Category: İdman

  • Azərbaycanın üç idmançısı dopinqə görə cəzalandırılıb

    Azərbaycanın daha üç idmançısı dopinqdən istifadəyə görə cəzalandırılıb.

    Azərbaycan Milli Anti-Dopinq Agentliyindən (AMADA) verilən məlumata görə, velosipedçi Ramazan Əliyev 33 aylıq, ağırlıqqaldıranlar – Emin Qocayev və Rəcəb Mustafayev isə 48 ay müddətinə diskvalifikasiya olunub.

    Bununla da AMADA tərəfindən cəzalandırılan idmançıların sayı 39-a çatıb.

  • “Qarabağ” Çempionlar Liqasının yüzüncü komandasıdır

    UEFA 1955-ci ildən indiyə qədər Çempionlar Liqasında (ÇL) çıxış etmiş bütün klubların reytinq cədvəlini açıqlayıb.

    Bu siyahıda “Qarabağ”ın da adı var.

    ÇL-in 63 illik tarixi ərzində dördü təsnifat, biri isə qrup mərhələsi olmaqla, ümumilikdə beş dəfə qitənin bir nömrəli klub turnirində mübarizə aparmış “Qarabağ” 33 xalla yüzüncü pillədə qərarlaşıb.

    Qeyd edək ki, Çempionlar Liqasında otuz oyun keçirən komandamız bu matçların 11-də qələbə qazanıb, 11-də heç-heçə edib. Qurban Qurbanovun komandası səkkiz görüşdə isə məğlub olub.//oxu.az

  • Azərbaycanlı idmançı dopinqdə “ilişdi”

    Azərbaycan Ağır Atletika Federasiyasının daha bir idmançısının dopinqinin müddəti açıqlanıb.

    +105 kq çəki dərəcəsində bu il Azərbaycan çempionu olmuş Azər Məmmədlinin qanında etiokolanolone maddəsi tapılıb.

    O, dörd illik cəzalandırılıb. Məmmədlinin cəzası bu ilin iyulun 17-dən hesablanıb və 2022-ci ilin müvafiq tarixində başa çatacaq.

    Qeyd edək ki, Azər Məmmədlidən başqa, hazırda səkkiz ağırlıqqaldıranımız – İntiqam Zairov, Valentin Xristov, Firudin Quliyev, Dadaş Dadaşbəyli, Silviya Anqelova, Elxan Əliqulizadə, İsa Rüstəmov və Anastasiya İbrahimli cəzalı durumdadır. İlk altı idmançımızın cəzası 2015-ci ildən, son iki atletimizin cəzası isə ötən ildən hesablanmağa başlayıb.
    //oxu.az

  • “Keşlə” 4 futbolçu ilə yollarını ayırıb

    Keşlə” klubu 4 əcnəbi futbolçusu ilə yollarını ayırıb.

    Klubdan verilən məlumata görə, baş məşqçi Tərlan Əhmədov Ebrima Sohna, Bahodir Nəsimov və Georgio Georgiadisin xidmətinə ehtiyac görməyib.

    Bu futbolçularla olan müqavilələrə qarşılıqlı razılıq əsasında xitam verilib. Paytaxt təmsilçisi müqaviləsi başa çatan digər legioneri Herve Tçaminin sözləşməsinin uzadılmaması ilə bağlı qərar qəbul edib.

  • “Sabah” altı futbolçusu ilə yollarını ayırdı

    Azərbaycan Premyer Liqasının debütantı olan “Sabah” FK bir neçə futbolçu ilə yollarını ayırıb.

    Ukraynalı Vitali Kvaşuk, Əlibəy Məmmədli, Elvin Bədəlov, Aydın Bayramov, Tural Qürbətov və Ülvi İbazadə ilə olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

    Əvəzində Bakı klubu dünən “Neftçi”dən ayrılmış Rəşad Eyyubovla 2,5 illik müqavilə bağlayıb.
    //oxu.az

  • Futbol əfsanəsi Bakıya gəlir – FOTO

    Dekabrın 22-də Bakıda Avropa Liqasına həsr olunmuş muzey açılacaq.

    Bununla əlaqədar olaraq ölkəmizə Argentina yığmasının əfsanəvi oyunçusu, “Milan”, “İnter” və “Çelsi”nin keçmiş futbolçusu Hernan Krespo təşrif buyuracaq.

    Qeyd edək ki, muzey yanvarın 7-nə qədər Nizami Gəncəvi adına Azərbaycan milli ədəbiyyat muzeyinin yaxınlığında fəaliyyət göstərəcək. Maraqlananlar muzeyi pulsuz ziyarət edə bilərlər.

    Xatırladaq ki, UEFA Avropa Liqasının finalı 29 may 2018-ci il tarixdə Bakı Olimpiya Stadionunda keçiriləcək.

  • Həbibin Makqreqorla revanş döyüşünün şərti açıqlandı

    UFC çempionu Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov oğlunun irlandiyalı Konor Makqreqora qarşı revanş döyüşünün şərtlərini açıqlayıb.

    Median.Az xəbər verir ki, A. Nurməhəmmədov döyüşün yalnız yüksək mükafat fondunun olacağı təqdirdə keçirilə biləcəyini bildirib.

    O qeyd edib ki, mükafat fondu minimum 30 milyon dollar olmalıdır.

    “Buyurun, 30 milyon və sizinlə döyüşəcəyik. Bu, Makqreqora təklifdir. Onunla revanş üçün 15 milyon təklif edirdilər. Nəyə lazımdır? Otuz, uşaqlar, otuz”, – deyə A. Nurməhəmmədov vurğulayıb.

    Qeyd edək ki, H. Nurməhəmmədov 2018-ci ilin 6 oktyabr tarixində K. Makqreqoru döyüşün dördüncü raundunda məğlub edib.

  • Reynaldonun “Qarabağ”a qayıdışı rəsmiləşdi

    Bu gün “Qarabağ” 2019-cu il öncəsi ilk transferini reallaşdırıb.

    Median.Az xəbər verir ki, 2013-2016-cı illərdə bu komandada 87 oyunda 43 qolla yadda qalmış braziliyalı forvard Reynaldo Silvanın yenidən “Qarabağ”a qayıdışı rəsmiləşib.

    Futbolçu ilə 2,5 illik müqavilə imzalanıb. Reynaldo “Qarabağ”a qayıdışı haqda öz fikirlərini klubun rəsmi saytına açıqlamasında bildirib:

    “Evimə gəldiyim üçün xoşbəxtəm. Karyeramın ən gözəl anlarını burada keçirmişəm. Səbirsizliklə “Qarabağ” forması ilə yenidən meydana çıxmağımı gözləyirəm. Yaxşı formada olmaq üçün əlimdən gələni edəcəyəm. Klub rəhbərliyi, məşqçilər heyəti, azarkeşlər, “Qarabağ” camiəsi mənim üçün çox doğmadır. Komandaya fayda verməyə və “Qarabağ”la yeni uğurlar qazanmağa gəlmişəm”.

    Qeyd edək ki, Reynaldo Silva “Qarabağ”a qədər Qazaxıstanın “Aktobe” klubunda çıxış edirdi.

    //oxu.az

  • UEFA “Qarabağ”ın oyununda meydana girmiş erməni təxribatçı ilə bağlı iş açdı

    UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi dekabrın 13-də keçirilmiş Avropa Liqasının “Arsenal” – “Qarabağ” oyunu ilə bağlı iş açıb.

    Meydana erməni təxribatçının qondarma “DQR” bayrağı ilə meydana çıxması, siyasi məqsədlərdən istifadə olunması, üstəlik oyunun nəzərdə tutulandan üç dəqiqə gec başlaması araşdırılacaq.

    Bu məsələ barəsində fevralın 21-də yekun qərar çıxarılacaq. Stüardların gözündən qaçdığı üçün meydançaya daxil olmuş erməni təxribatçıya görə London klubunu cəzalar gözləyir. Böyük ehtimalla, klub cərimələnəcək.

    Qeyd edək ki, Artur Zakaryan adlı üzərində terrorçu Monte Melkonyanın şəkli olan erməni təxribatçı 90+3-cü dəqiqədə qondarma “DQR” bayrağı ilə meydana çıxıb və “Arsenal”ın ehtiyat oyunçular skamyasında əyləşmiş Henrix Mxitaryana sevgisini bildirməyə çalışıb. Buna cavab olaraq “Qarabağ”ın kapitanı Rəşad Sadıqov bayrağı ondan almağa cəhd edib.

  • Rəşad Sadıqovdan erməni azarkeşə sərt reaksiya – VİDEO

    Xəbər verdiyimiz kimi, Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində keçirilmiş “Arsenal” – “Qarabağ” matçının sonunda ermənilər təxribata cəhd edib.

    Artur Zakaryan adlı Şuşadan olan bir erməni azarkeş üzərində erməni terrorçu Monte Melkonyan və qondarma “Dağlıq Qarabağın” bayrağı ilə meydana çıxıb.

    Məsələyə dərhal “Qarabağ”ın kapitanı Rəşad Sadıqov reaksiya verib. O, erməni azarkeşin bu hərəkətinə etirazını əsəbi formada çatdırıb. Həmin görüntünü təqdim edirik: