Category: İdman

  • Qurban Qurbanov: Futbolçulardan sərt tələblərimiz var

    “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov “Keşlə” klubu ilə 3:0 hesabı ilə nəticələnmiş görüşdən sonra keçirilən mətbuat konfransında maraqlı açıqlamalar verib.

    Jurnalistlərin “Neftçi”yə öz gücünüzü göstərmək istəyirsiz?” sualına məşqçi “Qətiyyən belə fikir yoxdur. İşimizlə məşğuluq” cavabını verib.

    “Oyunçularımı təbrik edirəm. Qələbə ilə yanaşı, həm də yaxşı oyun göstərdilər. Hesab bizim rahat qalib gəldiyimizi göstərir. Ancaq asan olmadı. Futbolçulardan sərt tələblərimiz var.

    Dünya futbolunda belə hesablar çox olur. Dekabradək çox çətin idi. Həmişə belə olub. Son iki turda ardıcıl 3:0-lar olsa da, heç nə asan olmadı. Sadəcə, qol şanslarımızdan istifadə etdilər. Xal itkiləri hər zaman ola bilər. Çempionatda bir komanda çempionluğa, digəri Avroliqaya, bir başqası isə liqada qalmağa oynayır. Ona görə də mütləq çətin olacaq. Digər hesablara da hazır olmalıyıq”, – deyə o bildirib.

  • Qurban Qurbanov: “Neftçi”yə nəyisə sübut etmək kimi bir fikrimiz yoxdur

    “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XXV turunda “Keşlə”ni evdə 3:0 hesabıyla məğlub etdikləri matçdan sonra mətbuat konfransı keçirib.

    Median.Az report-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə görüşü dəyərləndirib.

    – Futbolçularımı təbrik etmək istəyirəm. Qalib gəlməkdən başqa yaxşı mübarizə göstərdilər. Hesab rahat qalib gəldiyimizi göstərə bilər. Ancaq məncə, elə də asan olmadı. Çünki rəqib buraxdığı hər qoldan sonra dayanmadı, bizə təzyiq göstərdi. “Keşlə”yə də uğurlar arzulayılram.

    Bu gün Araz Abdullayevin ad günü idi, Maksim Medvedevin 400-cü oyunu idi. Qələbəni onların əlamətdar günlərinə həsr edirsiniz?

    – Futbolçular öz aralarında bunu həll edərlər (gülür). Belə əlamətdar olaylar oldu. Bəzən yaşımız dəyişəndə, sevinirik. Ancaq xüsusilə futbolçular narahat olmalıdır, çünki yaşa dolurlar. Ona görə peşəkar olmağa çalımalıdılar. Ola bilər ki, əllərində şans olmasın. Bütün kollektivə uğurlar arzulayıram.

    Dekabrdan “Qarabağ”ın darmadağınları davam edir. Bu nəyin nəticəsidi? “Neftçi”yə göstərmək istəyirsiniz ki, çempion biz olmalıyıq, yoxsa…?

    – Qətiyən belə fikir yoxdur. İşimizlə məşğuluq. Futbolçulara tələblərimizi edirik. Dünya futbolunda belə hesablar çox olur.

    Bəlkə yorğunluq futbolçularınızın artıq canlarından çıxıb?

    – Dekabradək çox çətin idi. Həmişə belə olub. Son 2 turda ardıcıl 3:0-lar olsa da, heç nə asan olmadı. Sadəcə, qol şanslarımızdan istifadə etdilər. Digər hesablara da hazır olmalıyıq. Hamımızda rahatçılıq olmamalıdır.

    “Sabah” Təmkin Xəlilzadəni qovduğunu rəsmən açıqlayıb. Millidə onunla işlədiyiniz vaxtda belə problem olmuşdu?

    – Belə bir məlumatım yoxdur. Fikir bildirməyim düzgün olmazdı. Millidə olduğum müddətdə futbolçulardan razı qalmışdım. Ciddi problemlə üzləşməmişəm.

    Sona 3 tur qalıb. “Neftçi”nin ötən turda xal itkisi çempionluq mübarizəsinə necə təsir göstərə bilər?

    – Mövsüm başalayandan heç birimiz rahat hazırlaşmamışıq. Qış fasiləsindən sonra ilk turda demişdim ki, hələ çox xal itirəcəyik. Bilinmir ki, qarşıdakı 3 turda nələr olacaq. Hər bir komandamın öz məqsədi var və buna görə də nəticəyə oynamağı daha çox düşünür. Hamısına hazır olmalıyıq.

    Kubokun finalı Naxçıvanda keçiriləcək. Bu turnirdə mübarizəni davam etdirən komandanın baş məşqçisi kimi bu qərara münasibətiniz necədir?

    – Əlbəttə, bu, biz klublara aid olan qərar deyil. Həmişə bildirmişəm ki, kubok fərqli turnirdi və onun öz nüfuzu var. Hamı istəyər ki, yaxşı stadionda, yaxşı şəraitdə oynasın. Hər hansı qərara etiraz bildirməyimiz düzgün olmaz. Naxçıvanda az oynamışıq. Finala çıxsaq, mütləq deyilən stadionda oynayacağıq. Yəqin ki, bölgələrdə futbolun inkişafı, əyalətin yaddan çıxmaması üçün bu addımı atıblar. Mənim baş məşqçi kimi fikir bidlirməyim düzgün çıxmaz.

  • “Qəbələ”nin prezidenti olmaq mənim üçün böyük şərəfdir” – Fariz Nəcəfov

    “Qəbələ” İdman Klubunun prezidenti olmaq mənim üçün böyük şərəfdir. Mən Tale Heydərovun başladığı və uzun illər ərzində yüksək səviyyəyə qaldırdığı işi layiqli şəkildə davam etdirməyə çalışacam”.

    Median.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri “Qəbələ”nin yeni prezidenti Fariz Nəcəfov klubun rəsmi saytına açıqlamasında deyib.

    Təyinatı ilə bağlı danışan klub rəhbəri bunları bildirib: “Tale müəllim hər zaman klubun gələcəyinə böyük diqqət ayırıb və mən də akademiyamızda gələcəyin çempionlarının yetişməsi üçün əlimdən gələni edəcəyəm. Onun rəhbərliyi altında klubumuz tək futbolda deyil, digər idman növlərində də böyük uğurlar əldə etmişdir”.

  • “Qəbələ” futbol klubuna yeni prezident təyin olunub

    Tale Heydərovun “Qəbələ” İdman Klubunun prezidenti vəzifəsindən istefasından sonra bu posta Fariz Nəcəfov təyin olunub.

    Sabiq prezident tərəfindən 2008-ci ildə kluba vitse-prezident vəzifəsinə təyin olunmuş Nəcəfovun rəhbərliyi altında bundan sonra da klubun məqsədi “Qəbələ” Futbol Akademiyasının inkişafı və Avropa turnirlərində uğurlu çıxış planını davam etdirməkdir.

    Yeni prezident Fariz Nəcəfov təyinatla bağlı bildirib: “Qəbələ” İdman Klubunun prezidenti olmaq mənim üçün böyük şərəfdir. Mən Tale Heydərovun başladığı və uzun illər ərzində yüksək səviyyəyə qaldırdığı işi layiqli şəkildə davam etdirməyə çalışacam. Tale müəllim hər zaman klubun gələcəyinə böyük diqqət ayırıb və mən də akademiyamızda gələcəyin çempionlarının yetişməsi üçün əlimdən gələni edəcəyəm. Onun rəhbərliyi altında klubumuz tək futbolda deyil, digər idman növlərində də böyük uğurlar əldə etmişdir”.

    Fariz Nəcəfovun prezident postuna təyin olunması ilə bağlı Tale Heydərov bunları deyib: “Mənim üçün getmək zamanı gəlmişdi və Fariz Nəcəfovun yeni prezident olmağını açıqlamaqdan məmnunluq duyuram. 13 il ərzində klubun inkişafını görmək möhtəşəm idi və buna görə bir daha klubun kollektivinə, futbolçulara və azarkeşlərə təşəkkür edirəm – bilirəm ki, onlar daha da irəli gedəcəklər”.

  • Nurməhəmmədov məşhurluqdan şikayətləndi – Məni yorurlar…

    Rusiyalı qarışıq əlbəyaxa döyüş növləri ustası Həbib Nurməhəmmədov populyarlığa olan münasibəti barədə fikrini bölüşüb.

    Median.Az Oxu.az-a istinadən xəbər verir ki, 30 yaşlı döyüşçü şöhrətin onun üçün bir sıra çətinliklərə səbəb olduğunu yazıb.

    “Bəzən zala çətinliklə daxil oluram. İnsan izdihamı ilə rastlaşırsan. Kimi səninlə şəkil çəkdirmək istəyir, kimi suallar və təkliflər verir… Boşuna vaxt gedir, mən isə ora sadəcə məşq etməyə gəlmişdim. Beynim başqa şeyə köklənib. Bunlar isə məni yorur”, – deyə Nurməhəmmədov bildirib.

  • Formula 1 Azərbaycan Qran Prisi ilə bağlı son tamamlanma işləri aparılır

    Formula 1 Azərbaycan Qran Prisi ilə bağlı son tamamlanma işləri aparılır.

    Median.Az Trend-ə istinadən bildirir ki, bunu Bakı Şəhər Halqasının Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim deyib.

    O qeyd edib ki, bilet satışları ötən ildən daha yaxşı gedir. Onun sözlərinə görə, 2016-cı ildən indiyə qədər hər il biletlərin satışında artım müşahidə olunur.

    Yarışın təşviqi nəticəsində xüsusən yarışa xaricdən gələnlərin sayı artmaqdadır. O qeyd edib ki, Avropa ölkələrindən maraq artır. Əvvəlki yarışlarda 50 nəfərə qədər insanın gəldiyi ölkələrdən bu il gələnlərin sayı yüzlərlədir. İnanırıq ki, bu il də çox maraqlı yarış baş tutacaq.

  • Çunayev dağıstanlı xanımla “Ləzginka” oynadı – VİDEO

    Azərbaycanlı güləşçi Rəsul Çunayev yenidən rəqsi ilə gündəmə gəlib.

    Tanınmış yunan-Roma güləşçimiz Dağıstanın paytaxtı Mahaçqaladakı toylardan birində “Ləzginka” oynayıb.

    Onun bu dəfə tərəf müqabili Dağıstan müğənnisi Mərziyət Abdullayeva olub.

  • Faiq Qarayev milliyə qayıdıb? – AÇIQLAMA

    Faiq Qarayev milli komandamıza baş məşqçi postuna qayıtmayıb.

    Bunu  oxu.az-a Azərbaycan Voleybol Federasiyasından bildiriblər.

    “Hazırda millimizin Azərbaycanda oynayan üzvləri Bakıda məşqçilər – Famil Ağayev, Vüqar Əliyev və Emin Əbilovun rəhbərliyi altında məşq keçir və mayın sonlarında başlayacaq Qızıl Avropa Liqasına hazırlaşır. Faiq Qarayev federasiyanın vitse-prezidenti kimi fəaliyyətini davam etdirir. Onun baş məşqçi postuna qayıdıb-qayıtmayacağına hələ ki qərar verilməyib. Bu məsələyə federasiya prezidenti Cavid Qurbanovun rəhbərliyi altında yaxın günlərdə keçiriləcək Rəyasət Heyətinin iclasından sonra baxılacaq.

    Qızıl Avropa Liqası üçün təqdim olunan heyət də ötənilkidir. Yəni Faiq Qarayevin adının orda olması bu səbəbdəndir. Bizim yarış başlayanadək həmin siyahıda dəyişiklik etmək hüququmuz var”.

    Xatırladaq ki, Faiq Qarayev ötən ilin sonlarında Yaponiyada keçirilmiş dünya çempionatından sonra istefa verib.

  • Azərbaycanlı futbolçu döydüyü şəxsə şikayətini geri götürmək üçün 155 min rubl ödəyib

    Rusiyanın “Spartak” klubunda çıxış edən azərbaycanlı futbolçu Ayaz Quliyevin iştirakı ilə baş verən qəzanın detalları bəlli olub.

    “Report” “Mash”a istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi idarə etdiyi “Mercedes” markalı avtomobillə ABŞ vətəndaşı, 29 yaşlı Maykl Kou Con Eliniyə heç bir xəsarət törətməyib. Lakin daha sonra tərəflər arasında dava düşüb. ABŞ vətəndaşına burun sümüklərinin sınması diaqnozu qoyulub.

    A.Quliyev zərərçəkənə şikayətindən imtina etməsi üçün 155 min rubl ödəyib. Buna baxmayaraq, Maykl Kou Con Elini xəstəxanada müayinə olunmaq və futbolçudan böyük məbləğ tələb etmək niyyətindədir.

    Qeyd edək ki, Ayaz Quliyev aprelin 11-də Moskvanın Krasnoprudnaya küçəsində idarə etdiyi “Mercedes” markalı avtomobillə işıqforun qırmızı işığına məhəl qoymayaraq piyada xəttini keçən ABŞ vətəndaşı, 29 yaşlı Maykl Kou Con Eliyə toxunub. Daha sonra maşınından düşən yarımmüdafiəçi onunla mübahisə edib və yumruq zərbəsi ilə burnunu qırıb. Dərhal hadisə yerinə polis və təcili tibbi yardım maşını gəlib. Futbolçu əcnəbidən üzr istəyib və bütün xərcləri üzərinə götürüb. Bundan sonra zərərçəkən Quliyevə qarşı heç bir iddiasının olmamasına dair ərizə yazıb. Daha sonra klub futbolçunu heyətdən kənarlaşdırıb və onu cərimələyib.

  • Həbib şərt qoydu: “Əvvəlcə nəsə qazan, sonra danış”

    UFC çempionu Həbib Nurməhəmmədov Konor Makreqorun revanş döyüşü ilə bağlı yazdıqlarına münasibət bildirib.

    Median.Az Goal.az-a istinadən xəbər verir ki, Konor “Tvitter”də belə yazmışdı: “Həbibin UFS-də ən yaxşı olduğu fikri ilə qətiyyən razılaşmıram. O, 4-cü raunda qədər mənim yeganə müdafiə səddimi yara bilmirdi. Biz komandamızla birlikdə onun döyüş qabiliyyətini yetərincə araşdırmışıq. Revanş döyüşü hər şeyi göstərəcək”.

    Həbib bu döyüşün baş tutması üçün Konora şərt irəli sürüb: “Sən və sənin komandan 2016-cı ildən bəri heç nə qazanmayıb. Sən əvvəlcə nəsə qazanmalısan, ondan sonra revanş döyüşü barədə danışa bilərsən”.

    Konorla Həbib arasındakı döyüş 2108-ci ilin oktyabrında keçirilib və dağıstanlı idmançı 4-cü raundda qalib gəlib. Həbib növbəti döyüşünü Dastin Poreyə qarşı keçirəcək.