Category: İdman

  • “Qarabağ”ın təsisçisi vəfat etdi

    “Qarabağ” Futbol Klubunun təsisçilərindən biri, sabiq futbolçu və baş məşqçi Adil Nadirov bu gün dünyasını dəyişib.

    A.Nadirov 69 yaşında dünyasını dəyişib.

    Qeyd edək ki, Adil Nadirov uzun illər “Qarabağ”ın prezidenti vəzifəsində çalışıb. 1993-cü ildə Ağdam ermənilər tərəfindən işğal olunduqdan sonra komandanın yaşaması üçün fədakarlıq göstərən şəxslərdən biri olub.

    Qeyd edək ki, A.Nadirov əvvəllər millimizdə və “Qarabağ”da oynamış, indi isə həvəskar statuslu Region Liqasında çıxış edən “Baku” klubunun kapitanı Vüqar Nadirovun əmisi olub.

  • Xamis Məmmədovun ölümünün yeni detalları bəlli oldu

    Xamisi dünən dəfn ediblər. Hazırda isə onun ailəsinə başsağlığı vermək üçün Sabirabada gedirəm.

    Bunu oxu.az-a MMA, Qraplinq və Pankration Federasiyasının prezidenti Azad Əsgərov deyib.

    Döyüş sambosu, MMA üzrə azərbaycanlı keçmiş döyüşçü Xamis Məmmədov iki gün əvvəl gözlənilməz şəkildə vəfat edib.

    Bir neçə il əvvəl məşhur UFC döyüşçüsü Həbib Nurməhəmmədovu Dağıstan açıq çempionatında məğlub etmiş Xamisin qripdən vəfat etdiyi bildirilir. Bunu vaxtilə onu Bakıda yarışlara hazırlaşdırmış Azad Əsgərov da təsdiqləyib:

    “Soyuqlamadan vəfat edib. Bir-iki gün əvvəl nəfəs almaqda çətinlik çəkirdi”.

    34 yaşlı Xamis Məmmədovun Sabirabadda müəllimi olmuş Nazim Məlikov isə saytımıza açıqlamasında onun qripdən ölməsinə dair yayılan xəbərlərin doğru olmadığını bildirib:

    “Yayılan xəbərlər doğru deyil. Ciyərində soyuqdəymə vardı. Sabunçu xəstəxanasında yatırdı. Beşinci gün onunla danışmışam. Həmin gün axşam xəstəxanada qızdırması qalxıb, həkim nəzarəti olmayıb. Onun əvvəldən ciyərində ləkəsi var idi. Bu soyuqdəymədən sonra xəstəliyi daha da güclənib və rəhmətə gedib. Xamis idmanı atsa da, o qədər də passiv deyildi. İki-üç gündən bir ova gedirdi”.

  • Həbib Nurməhəmmədovu məğlub edən azərbaycanlı vəfat etdi

    Qaydasız döyüş ustası, tanınmış azərbaycanlı idmançı Xamis Məmmədov vəfat edib.

    Median.Az xəbər verir ki, bu barədə MMA-nın Azərbaycan nümayəndəliyi məlumat yayıb.

    Bildirilib ki, məşhur döyüşçü bir müddət qripdən əziyyət çəkirmiş və xəstəxanada müalicə olunurmuş.

    35 yaşlı idmançının vəziyyəti qəfildən ağırlaşıb və bu gün gözlənilməz şəkildə dünyasını dəyişib.

    Mərhumun meyiti dəfn edilmək üçün doğulduğu Sabirabad rayonuna aparılıb.

    Qeyd edək ki, Xamis Məmmədov son vaxtlar müzakirə olunan idmançılardan idi. O, Həbib Nurməhəmmədovu döyüş sambosunda məğlub etmiş yeganə azərbaycanlı idmançı kimi tarixə düşüb.

  • Maradona keçmiş sevgilisini məhkəməyə verir

    Dieqo Maradona keçmiş sevgilisi Rosio Olivanı məhkəməyə verir.

    Median.az xəbər verir ki, argentinalı əfsanə bu barədə “La Red” şousunda məlumat verib.

    “Mən heç vaxt qadına əl qaldırmamışam. Amma həmin vaxt onun başını üzmək istəyirdim. Rosio münasibətlərimizin gizli qalması barədə razılaşmaya imza atmışdı. Sonradan isə dilini dinc qoymadı. Artıq vəkilimə zəng etmişəm və sonadək getmək niyyətindəyəm. O, indi mənim pullarımla istirahət edir və evimdə qalır. Bağışlayın, mən Şaxta baba deyiləm ki, hədiyyələr paylayım. Əksinə, hər şeyimi qaytarmaq fikrindəyəm” deyə Maradona bildirib.

    Qeyd edək ki, Maradona və Oliva 6 il sevgili olub.

  • F1 yarışlarında Filippin Qran-Prisi yarana bilər

    Formula 1 yarışlarının rəhbərliyi Filippin Qran-Prisi ticarət markasının qeydiyyata alınması üçün müraciət edib.

    Median.az AZƏRTAC-a istinadən bildirir ki, eyni zamanda, Manila Qran-Prisinin qeydiyyata alınması üçün də müraciət olunub.

    Bu isə o deməkdir ki, sözügedən yürüşlər Filippinin paytaxtında keçirilə bilər. Yürüşün şəhər daxilində, yoxsa stasionar avtodromda keçiriləcəyi hələ dəqiq məlum deyil. Filippində tezliklə yeni trass açılacağı gözlənilir, lakin həmin trass Formula 1 yürüşləri üçün nəzərdə tutulmayıb.

    Qeyd edək ki, Filippin Qran-Prisi Cənub-Şərqi Asiya regionunda ikinci yeni mərhələ ola bilər. Bir qədər əvvəl bildirilib ki, artıq 2020-ci ildə Formula 1 dünya çempionatının bir mərhələsi Vyetnamda keçiriləcək. ABŞ-da daha bir Qran-Pri təşkil edilməsi ilə əlaqədar problemlər fonunda “Liberty Media” bu yürüşlərin keçirilməsi üçün yeni yerlər axtarışını davam etdirir.

  • Cüdoçularımız Təl-Əvivdə qızıl və bürünc medal qazandı

    İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Qran-pri turnirinin son yarış günündə Azərbaycan idmançıları qızıl və bürünc medal qazanıblar.

    Median.az xəbər verir ki, yarışda Azərbaycanı 90 kq çəki dərəcəsində təmsil edən Məmmədəli Mehdiyev ardıcıl olaraq türkmənistanlı İhlas Setderov və kanadalı Mohab əl-Nəhası yensə də, 1/4 finalda hollandiyalı Yesper Sminkə uduzub.

    Bununla belə, o, təsəlliverici görüşdə ABŞ təmsilçisi Kolton Braun üzərində qələbə qazanmağı bacarıb. Mehdiyev bürünc medal uğrunda görüşdə estoniyalı Klen Kristofer Kalyulaydı məğlub edib və medala sahib çıxıb.

    Digər cüdoçumuz Uşanqi Kokauri (+100 kq) bürünc medal uğrunda qarşılaşmada İsrail təmsilçisi Sasson Ora məğlub olaraq 5-ci yeri tutub.

    Qadınların yarışında mübarizə aparan İrina Kinderzka (+78 kq) qızıl medal uğrunda görüşdə ukraynalı Yelizaveta Kalaninadan üstün olaraq birinci yeri tutub.

  • “Çelsi”nin futbolçusu “Fənərbaxça”da – FOTO

    İngiltərənin “Çelsi” klubu futbolçusu Viktor Mozesi icarəyə verib.

    Median.az xəbər verir ki, Nigeriya millisinin üzvü karyerasını Türkiyədə davam etdirəcək.

    28 yaşlı futbolçu 1,5 illik icarə əsasında İstanbulun “Fənərbaxça” klubunda çıxış edəcək.

    Qeyd edək ki, Viktor Mozes 2012-ci ildə “Uiqan”dan “Çelsi”yə keçib. O, italiyalı Antonio Kontenin vaxtında daimi müdafiənin sağ cinahında oynamaq şansı əldə etsə də, Mauritsio Sarrinin gəlişindən sonra ehtiyatda qalırdı.

  • Messi milliyə QAYIDIR

    Lionel Messi martın 22-də Argentina və Venesuela milli komandaları arasında keçiriləcək oyununda iştirak edə bilər.

    Median.az TASS agentliyinə istinadla xəbər verir ki, 31 yaşlı hücumçunun milli komandaya qayıtması ehtimalı ilə əlaqədar Argentina Futbol Assosiasiyasının prezidenti Klaudio Tapia ilə müzakirələr aparılıb.

    Messi Rusiyada keçirilən dünya çempionatının səkkizdəbir finalında komandasının Fransa millisinə məğlub olmasından sonra millinin heyətində çıxış etməyəcəyini açıqlamışdı. Hücumçu birinci dəfə 2016-cı ildə Çili millisinə qarşı oyundan sonrada karyerasını bitirəcəyini bildirmişdi.

    O, milli komandanın heyətində keçirdiyi 128 oyunda 65 qol vurub.

  • Futbol millimizin iki oyunu üçün stadion dəyişdirildi

    Bu il mayın 29-da Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək UEFA Avropa Liqası turnirinin final oyunu, həmin qarşılaşmaya hazırlıq prosesi, final matçı başa çatdıqdan sonra stadionun digər oyunlara hazırlanması üçün tələb olunan vaxt nəzərə alınaraq, millimizin Avro-2020-nin seçmə mərhələsi çərçivəsində keçirəcəyi iki görüşün stadionu dəyişdirilib.

    İyunun 8-də Macarıstan, iyunun 11-də isə Slovakiya millisinə qarşı keçirəcəyimiz oyunlar “Bakcell Arena”da təşkil olunacaq.

    Qeyd edək ki, bu görüşlərin əvvəl BOS-da keçiriləcəyi müəyyənləşdirilmişdi.

  • Qvardiola nədən qorxurmuş?

    “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə kubokunun yarımfinalında “Barton”la qarşılaşmanı(1:0) təhlil edib.

    Median.az goal.az-a istinadən xəbər verir ki, çalışdırıcı yaxşı oynadıqlarını deyib. “Meydan sürüşkən idi. Son ötürmələrdə dəqiqlik çatmırdı. Ümumən matç pis keçmədi. Birinci oyunla müqayisədə budəfəki qarşılaşma fərqli alındı. Matça 9 top üstün çıxmışdıq. Düzü, buna görə narahat idim. Futbolçularımın həvəssiz oynayacağından, arxayınçılıqdan qorxurdum. Yaxşı ki, belə olmadı. Artıq finaldayıq. Kuboku ardıcıl ikinci dəfə qazanmaq istəyirik”, – mütəxəssis bildirib.

    Qvardiolanın komandası finalda “Çelsi” – “Tottenhem” cütünün qalibi ilə qarşılaşacaq.