Category: İdman

  • Məhkəmə Makqreqorun işi üzrə qərar verdi

    İrlandiyalı idmançı, MMA döyüşçüsü Konor Makqreqor sürücülük vəsiqəsindən məhrum edilib.

    Buna səbəb onun avtomobil idarə edərkən sürət həddini aşmasıdır.

    Məhkəmənin qərarı ilə Makqreqor altı ay avtomobil idarə edə bilməyəcək, habelə min avro cərimə ödəməli olacaq.

    Makqreqor məhkəmənin qərarına normal yanaşıb.

  • Azərbaycanda futbolçular nə qədər qazanır? – RƏQƏMLƏR

    Azərbaycan Premyer Liqasında futbolçuların orta illik əməkhaqqının məbləği açıqlanıb.

    Globalsportssalaries.com saytında futbolçulara ən çox maaş verilən 68 ölkənin statistikası açıqlanıb.

    İlk sırada İngiltərə Premyer Liqası gəlir. Burda futbolçular 2 990 726 funt (3 935 197 dollar) qazanır. Sonrakı sıralarda İspaniya, İtaliya, Almaniya, Fransa və Çin çempionatları gəlir. VII yerdə olan Rusiya Premyer Liqasında futbolçuların ortalama illik əməkhaqqı 877 071 dollar təşkil edir. Sonrakı yerdə gələn Türkiyə Super Liqasında bu göstərici 864 053 dollardır.

    Azərbaycan isə bu göstəricidə 40-cı yerdə qərarlaşıb. Belə ki, Azərbaycan Premyer Liqasında futbolçuların orta illik maaşı 61 293 dollardır (52 638 avro). Azərbaycan MDB ölkələri arasında isə IV sıradadır. Yalnız Rusiya, Ukrayna və Qazaxıstan Premyer Liqalarında Azərbaycandan çox maaş verirlər.

    Gürcüstan Erovnuli Liqası 15 607 dollarla 50-ci, Ermənistan Premyer Liqası isə 3050 dollarla sondan II pillədədir. Sonuncu sırada isə San Marino Çempionşipidir – 2528 avro (2943 dollar).

  • Boks millimizə yeni baş məşqçi təyin olundu – RƏSMİ

    Kişi boksçulardan ibarət Azərbaycan yığmasında baş məşqçi dəyişikliyi rəsmiləşib.

    Komandamız təcrübəli mütəxəssis Vaqif Şirinova həvalə edilib.

    O, bu postda ukraynalı Leonid Loivskini əvəzləyib. Şirinov ən azı 2020-ci ildə keçiriləcək Tokio Yay Olimpiya Oyunlarının sonunadək millimizin “sükanı arxasında” olacaq. Komandamızda böyük məşqçi funksiyasını isə yenə də Nəriman Abdullayev yerinə yetirəcək.

    Qeyd edək ki, Vaqif Şirinov bu təyinatadək gənclərdən ibarət yığmamıza rəhbərlik edirdi.

  • Azərbaycan millisinin üzvü “Spartak”a qarşı oynadı

    Futbol üzrə Azərbaycan yığma komandasının hücumçusu Ramil Şeydayev Rusiya Premyer liqasında ilk dəfə olaraq Samaranın “Krılya Sovetov” klubunun start heyətində meydana çıxıb.

    R.Şeydayev Moskvanın “Spartak” komandasına qarşı oyunda 90 dəqiqə meydanda olub. Qarşılaşma “Spartak”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

    Qeyd edək ki, 15 turdan sonra “Krılya Sovetov” 14 xalla 13-cü pillədə qərarlaşıb.

    Xatırladaq ki, R.Şeydayev Samara klubunun heyətinə yayda Türkiyənin “Trabzon” klubundan keçib.//oxu.az

  • Zabit Səmədov rusiyalı döyüşçüyə qarşı – VİDEO

    Dekabrın 2-də Belarusun paytaxtı Minskdə azərbaycanlı kikboksçu Zabit Səmədov növbəti döyüşünü keçirəcək.

    Görüş “Axmat” Fight Show gecəsində baş tutacaq.

    “Minsk-Arena”da keçiriləcək beynəlxalq döyüş turnirində gecənin əsas görüşü “Mauqli” ləqəbli Zabit Səmədovla rusiyalı Yevgeni Orlov arasında olacaq.

    Bundan başqa, döyüş gecəsində baş tutacaq on görüş arasında digər azərbaycanlı Elxan Əliyev də mübarizə aparacaq. 73 kq çəki dərəcəsində mübarizə aparacaq idmançımızın rəqibi İran əsilli Almaniya vətəndaşı Cihad Akipa olacaq.//oxu.az

  • Hansı oyun, hansı kanalda? – TV AFİŞA

    Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

    Median.Az sportal.az-a istinadən sizə canlı yayımlanacaq qarşılaşmaların siyahısını təqdim edir:

    İspaniya La Liqası

    16:00 “Eybar” – “Real” Madrid – beIN Sports 2, Match! Football 3

    19:15 “Valensiya” – “Rayol Valyekano” – Match! Football 3, beIN Connect

    21:30 “Hueska” – “Levante” – beIN Sports 3

    23:45 “Atletiko” – “Barselona” – Match! TV, Match! Football 3, Cbc Sport, beIN Sports 2

    İngiltərə Premyer Liqası

    19:00 “Everton” – “Kardiff Siti” – beIN Sports 2

    19:00 “Brayton” – “Lester Siti” – beIN Sports MAX 2

    19:00 “Mançester Yunayted” – “Kristal Pelas” – beIN Sports MAX 1

    19:00 “Uotford” – “Liverpul” – Match! Football 1, S Sport

    19:00 “Vest Hem – “Mançester Siti” – İdman Azərbaycan TV, beIN Sports 3

    21:30 “Tottenhem” – “Çelsi” – İdman Azərbaycan TV, Match! TV

    Almaniya Bundesliqası

    18:30 “Bavariya” – “Fortuna” – Match! Football 2

    18:30 “Maynts” – “Borussiya” Dormtund – S Sport +

    21:30 “Şalke” – “Nürnberq” – Match! Football 2, S Sport +

    Fransa I Liqası

    20:00 PSJ – “Tuluza” – beIN Sports 4

    23:00 “Kan” – “Monako” – Match! Football 1, beIN Sports 4

    İtaliya A Seriyası

    18:00 “Udineze – “Roma” – beIN Sports 4

    21:00 “Yuventus” – SPAL – Cbc Sport, beIN Sports 2

    23:30 “İnter” – “Frozinone” – beIN Sports 3

    Azərbaycan Premyer Liqası

    16:30 “Keşlə” – “Qəbələ” – CBC Sport

    19:00 “Qarabağ” – “Sabah” – CBC Sport

    Rusiya Premyer Liqası

    15:00 “Dinamo” Moskva – “Yenisey” – Match! Premier, Match! TV

    17:30 “Orenburq” – “Ufa” – Match! Premier

    20:00 “Anji” – “Rubin” – Match! Premier

    Türkiyə Super Liqası

    14:30 “Ərzurumspor” – “Antalyaspor” – beIN Sports Turkey

    17:00 “Alanyaspor” – “Kayserispor” – beIN Sports Turkey

    20:00 “Ankaragücü – “Beşiktaş” – beIN Sports Turkey

  • Futbol qaydalarına dəyişikliklər edilə bilər – TƏKLİFLƏR

    Oyun qaydalarının tətbiqi və tənzimlənməsi ilə məşğul olan Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) təklif olunan dəyişiklikləri dərc edib.

    Qurum dörd dəyişiklik təklif edir:

    – Əvəzlənən oyunçular meydanı ən yaxın yan xətdən və ya üzbəüz xətdən tərk etməlidirlər;

    – Penalti zərbəsi yerinə yetirildiyi zaman qapıçı qapı xətti üzərində bir ayağını saxlaya bilər (Hazırkı qaydaya əsasən, hər iki ayaq xətt üzərində olmalıdır);

    – Komanda rəsmiləri həddini aşan davranışları üzündən sarı və ya qırmızı vərəqə ala bilərlər;

    – Sərbəst zərbə zamanı cərimə meydançası daxilində topla oynamaq olar.

    Bundan əlavə, oyunsonrası penaltilərin yerinə yetirilməsi qaydasındakı dəyişiklikdən – komandaların qeyri-növbəlilik (AB-BA sxemi) üsulu ilə zərbə vurmalarından imtina qərarı verilib.

    Eyni zamanda, razılığa gəlinib ki, cərimə meydançası daxilində topun ələ dəyməsinin qarşılığında hansı hallarda penalti, hansı hallarda isə davam qərarı verilməsi daha ətraflı yazılsın.

    Yekun qərar gələn ilin martında qəbul olunacaq. Hazırda göstərilən bəndlər tövsiyə xarakteri daşıyır.

  • Avropa çempionumuz niyə Azərbaycan çempionatında iştirak etməyib? – SƏBƏB

    Xəbər verdiyimiz kimi, cüdo üzrə Azərbaycan çempionatı dünən başa çatıb.

    Aparıcı milli üzvlərimizdən Kəramət Hüseynov (-60 kq), Hidayət Heydərov (-73 kq), Zelim Kotsoyev (-100 kq) və İrina Kindzerskaya (+78 kq) bu yarışda iştirak etməyib.

    Bunun səbəbini öyrənmək üçün Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlu ilə əlaqə saxladıq. O, bu idmançıların iştirak etməmə səbəblərini belə əlaqələndirdi:

    “Zelim Kotsoyevin səhhətində problem vardı. Kəramət Hüseynov, eləcə də, Tofiq Məmmədov gənclərin dünya çempionatından zədəlidirlər. İrina və Hidayətə gəlincə, onlarda heç bir problem yox idi. Sadəcə olaraq, dekabrın 15-dən 16-dək Çinin Quançjou şəhərində nüfuzlu Masters turniri olacaq. Orada 43 ölkədən 207 cüdoçu iştirak edəcək. Hər iki idmançımız o turnirə dəvət alıb. Onları mümkün zədədən qorumaq üçün yığma məşqçiləri qərar verdilər ki, Respublika çempionatında güləşməsinlər”.

    Qeyd edək ki, mötəbər turnirdə iştirak edəcək idmançılarımızdan Qazaxıstan doğumlu Hidayət Heydərov böyüklərdə Avropa çempionu və dünya üçüncüsüdür. Ukraynalı legionerimiz İrina Kindzerskaya isə ötən il dünya üçünçüsü olub.//oxu.az

  • Millimiz İranda erməniləri məğlub etdi və medal qazandı – FOTO

    Dünən İranın Gürgan şəhərində 15 yaşadək sərbəst güləşçilər arasında “Day of Children Cup” turniri keçirilib.

    Komanda yarışında ölkəmizi böyük məşqçi Namiq Quliyev və məşqçi Mehman Nəcəfovun rəhbərliyi altında Ruslan Abdullayev (-38 kq), Emin Qocayev, Abdul Abdullayev (hər ikisi -41 kq), Mahir Məmmədov (-44 kq), Ramiq Heybətov, Nurəddin Novruzov (hər ikisi -48 kq), Ağanəzər Novruzov (-52 kq), Məhəmmədəli Quliyev (-57 kq), Namus Orucov (-62 kq), Səttarxan Allahverdili (-68 kq), Varis Mehdizadə (-75 kq) və Xəlil Allahverdiyevdən (-85 kq) ibarət kollektiv təmsil edib.

    Yığmamız qrupda İran-1 komandasına 3:7 hesabı ilə uduzubsa, eyni hesabla Ermənistana qalib gəlib. Bu nəticə ilə qrupda II yeri tutan millimiz İran-2-ni (7:3) məğlub edərək bürünc medalın sahibi olub.

    Fərdi birincilikdə Ruslan Abdullayev, Ramiq Heybətov və Məhəmmədəli Quliyev qızıl, Mahir Məmmədov isə gümüş medalı boynundan asıb.

    Qeyd edək ki, II dərəcəli beynəlxalq hakim Zaur Şərifov ənənəvi yarışda ədaləti qoruyub.





  • Futbolçu Azərbaycan xalqından üzr istədi

    Futbol üzrə Azəraycan millisinin üzvü Ruslan Qurbanov Millətlər Liqasında Kosovo komandasına məğlubiyyətlə (0:4) bağlı fikirlərini bölüşüb.

    Median.Az bununla bağlı “Azerisport” portalına istinadən xəbər verir.

    “Bu nəticədən sonra deməyə söz tapmıram. Kosovolular bizdən güclü idi və bunu etiraf etməliyik. Biz rəqibdən qorxmurduq, lakin Kosovonun yaxşı futbolçuları var və onların əksəriyyəti güclü çempionatlarda oynayır. Onlar da nəticə verdilər. Hətta erkən buraxılan qoldan sonra mən düşündüm ki, hər şey düzələcək və biz cavab qolunu vuracağıq, ancaq bu olmadı.

    Azərbaycan xalqı və azarkeşlərindən üzr istəyirəm”, – R.Qurbanov bildirib.