Category: İdman

  • Azərbaycan Qran Prisinə böyük maraq var

    Formula 1 üzrə Azərbaycan Qran Prisinin keçirilmə müddətinin uzadılmasından sonra bilet satışında 2 dəfəyədək artım qeydə alınıb.

    Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) məlumat verilib.

    Şirkətin Kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim Azərbaycan Qran Prisinin keçirilmə müddətinin uzadılmasına dair yeni müqavilənin imzalanmasından sonra yarışa beynəlxalq marağın kəskin şəkildə artıdğını bildirib: “Müqavilə müddətinin uzadılması yerli Formula 1 həvəskarları ilə yanaşı, xarici azarkeşlər tərəfindən də böyük maraqla qarşılanıb. Yeni müqavilə imzalandıqdan sonra satışın tempində 2 dəfəyədək artım qeydə alınıb. Bu artım, əsasən, Rusiya və Böyük Britaniyadan olan avtoidman həvəskarları hesabına formalaşıb”.

    BŞH-nin rəsmisi onu da qeyd edib ki, bilet satışları ötən illə müqayisədə daha yaxşı vəziyyətdədir: “Keçən ilin eyni dövrü ilə müqayisədə bilet satışında daha böyük artım tendensiyası müşahidə olunur. İndiyədək xaricdən 46 ölkədən bilet alınıb və bu rəqəm hər ötən gün böyüyərək daha geniş coğrafi məkanı əhatə etməkdədir. Hal-hazırda Rusiya və Böyük Britaniyadan sonra Azərbaycan Qran Prisinə ən çox maraq göstərən ölkələr Gürcüstan, Avstriya, Hollandiya, Polşa, Birləşmiş Ərəb Əmirlikləri və Finlandiyadır”.

    Yarış həvəskarları 2019 Formula 1 Azərbaycan Qran Prisinin biletlərini paytaxtın müxtəlif yerlərində olan bilet satış nöqtələrindən və ya www.bakucitycircuit.com saytından əldə edə bilərlər.

    Qeyd edək ki, Azərbaycan Qran-prisi 26 – 28 apreli əhatə edəcək. Fevralın 5-də Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə “Formula 1” Şirkətlər Qrupu arasında 2023-cü ilə qədər yeni müqavilə imzalanıb.//publika.az

  • Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi müəyyənləşdi

    Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi müəyyənləşib.

    Median.Az AFFA-nın saytına istinadən xəbər verir ki, bu posta xorvatyalı mütəxəssis Nikola Yurçeviç təyin olunub.

    Qeyd edək ki, Nikola Yurçeviç baş məşqçi fəaliyyətinə 2002-ci ildə ölkəsinin “Dinamo” (Zaqreb) komandasında başlayıb. O, 2005-ci ildə isə Avstriyanın “Austriya” və Xorvatiyanın “Slaven Belupo” kollektivlərinə rəhbərlik edib. Bundan sonra S.Biliçin məşqçi korpusunda yer alan mütəxəssis Xorvatiya millisində (2006 – 2012), eləcə də Rusiyanın “Lokomotiv”, Türkiyənin “Beşiktaş” və İngiltərənin “Vest Hem” komandalarında köməkçi-məşqçi funksiyasını yerinə yetirib. N.Yurçeviç son olaraq 2018-ci ildə Zaqreb “Dinamo”sunun baş məşqçisi olub.

  • Bu gün Azərbaycan millisinin baş məşqçisinin adı açıqlanacaq

    Bu gün AFFA-nın baş sponsoru SOCAR-ın inzibati binasında AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

    Saat 18:00-da başlayacaq iclasın gündəliyinə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi, aşağı yaş qruplarından ibarət milli komandalara məşqçi təyinatlarının təsdiqi və digər məsələlər daxil edilib.

    İclasdan sonra mətbuat üçün brifinq nəzərdə tutulmayıb. Qəbul olunacaq qərarlarla bağlı sabah saat 11:30-da, Bakı Olimpiya Stadionunda mətbuat konfransı keçiriləcək.

    Qeyd edək ki, iclasda xorvatiyalı Nikola Yurçeviçin əsas millimizə, serbiyalılar – Milan Obradoviç və Miloş Velebitin müvafiq olaraq 21 və 16 yaşadək yığmalarımıza baş məşqçi təyinatının rəsmiləşəcəyi gözlənilir.

  • Ronaldu komanda yoldaşını “nokdaun”a saldı – VİDEO

    “Yuventus” futbol klubunun şərəfini qoruyan Kriştianu Ronaldu İtaliya çempionatı çərçivəsində “Sassuolo” klubuna qarşı keçirilən matçda topa vurduğu güclü zərbə ilə komanda yoldaşı Sami Xediranı “nokdauna” salıb.

    Maraqlı epizodun görüntüsü “Chris #FPL” “Twitter” səhifəsində yayılıb.

    34 yaşlı forvard cərimə meydançası yaxınlığında ötürmə qəbul edir və tələsik zərbə endirən zaman sürətlə hərəkət edən top Xediranın başına tuş gəlir. Zərbənin gücündən alman futbolçu qazona yıxılır.

    Qeyd edək ki, həmin oyunda “Yuventus” rəqibi “Sassuolo”nu 3:0 hesabı ilə darmadağın edib. Matçda həm Ronaldu, həm də Xedira fərqlənib. Beləcə, “Yuventus” A seriyasında mövqeyini daha da möhkəmləndirmiş olub. Hazırda turnir cədvəlinə başçılıq edən “Qoca sinyora”nın özündən sonra gələn “Napoli” klubu ilə 11 xal fərqi var.

  • Azərbaycan Avropa çempionatından beş medalla qayıdır – FOTO

    Son qitə çempionatlarında bir-birinin ardınca iki bürünc medal qazanmış Murad Hacızadə (+84 kq, şəxsi məşqçisi Rafael Məmmədov) Danimarkanın Olbo şəhərində keçirilən karate üzrə 21 yaşadək (U-21) gənclər arasında Avropa çempionu olub.

    Dörd görüşün heç birində xal buraxmayan seçmə komandanın lideri turnirin ən yaxşı idmançılarından birinə çevrilib.

    M.Hacızadənin çempionluğu ümumi komanda sıralamasında geriləyən Azərbaycan karateçilərini dördüncü pilləyə yüksəldib.

    Yarışın əvvəlki günləri Roman Heydərov (kata, U-21), Əminağa Quliyev (-61 kq, 16-17 yaşlılar), eləcə də, Tale Yaqubov (-63 kq, 14-15 yaşlı yeniyetmələr) ardıcıl ikinci dəfə qızıl medala, Hüseyn Məmmədli (-57 kq, 14-15 yaşlı yeniyetmələr) isə bürünc mükafata sahib olub.

    Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Avropa Karate Federasiyasının (EKF) İdarə Heyətinin üzvü Yaşar Bəşirov mükafatlandırma mərasimində iştirak edib. EKF tərəfindən etimad göstərilən beynəlxalq hakim Cahangir Babayev qitə çempionatının final görüşlərini idarə edən xüsusi referilər qrupuna daxil edilib.

    Qeyd edək ki, Avropa çempionatında 34 dövlətin karateçiləri müxtəlif əyarlı mükafatlara, eləcə də, yalnız 14 ölkənin idmançıları qızıl medala sahib ola bilib. Bir bürünc medaldan əlavə, Danimarkada Azərbaycan himnini dörd dəfə səsləndirmiş karateçilərimizi oktyabrda daha mötəbər yarış – iki ildən bir keçirilən yeniyetmə və gənclərin dünya çempionatı gözləyir. Həmin yarış Çilinin paytaxtı Santyaqoda keçiriləcək.

  • Ayxan Abbasov: “Uzaqdan zərbə vurmamaq zəif nöqtələrimizdən biridir”

    “Çətin oyun oldu. “Qarabağ” çox istəkli başladı. Biz də yaxşı hazırlaşmışdıq. İlk 15-20 dəqiqə tam oyuna qoşula bilmədik. İlk hissədə üstünlük rəqibdədi idi. İkinci hissə “Sumqayıt”a layiq oyun oynadıq, buna görə futbolçulara təşəkkür etdim. İnanıram ki bu durumdan çıxa biləcəyik”.

    Median.Az-ın məlumatına görə, bunu “Sumqayıt” komandasının baş məşqçisi Ayxan Abbasov evdə “Qarabağ”a 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVI tur matçından sonra mətbuat konfransında deyib. Gənc mütəxəssis daha sonra jurnaistlərin suallarını cavablandırıb…

    Start heyətdə gənclərə üstünlük verməyiniz nə ilə əlaqədar idi?

    – Həftəiçi problemlərimiz oldu. Atilla Yıldırım xəstələnmişdi, Rail Məlikov da tam sağalmamışdı. Əfran İsmayılov iki məşqi buraxmışdı, kiçik problemləri var idi. Əlimizdə olan futbolçulardan istifadə etdik. Yoldaşlıq görüşündə də özlərini pis göstərmədilər.

    Peyman Babayidən gözlədiyinizi ala bilirsinizmi?

    – Bizim çempionat çətindir, hər hücumçu gəlib uğurla çıxış edə bilmir. Peymanda potensial var. Onun əvəzlənməsinin səbəbi zədədir, əzələsi dartılmışdı. Tam üstünə gedə bilmərik, çalışacağıq, hər şey yaxşı olacaq.

    Son iki oyun uduzmaq futbolçulara necə təsir edib?

    – Uduzmaq əlbəttə ki, pis təsir edir. Futbolda qalibiyyət də olur. Yaxşı komanda məğlub olanda bilinir. Bu nəticədən dərs çıxarmalıyıq. Qarşıda vacib oyunlar var, xal itirsək, çox çətin olacaq.

    İki fərqli “Sumqayıt” izlədik. Həqiqətənmi sizə Əfran İsmayılovsuz çətindir?

    – Bu gün “Sumqayıt”da ən yaxşı futbolçulardan biri Əfrandır. Hücumçularımızın çox hissəsi onun üzərindən qurulur. İkinci hissə futbolçular bir az rahat oldu. Oynamağa davam edirdik, ancaq hücumda kəsərli deyildik. Əfranın bizdə olması böyük üstünlükdür.

    Uzaqdan zərbələri az yoxlamağınızın səbəbi nədir?

    – Səbəb odur ki, vurmaq istəmirlər (gülür). Bu, zəif nöqtələrimizdən biridir. Rəqib imkan yaratmadı, ancaq epizodlar var idi, sadəcə yoxlamadıq.//report.az

  • “Qarabağ” qələbə qazandı və “Neftçi”yə çatdı – VİDEO

    Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tur start verilib.

    Median.Az-ın xəbərinə görə, günü ilk qarşılaşmasında “Qəbələ” səfərdə “Sabah” klubunu minimal hesabla məğlub edib.

    Matçda yeganə qolu 31-ci dəqiqədə Rauf Əliyev vurub.

    Meydan sahibləri oyunun yarısını azlıqda keçiriblər. Belə ki, ilk hissənin sonlarında Marko Deviç qırmızı vərəqə ilə cəzalandırılıb (ikinci sarı).

    Günün ikinci qarşılaşmasında isə son çempion “Qarabağ” səfərdə “Sumqayıt”a qalib gəlib – 2:0.

    “Qarabağ”ın heyətində hesabı 20-ci dəqiqədə Filip ozobiç açıb. Matçın 81-ci dəqiqəsində isə Bədavi Hüseynov ağdamlıların ikinci qoluna imza atıb.

    Sabah, fevralın 10-da, XVI turun daha iki qarşılaşması keçiriləcək.

    Lider “Neftçi” doğma meydanda “Keşlə”ni, “Səbail” isə “Zirə” komandasını qəbul edəcək.

    1  Neftçi  15    34
    2  Qarabağ  16   34
    3  Səbail  15   24
    4  Qəbələ  16   23
    5  Sabah  16   20
    6  Sumqayıt  16   15
    7  Keşlə  15   12
    8  Zirə  15   10

  • Azərbaycanlı idmançı Makqreqorun komandasının üzvünə qarşı

    Martın 2-də Ukraynanın paytaxtı Kiyevin İdman Sarayında WWFC 14 versiyası üzrə dünya çempionu müəyyənləşəcək.

    Median.Az oxu.az-a istinadən bildirir ki, ən yüngül çəkidə (-57 kq) Kiyevdən olan Teymur Rəhimovla irlandiyalı Bleyn ODriskol üz-üzə gələcək.

    Teymur Rəhimov 1988-ci ilin iyunun 7-də Bakıda doğulsa da, dörd yaşında valideynləri ilə birgə Ukraynaya köçüb. Onun karate, kikboksinq, əlbəyaxa döyüş, muay-tay və klassik boksda nəticələri olub.

    “Mən MMA-da qalmağa qərar verdim. Çünki bu idman növü bütün dünyada praktiki, mükəmməl və sürətli dərəcədə inkişaf edir”, – deyə Rəhimov bildirib.

    2016-cı ildə Çində peşəkar MMA karyerasına başlamış Rəhimovun 2018-ci ilin əvvəlinə kimi üç qələbəsi və bir məğlubiyyəti olub. Ötən ilin əvvəlində isə o, sürətlə çempionluq tituluna doğru hərəkət etməyə başlayıb.

    Hazırda onun aktivində keçirdiyi səkkiz görüşdə yeddi qələbə (üç dəfə nokaut, iki dəfə təslimetmə, iki dəfə xal hesabına) və bir məğlubiyyət var. Bu qələbələrdən biri azərbaycanlı Səttar Mahmudovla ötən ilin mayın 13-də Ukraynanın Zakarpatye şəhərində keçirilmiş döyüşdə qazanılıb.

    Onun rəqibi Bleyn ODriskol isə səkkiz görüşdə altı qələbə (iki dəfə nokaut, iki dəfə təslimetmə, iki dəfə xal hesabına) qazanıb və iki dəfə məğlub olub. 27 yaşlı idmançı 2015-ci ilin oktyabrından UFC döyüşçüsü Konor Makqreqorun “SBG Ireland” komandasının üzvüdür.

    O, ötən ilin mayında ingilis Aaron Robinson üzərində qələbədən sonra 57 kq-da döyüşməyin onun üçün parkda gəzinti olduğunu, fikrinin UFC-yə qatılmaq olduğunu bildirib.

  • “Mançester Yunayted”dən növbəti qələbə

    “Mançester Yunayted” İngiltərə Premyer Liqasında növbəti oyuna çıxıb.

    Median.Az qol.az-a istinadən xəbər verir ki, Mançester təmsilçisi 26-cı turda səfərdə “Fulhem”lə qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib.

    “Fulhem” – “Mançester Yunayted” – 0:3
    Qollar: Poqba, 14, Martial, 23, Poqba, 65-pen

    Bu qələbə ilə xalını 51-ə çatdıran Ole-Qunnar Sulşerin komandası turnir cədvəlində 4-cü pilləyə yüksəlib. Komanda norveçli mütəxəssisin rəhbərliyi altında 9 liqa matçında 8 qələbə qazanıb, 1 heç-heçə edib.

    Qeyd edək ki, “Mançester Siti” (26 oyun) və “Liverpul” (25 oyun) hərəyə 62 xalla 1-2-ci pillələri bölüşdürür. “Tottenhem” 57 xalla 3-cüdür.

  • “Qarabağ” qalib gəlir, “Sabah” uduzdu

    Azərbaycan Premyer Liqasında 16-cı tura start verilib.

    Median.Az komanda.az-a istinadən bildirir ki, iki günü əhatə edəcək turun açılış matçı debütant “Sabah”la “Qəbələ” arasında olub. 20 xala malik olan hər iki komanda mövsümün ikinci yarısına qələbə ilə start vermişdi. 4-5-ci yerləri bölüşdürən komandalar cari mövsümdə Premyer Liqada iki dəfə üz-üzə gəliblər. İlk dövrədəki matçda “Sabah” “Qəbələ”ni minimal hesabla məğlub edib. Qəbələdəki oyunda isə meydan sahibləri 2:1 hesablı qələbə qazanıblar. Bu komandaların ölkə kubokunun 1/4 final mərhələsindəki duelində isə “Qəbələ” üstün olub – 1:0,1:0. Bu dəfə isə “Qəbələ” səfərdə minimal hesabla üstün olub.

    Günün digər oyununda “Qarabağ” Sumqayıtda eyniadlı komandanın qonağı olacaq. 31 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “köhlan atlar” qələbə qazanaraq, lider “Neftçi” ilə xal fərqinin artmamasına çalışacaq.

    Turun qalan iki oyunu isə sabah keçiriləcək. Lider “Neftçi” bu tur autsayderlər qrupunda qərarlaşan “Keşlə”ni qəbul edəcək. “Neftçilər” zirvədəki yerini itirməmək üçün bu oyundan da qələbə ilə ayrılmağa çalışacaqlar.

    Samir Abasovun başçılıq etdiyi “Zirə”ni bu turda 3-cü pillədəki “Səbail”lə qarşılaşma gözləyir. “Zirzəmi”də qərarlaşan “Zirə” bu oyunda da məğlub olarsa, komandanın mövsümün sonuna kimi orta sıralara yüksəlmək arzusu mümksünsüzə çevrilə bilər.

    Azərbaycan Premyer Liqası, 16-cı tur

    9 fevral

    Sabah – Qəbələ 0:1

    Qol: Rauf Əliyev, 31.

    Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Nahid Əliyev, Nahid Xasıyev

    Hakim-inspektor: Zöhrab Qədiyev

    AFFA nümayəndəsi: Erkin Hüseynov

    “Əlincə Arena”

    Sabah: 30. Saşa Stamenkoviç, 5. Kərim Diniyev, 91. Coşqun Diniyev, 7. Rəşad Eyubov, 10. Cavid İmamverdiyev (k), 13. Filip İvanoviç, 25. Vanderson Silva, 15. Erik Ramos, 22. Miloş Bosançiç, 9. Marko Deviç, 11. Elgün Nəbiyev

    Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 21. Novruz Məmmədov, 8. Elşən Abdullayev, 6. Vadim Abdullayev, 4. Tərzin Cahangirov, 27. Bəxtiyar Soltanov, 33. Eltun Turabov, 88. Elçin Əsədov, 97. Emil Qasımov, 77. Şakir Seyidov

    Baş məşqçi: Elşad Əhmədov

    Qəbələ: 22. Dmitri Bezotosnı, 34. Urfan Abbasov, 14. Cavid Hüseynov (k), 4. Elvin Camalov, 10. Rauf Əliyev, 3. Voislav Stankoviç, 17. Ceyms Adeniyi, 28. Stiven Monroz, 9. Davit Volkovi, 27. Bəhlul Mustafazadə, 2. Amin Seydiyev

    Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 5. Rasim Ramaldanov, 18. İlqar Qurbanov, 11. Asif Məmmədov, 21. Atakora Lalavele, 88. Sabien Lilay, 8. Qismət Alıyev, 7. Roman Hüseynov, 98. Rövlan Muradov, 77. Samir Qurbanov

    Baş məşqçi: Zaur Həşimov

    Sumqayıt – Qarabağ 0:1 (1-ci hissə)

    Qol: Filip Ozobiç, 20.

    Hakimlər: Orxan Məmmədov, Elşad Abdullayev, Cavanşir Yusifov, Rauf Cabarov

    Hakim-inspektor: Şahin Cəfərov

    AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

    Sumqayıt şəhər stadionu

    Sumqayıt: 12. Rəşad Əzizli, 21. Arif Daşdəmirov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 99. Əli Babayev, 10. Aleksey İsayev, 5. Adil Nağıyev, 8. Peyman Babayi, 70. Ülvi İsgəndərov, 74. Yusif Nəbiyev, 97. Xəyal Nəcəfov.

    Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 60. Elvin Məmmədov, 22. Əfran İsmayılov, 17. Nicat Qurbanov, 7. Cavid Tağıyev, 15. Əmir Ağayev, 9. Ehtiram Şahverdiyev, 18. Süleyman Əhmədov, 20. Rüfət Abdullazadə.

    Baş məşqçi: Ayxan Abbasov.

    Qarabağ: 13. Vaqner da Silva, 55. Bədavi Hüseynov, 14. Rəşad Sadıqov (k), 5. Maksim Medvedev, 20. Riçard Almeyda, 17. Abdullah Zubir, 77. Donald Gerye, 19. Filip Ozobiç, 10. Dani Kintana, 7. İnnosent Emeqara, 21. Hacıağa Hacılı.

    Ehtiyat oyunçular: 1. Hannes Halldorsson, 4. Rahil Məmmədov, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 25. Ansi Aqolli, 6. Simeon Slavçev, 99. Reynaldo Silva, 18. İsmayıl İbrahimli, 70. Nicat Süleymanov.

    Baş məşqçi: Qurban Qurbanov.

    10 fevral

    14:00 Neftçi – Keşlə

    Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rövşən Rəcəbov

    Hakim-inspektor: Rövşən Əhmədov

    AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

    8-ci km stadionu

    16:30 Səbail – Zirə

    Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Nail Nağıyev

    Hakim-inspektor: Asim Xudiyev

    AFFA nümayəndəsi: Ramiz Mustafayev

    “Bayıl Arena”