Category: İdman

  • “Azərbaycanlı Messi” “Beşiktaş”a keçdi

    Azərbaycanlı futbolçu Nihat Əhmədzadə Türkiyənin “Beşiktaş” klubunda çıxış edəcək.

    Median.Az Türkiyənin “Axşam” nəşrinə istinadən xəbər verir ki, bundan əvvəl o, “Sumqayıt”ın U-12 komandasında oynayıb, bu günlərdə isə İstanbul nəhənginin heyətinə qatılıb.

    Vətənində onu “azərbaycanlı Messi” adlandırırlar. O, texnikalı futbolçudur və böyük ümidlər yaradır.

    N.Əhmədzadə Bakıda “Mançester Yunayted” futbol məktəbində təhsil alıb və İngiltərəyə aparılan beş futbolçudan biri olub. Onun məşqçisi Sumqayıtın tanınmış məşqçilərindən olan Sabir Əliyevdir.

  • Сборная Косово получит полмиллиона за победу над Азербайджаном

    Tanınmamış Kosovo hökuməti milli komandanın Millətlər Liqası turnirində uğuruna görə 500 min avro mükafat ayırıb.

    Median.Az xəbər verir ki, bununla bağlı “Terrikon” portalı məlumat yayıb.

    Kosovo yığması Priştinada keçirilən son görüşündə Azərbaycan üzərində 4:0 hesablı qələbədən sonra qrup qalibi olub.

    Kosovo D liqasında çıxış etdiyi qrupun qalibi olmaqla nəinki üçüncü diviziona vəsiqə qazanıb, həmçinin Avro-2020-nin “pley-off”unda iştirakı təmin edib.

    Kosovo 2008-ci ildə Serbiyadan ayrılıb, 2016-cı ildən isə rəsmi olaraq FIFA və UEFA-nın üzvüdür.

  • Nurməhəmmədovun Meyvezerlə döyüşünün mümkün vaxtı açıqlandı

    UFC çempionu Həbib Nurməhəmmədovun amerikalı boksçu Floyd Meyvezerlə döyüşü yalnız birincinin şirkətlə olan müqaviləsi bitdikdən sonra mümkün ola bilər.

    Median.Az xəbər verir ki, bu məlumatı TMZ portalı H. Nurməhəmmədovun meneceri Əli Abdel-Əzizə istinadən yayıb.

    Bildirilir ki, dağıstanlı döyüşçü UFC rəhbəri Deyna Uaytın qərarına hörmətsizlik etmək istəmir.

    Qeyd edək ki, D. Uayt H. Nurməhəmmədova döyüşdə boks qaydaları ilə iştirak etməyi qadağan edib.

    H. Nurməhəmmədov UFC ilə müqaviləsi bitəndən sonra, yəni 2019-cu ildə Meyvezerlə döyüşməyə hazırdır.

  • “Futbolçuları pulsuz qoyun, ağılları başlarına gəlsin” – Aqil Abbas

    Median.Az xəbər verir ki, millət vəkili Aqil Abbasın Oxu.Az saytına müsahibə verib.
     
    Həmin müsahibəni təqdim edirik:

    – Aqil müəllim, millimizin oyununa baxdınızmı?

    – Baxdım.

    – Kosovo ilə oyun millimizin qrup qalibi olmaq, eləcə də, Avropa çempionatına vəsiqə qazanması baxımından vacib görüş idi. Amma 0:4 hesabı ilə uduzduq. Bu nəticəni gözləyirdinizmi?

    – Uduzacaqlarını gözləyirdim, amma bu hesabla yox. Bilirsiniz, Qurban Qurbanovu günahlandırmaq düzgün deyil. Bu məsələdə onluq bir şey yoxdur. O yazığın əlinin altında material yoxdur. Əlinin altında material olmadıqdan sonra necə nəticə göstərə bilərsən ki?

    – Hesab 0:3 olduqdan sonra televizoru söndürmək qərarına gəlmədiniz?

    – Yox, söndürmədim. Dedim, görüm, bu məsələnin sonu necə olur, görüm bunlar neyləmək istəyir? Bizdə Dmitri Nazarov və Pavel Paşayev meydanda olmasaydı, doqquz nəfərlə oynasaydıq, bundan yaxşı çıxış edərdik. Elə Riçard Almeyda da onlar günündə idi. Sadəcə, Riçard onlara baxanda şükürlü idi. Bu futbolçular bizdən yox, rəqibdən oynayırdı.

    Yəqin ki, formaları qarışıq salıblar. Axı, həmişə biz göy forma ilə oynayırdıq. Bu dəfə ağ ilə meydana çıxdığımızdan, bizim millini rəqib sayıblar… Bu futbolçularda mən alışıb-yanmaq, meydanda can qoymaq görmədim. Nə veclərinə, klublarında pullarını alırlar, ciblərinə qoyurlar, üstəlik, millidən də qazanırlar.

    Onları pulsuz qoy, görüm necə oynayırlar. Biz Lenini bəyənmirik. Amma onun yaxşı sözü vardı. Deyirdi ki, işsizlik ölkənin inkişafına gətirib çıxarır. İndi bu futbolçuları pulsuz qoymaq lazımdır ki, ağılları başlarına gəlsin.

    – Bu darmadağından sonra millimizlə, futbolla bağlı Milli Məclisdə məsələ qaldırmaq fikriniz varmı?

    – Bilirsiniz, bu məsələ Milli Məclislik deyil. Amma belə futbolumuza görə bir-iki dəfə Milli Məclisdə çıxış etmişəm. Mən düşünürəm ki, Milli Məclisin futbol komandası Kosovoda oyuna çıxsaydı, bu hesabla uduzmazdı. Hesab edirəm ki, Azərbacyanda ən zəif komanda “Səbail”dir. Əgər millinin yerinə “Səbail” oynasaydı, vallah, uzağı 0:1 uduzacaqdı.

    – Oyundan öncə himnimiz fitə basıldı. Bu, 2008-ci ildə müstəqilliyini elan etmiş Kosovonu hələ də suveren dövlət kimi tanımamağımızdan irəli gələ bilərmi?

    – Buna heç təəccüblənmədim. Qara Qarayevin fitə basılmağımızla bağlı fikirlərini oxuyuram. Fitə basılarıq da. Kosovo Serbiyanın erməniləridir. Bu ölkə Rusiyanın acığına, ABŞ, NATO tərəfindən yaradılmış dövlətdir.

  • Qurban Qurbanov acı məğlubiyyətdən danışdı

    Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov Kosovoya böyük hesablı məğlubiyyəti şərh edib.

    Baş məşqçi ilk növbədə Kosovo millisini qələbə münasibətilə təbrik edib:

    “Mən rəqibin güclü olduğunu bilirdim. Buraya qələbə üçün gəlmişdik. İlk dəqiqələrdə buraxdığımız qol futbolçular üçün zərbə oldu”, – Q.Qurbanov bildirib.

    Baş məşqçi qeyd edib ki, futbolçuları tənqid etmək fikri yoxdur.

    “Biz birlikdə çətin yol keçmişik. Hamı qələbə istəyirdi. Lakin bu gün biz rəqibin əsl gücünü gördük. Məğlubiyyəti heç nə ilə bağlamaq istəmirəm. Kosovo bizdən güclü idi. Ustalıq səviyyəsi və digər komponentlərdə geri qaldıq. Yorğunluq və psixoloji sıxıntı həmişə olur”, – deyə o bildirib.

    Azərbaycan millisinin gələcəyindən danışan Q.Qurbanov qeyd edib ki, ölkə çempionatını və oyunçuların potensialını gücləndirmək lazımdır:

    “İndi bizi nə gözlədiyini demək çətindir. Bu suala bir müddət sonra cavab vermək mümkün olacaq”.

  • Kosovoda Azərbaycan himnini fitə basdılar – VİDEO

    Xəbər verdiyimiz kimi, dünən Azərbaycan millisi UEFA Millətlər Liqası çərçivəsində qrup mərhələsinin sonuncu oyununu keçirilib.

    D liqasının üçüncü qrupunda yer alan Qurban Qurbanovun yetirmələri səfərdə Kosovo millisinin qonağıdır.

    Oyundan əvvəl ənənəvi olaraq hər iki ölkənin himni səsləndirilib.

    Priştinadakı “Fadil Vokrri” stadionunda toplaşan Kosovo azarkeşləri Azərbaycan himnini fitə basıblar.

    Xatırladaq ki, Azərbaycan Kosovonu müstəqil dövlət kimi tanımır.
    //oxu.az

  • Erməniyə qalib gələn güləşçimiz dünya çempionu oldu – FOTO/VİDEO

    Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 23 yaşadək (U-23) güləşçilərin dünya çempionatı sona çatıb.

    Müəyyən səbəbdən tam heyətlə iştirak edə bilməyən sərbəst güləşçilər son gündə qapını bərk çırpıb.

    Bundan əvvəl Əli Rəhimzadənin (-65 kq) ifasında gümüş medal qazanmış güləşçilərimiz son gündə daha iki medalı aktivinə yazdırıb. Belə ki, Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudovun baş məşqçisi olduğu millimiz qızıl və bürünc medal qazanıb.

    Əvvəlcə Murad Süleymanov (-86 kq) bizi sevindirib. 1/8 finalda erməni Hovannes Mxitaryana 10:7 hesabı ilə qalib gəlmiş Murad bürünc medal uğrunda görüşdə kanadalı Aleksander Robert Muru 10:0 hesabı ilə məğlub edib.






  • Azərbaycan millisini bir azarkeş qarşıladı – VİDEO

    Futbol millimiz UEFA Millətlər Liqasının qrup mərhələsində son oyununu keçirmək üçün Kosovonun paytaxtı Priştinaya səfər edib.

    Artıq millimiz Azərbaycanın hələ də müstəqilliyini tanımadığı bu ölkədədir.

    Komandamızı həmişə milli və klublarımızın beynəlxalq oyunlarında görməyə adət etdiyimiz Şamil Mustafayev adlı azarkeş qarşılayıb. O, millimiz üçün mahnı səsləndirib, onları qələbəyə kökləyib.

  • Azərbaycanlı hakim Danimarka millisinin oyununa təyinat aldı

    FIFA referisi Əliyar Ağayev Millətlər Liqasının oyununa təyinat alıb.

    Noyabrın 19-da Ohus şəhərindəki “Seres Park” stadionunda keçiriləcək Danimarka – İrlandiya qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq.

    Ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olacaq.

  • Günün futbol matçları – TƏQVİM

    Bu gün UEFA Millətlər Liqasına start veriləcək.

    A və D liqalarında iki, B və C liqalarında isə bir qrupun matçları keçiriləcək.

    A Liqası

    II qrup

    23:45 Belçika – İslandiya

    1. İsveçrə 3 oyun 6 xal

    2. Belçika 2 oyun 6 xal

    3. İslandiya 3 oyun 0 xal

    IV qrup

    23:45 Xorvatiya – İspaniya

    1. İspaniya 3 oyun 6 xal

    2. İngiltərə 3 oyun 4 xal

    3. Xorvatiya 2 oyun 1 xal

    B Liqası

    III qrup

    23:45 Avstriya – Bosniya və Herseqovina

    1. Bosniya və Herseqovina 3 oyun 9 xal

    2. Avstriya 2 oyun 3 xal

    3. Şimali İrlandiya 3 oyun 0 xal

    C Liqası

    II qrup

    23:45 Macarıstan – Estoniya

    23:45 Yunanıstan – Finlandiya

    1. Finlandiya 12

    2. Yunanıstan 6

    3. Macarıstan 4

    4. Estoniya 1

    D Liqası

    I qrup

    19:00 Qazaxıstan – Latviya

    23:45 Andorra – Gürcüstan

    1. Gürcüstan 12

    2. Qazaxıstan 5

    3. Latviya 2

    4. Andorra 2

    II qrup

    23:45 Lüksemburq – San Marino

    23:45 Belarus – Moldova

    1. Lüksemburq 9

    2. Belarus 8

    3. Moldova 5

    4. San Marino 0

    Həmçinin bəzi millilər yoldaşlıq oyunlarında qüvvələrini sınayacaq. Həmin matçlar bunlardır:

    18:30 İran – Trinidad və Tobaqo

    21:00 Polşa – Çexiya

    22:15 İsrail – Qvatemala

    23:45 Almaniya – Rusiya

    23:45 İrlandiya – Şimali İrlandiya

    00:00 İngiltərə – ABŞ

    //oxu.az