Category: İdman

  • FIDE Qran Pri turnirlərinin vaxtını və yerini açıqlayıb

    FIDE 2019-cu ildə keçiriləcək Qran Pri turnirlərinin vaxtını və yerini açıqlayıb.

    Median.Az “Report”a istinadən bildirir ki, yarışlar 4 ölkədə keçiriləcək.

    İlk Qran Pri matın 16-30-dan Rusiyanın paytaxtı Moskvada, növbəti tunir iyulun 11-25-də Latviyanın paytaxtı Riqa ilə Yurmala şəhərində keçiriləcək. Almaniyanın Hamburq şəhəri noyabrın 4-18-də yarışa ev sahibliyi edəcək. Sonuncusu isə dekabrın 10-24-də İsrailin paytaxtı Təl-Əvivdə olacaq.

    Qeyd edək ki, FIDE Qran Priləri 2020-ci il İddiaçılar Turnirinin iştirakçılarını müəyyənləşdirmək üçün təsis edib. Turnirin hər bir mərhələsində 16 şahmatçı, o cümlədən tədbirin təşkilatçıları tərəfindən irəli sürülən bir nəfər iştirak edəcək. Yarışın iki qalib şahmatçısı 2020-ci il İddiaçılar Turnirinə vəsiqə qazanacaq. Hər bir mərhələnin mükafat fondu 130 min avro təşkil edəcək. FIDE əlavə olaraq 280 min avroluq mükafat fondunu Qran Pri seriyasında ən yaxşı nəticələrə əsasən bölüşdürəcək.

  • Salah Londonda təhqir olundu

    “Liverpul”un futbolçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasının 25-ci turunda “Vest Hem”lə səfər matçında (1:1) azarkeşin təqhirlərinə məruz qalıb.

    Median.Az qol.az-a istinadən yaydığı xəbərə görə, 26 yaşlı futbolçu künc zərbəsi yerinə yetirərkən meydan sahiblərinin azarkeşlərindən biri bu anı video çəkib və Salahın müsəlman olmasına işarə vuraraq, onu ağır təhqir edib.

    “Liverpul” fanatları isə buna sosial şəbəkələrdə kəskin etiraz ediblər. Bundan sonra London klubu açıqlama yayıb:

    “Vest Hem” qapılarını hər kəsə açmış klubdur. Cinsiyyəti, yaşı, irqi, inancı, dini, seçimləri nə olursa, olsun, hamıya qapımız açıqdır. Ancaq stadionumuzda bu cür davranışlara yer yoxdur. Zorakılıq və təhqiramiz hərəkətə qarşıyıq. Cinayəti törədən şəxslə polis maraqlanır. Polis hər şeyi müəyyən edəndən sonra həmin şəxsə stadionumuza girişinə ömürlük qadağan qoyulacaq”.

  • Azərbaycan amerikalı idmançını milliləşdirdi

    Azərbaycan Fiqurlu Konkisürmə Federasiyası amerikalı idmançını milliləşdirib.

    Median.Az xəbər verir ki, bu, 14 yaşlı Beverli Vudendir.

    Beləliklə, ötən il ABŞ-da Olimpiya medalı qazanmağa namizəd göstərilən Beverli Vuden ilk sınağını bu ay verəcək. O, fevralın 20-23-ü tarixlərində İsrailin Elat şəhərində keçiriləcək “Open Ice Mall Cup” turnirində iştirak edəcək.

    20 ölkənin nümayəndələrinin yarışacağı bu turnirdə millimiz daha üç legionerlə təmsil olunacaq. Bunlar 15 yaşlı rusiyalı Yekaterina Ryabova, 18 yaşlı Vladimir Litvintsev, eləcə də 20 yaşlı amerikalı Morqan Fladdır. İlk iki idmançı ötən ay Belarusun paytaxtı Minskdə keçirilmiş böyüklərin Avropa çempionatında Azərbaycanı təmsil edib.

    Qeyd edək ki, sözügedən yarış böyüklər (seniors), yeniyetmələr (juniors) və təcrübəsizlər (novices) arasında keçiriləcək.

  • “Formula-1” Azərbaycanda qalır: daha üç il

    Bu gün “Formula-1” ilə Bakı Şəhər Halqası arasında yeni müqavilə bağlanılıb.

    Median.Az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov məlumat verib.

    Yeni müqavilə üç ili əhatə edir.

    Belə ki, 2020-ci ildə başa çatacaq köhnə müqavilə 2023-cü ilədək yenilənib.

    Xatırladaq ki, “Formula-1” yarışları Azərbaycanda 2016-cı ildən keçirilir.

    Cari mövsümdə Azərbaycan Qran-Prisi 26-28 aprel tarixində baş tutacaq.

  • Millimiz Qafqaz ölkələrinin yığması ilə qarşılaşacaq

    Kişi boksçulardan ibarət Azərbaycan yığması Rusiyaya yollanıb.

    Vaqif Şirinovun rəhbərlik etdiyi milli komanda Kabarda-Balkar Respublikasının (Rusiya) paytaxtı Nalçikdə yoxlama görüşləri keçirəcək.

    Boksçularımız üç qarşılaşmada qüvvəsini sınayacaq. Bu döyüşlər fevralın 5-6-na təsadüf edəcək. Rəqiblər Polşa, ev sahiblərinin 19-22 yaşlılardan ibarət komandası və Qafqaz ölkələrinin yığması olacaq.

    Məşqçilər korpusu yoxlama döyüşlərində Yadigar Əliyev (-49 kq), Elvin Məmişzadə (-52 kq), Əflatun Babayev (-56 kq), Ruslan Rüstəmov (-60 kq), Bəxtiyar Qazıbəyov, Nəbi İsgəndərov (hər ikisi -64 kq), Nicat Həsənov (-69 kq), Amin Kuşkov (-75 kq), Cəbrayıl Yelekov, Pedro Alfonso (hər ikisi -81 kq), Rövşən Yaqubzadə (-91 kq) və Sadiq Səmədova (+91 kq) şans verəcək.

    Qeyd edək ki, komandamız fevralın 7-də Vətənə qayıdacaq.

  • Bəxtiyar Abbasov Azərbaycan çempionu oldu – FOTO

    Sambo üzrə böyüklər arasında Azərbaycan çempionatı başa çatıb.

    Tanınmış idmançımız Bəxtiyar Abbasov döyüş sambosu üzrə yarışda 90 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

    Bəxtiyar Abbasov yarışda keçirdiyi bütün qarşılaşmalarda rəqiblərinə qalib gələrək ölkə çempionu olub.

    Qeyd edək ki, Bəxtiyar Abbasov döyüş sambosu üzrə Dünya Kubokunun mükafatçısı olub. WMMAF versiyasına görə MMA üzrə ikiqat dünya çempionu, PROFC-GPG çempionu, pankration, ciu-citsu, əlbəyaxa döyüş üzrə dünya çempionudur.


    //oxu.az

  • İtmiş futbolçunun olduğu təyyarənin qalıqları tapıldı

    “Kardif Siti” klubunun futbolçusu Emiliano Salanı daşıyan təyyarənin qalıqları La-Manş boğazında aşkarlanıb.

    Bu barədə BBC məlumat yayıb.

    Sala ailəsinin muzdla tutduğu təhqiqatçı Devid Merns dağıntıların Qernsi adasının sahilləri yaxınlığında üzə çıxdığını bildirib. Britaniyanın Hava Qəzalarının Araşdırma Agentliyinin yerli bölməsinin əməkdaşları təyyarənin qalıqlarının çıxarılması üçün həmin əraziyə göndərilib.

    “Emiliano Sala və Devid İbbotsonun ailəsi artıq bu barədə məlumatlandırılıb”, – deyə Merns “Twitter” hesabında yazıb.

    Xatırladaq ki, yanvarın 21-də Nantdan Kardiffə uçan “Payper Malibu N264DB” təyyarəsi radarlardan itib. Təyyarənin göyərtəsində argentinalı futbolçu və nəqliyyat vasitəsini idarə edən pilot Devid İbbotson olub.

    Qeyd edək ki, “Kardiff siti” Salanı klub üçün rekord qiymətə – 15 milyon funt-sterlinqə heyətinə qatıb. 28 yaşlı oyunçu ötən ayın sonlarından məşqlərə başlamalı idi.

  • Fevralda iki maqnit qasırğası gözlənilir

    Rusiyanın Fizika İnstitutunun Günəş rentgen astronomiyası laboratoriyası fevralın 20-də geomaqnit qasırğasının baş verəcəyini açıqlayıb.

    Bu barədə “RİA Novosti” laboratoriyaya istinadən məlumat yayıb.

    Bundan əvvəl, fevralın 1-də baş verən birinci kateqoriyalı maqnit qasırğası Bakı vaxtı ilə gecə saat 02:00-03:00 radələrində qeydə alınıb, geomaqnit şəraitdə və ya peyk sistemlərinin işində hər hansı nəzərəçarpan dəyişiklik yaratmayıb.

    Fevralın 1-də baş verən maqnit qasırğası cari ildə sayca üçüncü olub. Laboratoriyanın məlumatına əsasən, yanvarın 5-də və fevralda baş verən maqnit qasırğası Günəşin eyni koronal dəliyindən qaynaqlanıb. Plazma axını əsasında tədqiqatçılar növbəti maqnit qasırğasının Yerə fevralın 20-də daxil olacağını hesablayıb.

    Alimlərin proqnozlarına görə, Günəşin aktivliyində hər hansı əhəmiyyətli dəyişiklik baş verməsə, növbəti maqnit qasırğası fevralın 28-i və ya martın 1-nə təsadüf edəcək.

  • Azərbaycanlı Avropa çempionu azarkeşlərə müraciət edib

    Fevralın 16-da Bakıda start götürəcək batut gimnastikası və tamblinq üzrə “AGF Trophy” Dünya Kuboku ərəfəsində azərbaycanlı Avropa çempionu Mixail Malkin azarkeşlərə müraciət edib.

    “Report”un Azərbaycan Gimnastika Federasiyasının rəsmi “Facebook” səhifəsinə istinadən verdiyi məlumata görə, 23 yaşlı idmançı tamaşaçı dəstəyinə ehtiyacının olduğunu bildirib.

    Malkin bu dəstəkdən ruhlandığını açıqlayıb:

    “Yarışdan əvvəl əhvalımı yaxşı saxlamaqdan ötrü dostlarımla görüşür, şəhərdə gəzişirik ki, başımı qatım və fikrim yalnız yarışda olmasın. Yaxşı nəticələrdən sonra uğurlarımı yaxınlarımla qeyd edirəm. Bu, məni digər yarışlara motivasiya edir. Tamaşaçı dəstəyi mənim üçün çox vacibdir. Bu dəstəkdən güc və enerji alıram. Gəlin, milli komandamıza dəstək olun”.

    Qeyd edək ki, 11 ildir tamblinqlə məşğul olan Mixail Malkin ötən il Avropa çempionu olaraq, ən böyük uğuruna imza atıb. 31 ölkənin qatılacağı “AGF Trophy” iki gün davam edəcək.

  • Asiya Kubokunun qalibi məlum oldu

    Futbol üzrə Asiya Kubokunun qalibi məlum olub.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, kubokun finalında Qətər və Yaponiya milliləri qarşılaşıb.

    Qətər komandası rəqibini 3:1 hesabı ilə məğlub edərək Asiya Kubokunu qazanıb.

    Qətər millisində Almoez Ali (12), Abdulaziz Hatem (27) və Akram Afif(83, pen.) fərqlənib. Yaponiya millisinin qolunu isə Takumi Minamino (69) vurub.