Category: İdman

  • Millimizin 2019-cu ildə ilk ev oyununun biletləri satışa çıxarıldı

    Futbol üzrə Azərbaycan – Litva yoldaşlıq oyununun biletləri bugündən etibarən satışa çıxarılıb.

    Oyunun biletlərinin qiyməti tribunalardakı kateqoriyalardan asılı olaraq bir, iki və on manat olacaq.

    Biletləri alarkən şəxsiyyət vəsiqəsi və ya pasport təqdim olunmalıdır. Biletləri ASAN 1, ASAN 2, ASAN 3, 28 Mall, Gənclik Mall, Köşk 1, Köşk 2, Köşk 3 və Heydər Əliyev Sarayının kassasından almaq mümkündür.

    Qeyd edək ki, Azərbaycan – Litva oyunu Nikola Yurçeviçin Bakıda ilk sınağı olacaq. Görüş həm də yığmamızın 2019-cu ildə Bakıdakı ilk ev matçı kimi yadda qalacaq. Bu matç martın 25-də “Bakcell Arena”da keçiriləcək. Qarşılaşma saat 18:00-da başlayacaq.
    //oxu.az

  • UFC çempionatında MakQreqor ilə Serronenin döyüşü iyulun 6-da baş tuta bilər

    Qarışıq stil (MMA) üzrə döyüşçü, irlandiyalı Konor MakQreqor ilə döyüşçülərin mütləq çempionatında (UFC) qələbələrin sayına görə rekordçu, amerikalı Donald Serrone arasında döyüş iyulun 6-da keçirilə bilər.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, Serrone öz ınstragam səhifəsində yerləşdirdiyi fotoşəkildə iki alkoqollu içki şüşəsinin yanında dayanıb. Gələcək rəqiblər həmin içkiləri reklam edirlər. Şəkilaltı mətndə bu içkilərin markaları və 6 iyul tarixi göstərilib.

    Serrone UFC çempionatında 30 döyüş keçirib. 35 yaşlı Serrone həmin döyüşlərin 22-də qalib gəlib, 8-də məğlub olub. Hazırda o, qələbələrin sayına görə rekordçudur.

    30 yaşlı MakQreqor isə qarışıq təknövçülükdə 25 döyüş keçirib, bu görüşlərdən 21-ni qələbə ilə (o cümlədən 18 döyüşü vaxtından əvvəl), üçünü məğlubiyyətlə başa vurub. İrlandiyalı döyüşçü UFC tarixində eyni vaxtda həm yarımyüngül, həm də yüngül çəki dərəcələrində iki titul qazanmış ilk idmançı olub.

  • Azərbaycanlı şahmatçı Rusiyada bürünc medal qazanıb

    Rusiyanın paytaxtı Moskvada keçirilən ənənəvi “Aeroflot Open” şahmat turnirində Azərbaycan təmsilçisi medal qazanıb.

    B turnirində mübarizə aparan təmsilçimiz Məhəmməd Muradlı üçüncü yeri tutaraq bürünc medala sahib olub.

    On beş yaşlı təmsilçimiz güclü şahmatçıların mübarizə apardıqları bu turnirdə 6,5 xal toplayıb.

    Birinci yeri 7,5 xalla Ukrayna təmsilçisi Stanislav Boqdanoviç tutub. Gümüş medalı ermənistanlı Tiqran Harutyunyan qazanıb.

    Digər şahmatçılarımızdan Vüqar Əsədli doqquzuncu, Aydın Süleymanlı 21-ci, Xanım Balacayeva 82, Read Səmədov 114-cü və Ülviyyə Fətəliyeva 115-ci olub.

    Qeyd edək ki, yarışın A qrupunda mübarizə aparan Rauf Məmmədov beş xalla qırxıncı, Eltac Səfərli dörd xalla 75-ci yeri tutub. Bu qrupda qalib adını yeddi xalla estoniyalı Kaido Kulaots qazanıb. Ermənistanlı Haik Martirosyan yeddi xalla ikinci, hindistanlı Krişnan Sasikiran 6,5 xalla üçüncü yeri tutub.

  • İlham Zəkiyevə fəxri ad verildi

    Bu gün “5 Mart – Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə Gənclər və İdman Nazirliyində fəxri adlar verilib.

    İyirmi nəfər idman mütəxəssisinə “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi”, qırx nəfər məşqçi-müəllimlərə müxtəlif idman növləri üzrə “Azərbaycan Respublikasının Əməkdar Məşqçisi”, dörd nəfərə “Respublika dərəcəli hakim” və beş idmançıya “Azərbaycan Respublikasının Əməkdar İdman Ustası” fəxri adı verilib.

    Aşağıdakı şəxslərə fəxri adlar təqdim olunub:

    Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi

    Aydın gözəlov
    İlham Əliyev
    İlqar Əliyev
    Feyzulla Feyzullayev
    Məmməd Abdullayev
    Xudu Həsənov
    Kamil Fərzalıyev
    Cavanşir Ağayev
    Vidadi Tağıyev
    Şahbaz Məmmədov
    Elşən Abdulrəhimov
    İnarə Topçiyeva
    Marina Fərhadova
    Məharət İsmayılov
    Nazim Nurullayev
    Aydın Əmirov
    Binnət Əliyev
    Samir Həbibli
    Aftandil Abdullayev
    Anar Salmanov

    Əməkdar məşqçi

    Elşən Əlirzayev
    Bayram Bayramov
    Raqif Ağayev
    Vüqar Bayramov
    Allahverdi Vəliyev
    Bəhmən Bəhmənzadə
    Canbaxış Hüseynov
    Famil Fərmanlı
    Famil Ağayev
    Vaqif Məmmədov
    Rahib Hüseynov
    Söhrab Murtuzov
    Məhəmməd Şərifov
    Faiq Rzayev
    Murad Sultanov
    Tofiq Əhmədov
    İlham Zəkiyev
    Ayaz İbişov
    İsgəndər Rzayev
    Fatimə Məhərrəmova
    Şirəli Rzayev
    Azər Mustafayev
    Vüsal Cəfərov
    Fəridə Əliyeva
    Nizami Qasımov
    Rəşad Əhmədov
    Nizami Babayev

    Respublika dərəcəli hakim

    Rəayət Avdalov
    Səbinə Quliyeva
    Elşən Məmişov

    Əməkdar idman ustası

    Amil Qasımov
    Aqşin Babayev
    Malik Əliyev

    /oxu.az

  • Bakıda marafon keçiriləcək

    Mayın 5-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı Marafonu-2019” keçiriləcək.

    Bu barədə Heydər Əliyev Fondu məlumat yayıb.

    “Küləyə qalib gəl” şüarı altında artıq dördüncü ildir təşkil olunan Bakı marafonu Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək.

    Yarışda iştirak etmək istəyən 16 yaşdan yuxarı şəxslər martın 4-dən mayın 1-dək Bakı şəhərinin ticarət mərkəzlərindəki (“28 Mall”, “Gənclik Mall”, “Port Baku Mall”) qeydiyyat məntəqələrinə və ya “Bakı Marafonu-2019”un saytına (www.baku.marathon.az) müraciət edə bilərlər.

    Qeydiyyat zamanı müvafiq anket formasını doldurmaq, şəxsiyyət vəsiqəsinin surətini (tələbələr eyni zamanda tələbə vəsiqəsinin surətini) təqdim etmək və iştirak üçün müəyyən olunmuş vəsaiti ödəmək lazımdır.

    Yarışda iştirak etmək istəyən fiziki şəxslər üçün ödəniş məbləği 20 AZN-dir. Korporativ olaraq qoşulanlar isə info@marathon.az elektron poçt ünvanına yazaraq müraciət edə bilər.

    Yarımarafonda tələbələrin iştirakı ilə bağlı vəsaitlər Heydər Əliyev Fondu tərəfindən qarşılandığından onlar qeydiyyat zamanı ödəniş etməyəcəklər.

    Marafon Dənizkənarı Bulvar İdarəsi, Bakı Olimpiya Stadionu, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyi, eləcə də AFFA və SOCAR-ın dəstəyi ilə təşkil olunacaq.

    “Bakı Marafonu-2019”un mükafatlandırması iki kateqoriyada olacaq. Belə ki, marafonun kişi və qadın iştirakçıları qaçış zolağında ilk üç yer uğrunda mübarizə aparacaqlar.

    Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi üç min manat, 2-ci yerin qalibi iki min maant, 3-cü yerin qalibi isə min manat məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaq.

    O cümlədən, bütün marafon iştirakçılarına və yarışın təşkilində dəstək göstərən könüllülərə sertifikatlar təqdim olunacaq. Finiş xəttini keçən ilk 1000 iştirakçı isə “Bakı Marafonu-2019”un xüsusi medalları ilə təltif ediləcək.

    Bundan əlavə, marşrut boyunca bir sıra əyləncəli proqramlar təşkil ediləcək.

    Qeyd edək ki, ötən il keçirilən sonuncu Bakı marafonunda 18 min iştirakçı qeydiyyatdan keçmişdi.

  • “El-Klassiko”nun hakimi dəyişdirildi – zədələnib

    La Liqanın 26-cı turunda keçiriləcək “Real” – “Barselona” oyununun hakimi dəyişdirilib.

    Median.Az qol.az-a istinadən xəbər verir ki, qarşılaşmanı Alxandro Ernandes Ernandes idarə etməli olsa da, referi zədələndiyindən, görüş Alberto Undiano Malenkoya həvalə olunub.

    Qeyd edək ki, martın 2-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də start götürəcək. “Barselona” dünən İspaniya kubokunun yarımfinal mərhələsinin cavab matçında səfərdə “Real”ı 3:0 hesabı ilə məğlub edərək, finala yüksəlib.

  • Bakıda keçiriləcək Avroliqa finalının biletləri satışa çıxarılır – Qiymətlər

    Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa ümumi oturacaqlar üçün bilet satışının qeydiyyatına start verilib.

    Median.Az xəbər verir ki, final qarşılaşması üçün nəzərdə tutulan 64 000 biletdən 37 500 ədədi ümumi satışa buraxılacaq. Yerdə qalan biletlər isə yerli təşkilat komitəsi, milli assosiasiyalar, maliyyə tərəfdaşları, kütləvi informasiya vasitələri (yayımçılar), eləcə də finalçı klubların azarkeşləri üçün ayrılacaq.

    Qeydiyyatdan keçmək üçün www.finalbaku2019.az/ticketing linkinə daxil olmaq, UEFA-nın rəsmi saytına kəçərək şəxsi bilet hesabını yaratmaq lazımdır. Prosesin davamı olaraq qeydiyyatdan keçənlərə UEFA tərəfindən təsdiq üçün elektron məktub gələcək.

    Final oyununa bilet satışı isə 4 mərhələdə həyata keçiriləcək. Martın 7-dən 21-dək davam edəcək birinci mərhələdə hər kəs şəxsi hesabına daxil olaraq bilet sifarişi üçün xüsusi formanı doldurmalı, biletin kateqoriyasını və sayını seçməlidir. Hər kəs özü də daxil olmaqla, yalnız 4 bilet ala bilər.

    Biletlər bir neçə kateqoriyada təqdim olunur. Birinci kateqoriya 140 avro, ikinci kateqoriya 90 avro, üçüncü kateqoriya 50 avro, dördüncü kateqoriya isə 30 avro dəyərində olacaq. Bundan əlavə, fiziki qüsurlu insanlar üçün nəzərdə tutulan biletlər dördüncü kateqoriyaya aid ediləcək və 30 avro dəyərində olacaq. Oyuna qədər onları müşayiət edən bir nəfər üçün bilet isə pulsuz veriləcək. Bundan əlavə, gənclər üçün nəzərdə tutulan 400 paket (800 bilet) isə 60 avro dəyərində olacaq. Paketə biri böyük və digəri 14 yaşdan kiçik olmaqla, iki nəfər üçün 2 biletin satışı daxildir. Biletlər dördüncü kateqoriya üzrə güzəştli qiymətlə satışa buraxılacaq.

    Martın 28-dən aprelin 5-dək davam edəcək ikinci mərhələdə ödəniş etməklə lotereyada adınıza çıxan bileti əldə edə bilərsiniz. Göstərilən tarixlərdə ödəniş edilmədikdə, yerdə qalan biletlər yenidən satışa buraxılacaq.

    Mayın 21-də başlayacaq üçüncü mərhələdə aldığınız bilet mobil telefonunuza göndəriləcək. Bunun üçün mobil telefonlara UEFA-nın saytından xüsusi tətbiqi yükləmək lazımdır. Siz, eyni zamanda, digər şəxslər üçün aldığınız biletləri onların mobil telefonuna göndərə bilərsiniz. Bu şəxslər də öz növbələrində UEFA-nın rəsmi saytında qeydiyyatdan keçməli və şəxsi hesablarını yaratmalıdırlar.

    Oyun gününə təsadüf edəcək dördüncü mərhələdə biletləri stadiona giriş zamanı aktivləşdirmək lazımdır. Bunun üçün mobil telefon IOS və ya Android sistemini dəstəkləməlidir. Biletlərin aktivləşdirilməsi ilə bağlı ətraflı məlumat www.finalbaku2019.az saytında yerləşdiriləcək.

    Qeyd edək ki, final oyununa bilet üçün müraciət edənlərin sayı satışa buraxılan bilet sayını keçərsə, UEFA bilet satışını lotereya sistemi vasitəsilə həyata keçirəcək.

    Xatırladaq ki, UEFA-nın həyata keçirdiyi Rəsmi Qonaqpərvərlik Proqramının satışına ötən ilin noyabr ayından başlanılıb. Biznes yerləri üçün Rəsmi Qonaqpərvərlik Paketlərini uelf.hospitality.uefa.com/packages/ linkinə daxil olaraq, əldə etmək mümkündür.

  • Avroliqa kuboku Bakıya nə vaxt gətiriləcək?

    Avropa Liqasının kubokunun Bakıya gətiriləcəyi tarix açıqlanıb.

    Median.Az qol.az-a istinadən xəbər verir ki, kubok may ayının 16-da paytaxtımızda olacaq. Buna qədər isə o, müxtəlif vaxtlarda Avropanın 8 şəhərində Cenevrə (9 mart), Sevilya (22-23 mart), Berlin (29-30 mart), London (5-6 aprel), Milan (12 aprel), Moskva (20 aprel), Parisdə (10 may) nümayiş olunacaq. Səyahətdə Lotar Matteus, Deku, Andres Palop və Eydur Qudyonsen də iştirak edəcəklər.

    Qeyd edək ki, bu mövsüm Avroliqanın final oyunu mayın 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

  • Türkiyə millisinin yeni baş məşqçisi məlum oldu

    Futbol üzrə Türkiyə millisinin baş məşqçi təyinatı rəsmiləşib.

    Türkiyə Futbol Federasiyası İcraiyyə Komitəsi 2002-ci ildə keçirilmiş mundialda milliyə dünya çempionatının bürünc medalını qazandırmış Şenol Günəşlə anlaşıb.

    Onunla 2020-ci ildə Avropa çempionatı və 2022-ci ildə dünya çempionatı müddətini əhatə edən şəkildə dörd illik müqavilə bağlanılıb. Hazırda “Beşiktaş”ı çalışdıran Şenol Günəş millidəki fəaliyyətinə iyunun 1-dən etibarən başlayacaq.

    Xatırladaq ki, daha əvvəl Türkiyə millisini Mirçya Luçesku çalışdırırdı. Rumıniyalı məşqçi ilə yollar rəsmi olaraq fevralın 11-də ayrılıb.
    //oxu.az

  • Həbib əsəbiləşdi:”Soyunmaq qadağan edilsin!”

    Dağıstanın qaydasız döyüş üzrə idmançısı Həbib Nurməhəmmədov fevralın 23-də paytaxt Mahaçqalada teatrların birində göstərilən “Kişi ovu” adlanan tamaşanı tənqid edərək “çirkab” adlandırıb.

    Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, idmançı tamaşada gördüyü açıq-saçıq epizodu telefonuna çəkərək sosial şəbəkədə paylaşıb və bu məsələyə görə cavab verilməsini tələb edib:

    “Qadın və kişi soyunub öpüşür. Qanun hara baxır?”.

    İdmançı Dağıstanda qoyulan tamaşalarda aktyorların soyunmasını qadağan etməyə çağırıb. O, həmçinin dağıstanlı kişilərə səslənərək, onları ayılmağa və tədbir görməyə çağırıb.

    Tezlilkə tamaşanın aktyoru və prodüseri İvan Jidkov dağıstanlılardan üzr istəyib və epizodun mahiyyətininin açıq səhnələrdə olmadığını anlatmağa çalışıb.

    Xatırladaq ki, bu, Həbib Nurməhəmmədovun ilk tənqidi deyil. Bundan əvvəl o, Eqor Kridin və Timatinin konsertlərinə qarşı çıxmış, hip-hop musiqisinə rəqs edən dağıstanlı gənclərə irad bildirmişdi.

    Dağıstan müftisi də olanlara münasibət bildirərək regionun dini-mənəvi dəyərlərini nəzərə almağa, sakinləri mənəvi deqradasiyaya aparmamağa çağırıb.

    Sosial şəbəkədə Həbibin tənqidləri birmənalı qarşılanmayıb. Belə ki, idmançının özü də əxlaq nümunəsi sayılmır. Bundan əvvəl o, küçədə yaşayan, “bomj” görünüşlü birinə istehza edərək, aşağılamaqla qalmaqala səbəb olmuşdu.