Category: İdman

  • Çempionlar Liqasına görə sərvətdən imtina etdi

    Qış transfer pəncərəsi dövründə “Latsio”dan “Yuventus”a keçən Martin Kasereslə bağlı maraqlı iddia ortaya atılıb.

    Median.Az komanda.az-a istinadən xəbər verir ki, İtaliya mətbuatı Kaseresi Yaponiyanın “Vissel Kobe” klubunun da transfer etmək istədiyini iddia edib.

    Xəbərdə heyətində Andres İnyesta və Lukas Podolski kimi futbolçuları olan Yaponiya təmsilçisinin Kaseresə illik 9 milyon avro məvacib alacağı müqavilə təklif etdiyi bildirilib. Lakin uruqvaylı müdafiəçi Çempionlar Liqasını qazanmaq üçün “Yuventus”u seçib.

    Kaseres daha əvvəl “Barselona” ilə, 2008/09 mövsümündə Çempionlar Liqasının qalibi olub.

    31 yaşlı müdafiəçi “Yuventus”la mövsümün sonuna qədər müqavilə imzalayıb.

  • Azərbaycan karateçisi Avropa çempionatında ermənini məğlub etdi

    Danimarkanın Albo şəhərində keçirilən karate üzrə yeniyetmə və gənclər arasında Avropa çempionatında ikinci günə start verilib.

    Kumite yarışlarında 55 kq çəki dərəcəsində çıxış edən Azərbaycan karateçisi Fərid Abdulkərimov ilk görüşündə serbiyalı Marko Mixayloviçə qalib gəldikdən (1:0) sonra Ermənistan idmançısı ilə üz-üzə gəlib.

    O, Erik Xaçatryana da 1:0 qalib gələrək üçüncü mərhələyə vəsiqə qazanıb. Lakin bu mərhələdə türkiyəli Burak Özdəmirə uduzub. Görüşdə hesab açılmasa da, hakimlərin qərarı ilə qələbə Özdəmirə verilib.
    //oxu.az

  • Azərbaycan Avropa çempionatının ilk günündə üç medal qazandı – FOTO

    Karate üzrə yeniyetmə və gənclərdən ibarət milli komandamız Danimarkanın Albo şəhərində keçirilən növbəti Avropa çempionatında mübarizəyə başlayıb.

    Qitə çempionatının ilk günü bütün yaş qruplarında kata və 14-15 yaşlı yeniyetmələrdə -52, -57, -63, -70 və +70 kq oğlanlar, eləcə də -47, -54 və +54 kq qızların kumite yarışlarının nəticələri məlum olub.

    Azərbaycan ilk gündə üç medal qazanıb. Kumite yarışlarında Hüseyn Məmmədli (-57 kq) bürünc medal uğrunda görüşdə italiyalı Yakopo Botossoya, Tale Yaqubov (-63 kq) isə finalda ukraynalı Leon Qayduka qalib gəlib.

    Həmçinin kata millimizin aparıcı üzvü Roman Heydərov 18-21 yaşlı gənclər arasında mübarizədən qalib ayrılıb. O, Avropa çempionu olub.

    Qeyd edək ki, 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclər arasında 46-cı, 21 yaşadək gənclərdə isə 11-ci olan qitə çempionatında 51 ölkədən 1092 idmançı iştirak edir. Hələ ki 19 ölkənin idmançıları medal qazana bilib. İlk günün göstəricisinə görə, Azərbaycan Türkiyədən sonra ikinci olub.
    //oxu.az

  • Konor və Həbib kimi: MMA döyüşündə kütləvi dava – VİDEO

    Almaniyada keçirilən “GMC 18” qarışıq döyüş növləri (MMA) turniri dünya idman mediasının gündəmini zəbt edib. Belə ki, döyüşlərin birində oktaqonda kütləvi dava düşüb.

    Görüntüləri “Life.ru” nəşri dərc edib.

    Titul uğrunda döyüşdə Türkiyəli MMA ustası Ömər Solmaz alman rəqibi Feliks Şiffarta ardıcıl yumruq zərbələri endirməyə başlayıb, sonuncu isə müdafiə oluna bilməyib.

    Komanda yoldaşları yaranmış vəziyyətlə əlaqədar dəsmalı yerə atsa da, hakim döyüşü dayandırmayıb. Çox keçmədən hər iki komandanın onlarla nümayəndəsi oktaqona axışaraq müdaxilə edib.

    Situasiya bir növ Konor – Həbib döyüşünü xatırlatsa da, burada qarışıqlığı vaxtında yatırmaq mümkün olub, üstəlik çox keçmədən türkiyəli döyüşçü Ömər Solmaz qalib elan edilib.

  • Olimpiadanın medalları köhnə telefonlardan hazırlanacaq

    Tokio-2020 Yay Olimpiadasının Təşkilat Komitəsinin təşəbbüsü ilə 50 tonadək köhnə telefon, videokamera və noutbuk yığılıb.

    TASS-ın məlumatına görə, məqsəd həmin qurğulardan çıxarılacaq qiymətli metallardan medallar hazırlamaqdır.

    Bildirilir ki, artıq 100 faiz bürünc, 85 faiz gümüş və 94 faiz qızıl əldə olunub.

    Köhnə smartfon, noutbuk və videokameraların yığılması üçün iki il vaxt tələb olunub. Bu məqsədlə ölkə üzrə 4 minədək qəbul məntəqəsi açılıb.

  • Olimpiya mükafatçımız əməliyyat olundu

    Güləş üzrə Azərbaycanın üçqat Olimpiya mükafatçısı, dünya və səkkizqat Avropa çempionumuz, IV İslam Həmrəylik Oyunlarının qalibi Mariya Stadnik əməliyyat olunub.

    Median.Az-ın verdiyi xəbərə görə, onu boynundan əməliyyat ediblər.

    30 yaşlı ukraynalı legionerimiz saytımıza açıqlamasında bu səbəbdən apreldə Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa çempionatında iştirak edə bilməyəcəyini bildirib. Stadnik yalnız sentyabrda Qazaxıstanın paytaxtı Astanada keçiriləcək dünya çempionatında iştirak edəcək. Bu yarış Olimpiadaya yer verən yeganə yarış olduğundan həmin DÇ-nin əhəmiyyəti böyükdür.

    İyunda Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarında isə Stadnikin çıxışı sual altındadır. Bu, Stadnikin bərpaolunma prosesinin necə gedəcəyindən asılı olacaq.

    Qeyd edək ki, Mariya Stadnik 2007-ci ildən bəri idman vətəndaşlığını dəyişərək Azərbaycan millisi adından çıxış etməyə başlayıb.//oxu.az

  • Tanınmış futbol klubundan Bekhemə sürpriz

    Los-Ancelesdə Devid Bekhemin heykəli qoyulacaq.

    Ren.TV-nin məlumatına görə, belə bir təşəbbüslə “Los-Anceles Galaxy” futbol klubu çıxış edib.

    Abidə Kaliforniyadakı stadionun qarşısında ucaldılacaq. Açılış mərasimi martın 2-də olacaq.

    Qeyd edək ki, Bekhem 2007-ci ildən 2012-ci ilədək “Los-Anceles Galaxy” klubunun şərəfini qoruyub.

  • Daha bir futbol millimizə serbiyalı məşqçi gətirildi – FOTOFAKT

    Azərbaycana daha bir serbiyalı baş məşqçi gətirilib.

    Median.Az xəbər verir ki, bu, Miloş Velebitdir.

    Onunla dünən müqavilə bağlanılıb (bunu təqdim etdiyimiz foto da təsdiqləyir – S.M.).

    39 yaşlı məşqçi 16 yaşadək millimizə (U-16) baş məşqçi təyin olunub. İnternet mənbələrində onun yalnız 2001-ci ildə Avstriyanın “Politsay” (Vyana) klubunda oynadığı görünür.

    Velebit Azərbaycana gələnədək Yunanıstan Super Liqasında mübarizə aparan “Ksanti” klubunda işləyib. O, orda Milan Rastavatsın köməkçisi olub.

    Pro kateqoriyalı olan Velebitin əvvəlki karyerasına baxsaq, Serbiyanın U-17, U-19 millilərində, eləcə də ölkəsinin “Banat” klubunda köməkçi məşqçi işlədiyi görünür.

    Ancaq onun Serbiyanın U-16, U-18, U-19, eləcə də “Smederevo” klubunda baş məşqçi işlədiyi an da olub.

    Qeyd edək ki, əvvəl U-21 millimizə serbiyalı Miloş Obradoviç təyin edilib. Əsas millimiz üçün isə xorvatiyalı Nikola Yurçeviçin baş məşqçiliyi məsələsi gündəmdədir.

    Onu da bildirək ki, əvvəl U-16 millimizi Azər Məmmədov çalışdırırdı. O, dekabrda U-19-un baş məşqçisi Vüqar Məmməd istisna olmaqla, digər milli çalışdırıcıları kimi istefaya göndərilib.

  • İtmiş futbolçunun öldüyü təsdiqləndi

    Dorset qraflığının polisi qəzaya uğramış təyyarənin dağıntılarından çıxarılmış meyitin argentinalı futbolçu Emiliano Salaya məxsus olduğunu təsdiqləyib.

    “RİA Novosti”nin məlumatına görə, təyyarənin qalıqları bazar ertəsi La-Manş boğazının dibində aşkarlanıb.

    Futbolçunun ailəsi artıq meyitin kimliyinin müəyyən edildiyi barədə məlumatlandırılıb. Təyyarəni idarə etmiş pilotun meyiti isə hələ də tapılmayıb.

    Baş verən faciə ilə bağlı araşdırma davam etdirilir.

    Xatırladaq ki, Nantdan Uelsin paytaxtı Kardiffə uçan tək mühərrikli “Piper Malibu” təyyarəsi yanvarın 22-də radarlardan itib. Təyyarənin göyərtəsində iki nəfər – pilot Deyv İbbotson və futbolçu Emiliano Sala olub. Argentinalı hücumçu yanvarın 19-da Fransanın “Nant” klubundan “Kardiff siti” klubuna transfer olunmuşdu.

  • “Ramos meydandan qovulmalı idi” – Pike

    “Barselona”nın futbolçusu Jerar Pike İspaniya Kral kubokunun yarımfinalında “Real”la keçirilən oyunun (1:1) hakimliyi ilə bağlı danışıb.

    Median.Az qol.az-a istinadən xəbər verir ki, təcrübəli müdafiəçi “Daily Mail”ə açıqlamasında görüşün baş hakimi Mateo Laozun bəzi məqamlarda düzgün qərar vermədiyini bildirib:

    “Hakim ümumilikdə matçı pis idarə etmədi. Ancaq Serxio Ramosun epizodunda düzgün qərar qəbul etmədi. Onu meydandan qovmalı idi. Nə etmək olar, oyundur”.

    Qeyd edək ki, komandalar arasında cavab oyunu fevralın 27-də keçiriləcək.