Category: İdman

  • Qadın karateçimiz dünya çempionu oldu

    İspaniyanın paytaxtı Madriddə karate üzrə dünya çempionatında qadın idmançımız İrina Zaretska qızıl medal qazanıb.

    O, finalda rusiyalı Viktoriya İsayeva üzərində qələbə qazanıb.

    Rəqibinə qalib gələn İrina Zaretska dünya çempionatının qızıl medalını qazanıb.

    Qeyd edək ki, bu gün milli komandamızın üzvü Rəfael Ağayev özbəkistanlı rəqibinə qalib gələrək bürünc medala sahib olub.

  • Rafael Ağayev dünya üçüncüsü oldu

    İspaniyanın paytaxtı Madriddə karate üzrə dünya çempionatında Rafael Ağayev bürünc medal qazanıb.

    Bürünc medal uğrunda mübarizədə idmançımız özbəkistanlı Dastanbəy Atabalayevlə üz-üzə gəlib.

    Gərgin keçən qarşılaşmada beşqat dünya çempionumuz 2-1 hesablı qələbə qazanaraq, turnirin bürünc medalına sahib olub.

  • Bəxtiyar Abbasov dünya çempionatında ermənini döşəyə çıxmağa peşman etdi

    Rumıniyanın paytaxtı Buxarestdə keçirilən sambo üzrə dünya çempionatında ikinci günə start verilib.

    Abdulla Abdullayev (74 kq) ilk görüşündə almaniyalı Yanik Ventseli 8:0 məğlub edib.

    Döyüş sambosunda isə Bəxtiyar Abbasov (82 kq) Ermənistan idmançısı Davit Petrosyanla qarşılaşıb. O, tatamiyə 1 dəqiqədən gec gəldiyi üçün görüşə 0:3 hesabı ilə geridə başlayıb. Lakin tanınmış idmançımız ardıcıl rəqibindən 11 xal alıb və görüşün bitməsinə 3 dəqiqə 42 saniyə qalmış vaxtından erkən qələbə qazanıb – 11:3.

    Qeyd edək ki, dünən gümüş medal qazanmış Emil Həsənov (68 kq) erməni Rafik Manukyanı məğlub etmişdi.

  • Makqreqor dünya çempionu ilə döyüşə çıxa bilər

    MMA döyüşçüsü Konor Makqreqor boks üzrə dünya çempionu Poli Malinyaci ilə döyüşə çıxa bilər.

    Median.Az xəbər verir ki, bunu tanınmış promouter Eddi Hirn deyib.

    “Makqreqorun nümayəndələrinə dedim ki, Konor Polini uda bilər. Təkcə onu deyə bilərəm ki, döyüş maraqlı olacaq”, – deyə o vurğulayıb.

    Promouter artıq Malinyaci ilə məsələni müzakirə etdiyini bildirib. Onun sözlərinə görə, boksçunun nümayəndələri döyüşə görə böyük məbləğ ödəməyə hazırdırlar və bu barədə Makqreqorun təmsilçilərinə məlumat verilib.

  • “Qarabağ”ın təyyarəsi Ukraynadan qayıtmaqda problemlə üzləşdi

    “Qarabağ”ın Ukraynadan Bakıya dönməsində problem yaranıb.

    Əlverişsiz hava şəraiti ucbatından komandanı Bakıya gətirməli olan təyyarə geriyə qayıda bilməyib.

    Bu barədə məlumatı “Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli verib. Onun sözlərinə görə, təyyarə bu gün yerli vaxtla saat 12:00-da Poltava hava limanından uça biləcək.

    Onu da bildirək ki, əvvəl təyyarənin Bakı vaxtı ilə saat 03:30-da havaya qalxacağı planlaşdırılmışdı. AZAL şirkətinə məxsus təyyarə saat 07:00-da Heydər Əliyev adına hava limanına eniş etməli idi.

    Qeyd edək ki, “Qarabağ” “Vorskla” üzərində 1:0 qələbə qazanaraq ilk xalını qazanıb və ilk qolunu vurub. Bu matç şaxtalı hava şəraitində keçib.

  • AzTV-nin aparıcısı Azərbaycan çempionu oldu — FOTO

    İdman aparıcısı və bodibilder Fuad Quluzadə növbəti dəfə Azərbaycan çempionu olub.

    “Ölkə.Az”ın məlumatına görə, idmançı-aparıcı bu uğura həm öz çəkisində, həm də mütləq çəkidə nail olub.

    Qeyd edək ki, F.Quluzadə AzTV-nin və “İdman Azərbaycan” kanalının aparıcısıdır.

  • Fariz Məmmədov Avanesyanla Yerevanda döyüşəcək?

    Üç ilə yaxındır idman karyerasını başa vuran azərbaycanlı boksçu Fariz Məmmədov peşəkar boksa qayıtmağa hazırdır.

    Məmmədovun qayıtmasının yeganə şərti erməni idmançı David Avanesyana qarşı Yerevanda görüşün təşkilidir.

    F.Məmmədov 2016-cı ilin fevralında WBF və WBCA versiyası üzrə ağır çəkidə dünya çempionu olub, sonra isə karyerasını başa vurub. Bir müddət əvvəl sosial şəbəkə boksçu rinqə qayıtmaq arzusunu bildirib, ancaq qeyd edib ki, yalnız Avanesyanla və yalnız Yerevanda döyüşmək istəyir.

    “Mənim şərtlərim birmənalı və konkretdir. Döyüş yalnız Davidin evində, Yerevanda keçirilməlidir”, – Məmmədov yazıb.

    Xatırladaq ki, paylaşımdan sonra rusiyalı promouter, “Titov Boxing Promotion” şirkətinin direktoru Aleksey Titov Azərbaycan və Ermənistan arasındakı problemlər səbəbindən döyüşü təşkil etməyin çətin olduğunu açıqlayıb. Ancaq qeyd edib ki, razılıq əldə olunsa, şirkət 2019-cu ilin ortalarında Məmmədov-Avanesyan görüşünün təşkilatçılığını üzərinə götürməyə hazırdır.//oxu.az

  • Dünyanın ən bahalı futbolçusunun adı açıqlandı

    Dünyanın ən bahalı futbolçusunun adı açıqlanıb.

    Иu, PSJ klubunun və Fransa yığmasının 19 yaşlı hücumçusu Kilian Mbappedir.

    Müvafiq siyahı CIES Football Observatory analitik şirkəti tərəfindən hazırlanıb.

    Mbappe 216,5 milyon avroya qiymətləndirilib.

    İkinci yerdə “Tottenhem”in oyunçusu Harri Keyn (197,3 milyon avro), üçüncü yerdə isə Lionel Messi (170, milyon avro) qərarlaşıb.

    Siyahı tərtib olunarkən CIES Football Observatory şirkətinin analitikləri eksklüziv alqoritmdən istifadə edirlər. Belə ki, onlar yaş, mövqe, klub və millidəki çıxışlar, klub və millilərin nailiyyətləri, çempionatların səviyyəsi kimi amilləri nəzərə alırlar.

    Qeyd edək ki, PSJ Mbappeni 180 milyon avroya alıb.

  • Yeddiqat dünya çempionu nokautla öldü – VİDEO

    İtalyan boksçu Kristian Daqio tailandlı Don Parueanqla döyüş zamanı başından aldığı zərbələr nəticəsində ölüb.

    Bununla bağlı “Boxing Scene” portalı məlumat yayıb.

    Oktyabrın 26-da Dünya Boks Şurasının (WBC) Tailandın Ranqsit şəhərində təşkil etdiyi yarışda 49 yaşlı Daqio və Parueanq görüşüb. Qarşılaşmanın 12-ci raundunda tailandlı rəqibini nokauta göndərib və qələbə qazanıb.

    Hakim dərhal həkimləri rinqə dəvət edib. O, xəstəxanaya çatdırılsa da, bir neçə gün sonra vəfat edib.

    Xatırladaq ki, Daqio boks üzrə yeddiqat dünya çempionu olub.//oxu.az

  • Həbibə 50 milyon dollar qonorar vəd edildi

    UFC prezidenti Deyna Uayt rusiyalı idmançı Həbib Nurməhəmmədova növbəti döyüşünə görə mümkün qonorardan danışıb.

    Onun fikirləri “MMA Fighting” qurumunun “Twitter” hesabında yayımlanıb.

    Uayt rusiyalı döyüşçünün komandasının tələblərinin yerinə yetiriləcəyi ilə bağlı suala cavab verib.

    “Əlbəttə. Onlar nəyin real olduğunu yaxşı bilirlər. Bu sualın cavabı onlara məlumdur”, – UFC prezidenti deyib.

    Nurməhəmmədov oktyabrın 6-da UFC 229 turniri çərçivəsində ABŞ-da keçirilən döyüşdə irlandiyalı Konor Makqreqoru məğlub edib. KİV-in məlumatına görə, Nurməhəmmədovun döyüşdən gəliri 2 milyon dollar təşkil edib.

    Nurməhəmmədovun meneceri Əli Əbdül-Əziz TMZ telekanalına müsahibəsində deyib ki, növbəti döyüşdə dağıstanlı idmançıya 10-50 milyon dollar qonorara ümid bəsləyir.

    Nurməhəmmədovun növbəti rəqibi hələlik məlum deyil.