Category: İdman

  • Azərbaycanın 6 boksçusu finala yüksəldi

    III MDB Oyunları çərçivəsində Yevlax Olimpiya İdman Kompleksində boks yarışları davam edir.

    Azərbaycanın 6 boksçusu turnirin finalına yüksəlib.

    Təmsilçilərimizdən Aysel Fərəcova (46 kq) özbəkistanlı Ruxşonabonu Əhədovaya qalib gələrək finala çıxıb.

    50 kiloqram çəki dərəcəsində yarımfinalda mübarizə aparan Əminə Tağı belaruslu Arina Kmitadan üstün olub – 4:1.

    Cəmilə Muradlı (54 kq) qazaxıstanlı Adelaida Sadvakassovaya qalib gələrək (5:0) finala vəsiqəni təmin edib.

    60 kiloqram çəki dərəcəsində Aynur İsmayılova tacikistanlı Furuğ Sarhaszodaya qalib gəlib. Gülər Hüseynova (48 kq) Tacikistanın digər təmsilçisi Kumriniso İmomaliyevadan üstün olub.

    Fidan Bakarova (63 kq) isə yarımfinalda rusiyalı Zlata Konovalovanı məğlub edib.

    Beləliklə, Azərbaycanın 6 boksçusu finala vəsiqə qazanıb.

    Qeyd edək ki, qadın boksçular arasında final qarşılaşmaları oktyabrın 4-də keçiriləcək.

  • III MDB Oyunları: Azərbaycanlı üzgüçü qızıl medal qazandı

    Azərbaycan III MDB Oyunlarında daha bir qızıl medal qazanıb.

    Gəncə İdman Sarayında III MDB Oyunları çərçivəsində üzgüçülük yarışları davam edir.

    Bu gün keçirilən 400 metr məsafədə sərbəst üsulla üzməkdə azərbaycanlı üzgüçü Süleyman İsmayılzadə birinci yeri tutub.

    Rusiyalı Aleksandr Filipets gümüş, onun həmyerlisi Boqdan Toropkin isə bürünc medala sahib çıxıblar.

  • “Qarabağ”ın sayəsində Azərbaycan UEFA əmsallar cədvəlindəki yerini möhkəmlədib

    Azərbaycan UEFA əmsallar cədvəlində mövqeyini gücləndirib.

    Bakıda baş tutan oyunda “Qarabağ”ın Danimarkanın “Kopenhagen” klubunu məğlub etməsi ilə Azərbaycanın reytinqinə 0.500 xal əlavə edilib.

    Azərbaycan siyahıda 22.000 xalla 25-ci sırada yer alıb.

    Azərbaycandan bir pillə öndə yer alan Serbiyanın 22.375 xalı var. 21.275 xalı olan Slovakiya isə 26-cı pilldə qərarlaşıb.

    Reytinqə 97.117 xalla İngiltərə başçılıq edir.

    Qeyd edək ki, dünən keçirilən qarşılaşmada “Qarabağ” Danimarka klubu üzərində 2:0 hesabı ilə inamlı qələbə qazanıb və xallarını altıya çatdırıb. Hazırda Çempionlar Liqasının Liqa mərhələsində Ağdam klubu altıncı yerdə qərarlaşıb.

  • III MDB Oyunları: Voleybol yarışında daha iki oyun keçirilib

    Azərbaycanda keçirilən III MDB Oyunlarının voleybol turnirində daha iki oyun baş tutub.

    15 yaşadək qızlardan ibarət Rusiya yığması Belarusla üz-üzə gəlib.

    Qarşılaşma Rusiya seçməsinin qələbəsi ilə yekunlaşıb – 3:0.

    Digər matçda isə Özbəkistan Tacikistana eyni hesabla qalib gəlib.

    Qeyd edək ki, voleybol yarışlarına oktyabrın 6-da yekun vurulacaq.
    //report

  • Azərbaycan klubunun prezidenti futboldan uzaqlaşdırıldı

    Azərbaycan 2-ci liqasında çıxış edən “Şəki Siti” klubunun prezidenti Elgün Hüseynov 6 ay müddətinə futbolla bağlı fəaliyyətdən məhrum edilib.

    Bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.

    O, bəzi futbolçuların sənədlərini düzgün təqdim etmədiyinə görə bu cəzanı alıb.

  • UEFA Çempionlar Liqası: Əsas mərhələnin ikinci turunun son görüşləri keçiriləcək

    Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində ikinci turun son oyunları keçiriləcək.

    İkinci turun son oyun günündə doqquz qarşılaşma baş tutacaq.

    Belə ki, “Qarabağ” “Kopenhagen”lə, “Royal Union” “Nyukasl Yunayted”lə, “Arsenal” “Olimpiakos”la, “Barselona” PSJ ilə, “Bayer Leverkuzen” PSV ilə, “Borussiya Dortmund” “Atletik Bilbao” ilə, “Monako” “Mançester Siti” ilə, “Napoli” “Sportinq”lə, “Vilyarreal” isə “Yuventus”la üz-üzə gələcək.

    Qeyd edək ki, növbəti turun oyunları oktyabr ayının 21-i və 22-də keçiriləcək.

    1 Oktyabr

    UEFA Çempionlar Liqası

    II tur

    Saat 20:45, “Qarabağ” – “Kopenhagen”;

    Saat 20:45, “Royal Union” – “Nyukasl Yunayted”;

    Saat 23:00, “Arsenal” – “Olimpiakos”;

    Saat 23:00, “Barselona” – PSJ;

    Saat 23:00, “Bayer Leverkuzen” – PSV ;

    Saat 23:00, “Borussiya Dortmund” – “Atletik Bilbao”;

    Saat 23:00, “Monako” – “Mançester Siti”;

    Saat 23:00, “Napoli” – “Sportinq”;

    Saat 23:00, “Villarreal”- “Yuventus”.

  • “Səbail” braziliyalı yarımmüdafiəçi transfer etdi

    “Səbail” növbəti əcnəbi futbolçunu heyətinə qatıb.

    Bu barədə I Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
    Məlumata görə, Bayıl təmsilçisi Paulo Rikardonu (Paulinyo) rənglərinə bağlayıb.
    25 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

  • AFFA iki klubu cərimələdi

    Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

    İclasda aşağıdakı qərarlar qəbul edilib:

    1-ci liqada III turun “Baku Sportinq” – “’Şimal” oyununda topdaşıyanların say limiti pozulduğuna görə “Baku Sportinq” komandası 600 manat cərimə edilib.

    MOİK – “’Zaqatala” oyununda “Zaqatala” komandasının nümayəndələrində “A buraxılışı” vəsiqəsi olmadığına görə “Zaqatala” komandası 300 manat cərimə edilib.

  • Azərbaycan klubu yeddi basketbolçu ilə yollarını ayırıb

    “Gəncə” klubu yeddi basketbolçu ilə yollarını ayırıb.

    Bu barədə “Report”a bölgə təmsilçisindən məlumat verilib.

    Klubla müqavilə müddəti başa çatan Andre Boll, Corc Peterson, Cordan Forbs, Kaan Yıldırımkanlı, Lavon Holland, Malek Deyvis və Markus Qilson komandanı tərk edib.

  • FIFA penalti qaydalarını dəyişdirməyi planlaşdırır

    Beynəlxalq Futbol Federasiyası (FIFA) penalti qaydalarını dəyişə bilər.

    Bu barədə “Bild” məlumat yayıb.

    Mənbənin məlumatına görə, penalti vuran futbolçulara top meydana qayıtdıqdan və ya qapıçının müdaxiləsindən sonra təkrar zərbə endirmək qadağan ediləcək. Eyni zamanda, qaydaların dəyişdirilməsinin hazırkı konsepsiyası topun qapı çərçivəsinə dəyəndən sonra nə ediləcəyini tənzimləmir.

    Qeyd olunur ki, bu qaydanın qüvvəyə minməsi üçün Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) tərəfindən təsdiqlənməli, daha sonra praktik sınaqdan keçirilməlidir.