Category: İdman

  • Avro-2020-də Bakıya gələcək yığmalar harada məşq edəcəklər?

    UEFA futbol üzrə Avro-2020-də 24 futbol komandasının harada məşq edəcəyi və harada məskunlaşacağına dair siyahı tərtib edib.

    Median.Az xəbər verir ki, Bakı da daxil olmaqla ilk dəfə Avropanın 12 şəhərində keçiriləcək qitə birinciliyinin məşq stadionları arasında “Bakcell Arena”, “Dalğa Arena” və Tofiq Bəhramov adına Respublika Stadionu olacaq.

    “Fairmont”, “Bilgah Beach” və “Excelsior” hotelləri isə qonaq komandaların Bakıda məskunlaşacağı məkanlar kimi müəyyənləşdirilib.

    UEFA-nın əməkdaşları bu siyahını müəyyənləşdirmək üçün Avropanın 12 şəhərinin 150-dən çox hotel və 100-dən çox təlim-məşq bazalarında olub. Hotel seçimində obyektlərin mərkəzdə olması, həmçinin kurort üslublu olması əsas götürülüb.

    Bununla belə, Avro-2020-nin iştirakçı milli komandalarını təmsil edən federasiyalar özləri baza və hotelləri kataloqdan kənar seçmək hüququna da malikdir. Hətta komandalar Avro-2020-nin keçirilməyəcəyi qonşu ölkələrdə də məskunlaşa bilər.

    Qeyd edək ki, gələn il iyunun 12-dən iyulun 12-dək keçiriləcək Avropa çempionatı Hollandiyanın Amsterdam, İspaniyanın Bilbao, Rumıniyanın Buxarest, Danimarkanın Kopenhagen, İrlandiyanın Dublin, Şotlandiyanın Qlazqo, İngiltərənin London, Almaniyanın Münhen, İtaliyanın Roma və Rusiyanın Sankt-Peterburq şəhərlərində baş tutacaq.

    Bakıda üç qrup (13, 17 və 21 iyun) və bir 1/4 final (4 iyul) mərhələsinin matçı təşkil olunacaq.

    Paytaxtımız və Romada A qrupunun oyunları keçiriləcək. İtaliya millisi final mərhələsinə vəsiqə qazanacağı halda, matçlarından biri Bakı Olimpiya Stadionunda olacaq.//oxu.az

  • Doğum haqqında şəhadətnamə ilə bağlı tələblər dəyişir

    “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilməsi təklif olunur.

    Qanun layihəsinin 6.4-cü maddəsindən sonra “qeyd” hissəsi əlavə edilir.

    Qüvvədə olan qanunun 6.4.1-ci maddəsində nəzərdə tutulmuş sənəd üzrə məlumatların elektron informasiya sistemindən əldə edilməsi mümkün olduğu hallarda həmin sənəd vətəndaşlardan tələb olunmur.

    Xatırladaq ki, qanunun 6.1-ci maddəsi hər il yanvar-mart ayları ərzində həmin il 15 yaşı tamam olan Azərbaycanın kişi cinsli vətəndaşlarının yaşayış və ya olduğu yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalarını nəzərdə tutur.

    Həmin vətəndaşlar qeydiyyata alınmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə həmin qurumlara gəlməli və bir sıra sənədləri təqdim etməlidirlər.

    Həmin sənədlərdən biri də 6.4.1-ci maddədə nəzərdə tutulmuş doğum haqqında şəhadətnamədir. Doğum haqqında şəhadətnamə ilə bağlı məlumatlar isə Ədliyyə Nazirliyinin elektron informasiya sistemində yerləşdirilib. Bu qurum da həmin sistemə inteqrasiya olunub. Dəyişiklik vaxta qənaət etmək, vətəndaş məmnunluğunu yüksəltmək, dövlət idarəçiliyinin səmərəliliyini artırmaq məqsədilə təklif olunur.

  • Çempionatlarda hakimlərdən biri ixtisara salındı

    AFFA-nın Hakimlər Komitəsi U-13 və daha aşağı yaş qruplarına aid komandalar arasında keçirilən turnirlərin oyunlarına bir hakimin təyin olunması barədə qərar qəbul edib.

    Qərar beynəlxalq Oyun Qaydalarının tələbləri, beynəlxalq təcrübə və hakimlərin fiziki hazırlığının yüksəldilməsi əsas götürülərək qəbul olunub.

    Xatırladaq ki, indiyə qədər qeyd olunan bəzi turnirlərdə oyunları iki hakim idarə edirdi.

  • Makqreqor və Nurməhəmmədovun ikinci döyüşünün şərtləri açıqlandı

    UFC rəhbəri Deyn Uayt rusiyalı Həbib Nurməhəmmədovla irlandiyalı Konor Makqreqor arasındakı mümkün döyüşün şərtlərini açıqlayıb.

    D.Uayt bu barədə EPSN televiziya kanalının efirində açıqlama verib.

    Onun fikrincə, hər iki idmançı əvvəlcə oktaqonda digər rəqiblərlə qarşılaşmalıdırlar. O, K.Makqreqora uyğun gələn rəqib olaraq amerikalı Donald Serroneni görür. 30 yaşlı H.Nurməhəmmədov isə oktaqona amerikalı Toni Ferqyusonla çıxmalıdır.

    “Bu iki döyüşdən sonra Makqreroqla Nurməhəmmədov arasında revanş döyüşü keçirmək olar”, – deyə D.Uayt bəyan edib.

    Yanvarın 29-da UFC 229-da baş verən insidentlə bağlı Nevada ştatının Atletik komissiyasının qərarı məlum olub. H.Nurməhəmmədov doqquz aylıq diskvalifikasiya olunub və 500 min dollar məbləğində cərimə ödəməlidir. K.Makqreqor isə altı aylıq kənarlaşdırılıb və 50 min dollar məbləğdə cərimələnib.

    35 yaşlı D.Serrone K.Makqreqorla döyüşməkdə maraqlı olduğunu artıq açıqlayıb. Döyüşçülər sosial şəbəkələrdə mesajlaşıblar. T.Ferqyusonu isə dəfələrlə H.Nurməhəmmədovun potensial rəqibi kimi göstəriblər.

    Qeyd edək ki, 2018-ci ilin oktyabrın 7-də H.Nurməhəmmədov UFC-nın yüngül çəki üzrə çempionu adı uğrunda döyüşdə K.Makqreqora qalib gəlib. Rusiyalı idmançı döyüşdən sonra oktaqonun səddini aşaraq irlandiyalının məşqçisi Dillon Denisə hücum edib. Oktaqonun daxilində isə K.Makqreqor və H.Nurməhəmmədovun köməkçiləri arasında qarşıdurma yaşanıb.

  • “Sumqayıt” İsraildən futbolçu transfer etdi

    “Sumqayıt” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

    Klubun mətbuat xidmətindən bildirilib ki, “Sumqayıt” İsrailin “Hapoel” (Təl-Əviv) klubunda çıxış edən Əmir Ağayevlə müqavilə imzalayıb. İyirmi yeddi yaşlı futbolçu ilə 1,5 illik sövdələşməyə imza atılıb. Qeyd edək ki, bu, “Sumqayıt”ın dövrələrarası fasilədə sonuncu transferi olub.

    Qeyd edək ki, İsrailin “Bnei Yehuda” klubunun yetirməsi olan Əmir Ağayev 2010-2016-cı illərdə bu komandada çıxış edib. O, komandanın heyətində keçirdiyi 180 oyunda 29 qol vurub. Ə.Ağayev, həmçinin “Omoniya” (Nikosiya, Kipr; 7 oyun, 2 qol) və “Beytar Yerusəlim” (5 oyun) klublarının da formasını geyinib. O, son klubu olan “Hapoel”in heyətində 35 oyunda 7 qolun müəllifi olub.//publika.az

  • Bakı Şəhər Halqası bəyanat yaydı – Əsassız məlumatlardır

    Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bəyanat yayıb.

    “Report” xəbər verir ki, bəyanatda Rusiyanın “Kommersant” qəzetinə istinadən yayılan xəbərlərin qeyri-rəsmi və əsassız məlumatlar olduğu bildirilib.

    “Formula-1” Azərbaycan Qran Prisinin keçirilməsi ilə bağlı müqavilə şərtləri tam məxfi saxlanılır və heç bir şəkildə icitmaiyyətə rəsmi şəkildə açıqlanmır. “Formula-1” yarışlarının təşkilatçısı “Formula 1 Management” şirkəti ilə Azərbaycanda “Formula-1″ yarışının promouter şirkəti Bakı Şəhər Halqası arasında bağlanmış müqavilə üzrə heç bir fikir ayrılığı yoxdur və Azərbaycan Qran Prisinin keçirilməsi ilə bağlı bütün məsələlər fikir mübadiləsi əsasında və konstruktiv yolla həll edilir”, – deyə bəyanatda qeyd olunub.

  • Azərbaycan millisinə 23 futbolçu çağırıldı

    17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının fevralın 3-dən 10-dək Bakıda təlim-məşq toplanışı olacaq.

    Median.Az komanda.az-a istinadən toplanışa dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırır:

    1. Əkbərova İlahə – 8 №-li İOEUGİM
    2. Gözəlova Mədinə – Xirdalan City
    3. Feyzullayeva Aytac – Gənclik
    4. Nahmadova Alina – Fidan
    5. Rəhimova Milana – 8 №-li İOEUGİM
    6. Əlizadə Lamia – 8 №-li İOEUGİM
    7. Aşırova Samirə – Zaqatala
    8. Muradova Aysun – Zaqatala
    9. Ağayeva Leyla – Fidan
    10. Cəfərova Fidan – Gənclik
    11. Atakişizadə Rübabə – 8 №-li İOEUGİM
    12. Məmmədova Nahidə – Gənclik
    13. Əhmədli Fatimə – 8 №-li İOEUGİM
    14. Abdullayeva Yasmin – Keşlə
    15. Tarverdizadə Nurçin – Vega
    16. Əmirli Ləman – 8 №-li İOEUGİM
    17. Səfərəliyeva Pərvin – 8 №-li İOEUGİM
    18. Eminova Nübar – Qubek
    19. Mustafazadə Ləman – İmişli
    20. Zamanlı Züleyxa – Keşlə
    21. Məmmadova Səkina – İmişli
    22. Quluzadə Ülkər – İmişli
    23. Şahverdiyeva Asiman – İmişli

  • Azərbaycan paralimpiya hərəkatının tarixində bir ilk – FOTO

    Azərbaycan paralimpiya hərəkatının tarixində ilk dəfə olaraq paralimpiyaçılar qış idman növü üzrə beynəlxalq yarışa qatılırlar.

    Median.Az xəbər verir ki, Azərbaycan paralimpiya hərəkatının tarixində ilk dəfə olaraq Qış idman
    növü üzrə Paralimpiya Milli Komandasının idmançıları Gülnar Rəhimova (dağ xizəyi) və Aytac Qasımova (snovbord) Asiya Çempionatında iştirak etmək üçün yanvarın 31-də İran İslam Respublikasının Tehran şəhərinə yola düşüblər.

    Yarışlar 31 yanvar – 07 fevral 2019-ci il tarixlərində keçiriləcək. Bu münasibətlə, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov idmançıları qəbul edərək, onların hazırlıq vəziyyəti ilə maraqlanıb və ilk beynəlxalq yarışda iştirak etmələrini yüksək qiymətləndirərək onlara uğurlar arzulayıb.

    İdmançılarımız yarışa hazırlıq məqsədi ilə 14-25 Yanvar 2019-ci il tarixlərində “Şahdağ Turizm Mərkəzi” QSC-nin ərazisində təlim məşq toplantısı keçiblər.

    Qeyd edək ki, 2018-ci ildə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin nəzdində “Şahdağ Turizm Mərkəzi” QSC və Dağ Xizək federasiyasının dəstəyi ilə qış idman növləri üzrə komanda yaradılıb. Komanda üzvləri 31 oktyabr – 13 noyabr tarixlərində BƏƏ-nin Dubay şəhərində keçirilmiş birinci təlim məşq toplantısında iştirak ediblər.

  • Rəsmi: “Formula 1 Management” şirkəti ilə Bakı Şəhər Halqası arasında heç bir fikir ayrılığı yoxdur

    “Formula 1 Management” şirkəti ilə Bakı Şəhər Halqası arasında heç bir fikir ayrılığı yoxdur.

    Bu barədə Bakı Şəhər Halqasından Milli.Az-a məlumat verilib.

    Şirkət qeyd edir ki, Rusiyanın “Kommersant” qəzetinə istinadən yayılan xəbərlər qeyri-rəsmi və əsassız məlumatlardır:

    “Belə ki, Formula 1 Azərbaycan Qran Prisinin keçirilməsi ilə bağlı müqavilə şərtləri tam məxfi saxlanılır və heç bir şəkildə icitmaiyyətə rəsmi şəkildə açıqlanmır.

    Eyni zamanda bildirmək istərdik ki, Formula 1 yarışlarının təşkilatçısı “Formula 1 Management” şirkəti ilə Azərbaycanda Formula 1 yarışının promouter şirkəti Bakı Şəhər Halqası arasında bağlanmış müqavilə üzrə heç bir fikir ayrılığı yoxdur və Azərbaycan Qran Prisinin keçirilməsi ilə bağlı bütün məsələlər fikir mübadiləsi əsasında və konstruktiv yolla həll edilir”.

  • Qurban Qurbanov: Gözləyirdilər ki, Riçard gəlsin, zarafat çoxalsın

    “Qarabağ”ın bu gün mətbuat üçün açıq məşqi keçirilib.

    Median.Az xəbər verir ki, məşqdən öncə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutub.

    46 yaşlı mütəxəssis zədəli olan braziliyalı Reynaldo və ispaniyalı Miçelin son durumları barədə danışıb:

    “Onlar fərdi məşq edirlər. Miçel hələ kollektiv məşqlərə başlamayıb. Reynaldo gündən-günə yaxşılaşır. Hər ikisi fevralın 3-də “Neftçi” ilə oyunu buraxacaq”.

    Qurban Qurbanov Riçard Almeydanın geri dönməsinə isə belə münasibət göstərib:

    “Həmişə istəyirik ki, heyətimiz yaxşı olsun. Oyunumuzun da yaxşılığa doğru getməsini istəyirik. O qədər də zəifləyib geri düşmədik. Avropa Liqasının qrup mərhələsində iştirak etdik, çempionatda medallar uğrunda yarışırıq və kubokda yarımfinala çıxdıq. Çalışırıq ki, nəticələri qoruyub saxlayaq. Belə bir oyunçunun komandaya qayıtması ab-havanı yaxşılaşdırıb. Onun üçün darıxanlar gözləyirdi ki, Riçard gəlsin, zarafatlar çoxalsın.

    Beş il komandamızda oynayıb. İstədiyimiz oyunu qurmaqda bacarığı və təcrübəsi daha çox idi. Ancaq bir oyunçu ilə nə komanda bir o qədər zəifləyir və nə də güclənir. Riçard bir müddət olmadı, optimal formadan uzaqdır. Bir neçə oyun lazımdır ki, bacarığını ortaya qoysun”.

    Sonda Qurban Qurbanov bildirib ki, Azərbaycanda fevralın 8-nə kimi transfer dönəmi açıq olduğundan yeni futbolçular heyətə cəlb oluna bilər. Bunlar ya hücumçu, ya da yarımmüdafiəçi olacaq.