Category: İdman

  • Messinin klubu baş məşqçisiz qaldı

    Argentinalı Xavyer Maskerano həmyerlisi Lionel Messinin şərəfini qoruduğu “İnter Mayami” futbol klubunun baş məşqçisi postunu tərk edib.

    Median.Az bu barədə MLS klubunun saytına istinadən xəbər verir.

    Qeyd olunub ki, 41 yaşlı Maskerano bu qərarı şəxsi səbəblərə görə qəbul edib.

    “Hər şeydən əvvəl kluba mənə göstərilən etimada görə, təşkilatın hər bir əməkdaşına, xüsusilə unudulmaz anlar yaşamağımıza kömək edən oyunçulara təşəkkür etmək istərdim. Mən, həmçinin azarkeşlərə təşəkkür etmək istəyirəm, çünki onlar olmasaydı, bütün bunların heç biri mümkün olmazdı”, – deyə Maskerano bildirib.

    Qeyd edək ki, Maskerano 2024-cü ilin noyabrında “İnter Mayami”yə rəhbərlik etməyə başlayıb.

  • “Qarabağ”dan xanım azarkeşlərinə növbəti jest

    “Qarabağ” futbol klubu xanım azarkeşlərinə növbəti dəfə jest edib.

    Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

    Aprelin 18-də Misli Premyer Liqasının XXVIII turu çərçivəsində “Sabah”la keçiriləcək qarşılaşmada tribunadan komandaya dəstək olmaq istəyən qadınlar stadiona heç bir ödəniş etmədən daxil ola biləcəklər.

    Bununla belə stadiona biletsiz girişin mümkün olmadığı da vurğulanıb. Xanımların biletlərini mütləq şəkildə 16, 17 və 18 aprel tarixlərində stadionun kassalarından və ya “Park Bulvar” AVM-in 2-ci mərtəbəsində yerləşən fan-şopdan əldə etmələri vacibdir.

    Qeyd edək ki, “Sabah”la baş tutacaq oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matç saat 19:30-da başlayacaq.

    Xatırladaq ki, Ağdam təmsilçisi bənzər təşəbbüsü aprelin üçündə də “Sabah”a qarşı oyunda reallaşdıraraq xanım azarkeşlərini sevindirmişdi.

  • Dünya çempionatına doğru: Qadınlardan ibarət yığmamız Andorra səfərində

    Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.

    Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv səfərdə Andorra ilə üz-üzə gələcək.

    Qarşılaşma “Andorra la Vella” stadionunda, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

    Daha əvvəl Macarıstana uduzan yığma (0:1) Şimali Makedoniyanı (2:0) məğlub edib.

    Xatırladaq ki, Azərbaycan millisi hazırda C Liqasının 3-cü qrupunda 3 xalla ikinci pillədə qərarlaşıb. Lider Macarıstanın 4, üçüncü sıradakı Şimali Makedoniyanın 3, sonuncu pillədəki Andorranın 1 xalı var.

  • UEFA Çempionlar Liqasında həlledici gecə: Yarımfinala hansı klublar yüksələcək?

    Bu həftə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulur.

    Bu gecə iki oyun baş tutacaq.

    Gecənin maraqlı qarşılaşmalarında “Atletiko Madrid” “Barselona” ilə, “Liverpul” isə PSJ ilə üz-üzə gələcək. Hər iki oyun saat 23:00-da start götürür.

    UEFA Çempionlar Liqası

    1/4 final mərhələsi

    14 aprel

    23:00, “Atletiko Madrid” – “Barselona” – (ilk oyun 2:0);

    23:00, “Liverpul” – PSJ – (ilk oyun 0:2).

    //oxu.az

  • Kriştianu Ronaldu 45 yaşında mundialda iştirak edə biləcəyini bildirib

    “Ən-Nəsr”in və Portuqaliya millisinin 41 yaşlı hücumçusu Kriştianu Ronaldu 2030-cu il dünya çempionatında mümkün iştirakı barədə danışıb. Bu turnir keçirilən zaman futbolçunun 45 yaşı olacaq.

    Median.Az bu barədə dazn.com-a istinadən xəbər verir.

    “Mən 2030-cu il dünya çempionatında çıxış etmək imkanından hələ imtina etməmişəm. 41 yaşımda hər həftə qollar vururam, bəlkə də daha dörd il oynaya bildim”, – deyə Ronaldu qeyd edib.

    DÇ- 2030 altı ölkənin ərazisində keçiriləcək: Uruqvay, Argentina, Paraqvay. İspaniya, Portuqaliya və Mərakeş.
    //oxu.az

  • Millimiz Qazaxıstana məğlub oldu

    Futzal üzrə Azərbaycan millisi növbəti yoldaşlıq matçını keçirib.

    Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda Qazaxıstanla qarşılaşıb.

    Aktaudakı “BS Arena”da baş tutan görüş rəqibin 9:2 hesablı qələbəsi ilə başa çatıb.

    Qeyd edək ki, bu komandalar arasında növbəti oyun aprelin 15-də “BS Arena”da olacaq.

    Milli aprelin 9-da və 11-də səfərdə Gürcüstan seçməsi ilə də yoldaşlıq görüşləri keçirib. Bu matçlarda meydan sahibləri müvafiq olaraq 4:2 və 5:2 hesablı qələbə qazanıblar.

  • Fransalı ulduza gözlənilməz təklif: Zidan Asiyada işləmək istəmədi

    Dünya futbolunun əfsanəvi simalarından olan fransalı mütəxəssis Zinəddin Zidana Tacikistan milli komandasını çalışdırmaq təklif olunsa da, sabiq ulduz futbolçu bu imkandan boyun qaçırıb.

    Bu maraqlı iddia Fransa kütləvi informasiya vasitələrinin səhifələrində dərc edilib.

    Məlumata görə, Zidan Tacikistandan gələn təklifi nəzakətli şəkildə geri çevirib. İmtinanın əsas səbəbi isə təcrübəli mütəxəssisin Fransa Futbol Federasiyası ilə əvvəlcədən əldə etdiyi razılaşma olub.

    Qeyd edək ki, Zidan Fransa yığmasına rəhbərlik etmək üçün artıq şifahi razılıq verib, lakin tərəflər arasında rəsmi müqavilə hələ ki, imzalanmayıb.
    //oxu.az

  • Azərbaycanlı döyüşçü İsveçdə MMA turnirində braziliyalı rəqibinə qalib gəlib

    Azərbaycan təmsilçisi Əli Quliyev İsveçin Vasteros şəhərində keçirilən MMA üzrə “Fight Club Rush” turnirində qələbə qazanıb.

    Bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib.

    66 kq çəki dərəcəsində çıxış edən idmançı braziliyalı rəqibi Fabrisio Nunesi məğlub edib.

  • AFFA oyunları təxirə saldı – SƏBƏBİ

    AFFA Gənclər Liqasında II mərhələnin IV və V turunun oyunlarını təxirə salıb.

    Bu barədə qurumun saytı məlumat yayıb.

    Qərara səbəb 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının aprelin 13-26-sı aralığında Qəbələdə təşkil ediləcək təlim-məşq toplanışıdır.

    Ona görə də 18-19 aprel və 25-26 aprel tarixlərində baş tutması nəzərdə tutulan görüşlər qeyri-müəyyən müddətə təxirə salınıb.

  • “Qarabağ” çempionluq yolunda növbəti xal itkisi ilə üzləşdi

    Misli Premyer Liqasının XXVII turunda “Qarabağ” xal itkisi ilə üzləşib.

    Səfərdə “Şamaxı”nın qonağı olan Ağdam təmsilçisi rəqibinin müqavimətini qıra bilməyib – 0:0.

    “Qarabağ” (56 xal) lider “Sabah”ın (65 xal) ardınca turnir cədvəlində ikinci pillədə qərarlaşıb. “Şamaxı” isə 32 xalla yeddincidir.

    Qeyd edək ki, turun ilk görüşündə “Karvan-Yevlax” “Kəpəz”i 4:1 hesabı ilə məğlub edib.