Category: İdman

  • UFC rəhbəri Makqreqorun qayıtmasından danışdı

    UFC rəhbəri Deyna Uayt irlandiyalı Konor Makqreqorun çempionluq kəməri ilə əlaqədar istəklərindən danışıb.

    Median.az xəbər verir ki, onun fikirlərini “MMA Junkie” yayımlayıb.

    “Konor daima bizimlə əlaqədədir. O, qayıtmaq və yenidən çempion olmaq ideyasından danışır”, – D.Uayt bildirib.

    O əlavə edib ki, hazırda yüngül çəkidə çempion rusiyalı Həbib Nurməhəmmədov hesab edilmir.

    “Konor istənilən şəxslə döyüşməyə hazırdır”, – UFC rəhbəri qeyd edib.

  • 8 Olimpiya mükafatçısı Bakıda çıxış edəcək

    16-17 fevral tarixlərində Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun iştirakçılarının adları açıqlanıb.
    Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, 31 ölkədən 200-ə yaxın iştirakçının qeydə alındığı siyahıda ən titullu gimnastların olması artıq bütün diqqətləri bu yarışa cəlb edib. Belə ki, Tokio Olimpiadasına təsnifat xarakteri daşıyan və batutçular üçün ilin ən vacib startlarından biri olan bu Dünya Kubokunda Qonçarov Vladislav, Maklennan Rosannah, Burinet Ceyson, Donq Donq, Qao Ley, Uşakov Dmitri və Peyc Brioni kimi Olimpiya ulduzları mübarizə aparacaq. Bakı tamaşaçısı isə ilk dəfə olaraq, Milli Gimnastika Arenasında bu qədər sayda Olimpiya mükafatçılarının möhtəşəm çıxışlarını canlı izləyə biləcəklər.

    Yalnız Olimpiya deyil, bir çox dünya və Avropa çempionatı medalçılarının da yer alacağı kubok rəqabətin ən yüksəkdə olacağını artıq indidən vəd edir.
    Ulduz kişi və qadın gimnastların siyahısı aşağıdakı kimidir:

    – (Belarus) Qonçarov Vladislav – Olimpiya Oyunları 2016 – qızıl
    – (Kanada) Maklennan Rosannah – Olimpiya Oyunları 2012, 2016 – qızıl
    – (Kanada) Burinet Ceyson – Olimpiya Oyunları 2008 – gümüş
    – (Çin) Donq Donq – Olimpiya Oyunları 2012 – qızıl
    – (Çin) Gao Ley – Olimpiya Oyunları 2016 – bürünc
    – (Böyük Britaniya) Peyc Brioni – Olimpiya Oyunları 2016 – gümüş
    – (Rusiya) Uşakov Dmitriy – Olimpiya Oyunları 2012 – gümüş
    – (Avstraliya) Vizani Benni – Yeniyetmələrin Olimpiya Oyunları 2018 – bürünc
    – (Belarus) Rabstau Aleh – Dünya Çempionatı 2018 – qızıl (sinxron)
    – (Rusiya) Yudin Andrey – Dünya Çempionatı 2018 – bürünc
    – (Rusiya) Pavlova Yana – Dünya Çempionatı 2018 – bürünc
    – (Avstriya) Klarke Dominik – Dünya Çempionatı 2018 – bürünc (sinxron)
    – (Portuqaliya) Gançinho Dioqo – Avropa Çempionatı 2018 – qızıl
    – (Belarus) Litvinoviç İvan – Avropa Çempionatı (yeniyetmə) 2018 – qızıl
    – (Belarus) Qonçarova Hanna – Avropa Çempionatı – gümüş
    – (Fransa) Morante Allan – Avropa Çempionatı 2018 – bürünc
    – (Qazaxıstan) Aliyev Pirmammad – Asiya Oyunları 2018 – bürünc

    Qeyd edək ki, 2019 və 2020-ci illərdə Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli 8 Dünya Kuboku keçiriləcək. Paytaxtımız isə bu kuboklardan ikisinə (2019, 2020) ev sahibliyi edəcək.//”Ölkə.Az”

  • “Neftçi” Rumıniya klubunu böyük hesabla məğlub etdi – VİDEO

    “Neftçi” futbol klubu Antalyada ilk yoxlama oyununu keçirib.

    Paytaxt təmsilçisi Rumıniyanın “Qaz Metan” komandasını məğlub edib – 3:0.

    “Neftçi”nin heyətində Rəhman Hacıyev (11) və Əli Şirinov (70, 84) fərqlənib.

  • Mourinyo harda işləyəcək?

    “Manchester United”dən istefaya göndəriləndən sonra hələ də işsiz qalan Joze Mourinyo mətbuata açıqlama verib.

    Median.az goal.az-a istinadən xəbər verir ki, Mourinyo gələcək karyerasını harada davam etdirəcəyinə də işarə vurub. O, top-klubda çalışacağını bildirib:

    “Hələ məşq etdirmək istəyirəm. Hələ çox gəncəm. Düzdür, futbolda uzun müddətdir ki, çalışıram, amma bir-iki həftədən sonra vur-tut, 56 yaşım tamam olacaq. Mən həqiqətən də çox gəncəm. Mən istəyirəm ki, həmişə olduğum yerdə olum – top-futbolda. Mən top-futbola məxsusam və orda da olacağam”.

  • Azərbaycan klubları UEFA-dan nə qədər vəsait əldə edib?

    Azərbaycan klubları UEFA-dan 20 milyon avro vəsait əldə edib.

    Median.az “report”a istinadən xəbər verir ki, bu barədə Avropa futbol qurumunun 2017-ci ili əhatə edən hesabatında bildirilir. Azərbaycan bu göstərici ilə klubları avrokuboklarda əldə etdikləri nəticələrə görə ən çox pul qazanan ölkələrin “Top-20″də qərarlaşıb.

    2016-cı illə müqayisədə, Azərbaycan klublarının UEFA-dan ümumi gəlirində 103 faiz artım olub ki, bu da “Qarabağ”ın ölkə tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması ilə bağlıdır. Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin pley-off və qrup mərhələsində çıxışına 16 milyon 819 min avro mükafat alıb.

    Ümumilikdə isə 2017-ci ildə Avropa futbol qurumu tərəfindən Azərbaycan klublarına ayrılan pulun 91 faizi “Qarabağ”a çatıb. Hesabatda bildirilir ki, həmin dövrdə Odlar Yurdu təmsilçilərinin qazancının 59 faizini UEFA-dan gələn vəsait təşkil edib.

  • Şəhriyar Məmmədyarov dünya çempionu ilə qarşılaşacaq

    Bu gün Niderlandın Veyk aan Zee şəhərində keçirilən “Tata Steel Chess” turnirində VI turun görüşləri baş tutacaq.

    Şəhriyar Məmmədyarov bu tur norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşacaq.

    Şəhriyarın aktivində 2,5, Karlsendə isə 3 xal var.

    Digər şahmatçımız Teymur Rəcəbov isə turnir cədvəlinin liderlərindən olan çinli Dinq Lirenlə görüşəcək. Teymur da Şəhriyar kimi, beş tura 2,5 xal toplayıb.

    Qeyd edək ki, turnir cədvəlinə Dinq Liren və rapid üzrə dünya çempionu rusiyalı Yan Nepomnyaşi başçılıq edir. Hər iki şahmatçı 3,5 xala malikdir.//oxu.az

  • Nurməhəmmədovdan Makqreqora rədd cavabı

    Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəki üzrə çempionu Həbib Nurməhəmmədov Konor Makqreqorla revanş döyüşü keçirtmək istəmir.

    Median.az “Report”a istinadən xəbər verir ki, 31 yaşlı rusiyalı idmançı bu barədə “TMZ Sports”a açıqlamasında bildirib. O, deyib ki, irlandiyalı döyüşçü ilə təkrar qarşılaşmağa lüzum görmür: “Revanş görüşü nəyə görə verilməlidir? O, sonuncu döyüşdən əvvəl də çox danışırdı. Amma biz rinqə çıxandan sonra heç nə edə bilmədi”.

    Qeyd edək ki, H.Nurməhəmmədov ötən ilin oktyabrında ABŞ-ın Las-Veqas şəhərində keçirilən UFC 229 turnirində K.Makqreqoru məğlub edib.

  • “Barselona”dan baş məşqçi ilə bağlı açıqlama

    Kataloniyanın “Barselona” klubunun növbəti ilə baş məşqçisinin kim olacağına aydınlıq gəlib.
    Median.az
    xəbər verir ki, bu barədə klubun rəhbəri Bartomeu bildirib:

    “Ernesto Valverde gələcək sezonda öz postunda qalacaq.
    Baş məşqçimizə tam güvənirik. Klubda yaxşı işlər görür. Hədəflərimizə çatmağımızı təmin edəcək.”

  • “Qarabağ” macarlara, “Qəbələ” isə almanlara məğlub oldu

    Antalyada təlim-məşq toplanışında olan “Qəbələ” futbol klubu yanvarın 16-da ilk yoxlama oyununu keçirib. “Qırmızı-qaralar” Almaniyanın “Meppen” klubu ilə qarşılaşıblar.

    Median.az xəbər verir ki, komandalar arasında razılığa əsasən, oyun üç hissədən ibarət olub. Matçın ilk iki hissəsində qapılara top vurulmayıb. Oyunun fasilələrində və gedişində hər iki komandanın heyətində dəyişikliklər edilib. Matçdakı bütün qollar sonuncu hissədə vurulub. Öncə almaniyalılar iki qol vurublar. “Qəbələ” 119-cu dəqiqədə bu qollardan birinin əvəzini çıxıb. Komandamızın heyətində baxışda olan Vellerson da Silva fərqlənib.

    Beləliklə, görüş “Meppen”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Digər təmsilçimiz “Qarabağ” isə 90 dəqiqə üstün oynadığı matçda Macarıstanın “Uypeşt” komandasına 1-0 məğlub olub.

  • “Arsenal” Özili İtaliya klublarına təklif edib

    “Arsenal”ın ispaniyalı baş məşqçisi Unai Emeri bu ay yarımmüdafiəçi Mesut Özili satmağı planlaşdırır.

    Median.Az TMW-yə istinadən xəbər verir ki, “topçular”ın çalışdırıcısı 30 yaşlı yarımmüdafiəçini “İnter”ə və “Yuventus”a təklif edib.

    Qeyd edək ki, hər iki A Seriyası klubu daha əvvəl Özillə maraqlanıb və güman ki, “Arsenal”ın təklifini nəzərdən keçirəcəklər.

    M.Özil bu mövsüm İngiltərə premyer liqasında “topçular”ın heyətində 12 oyun keçirib və üç qola imza atıb.