Category: İdman

  • Formula 1 ilə əlaqədar polis gücləndirilmiş iş rejiminə keçəcək

    Formula 1 üzrə Azərbaycan Qran Prisi ilə əlaqədar aprelin 23-dən 29-dək daxili işlər orqanlarının bütün qurumlarının əməkdaşları gücləndirilmiş iş rejiminə keçəcək.

    Median.Az-ın report-a istinadən xəbərinə görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

    Qeyd edək ki, Azərbaycan Qran Prisi 26-28 apreldə olacaq.

  • Daha bir döyüşçü Həbibə meydan oxudu

    Amerikalı qarışıq əlbəyaxa idman növləri ustası Castin Qetci yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovla potensial döyüş barədə danışıb.

    Bu barədə “Sovetskiy Sport” yazır.

    “Mənim başlıca məqsədim – Həbib Nurməhəmmədovdur. Başqalarına tətbiq etdiyi teykdaunlar, mənimlə keçməyəcək. Demirəm ki, yüz faiz Nurməhəmmədovu məğlub edəcəyəm. Ancaq onu dəqiq deyə bilərəm ki, Həbibin teykdaunlarından istənilən döyüşçüdən daha yaxşı müdafiə olunacağam.

    Üstəlik, mən klinç vəziyyətində daha təhlükəli olacağam, diz və apperkot zərbələrdən istifadə edəcəyəm. Həbib öz döyüşçülərini taqətdən salır, ancaq o mənə başqaları kimi nəzarət edə bilməyəcək”, – deyə amerikalı döyüşçü bildirib.

    Qeyd edək ki, Nurməhəmmədov 2018-ci ilin oktyabr ayında Konor Makqreqorla Las-Veqasda keçirdiyi döyüşdən sonra düşən kütləvi dava ilə əlaqədar doqquz aylıq diskvalifikasiya olunub.

    Növbəti döyüşünü sentyabr ayından tez keçirə bilməz. Artıq ilk rəqibi də bəllidir. Bu, Dastin Poryedir.

  • Azərbaycanlı qızların himni necə oxuması hər kəsi heyran etdi – VİDEO

    Bakıda keçirilən bədii gimnastika üzrə II “AGF Junior Trophy” beynəlxalq turnirində baş mükafatın sahibi olan gənclərdən ibarət yığma komandamızın qələbədən sonra Azərbaycan himnini ifa etməsinin görüntüləri yayılıb.

    Mükafatlandırma mərasimi zamanı qızlarla yanaşı, bütün zal Azərbaycan himnini ifa edib.

    Xatırladaq ki, Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadədən ibarət komandamız beş halqa ilə hərəkətlərdə 21.500 xal toplayaraq turnirin baş mükafatını qazanıb.

    Təmsilçilərimiz beş lentlə yarışlarda isə ikinci yeri tutublar. Onların çıxışları münsiflər heyəti tərəfindən 18.350 xalla qiymətləndirilib.

  • Aleksandr Səmədov Bakıdakı finalın səfiri oldu

    UEFA Avropa Liqasının bu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununun daha bir səfiri müəyyənləşib.

    Aleksandr Səmədov finalın səfirlərindən biri olacaq.

    Moskvanın “Dinamo”, “Lokomotiv”, “Spartak”, “Moskva” klublarının heyətində oynamış, hazırda Samaranın “Krılya Sovetov” komandasında çıxış edən, Rusiya milli komandasının heyətində 50-dən çox oyun keçirmiş Aleksandr Səmədov bu turnirin səfiri kimi bu gün və sabah Moskvada keçiriləcək UEFA Avropa Liqasının “KIA Kubok Turu”nda iştirak edəcək.

    Qeyd edək ki, bu turnirin digər səfirləri argentinalı Ernan Krespo və Vəli Qasımovdur.

  • Həbib və Floyd 2019-cu ildə döyüşəcəklərmi?

    Həbib Nurməhəmmədov və Floyd Mayvezerin döyüşü haqqında bir ildən çoxdur ki, şaiyələr gəzir. Həm döyüşçülər bu mübarizəni aparacaqlarını iddia etmişdilər, həm də onların əhatəsi – belə bir mübarizə idman ilinin bəzəyi olmaqla bərabər iştirakçılara yaxşı qazanc gətirə bilər.

    Floyd dünyanın ən acgözlü idmançısı olaraq tanınır, mümkün olan hər şeydən gəlir əldə etməyi istəyən bir insandır. Konor Magregor ilə mübarizisindən 300 milyon dollar qazanmağını xatırlamaq kifayətdir. Şübhəsiz ki, ləqəbi “Pul” olan bir insanın Həbib vasitəsilə də pul qazanmaqdan etiraz etməz.

    Magregor ilə döyüşündən sonra, Nurməhəmmədovun özü də həvəsə gəlib. Ekspertlərin hesablamalarına görə, dağıstanlı o mübarizədən 10 milyon dollardan çox qazana bildi. Əlbəttə, o başa düşür ki, Floydun şərtlərinə görə Mayvezer ilə mübarizədə – yəni boks ringində o daha çöx qazanar.

    Mayvezer ilə Nurməhəmmədovun potensial mübarizisindən siz də qazana bilərsiniz. Məşhur bukmeker şirkəti olan 1xBet, mübarizənin artıq 2019 ildə olacağına dair mərc xəttlərini açıb. Hal-hazırda bu tədbirin olacağına əmsal 5,8-ə bərabərdir, amma döyüşün bu il baş tutmamasına əmsal -1,1-dir.

    Nurməhəmmədovun atası deyirdi ki, Floyd MMA çempion nümayəndələrinə özü çıxıb. Onun sözlərinə görə, mübarizə yalnız döyüşçülər üçün deyil, həm də çox ciddi investorlar üçün maraqlıdır.

  • “Qəbələ” və “Neftçi” yenə qələbə sevinci yaşadı

    Bu gün Topaz Premyer Liqasında 25-ci tura yekun vurulub.

    Median.Az qol.az-a istinadən xəbər verir ki, əvvəlcə “Qəbələ” doğma meydanda “Zirə” ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

    Günün digər oyununda “Neftçi” “Sabah”ın qonağı olub. Matç “ağ-qaralar”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da, Roberto Bordinin komandası lider “Qarabağ”la iki xallıq fərqi qoruyub.

    19 aprel (cümə)

    18:30.”Sabah” – “Neftçi” – 0:2
    Qol: Namiq Ələsgərov, 59, 63
    Qırmızı vərəqə: Novruz Məmmədov, 55 (“Sabah” – iki sarı vərəqə)
    Hakimlər: Rövşən Rəcəbov, Mübariz Haşımov, Yaşar Abbasov, Səbuhi Bayramov
    “Əlincə Arena”

    16:00.”Qəbələ” – “Zirə” – 2:1
    Qollar: D.Volkov, 21 (1:0), C.Adeniyi, 56 (2:0), S.Tounkara, 71 (2:1)
    Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Cavanşir Yusifov, Rəşad Əhmədov
    Qəbələ şəhər stadionu

    18 aprel (cümə axşamı)

    19:00.”Qarabağ” – “Keşlə” – 3:0
    Qol: S.Slavçev, 18, R.Almeyda, 59-pen. A.Zubir, 75
    Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev
    Tofiq Bəhramov adına Respublika Stadionu

    16:45.”Sumqayıt” – “Səbail” -1:2
    Qollar: Peyman Babayi, 13 (1:0), Ağabala Ramazanov, 52 (1:1), Oke Akboveta, 74 (1:2)
    Qırmızı vərəqə: Tome Kitanovski, 59 (“Səbail” – ikinci sarı vərəqə)
    Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Pərvin Talıbov, Kamal Umudlu
    “Kapital Bank Arena”

  • Azərbaycan Qran Prisində Dövlət Himnini kimlər səsləndirəcək?

    “Formual 1” üzrə Azərbaycan Qran Prisi zamanı Dövlət Himni xüsusi formada səsləndiriləcək.

    Median.Az fanat.az-a istinadən xəbər verir ki, himni Bəyimxanım Vəliyeva və Nurlan Növrəsli ifa edəcəklər.

    Qeyd edək ki, Azərbaycan Qran Prisi 26 – 28 apreldə keçiriləcək.

  • “Formula-1” komandası rəsmisi: Bakıdakı trass bizim üçün çətindir

    “Formula-1” yarışının komandalarından olan “Racing Point”in texniki direktoru Endryu Qrin Bakıda zəif nəticə göstərəcəklərini etiraf edib.

    O, “Autosport”a açıqlamasında bildirib ki, yalnız 10-12 mayda keçiriləcək İspaniya Qran-Prisində var gücləri ilə çıxış edəcəklər.

    “Tətbiq etdiyimiz yenilikləri get-gedə optimallaşdırırıq. Bəhreyn yarışı bizə maşınımızın yaxşı yerlərini göstərdi. Bakıdakı trass həmişə bizim üçün çətin olub. Bu il də yenidən onun çətin olacağını güman edirəm.

    Biz Bakıda xüsusi aşağı qüvvəli bolidlə çıxış edəcəyik. Sonra isə bizim çoxlu və sürətli yeniliklərimiz olacaq. İspaniyada bunlara başlayacağıq”.

    Qeyd edək ki, indiyədək üç Qran-Pri baş tutub. Avstraliyadakı yarışda finlandiyalı Valteri Botas, Bəhreyn və Çində isə britaniyalı Luis Hamilton qalib olub.

  • Zabit Səmədov: “Bu döyüşə görə mənə 5 dəfə artıq pul təklif etdilər” – VİDEO

    ATV telekanalında yayımlanan “5-ci element” verlişinin bu dəfəki qonağı dünya şöhrətli çempion Zabit Səmədov olub.


    Verliş zamanı Badr Hari ilə tarixi döyüşündən danışan Zabit Səmədov Badr Harini revanşa çağırmağının əsas səbəbinin böyük məbləğdə qonorar olduğunu açıqlayıb.

    “Təşkilatçılar bu döyüşün olması üçün israr etdilər və bunun üçün mənə 5 dəfə artıq pul təklif etdilər” – deyən çempion təklif olunnan məbləği açıqlamayıb.

    Qeyd edək ki, Zabit Səmədovun qonaq olduğu “5-ci element” tok şousu 22 aprel saat 22:00-da efirdə olacaq.

  • Bakıda keçiriləcək Qran Pri qaliblərinə nə qədər pul veriləcək?

    Bakıda keçiriləcək paracüdo üzrə Qran-Prinin mükafat fonduna aydınlıq gəlib.

    Oxu.az-ın araşdırmasına görə, mükafat fondu 27 300 dollardır.

    Belə ki, birinci yer tutan idmançıya qızıl medaldan başqa, diplom və 1000 dollar pul veriləcək. İkinci yerin sahibi gümüş medal, diplom və 500 dollara sahib çıxacaq. Üçüncü pilləni tutan iki idmançının isə hər biri bir bürünc medal, diplom və 300 dollar alacaq.

    Nəzərə alaq ki, Tokio Paralimpiya Oyunlarına lisenziya verən yarışda qadınlar altı çəki dərəcəsi (-48, -52, -57, -63, -70, +70 kq) üzrə yarışacaq. Kişilər isə yeddi çəki dərəcəsində (-60, -66, -73, -81, -90, -100 və +100 kq) mübarizə aparacaq.

    Beləliklə, 13 çəki dərəcəsi üzrə qaliblərə 13 min dollar veriləcək. 13 gümüş müdalçıya isə ümumilikdə 6500 dollar təqdim ediləcək. Cüdo və paracüdo yarışlarında iki bürünc medalçı olduğunu, 26 qalibin hər birinə 300 dollar verildiyini nəzərə alsaq, bu rəqəm 7800 dollar edir.