Category: İdman

  • “Heç vaxt “Real”a qayıtmağı arzulamamışam” – Mourinyo

    “Mançester Yunayted”in sabiq çalışdırıcısı Joze Mourinyo Zinəddin Zidanın “Real”ın baş məşqçi vəzifəsinə təyin olunmasına münasibət bildirib.

    Median.Az qol.az-a istinadən xəbər verir ki, o deyib: “Real” yeni baş məşqçisi olmadığım üçün məyus deyiləm. Mən heç vaxt “Real”a qayıtmağı arzulamamışam. Zidanın “Real”ın baş məşqçisi təyin olunması qərarının yaxşı olduğunu düşünürəm. O, son illər klub üçün çox gözəl işlər görüb. Zidana uğurlar arzulayıram”.

    Qeyd edək ki, “Real”ın baş məşqçisi vəzifəsinə namizədlər sırasında klubun sabiq çalışdırcısı J.Mouriyonun da olduğu iddia olunurdu.

  • Zidandan futbolçulara xəbərdarlıq

    9 aylıq fasilədən sonra yenidən “Real”a qayıdan Zinəddin Zidan dünən ilk məşq zamanı futbolçulara ciddi xəbərdarlıq edib.

    Median.Az qol.az-a istinadən xəbər verir ki, fransalı mütəxəssis heç bir oyunçunun əsas heyətdə yerinin daimi olmadığını bildirib:

    “Keçmişi unudun. Biz sıfırdan başlayırıq. Hazırda sizin hər birinizin hansı vəziyyətdə olması önəmli deyil. Buna qədər etdiklərimiz də heç bir məna kəsb etmir. Heyətdə heç kimin yeri daimi deyil və eyni zamanda, heç kim bu şansı itirməyib. Qarşıdakı aylardan faydalanmalıyıq”.

    Qeyd edək ki, 3 gün öncə “Real”ın baş məşqçisi təyin olunan Zidan ispan klubu ilə 2022-ci ilin yayına qədər müqavilə imzalayıb.

  • Ronaldu və Messi Çempionlar Liqasında həftənin rəmzi komandasında yer alıb

    UEFA Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlanıb.

    Median.Az xəbər verir ki, “11-lik” 1/8 final mərhələsinin 4 cavab oyunu əsasında müəyyənləşib.

    Siyahıda İngiltərə “Mançester Siti”sindən 4, İtaliya “Yuventus”undan 3, İngiltərə “Liverpul”undan və İspaniya “Barselona”sından hərəyə 2 oyunçu yer alıb.

    Qapıçı: Voytsex Şensni (“Yuventus”)

    Müdafiəçilər: Jerar Pike (“Barselona”), Vircil van Deyk (“Liverpul”), Joau Kancelu (“Yuventus”,)

    Yarımmüdafiəçilər: Leroy Sane, Bernardo Silva, Rahim Sterlinq (hamısı “Mançester Siti”), Sadio Mane (“Liverpul”)

    Hücumçular: Kriştianu Ronaldu (“Yuventus”), Serxio Aqüero (“Mançester Siti”), Lionel Messi (“Barselona”)

  • Atletimiz dünya birinciliyində üçüncü oldu – FOTO

    ABŞ-ın Las-Veqas şəhərində keçirilən yeniyetmə ağır atletlər arasında dünya birinciliyi çərçivəsində Əli Şükürlü körpücük üzərinə çıxıb və bürünc medal qazanıb.

    Bu barədə Azərbaycan Ağır Atletika Federasiyası məlumat yayıb.

    Ə.Şükürlü 102 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

    Atletimiz birdən qaldırma hərəkətində 125 kq-ı ram edərək bu hərəkətdə dünya birinciliyinin bürünc medalına sahib çıxıb.

    Əli təkanla qaldırma hərəkətində də uğurlu çıxışını davam etdirib. O, 155 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə bürünc medala yiyələnib.

    Toplam 280 kq (125+155) nəticə göstərən Şükürlü yekun sıralamada da 3-cü yeri tutaraq fəxri kürsüyə qalxmağı bacarıb.

    Qeyd edək ki, hazırda Las-Veqasda keçirilən yarışda çıxış edən Azərbaycan yığma komandasının aktivində beş bürünc medal – bir böyük, dörd kiçik – var.

    Buna qədər Ömər Cavadov (55 kq) və Rüstəm Qasımov (67 kq) öz çəkilərində birdən qaldırma hərəkətində bürünc medala sahib çıxıblar. ABŞ-ın Las-Veqas şəhərində keçirilən yeniyetmə ağır atletlər arasında dünya birinciliyi çərçivəsində Əli Şükürlü körpücük üzərinə çıxıb və bürünc medal qazanıb.


  • Zidanın maaşı açıqlandı – FANTASTİK MƏBLƏĞ

    “Real”la 2022-ci ilin yayına qədər müqavilə imzalayan Zinəddin Zidanın Madrid klubundakı gəliri açıqlanıb.

    Median.Az Teleqraf.com-a istinadən xəbər verir ki, 46 yaşlı məşqçi ilinə 12 milyon avro qazanacaq. Bundan başqa, Zidan üçün əlavə bonuslar da olacaq.

    Qeyd edək ki, fransalı mütəxəssis ötən yay ayrıldığı “kral klubu”nda ilinə 7.5 milyon avro maaş alırdı. 2016-cı ildə komandaya baş məşqçi təyin olunanda isə onun illik qazancının 2.5 milyon avro olduğu açıqlanmışdı.

  • Zidanın “Real”da alacağı maaş bəlli oldu

    İspaniyanın “El Confidencial” nəşri fransız məşqçi Zinəddin Zidanın Madridin “Real” klubu ilə bağladığı müqavilənin təfsilatlarını açıqlayıb.

    Bu barədə Lenta.ru xəbər yayıb.

    Madridə geri dönən çalışdırıcının ilə 12 milyon avro alacağı bildirilir. Məlumata görə, bu məbləğ əlavə bonusların hesabına arta bilər.

    Kral klubundan istefasına qədər Zidan ilə 7,5 milyon avro məvacib alırdı.

    Xatırladaq ki, Z.Zidanın “Real” a baş məşqçi təyin olunması barədə xəbər martın 11-də təsdiqini tapıb.

    Kral klubunu çalışdırdığı müddət ərzində “Real”a üç dəfə Çempionlar Liqası kuboku qazandırıb. Zidan klubun strukturunda 2014-cü ildən bəri çalışıb. Əvvəl “Real”ın gənclər komandasının baş məşqçisi olub. 2016-cı ildə isə əsas heyətin başına gətirilib.

  • Zabit Səmədov Ərdoğanla görüşdü: Allah ondan razı olsun – FOTO

    “Mauqli” ləqəbi ilə tanınan, WBC Muay Thai versiyası üzrə dünya çempionu Zabit Səmədov İstanbulda olarkən tədbirlərin birində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

    Səmədov Ərdoğanla fotosunu “Instagram”da paylaşıb.

    O, yayımladığı şəkilə “Rəcəb Tayyib Ərdoğanla tanış olmaq şərəfinə nail oldum. Allah ondan razı olsun” şərhini yazıb.
    //oxu.az

  • Zidan ilk dəfə “Real”ı tərk etməsinə aydınlıq gətirdi

    “Ev”ə qayıtdığım üçün çox şadam. Düşünürəm ki, daha sonra çox suallar verəcəksiniz. İndi isə qayıtmağıma şad olmağımdan başqa nəsə demək istəmirəm.

    Bu sözləri Zinəddin Zidan deyib.

    Yenidən “Real”a baş məşqçi təyin olunan fransalı mütəxəssis “Real”dan niyə ayrılmasının səbəbini açıqlayıb:

    “Bu komanda ilə 2,5 il ərzində bütün titulları qazandığım üçün dəyişikliyə ehtiyac var idi və buna görə getməli oldum. İndi isə qayıdıram, çünki prezident çağırır. Əsas məsələ isə budur ki, doqquz ay sonra yenidən işləmək üçün həvəs yaranıb. Hər şey qarşıdakı bir neçə ildə dəyişməlidir. Amma indi əsas iş bu deyil. Mövsümün sonuna qədər 11 oyun qalıb və biz uğurlu yekun istəyirik.

    Doqquz ay boyunca bu barədə heç bir müsahibə verməmişdim, indi isə deyirəm, məni klub prezidenti özü dəvət etdi, ona “yox” deyə bilməzdim. Çünki bu klubu və onun prezidentini sevirəm. Bu müddətdə yaxşı enerji yığmışam, öz işlərimlə məşğul olmuşam, indi isə işləməyə hazıram. Bu doqquz ayda fikirlərim çox dəyişib”.

    O, yayda komandanı tərk etmiş Kriştianu Ronaldu ilə bağlı verilən sualı isə belə cavablandırıb:

    “Biz bu gün onun haqda danışmamalıyıq. Bizi çempionatda 11 oyun gözləyir və ona köklənməliyik. Ronaldu bu klubun tarixinə düşüb və bunu heç kim dəyişə bilməz. O, klubun ən yaxşı oyunçularından biri olub, ancaq bu gün onun haqda danışmağın zamanı deyil”.

    Qeyd edək ki, Zinəddin Zidan “Real”la 2022-ci ilə kimi anlaşma imzalayıb.

  • Kamil Zeynallı tutulub

    Polis idman təlimçisi Kamil Zeynallını saxlayıb.

    Bu barədə Report məlumat yayıb.

    K.Zeynallı Nərimanov Rayon Məhkəməsinə aparılıb. Məhkəmənin onun əməli ilə bağlı qərar verəcəyi gözlənilir.

    O, İnzibati Xətallar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə ittiham olunur.

  • Makqreqor həbs olunub – VİDEO

    İrlandiyalı MMA (qarışıq əlbəyaxa döyüş növləri) ustası Konor Makqreqor ABŞ-ın Florida ştatında həbs olunub.

    Bu barədə “MMA Fighting” portalı məlumat yayıb.

    O, ikinci dərəcəli silahlı qarət və üçüncü dərəcəli xuliqanlıqda təqsirli bilinir.

    Yerli polis idarəsinin məlumatına görə, idmançı Mayami-Biç rayonunun “Fountainebleu” hoteli qarşısında öz pərəstişkarının üzərinə atılaraq, onun smartfonunu əlindən alıb. Daha sonra mobil cihazı ayaqları altında tapdalayaraq, qalıqlarını özü ilə aparıb.

    Xatırladaq ki, martın 9-da Makqreqor 2018-ci ildə (aprel ayında) UFC döyüşçüləri ilə dolu avtobusa hücumuna görə məhkum olunduğu ictimai işləri başa çatdırmışdı. O, beş gün ərzində Nyu-Yorkun iki kilsəsində icbari əməklə məşğul olub.

    Onun qəzəbin idarə olunması üzrə psixoloji hazırlıqdan keçdiyi bildirilir.