Category: İdman

  • Boks millimizdə yeni baş məşqçi təyinatı

    Boks üzrə gənclərdən ibarət Azərbaycan millisinə baş məşqçi təyinatı rəsmiləşib.

    Yığmamız Əsgər Eyvazova həvalə edilib.

    58 yaşlı mütəxəssis bu postda əsas komandanın “sükanı arxasına” keçən Vaqif Şirinovu əvəzləyib. Əsgər Eyvazov artıq işinin icrasına başlayıb.

  • III Avropa Oyunlarını keçirmək üçün ikinci namizəd məlum olub

    2023-cü ildə baş tutması planlaşdırılan III Avropa Oyunlarını keçirmək istəyən ikinci namizəd məlum olub.

    Rusiyanın Kazan şəhəri bu oyunların keçirilməsi üçün ərizə təqdim edib.

    Rusiya Olimpiya Komitəsi Tatarıstanın paytaxtının bu istəyini dəstəkləyib.

    “Kazan şəhəri Avropa Oyunlarının keçirilməsi üçün ərizəsini təqdim edib. Rusiya Olimpiya Komitəsi bu qərarı dəstəkləyir və bunu həyata keçirmək üçün tam dəstək göstərməyə hazırdır”, – təşkilatın rəhbəri Stanislav Pozdnyak deyib.

    Onun sözlərinə görə, Avropa Oyunları ilbəil daha əhəmiyyətli idman hadisəsinə çevrilir.

    Qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci ildə Bakıda (və Mingəçevirdə) baş tutub. II Avropa Oyunları isə bu il Belarusun paytaxtı Minskdə iyunun 21-dən 30-dək keçiriləcək.

    Bu ilin əvvəlində Polşa Katovitse şəhəri III Avropa Oyunlarının keçirilməsi üçün ərizəsini təqdim edib.
    //oxu.az

  • Messi mövsümün ən yaxşısı seçildi

    “Barselona”nın argentinalı hücumçusu Lionel Messi “El Mundo Deportivo” idman qəzetinin təşkil etdiyi 71-ci “Qrand qala” gecəsində 2017-2018-ci il mövsümünün ən yaxşı futbolçusu seçilib.

    Median.az xəbər verir ki, tədbirdə “Barselona”nın prezidenti Xosep Bartomeu, eləcə də İvan Rakitiç, Samuel Umtiti, Andres İniesta, qadın futbolçulardan Klaudi Pina və basketbolçu Xuan Karlos Navarro iştirak ediblər.

    2017-2018-ci il mövsümündə “Barselona”nın heyətində növbəti dəfə İspaniya çempionu olan Leo La Liqada 34 qol vuraraq karyerasında beşinci dəfə “Qızıl buts” mükafatına layiq görülüb.

  • Nurməhəmmədov 9 ay müddətinə yarışlardan kənarlaşdırılıb

    ABŞ-ın Nevada ştatının Atletika Komissiyası (NSAC) yüngül çəkidə çıxış edən rusiyalı UFC çempionu Həbib Nurməhəmmədovu Las-Veqasda keçirilən UFC 229 turnirində irland Konor Makqreqorla titul döyüşündən sonra saldığı davaya görə 9 ay müddətinə idman yarışlarında iştirakdan məhrum edib.

    Median.az “Report”a istinadən bildirir ki, o, diskvalifikasiya ilə yanaşı, 500 min dollar məbləğində cərimə də olunub.

  • Mihayloviçin yeni klubu bəlli oldu

    “Bologna”ın yeni baş məşqçisi məlum olub.

    Median.az Goal.az-a istinadən xəbər verir ki, A Seriyası təmsilçisinin “sükan”ı Sinişa Mihayloviçə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

    Serbiyalı mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb.

    Karyerası ərzində “Milan”, “Torino”, “İnter”, “Sampdoria” kimi komandaları çalışdıran Mihayloviç, 2012-2013-cü illər aralığında Serbiya millisinə rəhbərlik edib. 49 yaşlı mütəxəssisin son iş yeri Sporting klubu olub.

    Qeyd edək ki, “Bologna” A Seriyasında 21 turdan sonra 14 xalla 18-ci pillədə qərarlaşıb.

  • Rafael Ağayevi hakimlər uduzdurub? – VİDEO – FOTO

    Xəbər verdiyimiz kimi, karate üzrə beşqat dünya, 11 qat Avropa çempionumuz, Avropa Oyunlarının və İslamiadanın ikiqat qalibi Rafael Ağayev bu ay Fransanın paytaxtı Parisdə keçirilmiş Premyer Liqa turnirinin finalında hakim haqsızlığı ilə üzləşib.

    Median.az oxu.az-a istinadən xəbər verir ki, o, finalda karatenin vətəni olan yaponiyalı Ken Nishimura ilə görüşdə hakimlər tərəfindən sıxışdırılıb.

    Belə ki, yaponiyalı karateçinin yan keçən zərbəsi xal kimi dəyərləndirilib. Əksinə, Rafael Ağayevin dəqiq zərbəsi xal kimi qiymətləndirilməyib. Bunu təqdim etdiyimiz görüntülərdə daha dəqiq görmək mümkündür.

  • Məşhur şahmatçı karyerasını bitirdi

    43 yaşlı nüfuzlu beynəlxalq qrossmeyster sonuncu dəfə böyük turnirə qatılıb.

    Median.az lenta.ru-ya istinadən xəbər verir ki, rusiyalı şahmatçı Vladimir Kramnik karyerasını bitirdiyini bəyan edib.

    O, bu qərarını Niderlandda təşkil olunan Veyk-an-Zee superturnirindən sonra açıqlayıb:
    “Ola bilər, aradabir blits-turnirlərə və şahmatın populyarlaşdırılmasına yönəlik tədbirlərə qatılım”.

  • Azərbaycanlı klub rəhbəri otelə 88 min “atdı”

    Türkiyənin II Liqa təmsilçisi “Darıca Gənclərbirliyi” pis günlər yaşayır. Hələ bir müddət öncə uğursuz çıxışlara görə azarkeşlər etiraz edərək, klubun azərbaycanlı prezidenti Rauf İsmayılova etiraz edib, ağır söyüşlər yağdırmışdılar.

    Fanatlar “Rauf, artıq yetər, çemodanını götür, cəhənnəm ol!”, “Bu klub darıcalılarındır”, “Hardasan, Allah bəlanı versin”, “Kimsə bizim şanlı tariximizi məhv edə bilməz” kimi şüarlar səsləndiriblər. Azarkeşlərin etirazlarında uğursuz nəticələrdən çox maliyyə problemləri, daha doğrusu komandanın Antalya toplanışında məskunlaşdığı oteldən qovulması böyük rol oynayıb.

    Türkiyə mətbuatında yer alan xəbərlərə görə, təlim-məşq toplanışında olan klub bir neçə gün əvvəl məskunlaşdığı “Kervansaray Otel”dən qovulub. Otel Antalya toplanışı üçün 88 min TL məsrəflərə klub rəhbərliyinə müqavilə imzalatdırıb. Klub bir müddət hazırlıq keçsə də, məbləğ ödənilməyib. Məlumatda qeyd edilib ki, Rauf İsmayılov maddi məsələni həll edə bilməyib. Buna görə də komandanı oteldən qovublar. “Sarı-yaşıllar”ın toplanış çərçivəsində №Amedspor”la planlaşdırılan yoxlama oyunu da keçirilməyib. Məhz bu məsuliyyətsizliyə görə klubun azarkeşləri bir daha hiddətlənib. Buna görə də fanatlar bir müddətdir ki, Rauf İsmayılovu istefaya çağırır.

    Rusiyada “Simurq Turizm” şirkətinin rəhbəri olan İsmayılov ötən ilin sonlarında klubu alıb. Komandanın baş məşqçisi isə Asim İbrahimovdur. (futbolpress.az).

  • Azərbaycanlı paralimpiyaçı haqqında film beynəlxalq festivala çıxdı

    Azərbaycanlı paralimpiyaçı haqqında çəkilmiş film beynəlxalq festivalın proqramına düşüb.

    Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, müəllifi Mariya İbrahimova olan “Uçmaq istəyirəm” (I want to fly) filmi “İtaliya-Azərbaycan” beynəlxalq film festivalında nümayiş olunub.

    Yanvarın 30-da Nizami Kino Mərkəzində festivalın qala gecəsi baş tutacaq. Qala gecəsində festivalın qalibləri elan olunacaq.

    Filmin qəhrəmanı yol qəzası nəticəsində onurğa zədəsi almış və o gündən etibarən əlil arabası istifadəçisi olan Kamal Məmmədovdur. Qəzadan sonra o yataq xəstəsi olsa da, sınmayıb. Əzmkarlığı, iradəsi və ailəsinin dəstəyi ilə yaşamağa və yeni uğurlar qazanmağa davam edib. Kamal Məmmədov öz fəaliyyəti ilə cəmiyyətə fayda verməkdə davam edir. O hazırda Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin baş katibidir.

    Layihə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilib.//milli.az

  • “Qarabağ” – “Neftçi” oyunu sükutla başlayacaq

    Azərbaycan Premyer Liqasının XV turunun “Qarabağ” – “Neftçi” oyunu sükutla başlayacaq.

    Bu barədə Oxu.Az-a Ağdam klubundan məlumat verilib.

    Buna səbəb “Qarabağ” klubunun təsisçilərindən biri olmuş Adil Nadirovun dünyasını dəyişməsidir.

    Klubdan bildirilib ki, oyun fevralın 3-də olsa da, bir dəqiqəlik sükut üçün Peşəkar Futbol Liqasına müraciət ediləcək.

    Qeyd edilir ki, A.Nadirovun mədə-bağırsaq sistemində narahatçılığı olub. Onun həmçinin ürək nahiyəsindən şikayətləndiyi və tez-tez xəstəxanaya getdiyi bildirilib.