Category: İdman

  • Azərbaycan “Formula-1” üçün 60 milyon dollar xərcləyəcək? – AÇIQLAMA

    Rusiyanın “Kommersant” qəzeti maraqlı iddia ilə çıxış edib.

    Nəşr bu ilin aprelində keçiriləcək “Formula-1” yarışının Azərbaycana 60 milyon dollara başa gələcəyini iddia edir.

    Yazıda bildirilir ki, 2017-ci ilədək “Formula-1”ə rəhbərlik etmiş Berni Eklstoun tərəfindən qoyulmuş qaydalara əsasən hər növbəti mərhələ əvvəlkindən 5-10% baha olmalıdır.

    Ancaq sözügedən nəşr onu qeyd edib ki, sentyabrın 8-də İtaliyanın Montsa şəhərində keçiriləcək Qran Priyə onun promouterləri yalnız 24 milyon dollar ödəmək istəyir. Halbuki Azərbaycan Qran Prisindən sonra keçiriləcək bu məbləğin məntiqlə daha çox olması lazım idi.

    Qeyri-rəsmi mənbənin sözlərinə əsasən, sentyabrın 29-da Rusiyanın Soçi şəhərində keçiriləcək yarışın ilə təxminən 45 milyon dollara başa gələcəyi də qeyd olunub. Halbuki ortalama rəqəm 30,7 milyon dollar olmalıdır. Bununla belə, Rusiya promouterləri “Formula-1” brendinin hazırkı sahibinin qoyduğu “Liberti Media”dan narazı deyillər.

    Lakin Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai saytımıza açıqlamasında bu məlumatı təkzib edib.

    O bildirib ki, bu xərclər konfidensial saxlanılır və onun mətbuata sızması mümkün deyil.

    Qeyd edək ki, Böyük Britaniyanın paytaxtı Londonda “Formula-1” Promouterlərinin Assosiasiyasının (FOPA) görüşü olub. Burda 21 promouterdən 16-sı (FOPA-ya Rusiya, Monako, Bəhreyn, BƏƏ və Yaponiya daxil deyil – S.M.) qatılıb. Onlar “Liberti Media” əleyhinə bəyanat yayaraq bu qurumun iş prinsiplərini tənqid ediblər.
    //oxu.az

  • Prokurorluq dünya çempionu ilə bağlı məhkəməyə müraciət etdi

    Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Urxan Orucovun barəsində olan qərardan prokuror tərəfindən kasassiya protesti verilib.

    Prokurorluq U.Orucova daha ağır cəza verilməsini tələb edir.

    Cinayət işi Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi ilə araşdırılacaq.

    Qeyd edək ki, ötən il yanvarın 25-də Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yolu keçən Maştağa qəsəbə sakini Səlim Zülfüqarov müəyyən edilməmiş avtomobillə vurulub. Naməlum avtomobilin vurduğu 31 yaşlı S.Zülfüqarov ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il 2 ay 16 gün müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. U.Orucov məhkəmə zalından azadlığa buraxılıb. O, hökmə əsasən, 1000 manat məbləğində cərimə edilib. Hökmdən narazı qalan prokurorluq apellyasiya protesti verib.

    Xatırladaq ki, kikboksinq və kunq-fu idman növlərində özünü sınamış 29 yaşlı Urxan üç qat dünya, səkkiz qat Azərbaycan çempionudur.
    //oxu.az

  • Messidən önəmli qərar

    Lionel Messi yaxın vaxtlarda Argentina millisinə qayıdacaq.

    Median.Az “Ole” nəşrinə istinadən xəbər verir ki, “Barselona”nın hücumçusu artıq bu məsələni Argentina yığmasının baş məşqçisi Lionel Skaloni ilə müzakirə edib.

    Güman olunur ki, Messi Argentina-Venesuela yoldaşlıq görüşündə oynayacaq.

    Matç martın 22-də Madriddə keçiriləcək.

  • “Qalatasaray”da yeni hücumçu – RƏSMƏN AÇIQLANDI – FOTO

    “Qalatasaray” və “Kasımpaşa” hücumçu Mbaye Dianyenin transferində ortaq məxrəcə gəlib.

    Median.az xəbər verir ki, “Sarı-qırmızılılar” keçidi sosial media hesabından rəsmən açıqlayıb.

    27 yaşlı futbolçu cari mövsümdə Superliqada forma geyindiyi 17 matçda 20 qol vurub, 2 məhsuldar ötürməylə yadda qalıb.

  • “Valensiya” müdafiəçisini icarəyə verdi

    “Valensiya” futbolçusu Ruben Vezunu icarəyə göndərib.

    Median.az Goal.az-a istinadən xəbər verir ki, portuqaliyalı müdafiəçi La Liqa təmsilçisi “Levante”yə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

    Vezu mövsümün sonuna qədər icarə əsasında “Levante”də çıxış edəcək.

    Qeyd edək ki, 2014-cü ildən “Valensiya”da çıxış edən Vezu, cari mövsümdə 4 qarşılaşmada iştirak edib.

  • Azərbaycan üzgüçüsü Lüksemburqda iki gümüş medal qazanıb

    Azərbaycan üzgüçüsü Maksim Şemberyev Lüksemburqda keçirilən Avropa Üzgüçülük Federasiyası (LEN) Kubokunun növbəti mərhələ yarışlarında iki gümüş medal qazanıb.

    Azərbaycan Üzgüçülük Federasiyasından verilən məlumata görə, Şemberyev 400 metr məsafədə qarışıq üsülda üzmə üzrə 4,23 nəticə ilə ikinci yeri tutub. O, 1500 metr məsafədə 15,38 nəticə ilə gümüş medal əldə edib.

    Azərbaycanın üzgüçülük üzrə milli komandasının baş məşqçisi Rəşad Əbdürəhmanov bu nəticəni qənaətbəxş hesab etdiyini söyləyib: “Maksim Şemberyevin qatıldığı 21-ci “Euro Meet” turniri 12-28 iyul 2019-cu ildə Cənubi Koreyanın Kvandju şəhərində keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıyır. Bu il ilk mötəbər yarış olduğundan Maksimin tam gücü ilə çıxış etməməsi normal bir haldır. Bu, bizim uzun müddətdir böyük yüklə çalışmalarımızın nəticəsini müəyyənləşdirmək üçün vacib yarışma idi. Maksim onun qarşısında qoyulan öhdəlikləri yerinə yetirir. Ümidvaram ki, dünya çempionatında Azərbaycanı layiqincə təmsil edəcək”.//ölkə.az

  • Zabit Səmədov əməliyyat olunur (FOTO)

    Məşhur idmançımız Zabit Səmədov əməliyyat olunacaq.

    Oxu.Az-ın xəbərinə görə, Zabit Səmədov zədəsi olduğu qolundan əməliyyat olunmaq üçün cərrah masasına uzanacaq.

    Hal-hazırda o, Türkiyədə məşhur xəstəxanalardan birindədir.

    Əməliyyatın bir həftə sonra baş tutması gözlənilir.

  • Klublarımızın transferlərə xərclədiyi məbləğ açıqlandı

    Azərbaycanın futbol klubları 2018-ci ildə transferlərə 2,1 milyon dollar xərcləyib.

    “Report” xəbər verir ki, bu barədə FIFA-nın hesabatında bildirilir.

    Azərbaycan bu göstərici ilə dünyada 47-ci yerdədir. Siyahıya 1 milyard 981,3 milyon dollarla (ötən illə müqayisədə 20,5% artım) İngiltərə başçılıq edir. İspaniya 1 milyard 352.5 milyon dollarla (85,2% artım) ikinci, İtaliya isə 848.9 milyon dollarla (29.8% artım) üçüncü pillədə qərarlaşıb.

    Azərbaycan klublarının transfer gəlirləri isə 1.4 milyon dollar təşkil edib. Ölkə bu göstəricidə 73-cü sıradadır. Gəlirə görə isə ilk sırada 936.3 milyon dollarla Fransa (45.4% artım), ikinci yerdə 935.2 milyon dollarla İngiltərə (42.7% artım), üçüncü yerdə isə 908 milyon dollarla İspaniya (8% artım) qərarlaşıb.

    Qeyd edək ki, ötən illə müqayisədə Azərbaycan təmsilçilərinin ümumi transfer xərcləri 61,6% azalıb, gəlirləri isə 95.7% artıb.

  • ASAN Radio azərbaycanlı paralimpiyaçılara dəstək olacaq

    Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin məlumatına görə, bu barədə yanvarın 30-da ASAN Radio, Milli Paralimpiya Komitəsi və Azərbaycan Cüdo Federasiyası arasında razılıq əldə olunub. Bununla bağlı üçtərəfli Memorandum imzalanıb.

    Median.az xəbər verir ki, memorandumu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC-nin “ASAN Radio” departamenti müdiri Emin Musavi, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı imzalayıblar.

    Anlaşma Memorandumu tərəflər arasında informasiya dəstəyi və digər qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığı əhatə edir.

    Qeyd edək ki, “ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə yaradılıb. Dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radio – “ASAN Radio” daim sosial layihələrə, əlillərə xüsusi diqqətlə yanaşıb. Efir siyasətində həssas təbəqəyə mütəmadi yer ayırıb. Sosial çarxlar (video-audio) hazırlayıb, filmlər çəkib. Bu layihələr beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilib. “ASAN Radio” yerli və beynəlxalq əhəmiyyətli idman yarışlarının media dəstəkçisidir.

  • Braziliyalı futbolçu “Neftçi”dən ayrıldı

    “Neftçi” klubunun futbolçusu Dario Frederiko Cənubi Koreyanın “Daequ” komandasına transfer olunub.

    Bu barədə oxu.az-a klubun mətbuat xidmətindən məlumat verilib.

    Məlumatda bildirilir ki, Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışının sonuncu günündə futbolçuya meneceri vasitəsilə başqa klubdan təklif gəlib.

    Daha sonra tərəflər arasında bununla bağlı danışıqlar başlayıb.

    “Neftçi”nin tələb etdiyi kompensasiya Cənubi Koreyanı klubu tərəfindən ödənildikdən sonra braziliyalı futbolçunun keçidinə icazə verilib.