücü özünü yaxşı hiss etmədiyi üçün bu gün keçirilən mətbuat konfransına qatılmayıb. Onun sərbəst yürüşlərə qədər istirahət etmək istədiyi bildirilir.

    Qeyd edək ki, Azərbaycan Qran-prisi aprelin 26-28-də keçiriləcək.

  • Azad Rəhimov açıqladı – Yollar nə vaxt açılacaq? – VİDEO

    ”Bakıda keçilrən ”Formula” 1 yarışı ”SOCAR Azərbaycan qran-pri 2019” adlanacaq. Buna səbəb Dövlət Neft şirkətinin bu ildən baş sponsor olmasıdır”.

    Bunu Gənclər və İdman naziri Azad Rəhimov jurnalistlərLə görüşdə bilidirib və yarışların keçirlməsi üçünişlərin yekunalşdığını deyib. Nazir bütün işlərin Azərbaycan şirkətləri tərəfindən icra edildiyini və heç bir nöqsanın olmadığını vurğulayıb.

    Bu il yarışın 2 ci günündə Sam Simith adlı müğəninin konsert verəcəyi planlaşdırılsa da o xəstələndiyindən onu Jeysika Jey əvəz edəcək. 3 gün isə Cardi B -nin konserti planlaşdırlır. Azad Rəhimov müqaviləyə əsasən ”Formula 1” üçün çəkilən xərclərin açıqlanmasının qadağan oldunduğunu bildirib və 2017 ci ilin gəlirləri barədə bəzi məlumatları açıqlayıb.

    Nazir biletlərin böyük hissəsinin artıq satıldığını da bildirib və bu il ölkəmizə daha çox turistin gələcəyini əlavə edib. Ən çox maraq isə Rusiya, Böyük Britaniya, Monako kimi ölkələrdən olub.

    Azad Rəhimov yarışdan sonra yolların açılacağı tarixidə açıqlayıb.

    Azad Rəhimov növbəti ildən yarışların İyun ayında keçiriləcəyini və Bakıdakı yarışların finalının 28 İyuna təsadüf edəcəyini bildirib. Qeyd edək kiformula bir yarışları daha 3 il yəni 2023-cü ilə qədər ölkəmizdə keçiriləcək.

  • Azərbaycanda oynamış futbolçu ömürlük futboldan uzaqlaşdırılıb

    “Bakı” klubunun sabiq futbolçusu İbrahim Karqbo ömürlük futboldan uzaqlaşdırılıb.

    Median.Az report-a istinadən xəbər verir ki, 37 yaşlı oyunçu matçların nəticələrini manipulyasiya etdiyi üçün bu cəzaya məruz qalıb.

    Qeyd edək ki, İbrahim Karqbo 2010-2013-cu illərdə “Bakı” komandasında çıxış edib. Sierra Leoneli oyunçu son olaraq İngiltərənin aşağı liqa komandası olan “Dulviç Hamlet”in formasını geyinib.

  • “Qəbələ” “Qarabağ”ı uddu, Sumqayıtda heç-heçə

    Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilir.

    Median.Az qol.az-a istinadən xəbər verir ki, final uğrunda mübarizəyə Qəbələdə start verilib. Şəhərin eyniadlı komandası “Qarabağ”ı qəbul edib. Bu mövsüm Premyer Liqada keçirilən 4 oyunun hamısında “qırmızı qaralar”a qalib gələn Qurban Qurbanovun komandası kubok matçında rəqibinə məğlub olub. Bununla da “Qəbələ” 1 həftə sonra keçiriləcək cavab görüşü öncəsi minimal hesablı üstünlük qazanıb.

    Günün digər oyununda isə “Zirə” “Sumqayıt”ın qonağı olub. Premyer Liqamızda uğursuz mövsüm keçirilən komandaların görüşündə qol olmayıb.

    Qeyd edək ki, komandalar arasında cavab matçı mayın 1-də keçiriləcək.

    23 aprel (çərşənbə axşamı)

    18:30.”Sumqayıt” – “Zirə” – 0:0
    Hakimlər: Səbuhi Bayramov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Rövşən Rəcəbov
    “Kapital Bank Arena”

    16:00.”Qəbələ” – “Qarabağ” – 1:0
    Qol: C. Adeniyi, 72
    Hakimlər:Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Kamal Umudlu
    Hakim-inspektor: Anar Salmanov
    Qəbələ şəhər stadionu

  • “Qarabağ” “Qəbələ”yə uduzdu

    Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə start verilib.

    İlk oyun Qəbələdə baş tutub.

    “Qəbələ” finala vəsiqə uğrunda “Qarabağ”la üz-üzə gəlib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu 72-ci dəqiqədə nigeriyalı hücumçu Ceyms Adeniyi vurub.

    Qeyd edək ki, bu gün yarımfinalın ikinci görüşündə “Sumqayıt” “Zirə”ni qəbul edəcək.

  • Kubokun bir addımlığında – “Qəbələ” “Qarabağ”a qarşı

    Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə start veriləcək.

    Yarımfinalın ilk oyunları Qəbələ və Sumqayıtda keçiriləcək.

    Çempionatın vahid lideri “Qarabağ” bürünc medal uğrunda mübarizə aparan “Qəbələ”nin rəqibi olacaq. Bu matçın prinsipial şəraitdə keçəcəyi gözlənilir.

    Sumqayıtda isə turnir cədvəlində qonşu pillədə olan iki komanda üz-üzə gələcək. Hər iki komanda çempionatda avrokubok şansını itirdiyindən UEFA Avropa Liqasına kubok vasitəsilə getməyə çalışır.

    16:00 “Qəbələ” – “Qarabağ”
    Qəbələ şəhər stadionu. Baş hakim: Vüqar Həsənli

    18:30 “Sumqayıt” – “Zirə”
    “Kapital Bank Arena”. Baş hakim: Səbuhi Bayramov

    //oxu.az

  • SOCAR “Formula 1” üzrə Azərbaycan Qran-prisinin tərəfdaşı olacaq

    SOCAR şirkəti Bakıda növbəti dəfə keçiriləcək “Formula 1” üzrə Azərbaycan Qran-prisinin tərəfdaşı olacaq.

    Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə, SOCAR “Formula 1” kimi dünya səviyyəli bir tədbirdə tərəfdaş kimi, çıxış etməklə beynəlxalq səviyyədə milyonlarla avtoidman azarkeşinə öz brendini tanıdacaq.

    Şirkətin adı yarışın adına əlavə olunacaq və yarışlar beynəlxalq avtoidman auditoriyasına canlı təqdim olunacaq. Builki yarış “Formula 1 SOCAR Azərbaycan Qran-prisi 2019” adı altında keçiriləcək.//report.az

  • 8 yaşlı azərbaycanlı ermənini məğlub etdi

    Birləşmiş Ərəb Əmirliklərində “Abu Dhabi World Professional Jiu-Jitsu Championship 2019” turniri keçirilir.

    Median.Az matc.az xəbər verir ki, 100-ə yaxın ölkənin idmançısının qatıldığı yarışda 2 həmyerlimiz də mübarizə aparıb.

    Belə ki, Birləşmiş Ərəb Əmirliklərində yaşayan 8 yaşlı həmvətənimiz Omar Abdulla 30 kq, 5 yaşlı Yasin Dadaşov isə 23 kq çəkidə çıxış edib.

    Yasin finalda Qazaxıstan təmsilçisi Usman Ospana uduzaraq ikinci yerlə kifayətlənib. Omar isə bütün rəqiblərinə qalib gəlib. O, finalda erməni Samvel Galoyanı məğlub edib.

  • Bukmeykerlər Azərbaycan Qran-Prisinin qalibini açıqladı

    Bukmeykerlər aprelin 26-dan 28-nə qədər Bakıda keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-Prisinin qalibləri ilə bağlı əmsallarını açıqlayıb.

    Terrikon.com portalının məlumatına görə, Çində keçirilən Qran-Pridən fərqli olaraq, Bakıdakı yarışın favoriti kimi “Mersedes”in pilotu Luis Hamilton göstərilib.

    Ona 2,87 əmsal verilib. “Ferrari”nin pilotu Sebastyan Fettel isə 3,25 əmsalla ikinci yerdə qərarlaşıb.

    Bukmeykerlərə görə, üçüncü və dördüncü yerlərdə 4,33 əmsalla Valtteri Bottas və Şarl Lekler qərarlaşıb.

    “Red Bull” komandasının üzvü Maks Ferstappen isə liderlərdən çox geridə qalır. Bukmeykerlər onun qələbəsinə 23,00 əmsal veriblər.