Category: İdman

  • Daha bir boksçu Həbib Nurməhəmmədovla döyüşmək istəyir

    Boks üzrə sabiq dünya çempionu Roy Cons UFC çempionu Həbib Nurməhəmmədovla döyüşməyə hazır olduğunu bəyan edib.

    Roy Cons Həbibin Floyd Meyvezerlə döyüşünün təxirə salınacağı təqdirdə, yaxşı pul mükafatı müqabilində rusiyalı idmançı ilə döyüşə cıxa biləcəyini bildirib.

    “Konorun Həbiblə döyüşü doğrudan da maraqlı hadisə idi. Eşitmişəm ki, Həbib Meyvezerlə döyüşmək istəyir. Lap yaxşı. Əgər onlarda alınmasa, özüm məmnuniyyətlə onun çağırışını qəbul edəcəyəm. Təbii ki, yaxşı qonorar müqabilində”, – deyə o vurğulayıb.

  • “Qarabağ”ın stadionunda nasazlıq yarandı

    “Qarabağ” klubu Peşəkar Futbol Liqasına (PFL) müraciət ünvanlayıb.

    Müraciətdə ev oyunlarının keçirildiyi “Azərsun Arena”nın işıqlandırma sistemində nasazlıqlar yarandığına və təmirə ehtiyac duyulduğuna görə “Qarabağ” və “Qarabağ-2” komandalarının növbəti matçlarının yerinin dəyişdirilməsi xahiş olunub.

    Mövcud vəziyyəti araşdıran PFL “Qarabağ” klubunun ev oyunları ilə bağlı qərar çıxarıb.

    Qərara əsasən I divizionun IX turunun “Qarabağ-2” – MOİK qarşılaşması sabah saat 15:00-da “Azərsun Arena”da keçiriləcək.

    Premyer Liqanın X turunun “Qarabağ” – “Sumqayıt” görüşü isə 3 noyabr saat 19:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.//oxu.az

  • Menecer: Onlar Həbibə toxuna da bilməz

    Rusiyalı idmançı Həbib Nurməhəmmədovun meneceri Əli Abdel-Əziz bəyan edib ki, gəlir gətirməyən döyüşlər maraqsızdır.

    Menecer Həbibin çempion tituluna iddialı olan şəxslərlə döyüşməsini istəmədiyini bildirib.

    “Həbib dünya super ulduzuna çevrildi. O, Putin, Ərdoğanla görüşür. O biri oğlan isə dükanda spirtli içki satır. Sanki onlar fərqli planetlərdəndir. Qoy hər kəs öz işi ilə məşğul olsun”, – deyə o vurğulayıb.

    Menecer doğrudan da Konor Makqreqorun öz qanı ilə boğulacağını görmək istədiyini bildirib:

    “Askren, Vudli. Onlardan heç biri Həbibə toxuna da bilməz. Məni iddiaçılar narahat etmir, bizə 50-100 milyon dolları gətirəcək şəxs lazımdır. Askrenlə Vudli isə heç 100 min dollar gətirməyəcəklər”.

  • Neymar həbs oluna bilər

    Fransanın PSJ klubunun braziliyalı legioneri Neymar həbs oluna bilər.

    Buna səbəb futbolçunun 2013-cu ildə Braziliyanın “Santos” klubundan İspaniyanın “Barselona” klubuna keçidi zamanı yol verildiyi iddia olunan fırıldaq əməlləridir.

    Məlum olub ki, transferin dəyəri sənədlərdə 40 milyon avro göstərilsə də, əslində məbləğ daha böyük olub. Bu üzdən hazırda araşdırma aparılır.

    Bildirilir ki, transfer 83 milyon avroya başa gəlib.

  • Kadırovdan Nurməhəmmədov-Meyvezer döyüşü barədə bəyanat

    Rusiya Federasiyasının Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Həbib Nurməhəmmədovla amerikalı boksçu Floyd Meyvezer arasında döyüşü təşkil edə biləcəyini bəyan edib.

    Median.Az xəbər verir ki, o, döyüşün Çeçenistanda təşkil edilməsinin şərtini açıqlayıb.

    Kadırov bildirib ki, bunun üçün idmançılar arasında müvafiq razılaşma əldə olunmalıdır.

    “Əgər Həbiblə Floyd döyüşlə bağlı razılıq əldə etsələr, onlara Qroznıda belə bir imkan yaradacağıq. Döyüşü yüksək səviyyədə təşkil edəcəyik”, – deyə o vurğulayıb.

  • Azərbaycanlı futbolçunun 300 minlik lüks avtomobili – FOTO

    Millinin və “Qarabağın” sol cinah müdafiəçisi Maksim Medvedev “PORSCHE PANAMERA TURBO” markalı son model avtomobili ilə kameralara tuş gəlib.

    Median.Az milli.az xəbər verir ki, bacarıqlı cinah oyunçusu “İçəri şəhər” metrosu yanında lüks avtomobili ilə park halında görüntülənib.

    Maksim avtomobilində tək olmayıb. Futbolçunun oğlu da onun yanında olub.

    Bu da M.Medvedin 10 LC 022 qeydiyyat nişanlı lüks avtomobili:

    Qeyd edək ki, Maksimin idarədə etdiyi “PORSCHE PANAMERA TURBO”nun qiyməti təxminən 300 min AZN-dir.


















  • “Keşlə” serb baş məşqçini istefaya göndərdi

    “Keşlə” Futbol Klubunun baş məşqçisi Mladen Milinkoviç istefaya göndərilib.

    Serbiyalı məşqçi ilə klub arasında olan müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

    Qeyd edək ki, dünən “Səbail”ə 1:2 hesabı ilə uduzan “Keşlə” cari mövsüm cəmi bir qələbə qazanıb. Yalnız autsayder “Zirə”ni məğlub etməyi bacarmış komanda beş xalla VII sırada qərarlaşıb.//oxu.az

  • “Sofiya” Azərbaycan milli geyimində – FOTO

    Heydər Əliyev Mərkəzində Azərbaycanda ilk dəfə olaraq beynəlxalq “İnnovasiyalar həftəsi” çərçivəsində “Qlobal İnfluenser Günü”nə (Global İnfluencer Day) həsr olunmuş tədbir keçirilir.

    Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və bir sıra qonaqlar iştirak edib.

    Tədbirdə dünyanın ən ağıllı süni intellektli robotu “Sofiya” açılış nitqi ilə çıxış edib. O, qonaqları milli geyimdə qarşılayıb.


  • Eldəniz Əzizlinin 57 saniyəyə qazandığı dünya çempionluğu – FOTO/VİDEO

    Xəbər verdiyimiz kimi, yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) karyerasında ilk dəfə böyüklər arasında dünya çempionu adını qazanıb.

    Avropa çempionumuz finalda qırğız Jolaman Şarşenbekovu 57 saniyəyə 10:0 hesabı ilə məğlub edərək bu titulu əldə edib.

    Həmin final görüşünün video və fotolarını təqdim edirik:
    //oxu.az














  • Daha bir güləşçimiz DÇ-də ermənini məğlub etdi

    Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı (DÇ) davam edir.

    Yarışın yeddinci günündə daha üç yunan-Roma güləşçimiz mübarizəyə qoşulub.

    Onlardan biri təsnifat, ikisi isə 1/16 final mərhələsindən mundiala start verib.

    Avropa çempionatının gümüş medalçısı Murad Məmmədov (60 kq) qırğız güləşçi ilə görüşdə 8:1 önə keçsə də, ikinci hissədə ani diqqətsizlik nəticəsində tuşe ilə uduzub.

    İslam Həmrəyliyi Oyunlarının qalibi Kamran Məmmədov (67 kq) 1/16 finalda erməni güləşçi Karen Aslanyanla qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən prinsipial görüşdə həmyerlimiz iki xalı birbaşa qazandığı üçün növbəti mərhələyə adlayıb. Kamranın növbəti mərhələdəki rəqibi ukraynalı olacaq.

    Gənclər arasında ikiqat dünya və üçqat Avropa çempionu İslam Abbasov (87 kq) 1/16 finalda yamaykalı rəqibinə qalib gəlib. O, növbəti turda Yunanıstandan olan idmançı ilə qarşılaşacaq.//oxu.az