Category: İdman

  • Hacı Əliyev Hindistan Liqasına qələbə ilə başladı – VİDEO

    Sərbəst güləş üzrə üçqat dünya, ikiqat Avropa çempionumuz, İslamiadanın qalibi, Olimpiadanın mükafatçısı Hacı Əliyev Hindistan Pro Liqasında ilk görüşünü keçirib.

    27 yaşlı idmançımız (-65 kq) “MP Yodha” komandasının kapitanı kimi ötən il çıxış etdiyi “Dehli Sultanları”nın güləşçisi Andrey Kvyatkovski ilə qarşılaşıb. Güləşçimiz ukraynalı rəqibinə 9:2 hesabı ilə qalib gəlib.

    Bu komandada çıxış edən qadınlardan ibarət millimizin bolqarıstanlı üzvü Elise Manolova isə döşək üzərinə çıxa bilməyib. Buna səbəb reqlamentə uyğun olaraq rəqib komandanın kapitanı tərəfindən blok edilməsidir. Ümumilikdə isə güləşçilərimizin komandası 4:3 hesabı ilə qalib gələrək ilk xalını qazanıb.

    Qeyd edək ki, “MP Yodha” sabah ötənilki çempion “Mumbey Maharathi”yə qarşı çıxış edəcək.//oxu.az

  • Formula-1 üzrə sessiyaların vaxtı açıqlandı: Bakı yarışı…

    Formula-1 üzrə 2019-cu il dünya çempionatında sessiyaların vaxtı açıqlanıb.

    Təşkilatçı qurumdan verilən məlumata görə, ötən illə müqayisədə Azərbaycan Qran Prisinin sessiyalarının saatları dəyişməz qalıb. Aprelin 26-da gerçəkləşəcək birinci yürüş saat 13:00-dan 14:30-dək, ikincisi isə saat 17:00-dan 18:30-a qədər olacaq. Ertəsi – şənbə günü 14:00-da başlayacaq üçüncü sərbəst yürüş 1 saat davam edəcək. 17:00 – 18:00 aralığında isə sıralama turu keçiriləcək.

    Aprelin 28-də baş tutacaq yarış saat 16:10-da start götürəcək və 18:00-da yekunlaşacaq.

    Qeyd edək ki, Formula-1 üzrə 2019-ci il dünya çempionatı martın 17-də Avstraliyadakı “Albert Park” şosesində başlayacaq. Mövsümə dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Abu-Dabi Qran Prisi ilə yekun vurulacaq.//Report.az

  • İdmançı döyüşlərə olmayan ölkənin himni altında çıxacaq

    UFC çempionatının belaruslu döyüşçüsü Andrey Orlovski Rusiyadakı döyüşlərə SSRİ himninin sədaları altında çıxmaq niyyətində olduğunu bəyan edib.

    Median.az-ın məlumatına görə, bu barədə “RİA Novosti” məlumat yayıb.

    “Birmənalı olaraq Rusiyada döyüşlərə SSRİ himninin sədaları altında çıxacağam. Bəzi mətbuat orqanları Orlovskinin Rusiyanı sevmədiyi barədə söhbəti şişirtməyə çalışırlar. Bəli, rusiyalı deyiləm. Lakin əslən Sovet İttifaqındanam”, – deyə o vurğulayıb.

  • Gənc futbolçunu meydanda ildırım vurdu (VİDEO)

    Braziliyanın U-20 liqasında bədbəxt hadisə yaşanıb.

    Median.az xəbər verir ki, “Aqua Santa” ilə “Atletiko Mineyro” klublarının qarşılaşmasının 47-ci dəqiqəsində ildırım futbolçu Pedro Enrikenin üzərinə düşüb.

    “Aqua Santa”nın oyunçusu yerə yıxılıb, daha sonra isə onu ildırım vurub. Enrike paltardəyişmə otağına aparılıb və orada huşunu itirib. Futbolçu dərhal xəstəxanaya aparılıb. Onun vəziyyətinin yaxşı olduğu bildirilir.

  • “Barselona” tarixə düşdü

    “Barselona” futbol klubu tarixə düşüb.

    Median.az “AS” nəşrinə istinadla xəbər verir ki, komanda rəhbərliyi ötən il futbolçulara 562 milyon avro pul xərcləyib. Bu 2017-ci illə müqayisədə 42 faiz çoxdur.

    “Barselona” dünyada ilk klubdur ki, məvaciblərə görə 500 milyon avrodan artıq vəsait ödəyir.

  • Üç klubumuzun oyunu ləğv olundu

    Antalyada təlim məşq toplanışında olan “Zirə”nin bu gün Qazaxıstanın “Taraz” klubu ilə nəzərdə tutulan yoxlama oyunu ləğv olunub.

    Median.az qol.az-a istinadən xəbər verir ki, buna bölgədə yağan güclü yağış və külək səbəb olub.

    Bu gün digər Qazaxıstan klubu “Jetısu” ilə qarşılaşmalı olan “Sumqayıt”ın matçı isə eyni səbəbdən təxirə düşüb. Klubdan verilən məlumatda bildirilib ki, görüş sabah Bakı vaxtı ilə saat 13:00-da keçiriləcək.

    Bundan başqa, “Səbail”in bu gün Macarıstanın “Aqvital” klubu ilə keçirməli olduğu qarşılaşma da təxirə salınıb. Oyun sabah olacaq.

    Qeyd edək ki, 3 gün öncə “Qarabağ”ın Rumıniya “Botoşani”si ilə yoxlama matçı da yağışa görə ləğv olunmuşdu.

  • Obradoviçin Azərbaycan millisində ilk toplanışı və heyəti

    21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının təlim-məşq toplanışı olacaq.

    Median.az xəbər verir ki, millimiz yanvarın 21-dən 24-dək Türkiyənin Antalya şəhərində hazırlıq keçəcək.

    Yeni baş məşqçi Milan Obradoviçin ilk siyahısında ancaq Premyer Liqa və I divizion klublarında çıxış edən futbolçular yer alıb. Serb mütəxəssis hazırlıqlara bu futbolçuları dəvət edib:

    Nurlan Quliyev, Murad Qayalı, Qədir Bayramlı (hər üçü “Keşlə”), İsmayıl İbrahimli, Nicat Süleymanov (hər ikisi “Qarabağ”), Murad Popov, Amin Seydiyev, Rövlan Muradov (hər üçü “Qəbələ”), Faiq Hacıyev, Abbas Ağazadə, Əli Sadıxov (hər üçü MOİK), Kamran İbrahimov, Ömər Buludov, Əsgər Hüseynov, Anton Krivotsyük (hamısı “Neftçi”), Emil Qasımov (“Sabah”), Süleyman Süleymanov, Ricat Qarayev, Elvin Dəmirov, Tural Bayramlı, Murad Xaçayev, Süleyman Əhmədov, Baxşəli Baxşaliyev (hamısı “Sumqayıt”).

  • Dünyanın ən bahalı futbolçuları – TOP-10

    “PSJ” klubunun hücumçusu Neymar biznes və futbol sahəsində araşdırmalarla məşğul olan “KPMG Football Benchmark” interaktiv platformasının versiyasına görə, dünyanın ən bahalı futbolçusu olub.

    2019-cu ilin yanvarına əsasən, 26 yaşlı futbolçu 229 milyon avro qazanıb.

    İlk üçlüyə onun klub yoldaşı Kilian Mbappe (215 milyon avro) və “Barselona”nın forvardı Lionel Messi (203 mln. avro) daxil olub.

    “Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldu siyahıda 12-ci olub (107 mln. avro).

    Dünyanın ən bahalı 10 futbolçusunu təqdim edirik:

    1. Neymar (PSJ) – 229 mln. avro

    2. Kilian Mbappe (PSJ) – 215 mln. avro

    3. Lionel Messi (“Barselona”) – 203 mln. avro

    4. Məhəmməd Salah (“Liverpul”) – 168 mln. avro

    5. Harri Keyn (“Tottenhem”) – 151 mln. avro

    6. Eden Azar (“Çelsi”) – 148 mln. avro

    7. Kevin de Bröyne (“Mançester Siti”) – 129 mln. avro

    8. Antuan Qrizman (“Atletiko”) – 126 mln. avro

    9. Pol Poqba (“Mançester Yunayted”) – 119 mln. avro

    10. Filippe Koutinyo (“Barselona”) – 118 mln. avro

  • “Qarabağ” millidən uzaqlaşdırılmış məşqçini komandaya götürdü

    “Qarabağ”ın əvəzedici komandasına yeni məşqçi təyin olunub.

    AFFA-nın 18 yaşadək millimizdə müqaviləsini uzatmadığı Azər Məmmədov bu komandada baş məşqçi olacaq.

    “Qarabağ”ın sabiq mərkəz müdafiəçisi olmuş Azər Məmmədovun köməkçiləri də bilinir. Bunlar Aleksandr Qross və Muarem Zəkirdir.

    Makedoniya türkü olan 45 yaşlı Zəkir qapıçı məşqçisi funksiyasını yerinə yetirəcək. O əvvəllər “Bakı” klubunda on ilə yaxın çalışıb və son vaxtlar “Qarabağ” akademiyasında fəaliyyət göstərirdi.

    Qeyd edək ki, I divizionda iyirmi xalla səkkizinci yerdə gedən “Qarabağ”ın əvəzedici komandasını bugünədək U-21 millimizdə Rəşad Sadıqovun köməkçisi də olmuş makedoniyalı Borçe Xristov çalışdırırdı. Bundan sonra Xristov “Qarabağ” Akedemiyasının rəhbəri olacaq.

  • Məşhur futbolçudan örnək addım – Pulsuz oynayacaq

    “Volfsburq”dan ayrılan Polşa millisinin futbolçusu Yakub Blaşikovskinin yeni klubu bəlli olub.

    Median.az “qafqazinfo”ya istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi maraqlı transfer hekayəsinə imza atıb. Kuba yetirməsi olduğu Polşa “Visla”sına dönüb. Maraqlıdır ki, Blaşikovski maliyyə çətinliyi çəkən Krakov təmsilçisində maaşsız oynamağa razılaşıb. Bundan əlavə, polşalı oyunçu “Visla”ya 300 min avro ödəyib və bu addımla maaşını almayan futbolçulara yardım olub. Blaşikovskinin bu addımından sonra onun sabiq klubu Dortmund “Borussiya”sı sosial şəbəkə hesabında futbolçunun şəklini paylaşıb və “sadiqlik” başlığını verib.

    Təcrübəli futbolçu “Borussiya” (Dormtund), “Fiorentina” və “Volfsburq” kimi klublarda çıxış edib. O, Polşa yığmasında 105 oyuna çıxıb.

    Acı həyat hekayəsi olan Blaşikovski 10 yaşında olarkən atası anasını onun gözləri qarşısında bıçaqlayaraq öldürüb. Bu səbəbdən də atası 15 il həbs edilmişdi. Həyatda tək qalmasına baxmayaraq, Kuba özünə gələcək qura bildi.