Category: İdman

  • Bakının mərkəzində yarış: “The Grand Tour” Azərbaycanda – VİDEO

    Martın 22-də dünyaca məhşur avtomobil teleserialı olan “The Grand Tour” filminin Gürcüstan və Azərbaycana həsr olunmuş yeni epizodu ekranlara çıxıb.

    Üçüncü mövsümün 11-ci epizodunun qəhrəmanları Ceremni Klarkson, Ceyms Mey və Riçard Hammond ən yaxşı avtomobili müəyyən etmək üçün Cənubi Qafqaza gəliblər.

    Serialın qəhrəmanları Batumidən Bakıyadək olan min kilometr məsafəni “Aston Martin DBS”, “Bentley Continental GT” və “BMW M850i” avtomobillərində qət ediblər. Yolda onlar müxtəlif macəralarla qarşılaşıb, onlar gözəl şəhərlər və kəndləri, tarixi yerləri görüblər.

    Səfər zamanı aparıcılar Gəncə, Lahıcda olub, Bakıda yarışıblar.

    “The Grand Tour” filminin üçüncü mövsümünün 11-ci epizodunu təqdim edirik:

  • Messi zədələndi

    DÇ-2018-dən sonra Argentina millisinin heyətində Venesuela ilə matçda ilk dəfə meydana çıxan Lionel Messi zədələnib.

    Median.Az xəbər verir ki, zədə səbəbindən 31 yaşlı futbolçu “tanqoçular”ın heyətindən çıxarılıb. Messi millinin martın 26-da Mərakeşlə yoxlama görüşünü buraxmalı olacaq.

    Qeyd edək ki, Venesuela yoxlama görüşündə Argentinanı 3:1 hesabı ilə məğlub edib.

  • Eden Azar “Real Madrid”ə keçməyə razılıq verib

    Madridin “Real” klubunun baş məşqçisi Zinəddin Zidan və Londonun “Çelsi” komandasının yarımmüdafiəçisi Eden Azar arasında danışıq olub.

    Median.Az “The Sun” nəşrinə istinadən xəbər verir ki, mənbənin məlumatına görə, belçikalı futbolçu “qaymaqlar”ın sıralarına qoşulmağa razılıq verib.

    Bildirilir ki, xavbek beş il müddətinə müqavilə imzalayacaq və “Kral klubu”nun ən yüksəködənişli oyunçusu olacaq.

    “Zadəganlar” isə öz növbəsində Azarı buraxmaq istəmirlər və onun transferinə 98 milyon funt sterlinq qiymət qoyublar.

    Belçikalı futbolçu cari mövsümdə İngiltərə Premyer Liqasının 29 matçında iştirak edib. O, 13 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

  • Həbib Nurməhəmmədovun növbəti döyüşünün tarixi bəlli oldu

    UFC çempionu Həbib Nurməhəmmədovun növbəti döyüşünün tarixi bəlli olub.

    “Sovetski Sport”un məlumatına görə, döyüşün 2019-cu il sentyabrın 7-də baş tutacağı deyilsə də, H. Nurməmmədovun rəqibinin kim olduğu hələ məlum deyil.

    “Sentyabrın 7-də Həbib Nurməhəmmədov növbəti döyüşünü keçirəcək”, – deyə Instaqramda jurnalist Azamət Bostanov yazıb.

  • Albaniya – Türkiyə, Portuqaliya – Ukrayna… – Hansı oyun, hansı kanalda? – TV AFİŞA

    Median.Az goal.az-a istinadən günün oyunlarını təqdim edir:

    AVRO-2020 seçmə mərhələ

    A qrupu

    21:00. Bolqarıstan – Monteneqro Matç! Futbol 1

    23:45. İngiltərə – Çexiya Matç!

    B qrupu

    23:45. Lüksemburq – Litva

    23:45. Portuqaliya – Ukrayna Matç! Futbol 1

    H qrupu

    23:45. Albaniya – Türkiyə İdman TV, TRT1

    23:45. Andorra – İslandiya

    23:45. Moldova – Fransa

  • Xorvatiya – Azərbaycan oyunu başlayıb – FOTO

    Zaqrebdə Xorvatiya və Azərbaycan milli komandaları arasında futbol üzrə AVRO-2020-nin seçmə oyunu başlayıb.

    Median.Az report-a istinadən xəbər verir ki, E qrupunun görüşü “Maksimir” stadionunda keçirilir.

  • Millimizin Xorvatiya ilə oyunu – bu kanallarda

    AÇ-2020-nin seçmə mərhələsində bu gecə keçiriləcək Xorvatiya – Azərbaycan oyunu televiziya vasitəsilə canlı yayımlanacaq.

    Median.Az qol.az-a istinadən xəbər verir ki, qarşılaşma “CBC Sport” və Rusiyanın “Matç TV” kanallarında nümayiş olunacaq.

    Qeyd edək ki, görüş saat 23:45-də başlayacaq.

  • “Azərbaycanın necə oynayacağını maraqla gözləyirik” – Xorvatiya millisinin baş məşqçisi

    Rəqibimizin yalnız son oyunlarını izləmişəm. Çünki əvvəlki görüşlərin əhəmiyyəti yoxdur. Hər bir baş məşqçi öz fəlsəfəsini ortaya qoyur. İndi də yeni mütəxəssisdir. Necə oynayacaqlarını maraqla gözləyirik.

    Bunu Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç Azərbaycan millisi ilə keçirəcəkləri 2020-ci il Avropa çempionatının seçmə qrup matçından əvvəl “Maksimir” stadionundakı mətbuat konfransında deyib. 53 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

    – Həmkarınız və həmyerliniz Nikola Yurçeviç barədə hansı fikirdəsiniz?

    – Açığı, başqa mütəxəssisin rəhbərlik etdiyi komandaya qarşı oynamaq daha yaxşı olardı. Çünki ondan heç nəyi gözləmək imkanımız yoxdur. Təcrübəli mütəxəssisdir, uzun illər Slaven Biliçin köməkçisi kimi çalışıb. Bu, böyük göstəricidir.

    – Azərbaycan kimi rəqibə qarşı dünya ikincisinin hazırlanması nə qədər çətindir?

    – İndi fərqli oyuna hazırlaşırıq. Topa daha çox nəzarət etməyi düşünürük. Ancaq əks-hücumlara köklənməyəcəyik. İlk oyunumuzdur və özümüzə heç bir stress hazırlamırıq.

    goal.az

  • Litvada baş məşqçi postuna gətirilən azərbaycanlı: “Futbolçu kimi də oynayacam”

    Azərbaycanın çimərlik futbolu üzrə idmançısı Sahib Məmmədov Litvanın çimərlik futbolu üzrə milli komandasının yeni baş məşqçisi təyin edilib. O, bundan sonra Litva milli yığmasını formalaşdıracaq. Gələn aydan etibarən beynəlxalq yarışlarda Litvanı Sahib Məmmədovun başçılıq etdiyi komanda təmsil edəcək.


    Median.Az-ın məlumatına görə, azərbaycanlı mütəxəssis Sahib Məmmədov Sputnik Azərbaycan-a müsahibəsində peşəsi ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib.

    – Neçənci ildən çimərlik futbolu ilə məşğul olursunuz?

    – 2008-ci ildə Azərbaycanda çimərlik futbolu oynamağa başladım. 2014-cü ilə kimi Azərbaycanın milli çimərlik futbolunun idmançısı oldum. Daha sonra isə Türkiyəyə köçdüm. 2014-cü ildən Türkiyədə oynayıram. İki il Türkiyədə yaşadım, 2017-ci ildə Litvaya köçdüm və orada ailə qurdum. Artıq neçə ildir ki, orada yaşayıram. Eyni zamanda, Türkiyədə Arsuz Bələdiyyəsinin klubunda da oynayıram.

    – Necə oldu ki, Litva milli yığmasına baş məşqçilik etmək təklifi gəldi?

    – Litvada çimərlik futbolu inkişaf etməyib. Mən də “İnkaraz” klubunda məşq edirdim. Keçən mövsümdə Litva çempionatı olmuşdu. Orada oyunumu bəyəndilər və təcrübəmə güvənərək məni baş məşqçi postuna dəvət etdilər. Mən də böyük məmnuniyyətlə razılaşdım. Məqsədimiz də odur ki, Litvada çimərlik futbolunu inkişaf etdirək.

    – Bundan sonra fəaliyyətinizi ancaq məşqçi kimi davam etdirəcəksiniz?

    – Məşqçi kimi özümü ilk dəfə sınayacağam. 11 illik təcrübəmlə bu sahədə də uğur qazanacağıma inanıram. Ancaq tək məşqçiliklə kifayətlənmək fikrim yoxdur. Eyni zamanda Türkiyədə Arzus Bələdiyyəsinin klubunda oynamaqda davam edəcəyəm. İldə iki dəfə gedib klubumu təmsil edəcəyəm. Karyerama idmançı kimi son qoymaq fikrim yoxdur. Ən azı, 4 il futbolçu kimi məşqləri davam etdirəcəyəm.


    – Sizə Azərbaycandan təklif gəlsə, qayıdarsınız?

    – Nə zamansa, təklif gəlsə, əlbəttə ki, qayıdaram. Axı Azərbaycan mənim vətənimdir.

    – Türkiyə ilə Litva çimərlik futbolunun fərqi nədir?

    – Türkiyədə çimərlik futbolu daha yüksək səviyyədədir. Litvada isə komanda yeni yaranır.

    – Litvaya Azərbaycandan idmançı dəvət edəcəksiniz?

    – Gələn aydan məşqlərə başlayacağıq. Azərbaycan çimərlik idman növündə yaxşı idmançılar çoxdur. Ehtiyac olarsa, o idmançılardan dəvət edə bilərik.

    – Gələcəkdə öz məktəbinizi açmaq kimi planınız varmı?

    – Maddi cəhətdən mənə dəstək olan olsa, öz məktəbimi də aça bilərəm. Bunu da zaman göstərəcək.

  • Polis qadın Azərbaycan çempionu oldu – FOTO

    Bu günlərdə Pauerliftinq üzrə Azərbaycan çempionatı keçirilib.

    Yarışda 15 rayonu təmsil edən 20 klubun heyətində 150-yə yaxın idmançı 12 çəki dərəcəsində mübarizə aparıb. Turnirdə Azərbaycan idmançıları ilə yanaşı, İran təmsilçiləri də mübarizəyə qoşulublar.

    İsmayıllı RPŞ-nin əməkdaşı Kamil Qafarov çəkisi 90 kiloqrama qədər olan idmançılar arasında 220 kiloqramlıq ştanqı qaldıraraq “bençpress” hərəkətində yarışın mütləq çempionu adını özündə saxlayıb.

    Səbail RMİ-nin əməkdaşı Razim Hüseynov çəkisi 125 kiloqrama qədər olan idmançılar arasında qızıl medal qazanıb. Millimizin “ağır artilleriyası” sayılan təmsilçimiz çiynində 340 kiloqram ştanqla oturub-qalxıb, 250 kiloqramı sinədən qaldırıb, 330 kiloqramı isə qurşağa qədər dartaraq pauerliftinq üzrə mütləq çempion olub.

    Digər təmsilçimiz, Azərbaycan Dövlət Televiziyası və Radio verilişləri QSC-nin mühafizəsi üzrə Mühafizə Şöbəsinin əməkdaşı Roman Əhmədov da inamla çıxış edib. O, çəkisi 82 kiloqramadək olan idmançılar arasında çiynində 187 kiloqramlıq ştanqla oturub qalxıb, 140 kiloqramı sinədən qaldırıb, 250 kiloqramı isə qurşağadək dartıb. Bu nəticə ilə o, finaladək irəliləyərək gümüş medal qazanıb.


    Bu idman növü ölkəmizdə kişilərlə yanaşı, qadınlar arasında da populyarlaşmaqdadır. Hər il keçirilən ölkə çempionatlarında belə deyək, “zərif güclü”lərimizin sayının və göstərdikləri nəticələrin artması bunu bir daha təsdiq edir.

    Sa¬bun¬çu RPİ-nin kadr və pe¬şə ha¬zır¬lı¬ğı üz¬rə baş ins¬pek¬to¬ru, polis baş leytenantı Ədi¬lə Qur¬ba¬no¬va da bu yarışda adını növbəti dəfə çempionlar sırasına yazdırıb. Əvvəllər dəfələrlə karate üzrə dünya və Avropa çempionu olmuş təmsilçimiz qadınlar arasında ştanqı qurşağadək dartma (deadlift) hərəkətində 145 kiloqram çəkinin öhdəsindən gələrək yarışın qızıl medalını qazanıb.

    Yarışların idarə olunmasında Samux RPŞ-nin əməkdaşı, Pauerliftinq Federasiyasının vitse prezidenti, dünya və Avropa çempionu Rüfət Ağayev yaxından iştirak edib.