Category: İdman

  • Azərbaycanlı azarkeşlər erməni təxribatçıların dərsini verdilər – VİDEO

    Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində keçirilmiş “Arsenal” – “Qarabağ” matçının sonunda baş verən erməni təxribatı “Emireyts” arenasında və oyundan sonra stadion ətrafında gərgin vəziyyətin yaranmasına yol açıb.

    Oyunun keçirildiyi meydana əlində qondarma “Dağlıq Qarabağ Respublikasının” bayrağını tutan erməni azarkeş çıxıb.

    Stadionun mühafizəçiləri dərhal onu meydandan kənarlaşdırıblar.

    Bundan sonra sosial şəbəkələrdə azərbaycanlı azarkeşlərin stadionu tərk edən erməniləri ələ saldığını, xüsusilə qondarma rejimini bayrağını daşıyan erməni azarkeşlərindən birinin ünvanına təhqir və məsxərə dolu ifadələr işlətdiyini görmək olur. Onlar deməyə söz tapmayıb, qorxularından sakit şəkildə yollarına davam ediblər.

    “Qaçın burdan!”, – deyə azərbaycanlı azarkeşlər car çəkiblər.

    Öz növbəsində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qeyd edib ki, belə hərəkəti yalnız qorxaqlar edirlər.
    “Bu hərəkəti edən adam qorxub sonra qaçmamalı idi. Yalnız qorxaqlar bir addım atıb, sonra isə qaçırlar”, – deyə o bildirib.

    Xatırladaq ki, “Arsenal” – “Qarabağ” oyunu meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

    Qarşılaşmanın 16-cı dəqiqədə Aleksandr Lakazetin vurduğu qol oyunun taleyini həll edib.

  • Erməni azarkeş “Qarabağ”ın oyununda təxribat törətməyə çalışdı – FOTO

    “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin son turunda Londonda “Arsenal”a 0:1 uduzduğu görüşün son dəqiqələrində xoşagəlməz hadisə ilə üzləşib.

    Qarşılaşmanın 90+3-cü dəqiqəsində erməni azarkeş qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı ilə meydançaya çıxıb və “Qarabağ”ın futbolçuları tərəfə qaçıb.

    Onun məhz bu dəqiqədə meydana çıxması isə əbəs deyil. Belə ki, həmin azarkeş üzərində 1993-cü ildə öldürülmüş erməni terrorçusu Monte Melkonyanın şəkli olan forma ilə meydana çıxıb.

    Ağdam klubunun kapitanı Rəşad Sadıqov dərhal həmin şəxsə etirazını bildirib. Mühafizəçilər isə onu meydandan çıxarıb. UEFA-nın qaydalarına əsasən, azarkeş meydana daxil olursa, həmin an efirə verilmir. Bu üzdən həmin dəqiqələr efirdə göstərilməyib.




    Qeyd edək ki, matçdan sonra Rəşad Sadıqov və Qara Qarayev tribunaya yaxınlaşaraq, Azərbaycan bayraqları götürüb, paltardəyişmə otağına kimi çiyinlərində bayraqla gediblər.//oxu.az

  • Bakıda keçiriləcək Avroliqanın finalına biletlərin qiyməti açıqlandı

    2018/2019 mövsümü UEFA Avropa Liqasının finalında satışa çıxarılacaq biletlərin qiymətlərinə aydınlıq gətirilib.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, biletlər martın 7-8-dən etibarən onlayn şəkildə satışa çıxarılacaq.

    Ən ucuz bilet 35 avroya (67 manat) olacaq. Ən bahalı biletin qiyməti isə 135-170 (260-327 manat) avro dəyərində müəyyənləşəcək.

    VIP biletlər isə artıq UEFA tərəfindən satışdadır. Qiymət 600 avroyadır.

    Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək final mayın 29-da baş tutacaq.

  • Bakıdakı Avroliqanın finalına biletlərin satış tarixi açıqlandı

    Gələn il mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalının biletlərinin nə vaxt satışa çıxarılacağı bəlli olub.

    Finalın keçiriləcəyi Bakı Olimpiya Stadionunun mətbuat katibi Cəmilə Mehdiyevanın Oxu.Az-a verdiyi məlumata görə, artıq martdan etibarən bilet satışına start veriləcək.

    Ancaq biletlərin qiymətləri hələlik bəlli deyil. Bunu UEFA müəyyənləşdirəcək.

    Bununla belə, Olimpiya Stadionunda satışa çıxarılacaq biletlərin qiymətinin bu ilin mayında Fransanın Lion şəhərində keçirilmiş finalın biletlərinin qiymətindən daha ucuz olacağı gözlənilir.

  • Həbib Nurməhəmmədovu Azərbaycana dəvət ediblər

    Mütləq Döyüş Çempionatının (UFC) qalibi Həbib Nurməhəmmədov diskvalifikasiya olunacağı təqdirdə hər gün məşq edəcək və dünyanı gəzəcək.

    Bu haqda döyüşçünün atası və məşqçisi Abdulmanap Nurməhəmmədov deyib.

    “Qonşu Azərbaycandan bizi çağırırlar, Türkmənbaşı dəvət edir. Qırğızıstan prezidenti bizi şəxsən çağırıb. Bu ölkədə bizə çox yaxşı mühafizə ayırdılar və bizi hamıdan xoş qarşıladılar. Müsəlmanların yaşadığı Malayziyadan və İndoneziyadan təklif var və mən Həbiblə bu ölkələrə getmək istəyirəm”, – deyə Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov bildirib.

    Onun sözlərinə görə, altı ölkənin prezidenti tərəfindən dəvət alsalar da, bu dəvətlərə müsbət cavab vermək imkanına malik olmayıblar.

    “Doqquz aylıq diskvalifikasiya olacağı təqdirdə, o, səhərlər gimnastika və məşq edəcək. Gündə 3,5 saat məşq edirik. Həmçinin bütün dünyanı gəzəcəyik”, – deyə Abdulmanap Nurməhəmmədov oğlunun avtobioqrafiyasının Mahaçqaladakı təqdimatı zamanı bildirib.

    O qeyd edib ki, Həbib formasını itirməməlidir:

    “İstənilən an biz 100 günlük məşq bazasına getməyə və təklif edilən istənilən rəqiblə qarşılaşmağa hazır olmalıyıq. Lakin seçimi, əlbəttə ki, biz edəcəyik. Əminliklə deyə bilərəm ki, bizi qane etməyəcək variantları geri çevirəcəyik”.

    Nurməhəmmədov UFC çempionu kəmərini 7 oktyabrda Makqreqora qarşı döyüşün dördüncü raundunda boğucu fəndlə qalib gələrək qoruyub. Döyüşdən sonra rusiyalı tamaşaçıların olduğu zalda kütləvi dava olub. Hər iki döyüşçü 10 dekabr tarixinədək döyüşlərdən kənarlaşdırılıb.

    Dekabrın 6-sı məlum olub ki, Makqreqor öz işinin baxılmasının təxirə salınmasını xahiş edib və Nevada ştatının Atletik Komissiyası bu xahişi müsbət cavablandırıb. Həmin gün komissiya Nurməhəmmədovun vəkillərinin bu barədə xahişini qəbul edib.

    Rusiyalı döyüşçü karyerası boyunca 27 döyüşdə iştirak edib və məğlub olmayıb.

  • AFFA Qurbanovu təkzib etdi: Təzminatdan imtina etməyib

    Millimizin sabiq baş məşqçisi Qurban Qurbanov AFFA-nın onunla bağlanan müqaviləyə vaxtından əvvəl xitam verməsinə görə təzminat almayıb.

    Bu barədə oxu.az-a açıqlamasında millinin sabiq mətbuat katibi Elman Himayətoğlu məlumat verib. Qurban Qurbanov təzminatdan imtina etdiyi bildirilir.

    Məsəllə ilə bağlı AFFA-nın mövqeyini öyrəndik.

    AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamenti Firuz Abdulla Unikal.org-a verdiyi açıqlamada imtina ilə bağlı quruma müraciət olunmadığını deyib:

    “AFFA-nın mövqeyi bununla bağlı mövqeyi belədir ki, milli komandanın sabiq baş məşqçisi Qurban Qurbanov ona ödənilməli olan təzminatdan imtinası ilə bağlı hələ ki, AFFA-ya rəsmi müraciət etməyib.

    Buna görə də qaydalara uyğun olaraq, imtina etmədiyi təqdirdə ona təzminat ödəniləcək. Çünki müqavilə müddəti başa çatmamış xitam verilib”.

    Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin ötən həftə baş tutmuş iclasında Qurban Qurbanovla bağlanmış altı illik müqaviləyə xitam verilib.

  • Azərbaycanlı mayor rusiyalı rəqibini yenərək kəmər qazandı – FOTO

    Bakı İdman Sarayında WBMAF versiyası üzrə MMA döyüşləri keçirilib.

    Gecənin ən maraqlı görüşlərindən biri 93 kq çəki dərəcəsində olub.

    İlkin Səfərov rusiyalı Aleksey Repalovla qarşılaşıb və qalib gələrək WBMAF kəmərini qazanıb.
    //oxu.az






  • Robert Kubitsa: Məmnuniyyətlə Bakı yollarında maşın sürərdim

    Növbəti ildə Robert Kubitsa “Williams” komandasının üzvü kimi “Formula-1” yarışlarına qayıdacaq. İdmançı 2018-ci ildə nə ilə məşğul olduğunu və növbəti mövsümdən gözləntilərini bölüşüb.

    Median.Az xəbər verir ki, bununla bağlı F1news.ru məlumat yayıb.

    “Uzun yol keçmişəm və bu səyahət xoşbəxt sonlandı. Bunu ən böyük uğurum hesab edirəm, ancaq indi qarşımda çətin tapşırıq var. Əlbəttə, əvvəllər hansısa yollarda yaxşı çıxış etmişəm, yenidən sükan arxasına keçmək istəyirəm. Ancaq əvvəllər olmadığım bəzi yollarda çox böyük məmnuniyyətlə avtomobil idarə edərdim. Buna misal kimi Bakını göstərmək olar.

    Mənə iki məsələ yardımçı oldu. Birincisi, xoşbəxtəm ki, yenidən bu işə qayıtmışam. İkincisi, etiraf etməliyəm ki, bu il avtomobilimiz elə də yaxşı deyildi. Bu il məqsədimə çatmaq üçün ilk addımımı atdım”, – R.Kubitsa deyib.

  • Rəşad Sadıqov və daha 2 baş məşqçi istefaya göndərildi

    Azərbaycanın aşağı yaş qruplarının baş məşqçiləri istefaya göndərilib.

    Bu barədə AFFA İcraiyyə Komitəsinin iclasından sonra əsas millinin baş məşqçisi postundan istefa vermiş Qurban Qurbanov bildirib.

    Mütəxəssis bildirib ki, iclasda digər baş məşqçilər də postundan ayrılıb. Bununla da Rəşad Sadıqovun U-20 və U-21 Zaur Həşimovun U-18, Ramin Quliyevin isə U-17 millisindəki fəaliyyəti başa çatıb.

    Yalnız U-19-un baş məşqçisi Vüqar Məmməd fəaliyyətini davam etdirəcək.

  • Qurban Qurbanov istefa verdi – RƏSMİ + YENİLƏNİB

    Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov istefa verib.

    Bu barədə qərar AFFA-nın inzibati binasında qurumun İcraiyyə Komitəsinin ilin yekunları ilə bağlı keçirdiyi iclasında açıqlanıb.

    “Mənim məsələm həll olundu. Milli ilə yollarımız ayrıldı.Klub və millidə çalışmağımın səhv olduğu bildirildi. Çalışdım ki, vicdanla işimi görüm. Məşqçi işi elədir ki, hər zaman çamadanın yanında olmalıdır.

    Altı illik müqavilə bağlasaq da, əməkdaşlıq qısa çəkdi. Mən millini “Qarabağ”dan ayırmadım. Hər şey qarşılıqlı oldu. Nə göndərildim, nə istefa verdim. Bura gələrkən belə olacağını təxmin etmişdim. Düşünmürəm ki, federasiya yeni baş məşqçi seçimində səhvə yol versin. Ümumiyyətlə, heç vaxt AFFA-nı səhv qərarda suçlamamışam”, – deyə Q.Qurbanov bildirib.

    * * * * *

    Bu gün AFFA-nın inzibati binasında qurumun İcraiyyə Komitəsinin ilin yekunları ilə bağlı iclası keçiriləcək.

    İclasda millimizin son bir ildəki fəaliyyəti müzakirə olunacaq.

    İclasda millinin baş məşqçisi Qurban Qurbanovun istefaya göndəriləcəyi gözlənilir. Yeni baş məşqçinin adına gələn ilin əvvəllərində aydınlıq gələcəyi bildirilir.

    Həmçinin 21 yaşadək millimizin baş məşqçisi Rəşad Sadıqovun da istefa verəcəyi barədə məlumat var.
    //oxu.az