Category: İdman

  • “Qarabağ” dünya şöhrətli futbolçusu ilə yollarını ayırdı

    “Qarabağ” futbol klubu islandiyalı qapıçı Hanes Tour Haldoursonla yollarını ayırıb.

    Bu barədə klubun rəsmi saytında məlumat verilib.

    İslandiyalı qapıçı ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

    Mövsümün əvvəlində “Qarabağ”a transfer olunan Haldourson 8 oyunda (4 Premyer Liqa, 4 avrokubok) meydanda olub.

    Qeyd edək ki, o, sonuncu dünya çempionatında Argentina millisinin üzvü Lionel Messinin penaltisini qaytarmaqla dünya mətbuatının diqqət mərkəzinə düşmüşdü.

  • 21 yaşlı Avropa çempionumuz: ABŞ-dan mənim kumirim olduqlarını yazırlar – FOTO

    Uzunluğa tullanma üzrə atlet Nazim Babayev ötən ay Şotlandiyanın Qlazqo şəhərində qapalı manejdə keçirilmiş atletika üzrə Avropa çempionatında qalib olmaqla Azərbaycanın tarixinə düşdü. O, üç təkanla tullanmada 17,29 metr nəticə göstərməklə Avropada hamıdan güclü oldu.

    Median.Az oxu.az-a istinadən21 yaşlı atletimizdən müsahibə götürüb.

    – Karyeranıza necə başlamısınız?

    – İdman karyerama 2003-cü ildə – altı yaşım olanda başlamışam. Futbola yazılmaq istəyirdim. Uşaqlıqdan həvəsim futbola, karateyə idi. Sırf “Neftçi”yə yazılmaq üçün nənəmlə anam məni İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionuna aparmışdı. Amma orda stadionun ovaxtkı direktoru Məmmədəli Məmmədov məsləhət gördü ki, ilk növbədə atletika ilə məşğul olum.

    Dedi ki, sümüyüm bərkiməli, bədənim formalaşmalıdır. Buna görə 2003-cü illərin sonlarından ovaxtkı “Neftçi” İSM-də atletika ilə məşğul olmağa başladım. Sonradan bu idmana marağım artdı və elə o vaxtdan atletika ilə məşğul oluram. O vaxtdan da məşqçim Ziyad Xalfayevdir. O, iyirmi ildir ki, “Neftçi”də məşqçi işləyir. Hardasa beş-altı ildir ki, özüm də peşəkar idmançı kimi bu klubun üzvüyəm.

    – Məşqçiniz qısa söhbətdə bildirdi ki, sizi özü tapıb…

    – Məşqlərə gələndən bir il sonra tez-tez xəstələndim deyə, hazırlıqları buraxmalı oldum. Amma Ziyad müəllim valideynlərimə inadla bildirdi ki, məni məşqlərə qaytarmaq lazımdır. Yenidən idmana qayıtmağımda onun böyük rolu olub. Məni məşqlərə babam gətirməyə başladı.

    – Bəs indi futbola marağınız necədir? Atletika sizi bu idmandan soyutmayıb?

    – Yox, yenə futbola baxıram. Sadəcə olaraq, indi futbolla məşğul olmaq maraqlı deyil.

    – Atletika Azərbaycanda o qədər də nəticə gətirən idman növü olmayıb. Valideynlərin müəyyən müddətdən sonra sizi nə əcəb bu idmandan daha çox nəticə verdiyimiz idman növlərinə yazdırmadı?

    – Heç kim fikirləşmirdi ki, mən gəlib bu səviyyəyə çatacağam və peşəkar şəkildə bu idmanla məşğul olacağam. O vaxt sağlamlıq və maraq üçün məni bu idmana yazdırmışdılar. Sonralar mənim bu idmandakı perspektivimi görüncə, saxladılar.


    – Atletikanın müxtəlif növləri var. Niyə məhz atletikanın tullanma növünü seçdiniz?

    – Məşqçim də idmançı vaxtlarında uzunluğa tullanma ilə məşğul olub. Atletikada uzunluğa tullanmadan başqa, sprint qaçışlarında da gücümü sınamışam. 2010-cu ildən artıq sırf üç təkanla tullanmada çıxış etməyə başladım.

    Uşaq yaşlarında üç təkanla tullanmaqla məşğul olmaq olmaz. Çünki bu, atletikanın ən çətin növlərindən biridir, onurğa sütununda və dizlərdə ciddi zədələrə gətirib çıxara bilər. 2012-ci ildə bu növdə ilk beynəlxalq yarışıma çıxdım. Bir sözlə, həm məşqçim məni atletikanın bu növünə yönəltdi, həm də özümün bu növdə kumirlərim vardı.

    – Kim idi onlar?

    – Ən çox fransalı dünya çempionu Tedi Tamqonun videolarına baxırdım. O, 2013-cü ildə Moskvada dünya çempionu olub, indi artıq məşqçilik edir. O, karyerasını bitirdikdən sonra kumiri olduğum elə bir idmançı yoxdur. İndinin özündə də Tamqonun videolarına baxıb, nəsə öyrənməyə çalışıram.

    – Sonuncu dəfə Milli Olimpiya Komitəsində media qarşısına çıxarkən belə bir cümlə işlətmişdiniz ki, vaxtı ilə 34 yaşlı portuqaliyalı Nelson Evuranı televizorda izləyirdin, indi isə yarışda ona qalib gəlirsiniz…

    – Tedi Tamqonun məşqçisi hazırda həmin portuqaliyalı idmançını çalışdırır. Həmin məşqçi də vaxtilə dörd və ya beş dəfə uzunluğa tullanmada dünya çempionu olub. Dediyim kimi, portuqaliyalı idmançının 2008-ci ildə Pekində Olimpiya çempionu olmasına baxmışdım. İndi isə tale elə gətirib ki, bir-birimizə rəqib olmuşuq.

    – 2017-ci ildə Kubadan Aleksis Kopelyonu yığmaya gətirildi. O, milliləşdirilərkən sizdə müəyyən qısqanclıq yarandımı?

    – Onun gəlməyi mənə o qədər də xoş olmadı. Çünki fikirləşirdim ki, mən varamsa, legioner nəyə lazımdır? Amma qarşıma məqsəd qoymuşdum ki, İslam Həmrəyliyi Oyunlarında ondan güclü olmalıyam. O da peşəkar güclü idmançıdır. Amma ona heç nə deməmişəm. Bu, sağlam rəqabətdir. Onsuz da o, Kuba adından da olsa mənə hansısa yarışda rəqib olacaqdı. Nə sevinirəm ki, o gəlib, nə də onun gəlişinə çox böyük önəm verirəm.

    – Görünür, bu sizə daha çox stimul verdi və İslamiadada məhz onu məğlub edərək qızıl medalı qazandınız…

    – Əlbəttə. Ona beşinci cəhddə qalib gələ bildim. 17 metr, 15 santimetr (17,15 metr) məsafəyə tullanaraq onu qabaqladım. Ancaq o, respublika çempionatında artıq rəqibdir (gülür).

    – Təxminən nə qədər Azərbaycan çempionluğunuz var?

    – İyirmidən çoxdur. Həm uzunluğa tullanmada, həm də üç təkanla tullanmada çempion olmuşam.

    – Niyə beynəlxalq yarışlarda uzunluğa tullanmada gücünüzü sınamırsınız?

    – Uzunluğa tullanmada perspektivim o qədər də böyük deyil. Bugünkü nəticəm 7,54 metrdirsə, onu yaxşılaşdırıb 8 metr edə bilərəm. Amma bu nəticə heç dünya çempionatının final mərhələsinə çıxmaq üçün kifayət etmir. Orada rəqabət çox güclüdür. Çünki 8 metrdən uzağa tullana bilən dünyada çoxlu sayda idmançı var. Ona görə də çox çətindir. Üç təkanla tullanmada isə təxminən 15-20 nəfər 17 metrdən uzağa tullana bilir.

    – Avropa çempionu olduqdan sonra həyatınızda dəyişiklik oldumu?

    – Daha çox insan məni tanıdı. Dəyişiklik əsas bundan ibarət oldu. Əvvəl də yeniyetmələr və U-23-lər arasında Avropa çempionu olmuşdum. Amma bu qədər diqqət mərkəzində deyildim. Özüm də başa düşürəm ki, artıq böyüklər arasında Avropa çempionuyam. Bu, artıq tarixin silinməyən bir hissəsidir. İndi isə ABŞ-dan belə mənə yazırlar ki, sənin kumirinik (gülür).

    – “Instagram” profilinizdə artım oldu?

    – Bəli. İzləyicilərin, “like”ların, yazanların sayı artdı. Düzdür, özüm də gəncəm, 21 yaşım var. Amma gənclərə nədəsə örnək oluramsa, bu, artıq sevindirici haldır.

    – İngilis dilini hansı səviyyədə bilirsiniz?

    – Orta səviyyədə.

    – 2017-ci ildə sizin ingilis dilində verdiyiniz müsahibənizi görmüşəm. Hiss olunur ki, yaxşı bilmirsiniz, amma çulunuzu sudan quru çıxara bilirsiniz…

    – Bəli, o, U-23-lərin Avropa çempionatının qalibi olanda məndən alınıb. Bu dəfə də ingiliscə müsahibə vermişəm. Bu dəfə daha yaxşı danışmışam. Təbii ki, ingilis dilini təkmilləşdirmək lazımdır. Beynəlxalq yarışlara getdikdə çox lazım olur. Özüm də mövsümlərarası məşqlərim olmayanda ingilis dilindən hazırlıqlara gedirəm.


    – Xətti keçmək idmançıların atletikada ən xoşlamadığı bir şey hesab olunur?

    – Əlbəttə. Avropa çempionatında bir cəhdim vardı. Orda 17,40 metr nəticə göstərə bilərdim. Amma xətti keçdiyim üçün həmin cəhdim sayılmadı. Bundan heç kim sığortalanmayıb. Bu, dünya səviyyəli idmançılarda çox olur.

    – 17,29 metrə tullanmaqla U-23-lər arasında Azərbaycan rekordu qırdınız. Bəs böyüklər arasında Azərbaycan rekordu kimə məxsusdur?

    – 17,32 metrə lap çoxdan tullanıb rekord edən olub. Həmin adamın adı, səhv etmirəmsə, Vasifdir.

    – Real yanaşsaq, dünya və Avropa rekordu qırmağınız mümkündürmü?

    – Rekordlarım çoxdur. Hətta U-20 Avropa çempionatının rekordunu qırmışam. Amma dünya və Avropa rekordu açıq havada 18,29 metrdir. Onu qırmaq üçün Allahdan daha çox güc istəməliyəm ki, o nəticəyə çatım. Hazırda deyə bilmərəm ki, o rekordu qıraram. Bunu zaman göstərəcək.

    – Belə ümumiləşdirsək, dünya çempionu olmaq dünya rekordu qırmaqdan daha asandır…

    – Əlbəttə. 17,80 metrə tullanmaqla dünya çempionu ola bilərsən. 17,92 metr qapalı manejdə dünya rekordudur. Nisbətən onu qırmaq əlçatan görünür. Onu da qeyd edim ki, o vaxtlar qeydə alınan nəticələrə görə dopinq nəzarəti də güclü deyildi. İndi isə idmançılar nəticələri öz gücünə qazanır. Ona görə göstəricilər də aşağı düşür.

    – Heç olubmu ki, öz gücünüzü qaçışçılarla da sınamısınız?

    – Bəli. Mən hətta iki il bundan əvvəl qaçış üzrə Azərbaycan çempionu da olmuşam. Amma qaçış daha çətindir. Orda daha çox fiziki güc tələb olunur. Amma atletikanın ən çətin növü şüvüllə tullanmadır.

    – Avropa çempionu olduqdan sonra sizə yeni sponsorlardan təkliflər gəlir?

    – Hazırda “Adidas” və “Redbull”la əməkdaşlıq edirəm. Onların videoçarxlarında çəkilirəm. İdmançıya sponsor çox lazımdır. Əslində, 2017-ci ilədək “Nike” ilə əməkdaşlığım vardı. Sonra məndə zədələr oldu və mənimlə əməkdaşlığı dayandırdılar. Hardasa bir il sponsorsuz qaldım. Şotlandiyaya – Avropa çempionatına getməzdən öncə isə “Adidas”la anlaşdım. Onlar Avropa çempionatı öncəsi məni geyimlə təmin etdilər. Bir gün sonra isə mən çempion oldum. Hazırda “Adidas”ın sponsorluq etdiyi idmançılar arasında tullanma üzrə ən güclü atletəm.

    – Binaların üstündən tullanan insanların videoçarxlarını tez-tez görürük. Sizə belə təkliflər gəlmir ki?

    – Əslində, “Red Bull”dan maraqlı layihə təklifi gəlib. Qışda bu barədə söhbətimiz olmuşdu. İndi bu məsələni dəqiqləşdirməliyik.

    – Hazırda Türkiyəni təmsil edən dünya və Avropa çempionu Ramil Quliyevlə münasibətləriniz necədir? Onunla əlaqələriniz qalır?

    – Əlbəttə. O da bir azərbaycanlıdır. Hər bir insanın qərarına hörmətlə yanaşmaq lazımdır. Türkiyədəki təlim-məşq toplanışlarında üz-üzə gəlirik. Münasibətlər normaldır.


    – Ramil Quliyev Türkiyədə ilin atleti seçildi. Siz bu il həmin nəticəni Azərbaycanda təkrarlaya bilərsiniz?

    – 2017-ci ildə Gənclər və İdman Nazirliyinin 10 ən yaxşı idmançısı arasına düşmüşəm. Düşünürəm ki, bu il də bu sırada yer ala bilərəm. Hələ ki, bu il üçün dünya və ya Avropa çempionumuz yoxdur.

    – Sizdən başqa, hazırda atletikada Azərbaycana medal gətirə biləcək idmançı var?

    – Uzunluğa tullanmada 2001-ci il təvəllüdlü idmançı var. Yeniyetmələr üzrə Avropa üçüncüsü olub. Sprint qaçışlarında yaxşı nəticə göstərə biləcək qızlarımız var.

    – Hazırda dünya reytinqində neçənci yerdəsiniz?

    – Əslində, köhnə sistemlə beşinci yerdəyəm. Hazırda nəticəm dünyada beşincidir. Amma martın 20-dən xal sisteminə keçilib və bu sistemlə 16-cıyam. Yəni nəticələri məndən zəif olan idmançılar bu sistemlə məndən qabaqdadırlar.

  • Makqreqor yenidən idmana qayıdır

    İrlandiyalı döyüşçü Konor Makqreqor yenidən idmana qayıdır.

    O, “Twitter” hesabında bu barədə yazıb:

    “Hansı dinə və kökə sahib olmalarından asılı olmayaraq, azərkeşlərimlə birgə irəliyə doğru hərəkət etmək istəyirəm. Bütün dini inanclar bizi daha yaxşı biri edir. Oktaqonda görüşərik”, – deyə o bildirib.

    Qeyd edək ki, Makqreqor idmandan gedişi barədə 26 martda məlumat vermişdi. Bu hadisədən sonra o, sosial şəbəkələrdə aktivliyi: UFC çempionu Həbib Nurməhəmmədovu “siçovul” adlandırması, onun həyat yoldaşını təhqir etməsi, dəsmalla müqayisə etməsi ilə gündəmdə idi.

  • Azərbaycanlı polis mayoru növbəti qələbəsini qazanıb – FOTO/VİDEO

    Azərbaycanlı polis mayoru İlkin Səfərov qaydasız döyüşdə növbəti qələbəsini qazanıb.

    38 yaşlı Səfərov Belarus Döyüş Çempionatında (Belarusian Fighting Championship) yerli idmançı Pavel Tryatikovla qarşılaşıb.

    93 kq çəki dərəcəsində gedən döyüşdə idmançımız qalib gəlib.




    //oxu.az

  • Pele xəstəxanaya yerləşdirildi

    Braziliya futbolunun əfsanəsi Pele PSJ-nin oyunçusu Kilian Mbappe ilə görüşdükdən sonra Parisdə xəstəxanaya yerləşdirilib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 79 yaşlı idmançı son zamanlar böyrək və prostat problemlərindən əziyyət çəkir.

    Pelenin həyati təhlükəsinin olmadığı bildirilir.

  • Makqreqor və Nurməhəmmədov yenidən qarşı-qarşıya gəldi

    Həbib Nurməhəmmədov və Konnor Makqreqor arasında döyüş çoxdan bitsə də, söz döyüşü səngimir. Median.Az xarici mətbuata istinadla xəbər verir ki, Rusiya vətəndaşı olan müsəlman idmançı Nurməhəmmədov bu dəfə Makqreqorun karyerasına son qoyacağı xəbərinə münasibət bildirib.

    O, qeyd edib ki, Konorun karyerasına son verəcəyinə inanmır: “Konor “səndən ayrılıram” deyib, hər zaman geri dönən qısqanc qadınlar kimdir”.

    Konor isə rəqibinin həyat yoldaşını təhqir edən tivit paylaşıb.

    O qeyd edib ki, Nurməhəmmədovun həyat yoldaşı bir dəsmaldır”. Bununla Konor Həbibin həyat yoldaşının hicablı geyiminə sataşıb. Konor yazdığı tviti 15 dəqiqə sonra silsə də, onun sözləri xəbər saytlarına manşet olub.

  • Futbol millimizdə baş məşqçi təyinatı

    17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-17) baş məşqçisi müəyyənləşib.

    AFFA-nın Məşqçilər Komitəsinin tövsiyəsinə uyğun olaraq, U-17-nin baş məşqçisi vəzifəsi Vüqar Məmmədə həvalə olunub.

    Qeyd edək ki, Vüqar Məmməd əvvəl U-19 millimizi çalışdırırdı.

  • “ShamkirChess 2019”: Şəhriyar Məmmədyarov məğlub olub

    Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “ShamkirChess 2019” turnirində növbəti görüşünü başa vurub.

    Median.Az report-a istinadən xəbər verir ki, 34 yaşlı qrossmeyster III turda Hindistan təmsilçisi Vişvanatan Anandla üz-üzə gəlib. Görüş Məmmədyarovun məğlubiyyəti ilə yekunlaşıb – 0:1. 3 turdan sonra Anandın 1.5, Məmmədyarovun isə 1 xalı var.

    Hazırda yalnız David Navara (Çexiya) – Maqnus Karlsen (Norveç) görüşü davam edir.

    III turun digər nəticələri:

    Sergey Karyakin (Rusiya) – Veselin Topalov (Bolqarıstan) – 0,5

    Teymur Rəcəbov (Azərbaycan) – Dinq Liren (Çin) – 0,5:0,5

    Alekandr Qrişuk (Rusiya) – Aniş Giri (Hollandiya) – 0,5:0,5

  • Həbib növbəti döyüşünə bu tarixdə çıxacaq

    Qarışıq döyüş növlərinin (MMA) UFC 229 kateqoriyası üzrə ən güclü idmançılardan olan rusiyalı Həbib Nurmaqomedov bu ilin sentyabrında döyüş planını təsdiqləyib.

    Median.Az Axar.az-a istinadən xəbər verir ki, döyüşçü tələbələrlə görüşdə sentyabrın 7-də və dekabrın 28-də döyüşlər keçirəcəyini bildirib. Bundan əvvəl UFC prezidenti Deyna Uayt da H.Nurmaqomedovun növbəti döyüşünün sentyabra planlaşdırıldığını vurğulayıb.

    H.Nurmaqomedov qeyd edib ki, müəyyən çətinliklər var və hələlik danışıqlar davam edir: “Mənə görə diskvalifikasiya edilən Zubayra (Tuxuqov) və Abubakarın (Nurmaqomedov) sentyabrda mübarizə apara bilməmələri mənim qayıtmağıma mane olur. Mən əvvəlcə onların qayıtmasını istəyirəm. Məni öz fikrimdən daşındırmaq üçün daha çox pul təklif edirlər”.

    Xatırladaq ki, H.Nurmaqomedov oktyabrın 7-də irlandiyalı Konor Makqreqoru məğlub edərək çempionluq kəmərini qoruyub. İrlandiyalı ilə qarşılaşmadan sonra rusiyalı döyüşçü dava hadisəsinə görə 9 ay müddətinə diskvalifikasiya olunaraq, 500 min dollar cərimə edilib.

    Rusiyalı döyüşçü qarışıq döyüş növləri üzrə keçirdiyi 27 qarşılaşmanın hamısında qalib gəlib.

  • Konorla Həbib yenə atışdı: Sən şərəfini itirdin…

    İrlandiyalı döyüşçü Konor Makreqor və dağıstanlı Həbib Nurməhəmmədov yenə bir-birlərinə ilişiblər.

    Median.Az Modern.az-a istinadən xəbər verir ki,Makreqor karyerasıni bitirdiyinə görə, Nurməhəmmədovun ona söz atmasına Tvitter hesabında belə cavab verib:

    ”Sənin pulunu əlindən aldılar,mənimlə döyüşəndə qardaşlarının gözünün altını qaraltdılar. Balaca siçan! TezlikləLas Veqada böyük parti olacaq, balaca”.

    Nurməhəmmədovun isə cavabı gecikməyib. O bildirib ki, pul gəlib,gedəndir, amma şərəf yox.Sən şərəfini həmin gecə itirdin və heç vaxt geri qaytara bilməyəcəksən.Sən bununla yaşa. MMA karyeranı bitirməklə Tvitterdə karyerana başlamalısan?”

    Qeyd edək ki, ötən ilin oktyabrında UFC-nin 229-cu çempinatında Nurməhəmmədov Makreqoru boğucu fəndə salaraq məğlub edib.

    Bundan sonra döyüşçülərin komandaları arasında dava başlanmışdı. Bu yaxınlarda isə Makreqor döyüşdən getdiyini bəyan edib.