Category: İdman

  • Dünya çempionu Həbib Nurməhəmmədovun hərəkətindən danışdı

    WBA Super versiyası üzrə dünya çempionu olan boksçu Vasili Lomaçenko rusiyalı idmançı Həbib Nurməhəmmədovun irlandiyalı Konor Makqreqorla döyüşdən sonrakı hərəkətinə münasibət bildirib.

    Median.Az xəbər verir ki, Lomaçenko EsNews-a açıqlamasında Nurməhəmmədovun etdiklərinə qiymət verməkdə çətinlik çəkdiyini bildirib.

    “Hansısa qiymət vermək olduqca çətindir. Siz Həbibin Konorla döyüşdən sonra nə hiss etdiyini, nə düşündüyünü bilmirsiniz. İnsanı anlamaq və nədənsə danışmaq üçün onun yerində olmaq, nə hiss etdiyini başa düşmək lazımdır. Bir çoxları deyir ki, bu, doğru deyildi, qeyri-idman və qeyri-peşəkar hərəkət idi. Bəli, razıyam, lakin…”, – deyə o vurğulayıb.

  • İki güləşçimiz DÇ-nin yarımfinalında

    Azərbaycanın iki yunan-Roma güləşçisi dünya çempionatının (DÇ) yarımfinalına vəsiqə qazanıb.

    Eldəniz Əzizli Macarıstan və Çin idmançılarından sonra Yaponiya güləşçisinə də 9:0 qalib gələrək 1/2 finalda mübarizə aparmaq hüququ əldə edib.

    Onun rəqibi gürcüstanlı Nuqzar Surtsumia olacaq.

    Dünya çempionluğuna namizədimiz Rəsul Çunayev isə 1/4 finalda iranlı rəqibini 5:4 hesabı ilə məğlub edib. O, yarımfinalda Almaniya güləşçisi Frank Şteblerlə qarşılaşacaq.

    Digər iki güləşçimiz isə 1/4 finalda uduzub. Taleh Məmmədov Misir, Rafiq Hüseynov isə İran güləşçisinə 0:3 hesabı ilə məğlub olub.

    Qeyd edək ki, yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:45-dən etibarən başlayacaq.//oxu.az

  • Həbib Nurməhəmmədovla bağlı vacib qərar verildi

    Rusiyalı idmançı Həbib Nurməhəmmədov və irlandiyalı Konor Makqreqorun diskvalifikasiya müddəti uzadılıb.

    Median.Az xəbər verir ki, müvafiq qərarı ABŞ-ın Nevada ştatının atletika komissiyası qəbul edib.

    Adıçəkilən şəxslər barədə yekun qərar dekabrın 10-da qəbul olunacaq.

    Komissiyanın digər qərarı ilə H. Nurməhəmmədova qonorarının (2 milyon dollar) 50 faizi qaytarılacaq.

  • Mariya Stadnik dünya çempionatının yarımfinalında

    Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı davam edir.

    Yarışın beşinci günündə qadınlardan ibarət yığmamızın son dörd üzvü mübarizəyə start verib.

    Güləşçilərimizin ikisi 1/8 finaldan, ikisi isə təsnifat mərhələsindən yarışa başlayıb. Qadınlardan ibarət yığmamızın kapitanı Mariya Stadnik (50 kq) 1/8 finalda isveçli rəqibinə vaxtından əvvəl qalib gəlib. Millimizin ən titullu güləşçisi 1/4 finalda dünya çempionu və Rio Olimpiadasının bürünc medalçısı olan çinli rəqibinə də heç bir şans tanımayıb və adını yarımfinala yazdırıb.

    Milli üzvlərindən Anjela Doroqan (53 kq), Alyona Kolesnik (57 kq) və Elmira Qəmbərova (62 kq) isə uduzublar.

    Qeyd edək ki, bu gün İrina Netreba (65 kq) bürünc medal görüşünə çıxacaq.//oxu.az

  • Həbib və Konor arasındakı münaqişənin səbəbi bəlli oldu

    Konor Makqreqorun komandasının üzvü Artyom Lobov ESPN-ə müsahibəsində irlandiyalı ilə UFC çempionu Həbib Nurməhəmmədov arasındakı münaqişədən danışıb.

    A.Lobov bildirib ki, Konor və Həbib arasında normal münasibətlər olub.

    “Onlar bir-birlərinə hörmətlə yanaşırdılar. Lakin Həbib gözlənilmədən Konora “chicken” (cücə, xoruz) dedi. Mən bilmirəm, o, niyə belə etdi, çünki Makqreqor ona heç bir pis söz deməmişdi”, – Lobov bəyan edib.

    Döyüşçünün fikrincə, Nurməhəmmədov bunun ciddi təhqir olduğunu bilirdi, lakin Makqreqoru belə çağırmaqda davam edirdi.

    “Rusiyada həbsxanalarda zorlanan insanları bel adlandırırlar. Həbib bunu bilir, hamı bunu bilir. Bu, çox ciddi təhqirdir”, – o qeyd edib.

  • Konor Həbiblə döyüşdəki səhvlərini açıqladı

    İrlandiyalı MMA döyüşçüsü Konor Makqreqor rusiyalı Həbib Nurməhəmmədovla UFC 229 turniri çərçivəsində keçirilən döyüşü analiz edib.

    O, bununla bağlı fikirlərini “Instagram” hesabında yayıb.

    Makqreqor deyib ki, döyüşün birinci raundunda rusiyalı üstün olub, çünki o, rəqibinə nisbətən daha uyğun mövqedə olub, ancaq irlandiyalıya tutarlı zərbə vura bilməyib.

    “İkinci raundda o, sağ əli ilə zərbə vurmayanadək, məndən qaçırdı. Bu, bütün raundu və döyüşü dəyişdirdi. Əla zərbə idi”, – irlandiyalı etiraf edib.

    Makqreqor bəyan edib ki, hazırlıq zamanı Nurməhəmmədovun ayaqüstü döyüşünə diqqət yetirməyib, daha çox mübarizəyə və qorunmaya üstünlük verib.

    İkinci raundu o, karyerasının ən pis raundu adlandırıb, ancaq qeyd edib ki, buna baxmayaraq, üçüncü raundda qalib gələ bilərdi. Son raunda Makqreqor “ciddi səhvə” yol verib və kürəyini Nurməhəmmədova verib, bundan sonra rusiyalı ağrıdıcı fəndlə rəqibini təslim olmağa məcbur edib.

    Makqreqor bildirib ki, əgər cavab görüşü olmasa, növbəti rəqibi ilə döyüşəcək.

  • Çempionlar Liqasında turun matçları – TƏQVİM

    Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin III turunun oyunlarına start veriləcək.

    İlk gündə E, F, G və H qruplarının oyunları olacaq. 

    Günün mərkəzi qarşılaşması İngiltərənin Mançester şəhərinin  “Old Traford” stadionunda baş tutacaq. İtkisiz irəliləyən “Yuventus” bu dəfə səfərdə “Mançester Yunayted” səddini aşmağa çalışacaq.

    Çempionlar Liqası

    Qrup mərhələsi, III tur

    E qrupu

    20:55 AEK (Yunanıstan) – “Bayern” (Almaniya)

    23:00 “Ayaks” (Hollandiya) – “Benfika” (Portuqaliya)

    1. “Ayaks” 4

    2. “Bayern” 4

    3. “Benfika” 3

    4. AEK 0

    F qrupu

    23:00 “Hofenhaym” (Almaniya) – “Lion” (Fransa)

    23:00 “Şaxtyor” (Ukrayna) – “Mançester Siti” (İngiltərə)

    1. “Lion” 4

    2. “Mançester Siti” 3

    3. “Şaxtyor” 2

    4. “Hofenhaym” 1

    G qrupu

    23:00 “Roma” (İtaliya) – ÇSKA (Rusiya)

    23:00 “Real” (İspaniya) – “Viktoriya” (Çexiya)

    1. ÇSKA 4

    2. “Real” 3

    3. “Roma” 3

    4. “Viktoriya” 1 

    H qrupu

    20:55 “Yanq Boyz” (İsveçrə) – “Valensiya” (İspaniya)

    23:00 “Mançester Yunayted” (İngiltərə) – “Yuventus” (İtaliya)

    1. “Yuventus” 6

    2. “Mançester Yunayted” 4

    3. “Valensiya” 1

    4. “Yanq Boyz” 0

    //oxu.az

  • Eduard Məmmədov: Həbibin heç bir şansı yoxdur

    “Ağ Canavar” ləqəbli kikboksçumuz Eduard Məmmədov UFC döyüşçüsü Həbib Nurməhəmmədovla sabiq peşəkar boksçu Floyd Meyvezer arasında rinqdə görüşün olacağına inanmır.

    O, bu barədə oxu.az-a açıqlamasında danışıb:

    “Konor Makqreqorla Floyd Meyvezer arasında da döyüş olub, lakin, o, bir şou idi. Həbiblə Meyvezer arasında belə, şou xarakterli döyüşün olmasına inanmıram. Əgər döyüş olsa, kimin qalib gələcəyini düşünürəm? Əlbəttə ki, Meyvezerin. Həbibin rinqdə heç bir şansı yoxdur!”

    Eduard Məmmədov onu da bildirib ki, Konor Makqreqorun döyüş üslubu onunkuna yaxındır:

    “Həbib müsəlman olduğu üçün onun qalib gəlməsini istəyirdim. Ancaq Konorun döyüş üslubu mənə yaxın olduğundan, ona simpatiyam var”.

  • Azərbaycanlı MMA döyüşündə rusiyalıya qalib gəldi – VİDEO

    Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov növbəti qələbəsini qazanıb.

    İdmançımız “Fight Nights Global 90” çərçivəsinə qüvvəsini sınayıb.

    24 yaşlı təmsilçimiz Rusiyanın paytaxtı Moskvadakı “MOİK Arena”da keçirilən yarışda Mixail Qoqitidze ilə üz-üzə gəlib.

    Yüngül çəki dərəcəsində baş tutan döyüş Abbasovun Rusiyanı təmsil edən gürcü rəqibi üzərində qələbəsi ilə başa çatıb. İdmançımız artıq ilk raundda rəqibini texniki nokautla məğlub edib.

  • Daha bir veteran idmançımız dünya çempionu oldu

    Meksikanın Kankun şəhərində veteran cüdoçular arasında dünya çempionatı davam edir.

    Yarışın ikinci günü də Azərbaycan millisi üçün uğurlu olub.

    Ölkəmizi dünya çempionatında təmsil edən veteran cüdoçu İntiqam Ələkbərov M-1 kateqoriyası üzrə 100 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

    Babək Hacıyev (M-3, 60 kq) və Samir İsmayılov (M-1, 81 kq) isə mötəbər turnirin gümüş medallarına yiyələniblər.

    Xatırladaq ki, yarışın ilk günü Fərhad Rəcəbli (M-6, 90 kq) usta cüdoçular arasında dünya çempionu olub.//oxu.az