Category: İdman

  • Ramil Usubovdan yeni rəis – TƏYİNATLARI

    Şəki rayon Polis Şöbəsinin rəisi Əbülfət Rzayev vəzifəsindən azad edilib.

    Bununla bağlı müvafiq əmri daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzalayıb.

    Bildirilir ki, Əbülfət Rzayev Nəsimi rayon Polis İdarəsinin rəisi təyin edilib.

    Nazirin verdiyi digər bir əmrlər Xəzər Rayon Polis İdarəsinin keçmiş rəisi Azər Muradov Şəki rayon Polis Şöbəsinə rəis təyin olunub.
    ///oxu.az

  • Qurban Qurbanov: Hava şəraitinə görə tam istədiyim oyun olmadı

    Xəbər verdiyimiz kimi, “Qarabağ” klubu ötən gün Antalyada davam edən qış təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama oyununu keçirib.

    Ağdam təmsilçisi Polşanın “Pyast” klubu ilə 1:1 hesablı heç-heçə edib.

    Baş məşqçi Qurban Qurbanov oyunla bağlı fikirlərini bildirib:

    “Hava şəraitinə görə tam istədiyim oyun olmadı. Daha sürətli qarşılaşmanın keçməsini istəyirdim. Amma istənilən halda bu hava şəraiti ilə razılaşmalıyıq. Buna baxmayaraq, 90 dəqiqə planlaşdırdığımız oyunu oynaya bildik. Ola bilsin, bu gün futbolçularda bir az daha çox yüklənmə oldu, bunu da nəzərə alacağıq”.

    Qeyd edək ki, “Qarabağ” sonuncu yoxlama oyununu yanvarın 26-da Ukrayna çempionu “Şaxtyor”la keçirəcək.

  • Mxitar Davidyan: Azərbaycan layiqli komanda idi – VİDEO

    Rusiyanın “Krasnodar” klubunun üçüncü komandasının baş məşqçisi Mxitar Davidyan 19 yaşadək futbol millimizi (U-19) tərifləyib.

    Rusiya təmsilçisi Antalyadakı təlim-məşq toplanışı çərçivəsində dünən U-19 millimizlə qarşılaşıb.

    1:1 hesabı ilə nəticələnən görüşdən sonra Rusiya vətəndaşı olan 41 yaşlı erməni mütəxəssis Krasnodar klubunun rəsmi saytına açıqlama verib. O, yığmamızın ünvanına xoş sözlər söyləyib:

    “Rəqibimiz yüksək keyfiyyətli komanda idi. Yaxşı təşkilatlanmış futbol oynayırlar. Yığma həmin yaşda ölkənin ən güclülərinin toplaşdığı komandadır. Bir sözlə, rəqib layiqli komanda idi”.

  • Azərbaycan idmançısı çıxışı ilə hər kəsi heyrətləndirdi – VİDEO

    Yanvarın 23-də Minskdə fiqurlu konkisürmə üzrə Avropa çempionatı start götürüb.

    Çempionatda Azərbaycan iki idmançı ilə təmsil olunur.

    Qadınların yarışında ölkəmizi təmsil edən 15 yaşlı Yekaterina Ryabova qısa proqramda 59,95 balla yeddinci yeri tutub.

    Ümumilikdə qısa proqramda 36 idmançı iştirak edib, onlardan ən yaxşı göstəricisi olan 24 nəfər yanvarın 25-də sərbəst proqramda iştirak etmək hüququ qazanıb.

    Mütəxəssislər Azərbaycan təmsilçisinin çıxışını gözlənilməz adlandıraraq, onu turnirin favoritlərindən biri kimi qiymətləndiriblər. Bunu tribunaların reaksiyasından da hiss etmək olardı.

    Y.Ryabova özü də çıxışından razı qaldığını bildirib.

    “Qısa proqramda yaxşı nəticə göstərmək istəyirdim və bu, alındı. Həyatım boyu belə nüfuzlu yarışlarda iştirak etməyi arzulamışam, çox xoşbəxtəm ki, mənim Avropa çempionatında debütüm yaxşı alınır”, – deyə o jurnalistlərə açıqlamasında vurğulayıb.

    Ryabova qeyd edib ki, rəsmi məşqlərdə çox həyəcanlı olub, lakin buz üstünə çıxdıqdan sonra sakitləşməyi bacarıb.

    İdmançı azarkeşlərə də təşəkkür etməyi unutmayıb:

    “Böyük dəstək var idi, tribunalara təşəkkür edirəm”, – deyə o bildirib.

    Qeyd edək ki, yanvarın 24-də digər Azərbaycan təmsilçisi 17 yaşlı Vladimir Litvinçev kişilərin yarışında öz məharətini göstərəcək.

  • “Qarabağ”ı məğlubiyyətdən Abdullayev xilas etdi

    “Qarabağ” klubu Antalyada növbəti yoxlama oyununu keçirib.
    Median.az
    -ın məlumatına görə, Ağdam təmsilçisi bu dəfə Polşanın “Pyast” klubu ilə üz-üzə gəlib.

    Oyunda hesabı 9-cu dəqiqədə polyaklar açıblar. Altı dəqiqə sonra Araz Abdullayevin vurduğu qolla hesab bərabərləşib.
    Oyun 1:1 hesabı ilə bitib.

  • İtkin düşmüş futbolçu ilə bağlı inanılmaz iddia

    İtkin düşmüş futbolçu Emiliano Salanın keçmiş sevgilisi inanılmaz iddia irəli sürüb.

    Median.az xəbər verir ki, 27 yaşlı model Berenis Şkeyr bunun arxasında mafiyanın dayandığını dilə gətirib:

    “Futbol mafiyasını araşdırın. Çünki mən bu qəzaya inanmıram”.

    Model keçmiş sevgilisinin olduğu təyyarənin radarlardan itməsi xəbərindən şoka düşdüyünü bildirib.

    “İstəyirəm ki, səhər oyanım və bunun bir yalan olduğunu desinlər. Xahiş edirəm, bunu araşdırın. Çünki bunun bir bədbəxt hadisə olduğuna inana bilmirəm. Xəbərlərdən səni tapdıqlarını oxumaq istəyirəm”, – deyə Şkeyr “Instagram”da yazıb.

  • Sambo olimpiya idman növü ola bilər

    Rusiya Federasiyasının prezidenti Vladimir Putin maraqlı açıqlama verib.

    Median.az Sputnik.az-a istinadən xəbər verir ki, Vladimir Putin açıqlamasında deyib ki, sakit və rəvan şəkildə sambo idman növünü olimpiya oyunlarına daxil olması üçün çalışacaqlar: “Sözsüz biz bunu etməliyik və edəcəyik də. Bu asan məsələ deyil, amma bu işin üzərində işləyirik. Bu sahədə demək ola ki, rəqibimiz yoxdur”.

    Qeyd edək ki, prezident Vladimir Putin sambonu Rusiyanın milli idman növü adlandırıb.

  • Məhəmməd Salah sosial şəbəkələrdəki hesablarını silir

    İngiltərənin “Liverpul” klubunun ulduz futbolçusu Məhəmməd Salah sosial şəbəkə hesablarını silməyə qərar verib.

    Median.az Report-a istinadən xəbər verir ki, 27 yaşlı misirli yarımmüdafiəçi 22 yanvar tarixində son olaraq belə bir paylaşım edib: “2019-cu ilin qərarı: Real həyatda ünsiyyət qurmaq zamanı”. Bu paylaşımlardan sonra o “İnstagram” və “Twitter” hesablarını silib.

    Qeyd edək ki, Məhəmməd Salah bu mövsüm İngiltərə Premyer Liqasında 23 oyunda meydanda olub, 16 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. “Liverpul” 60 xalla turnir cədvəlinə başçılıq edir.

  • AFFA Azərbaycan millisini Diniyevə tapşırır

    Artıq iki aya yaxındır ki, futbol üzrə Azərbaycan millisinin “sükan”ı boş qalıb. AFFA rəhbərliyi dekabrın sonları, yanvarın əvvəllərində yeni baş məşqçinin adının açıqlanacağını bəyan etsə də, bu, baş vermədi.

    Milli komandanı bir neçə oyunu Bakıda təşkil olunacaq AÇ-2020-nin final mərhələsində görmək istəyən AFFA rəhbərliyinin axtarışları nəticəsiz qalır. Daha doğrusu, danışıqları. Qurban Qurbanovu millinin baş məşqçi postundan göndərən federasiya başbilənləri, “sükan”ı əcnəbi mütəxəssisə tapşırmaq istəyir. Amma İtaliyadan tutmuş, Türkiyəyə qədər, bütün axtarışlar, danışıqlar hələ ki, nəticəsiz qalıb.

    Vaxtın getdikcə daralması, xarici mütəxəssislərlə anlaşmaqda çətinliyin yaranması AFFA-nı da ciddi şəkildə narahat etməyə başlayıb. Milli komandanın hazırlığına nəzarət etmək, hansısa futbolçuları diqqətdə saxlamaq, ən vacibi, AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində, martın 21-də Xorvatiya ilə səfər matçı üçün və ya bu oyunadək kimsə “sükan arxasında” olmalıdır. Bütün bunları nəzərə alan federasiya rəhbərliyi milli komandanı müvəqqəti olaraq AFFA Məşqçilər Komitəsinin üzvlərindən birinə, konkret, Şahin Diniyevə tapşırmaq istəyir. Diniyev əvvəllər də Azərbaycan yığmasını çalışdırıb. Federasiya rəhbərliyi Diniyevə müvəqqəti güvənərək, Məşqçilər Komitəsinin digər üzvlərinin – xüsusilə də, Vaqif Sadıqovla Ağasəlim Mircavadovun ona yardım etməsini planlaşdırır. Təbii ki, bu plan hansısa əcnəbi məşqçiylə anlaşma olmayacağı halda işə düşəcək. Yanvarın sonuna kimi əcnəbi mütəxəssislə müqavilə imzalanmasa, federasiyanın Şahin Diniyevin müvəqqəti baş məşqçiliyini açıqlayacağı gözlənilir.//Komanda.az

  • “Qarabağ”ı məğlubiyyətdən Abdullayev xilas etdi

    “Qarabağ” klubu Antalyada növbəti yoxlama oyununu keçirib.
    Median.az
    -ın məlumatına görə, Ağdam təmsilçisi bu dəfə Polşanın “Pyast” klubu ilə üz-üzə gəlib.

    Oyunda hesabı 9-cu dəqiqədə polyaklar açıblar. Altı dəqiqə sonra Araz Abdullayevin vurduğu qolla hesab bərabərləşib.
    Oyun 1:1 hesabı ilə bitib.