Category: İdman

  • Nərmin Cəfərova gümüş medal qazandı

    Azərbaycanın stend atıcısı Nərmin Cəfərova III MDB Oyunlarında fəxri kürsüyə qalxıb.

    O, qadınların yarışında gümüş medal qazanıb.

    Rusiyalı Alina Akhatova qızıl, qazaxıstanlı Nargiza Sarmanova bürünc mükafata yiyələnib.

    Qeyd edək ki, stend atıcılığı üzrə yarışlara oktyabrın 1-də yekun vurulacaq.

  • Neymar dekabra qədər meydandan uzaq qalacaq

    Braziliyanın “Santos” klubunun hücumçusu Neymar bud əzələsində yaranmış zədə səbəbindən noyabrın sonuna qədər meydana çıxa bilməyəcək.

    Bu barədə “L’Équipe” nəşri klubun prezidenti Marselo Teyşeyranın sözlərinə istinadən xəbər yayıb.

    Mənbənin məlumatına əsasən, Neymar təxminən dekabrın əvvəlində, yəni Braziliyada mövsümün əsas hissəsi başa çatdığı zaman komandaya qayıda biləcək.

    Qeyd olunur ki, sentyabrda zədələnmiş hücumçu ümumilikdə təxminən altı həftə oyun xaricində qalacaq. 2025-ci ildə Neymar artıq iki dəfə budun arxa hissəsindən zədə alıb. Futbolçunun hazırkı müqaviləsi 2025-ci ilin sonuna qədər nəzərdə tutulub.

    “Transfermarkt” portalının təqdim etdiyi məlumata görə, 32 yaşlı futbolçunun bazar dəyəri 11 milyon avrodur.

  • İngiltərə Premyer Liqası: “Mançester Siti”dən darmadağın

    İngiltərə Premyer Liqasının 6-cı turunda “Mançester Siti” “Börnli”ni qonaq edib.

    “Şəhərlilər” 5-1 hesabı ilə qalib gəliblər.

    12-ci dəqiqədə Maksim Esteve avtoqol vuraraq meydan sahiblərini önə keçirib. Ceydon Entoni isə 38-ci dəqiqədə hesabı bərabərləşdirib. Mateus Nunyes 61-ci dəqiqədə “Siti”ni yenidən irəli çıxarıb. Esteve isə 65-ci dəqiqədə daha bir avtoqol vurub. Erlinq Holand 90 və 90+3-cü dəqiqədə dubl edərək darmadağını rəsmiləşdirib.

    Bu oyundan sonra “Mançester Siti” 10 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. “Börnli” 4 xalla 17-ci yerdədir.

  • “Şamaxı” öz meydanında qələbəni əldən verdi

    Misli Premyer Liqasında VI turun növbəti oyunu keçirilib.

    “Şamaxı” doğma meydanda “Araz-Naxçıvan”ı qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

    Hazırda Naxçıvan təmsilçisi 11 xalla ikinci pillədə qərarlaşıb. Ev sahibləri isə 6 xalla səkkizinci yerdədir.

    Turun ötən gün baş tutmuş matçlarında “Qarabağ” “Azersun Arena”da “Qəbələ”ni qəbul edib. Görüş Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Zirə” isə “İmişli” ilə heç-heçə edib – 1:1.

  • İdmançılarımız III MDB Oyunlarında finalda

    Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında stolüstü tennis üzrə kişilər arasında fərdi yarışlar keçirilib.

    Qəbələ İdman Kompleksində təşkil olunan yarışda Azərbaycan təmsilçilərindən Onur Quluzadə və Adil Əhmədzadə qüvvələrini sınayıblar.

    Onlar yarımfinalda müvafiq olaraq, Oryanbassar Yessimxan (Qazaxıstan) və Aliaksey Rabuşka (Belarus) ilə qarşılaşıblar.

    Rəqiblərinə qalib gələn idmançılarımız finala vəsiqə qazanıblar.

    Qeyd edək ki, fərdi yarışlarda final oyunları sentyabrın 28-də keçiriləcək.

  • FIFA-dan Malayziya millisinin futbolçularına AĞIR CƏZA

    Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) sənədləri saxtalaşdırdıqları üçün Malayziya millisinin yeddi futbolçusunu 12 ay müddətinə kənarlaşdırıb.

    Bu barədə qurumun saytında məlumat verilib.

    Onların arasında İspaniyanın “Alaves” klubunun müdafiəçisi Fakundo Qarses də var.

    Həmçinin Qabriel Felipe, Rodriqo Holqado, İmanol Maçuka, Joao Fiqeyredu, Yon İrasabal və Ektor Alexandro Xevel Serrano da sanksiyaya məruz qalıblar. Bütün oyunçular Argentina, İspaniya, Braziliya və Niderland köklərə malikdirlər.

    Hər bir idmançıya 12 ay müddətində futbolla bağlı hər hansı fəaliyyətdə iştirak qadağan edilib. Bundan əlavə, onların hər birinə 2000 İsveçrə frankı (təxminən 2100 avro) məbləğində cərimə təyin edilib. Malayziya Futbol Assosiasiyası 350 000 İsveçrə frankı (təxminən 374 000 avro) məbləğində cərimə ödəməlidir.

    İddia edilir ki, futbolçuların və federasiyanın apellyasiya şikayəti vermək üçün on gün vaxtı var. Qərardan FIFA-nın Apellyasiya Komitəsinə şikayət verilə bilər.

  • “Qarabağ” “Qəbələ”yə qalib gəldi

    Azərbaycan Premyer Liqasında 6-cı tur start götürüb.

    İlk oyun gününə nəzərdə tutulan 2 matç keçirilib.

    “Zirə” Qubada “İmişli”nin qonağı olub. Görüşdə 1:1 hesabı qeydə alınıb.

    Digər matçda isə son çempion “Qarabağ” “Qəbələ”ni qəbul edib.
    Ağdam təmsilçisi bu görüşdə qalib gələrək növbəti 3 xalını qazanıb.

    “Şamaxı” – “Araz-Naxçıvan” və “Neftçi” – “Karvan” oyunları sabah, “Turan Tovuz” – “Kəpəz” və “Sabah” – “Sumqayıt” matçları isə sentyabrın 28-də keçiriləcək.
    26 sentyabr

    19:00. “Qarabağ” – “Qəbələ” – 2:0

    Qollar: Abdullah Zubir, 16; Musa Qurbanlı, 90+3

    Qırmızı vərəqə: Prins Ovusu, 1 (“Qəbələ”)

  • Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq

    Qadın futbolçulardan ibarət Azərbaycan millisi Qazaxıstanda təlim-məşq toplanışında olacaq.

    Məlumatı AFFA-nın mətbuaxt xidməti yayıb.

    Komanda oktyabrın 24-ü və 27-də Qazaxıstan yığması ilə iki yoldaşlıq görüşü keçirəcək.

    Qarşılaşma Çimkənd şəhər stadionunda baş tutacaq.

  • “Neftçi”dən yeni transfer

    “Neftçi” növbəti transferini rəsmiləşdirib.

    Nigeriyalı futbolçu İfeanyi Metyu “ağ-qaralar”la anlaşıb

    28 yaşlı yarımmüdafiəçi ilə “1+1” illik müqavilə bağlanıb. O, 18 nömrəli formanı geyinəcək.

    Qeyd edək ki, sonuncu klubu “Sürix” (İsveçrə) olan Metyu vətənindən başqa, Norveç və Türkiyə liqalarında da oynayıb. Metyu Norveç Kubokunun və 20 yaşadək futbolçular arasında Afrika Kubokunun qalibi olub.

  • “İmişli” “Zirə” ilə heç-heçə edib

    Misli Premyer Liqasının VI turunda “İmişli” “Zirə” ilə heç-heçə edib.

    Quba Olimpiya İdman Kompleksindəki turun açılış matçında tərəflər hərəyə bir dəfə fərqləniblər.

    “İmişli”dən Dioqo Rollo (26) paytaxt təmsilçisindən isə David Volkov (80) adını tabloya yazdırıb.

    “Zirə”nin 12, bölgə kollektivinin isə 8 xalı var.

    Qeyd edək ki, günün ikinci matçında “Qarabağ” “Qəbələ” ilə üz-üzə gələcək. Görüş “Azərsun Arena”da, saat 19:00-da başlayacaq.