Category: İdman

  • Amorim istefa verməkdən imtina etdi

    “Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim klubla əmək müqaviləsini öz istəyi ilə pozmayacağını bildirib.

    Onun sözlərinə görə, belə bir qərarı yalnız rəhbərlik verə bilər.

    “Qərarı idarə heyəti verməlidir. Mən bunu edə bilmərəm. Bəzən istefa vermək istəyirəm, məğlubiyyətləri qəbul etmək çətindir. Edə biləcəyim hər şeyi etmədiyim təqdirdə klubdan ayrılmaq çox ağır olardı”, deyə Amorim bildirib.

    Amorim 2024-cü il noyabrın 1-də İngiltərənin “Mançester Yunayted” klubunun yeni baş məşqçisi olub. Mütəxəssislə müqavilə 2027-ci ilin yayına qədər nəzərdə tutulub, əlavə bir illik uzatma opsiyası da var.

    39 yaşlı portuqaliyalı mütəxəssis əvvəllər “Sportinq”i və “Braqa”nı çalışdırıb.

    Qeyd edək ki, Amorimin klubdan istefa verməsi barədə əvvəllər xəbər vermişdik.

  • Azərbaycanın U-21 millisinin yeni baş məşqçisi açıqlandı

    21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçi vəzifəsi müvəqqəti olaraq Rəşad Eyyubova həvalə olunub.

    Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

    Fərid Namazov isə köməkçi məşqçi kimi fəaliyyət göstərəcək.

    Bildirilib ki, U-21 əsas millinin ehtiyat bazası hesab olunur. Bu səbəbdən U-21-in məşqçi korpusu əsas millinin baş məşqçisi Ayxan Abbasov və onun köməkçiləri ilə daim sıx iş birliyində çalışacaq.

  • MDB Oyunları: Azərbaycanın güllə atıcısı gümüş medal qazanıb

    Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında atıcılıq yarışları davam edir.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, Gəncə İdman Sarayında təşkil olunan yarışlarda Azərbaycan təmsilçisi Xanna Əliyeva 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada ikinci olub və gümüş medal qazanıb.

    Xatırladaq ki, 13 ölkədən 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

  • “Qarabağ”ın qazancı 55 milyonu keçdi

    “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinə iki qələbə ilə başlayıb.

    Median.Az qafqazinfo-ya istinadla xəbər verir ki, “Benfika”nı 3:2, “Kopenhagen”i 2:0 məğlub edən Ağdam klubu ümumilikdə 4,2 milyon avro (8 milyon 300 min manat) əldə edib.

    UEFA liqa mərhələsində hər qələbə üçün 2,1 milyon avro mükafat ayırır. pizza

    “Qarabağ” liqa mərhələsinə düşdüyünə ümumilikdə 23 milyon 700 min avro (47 milyon 735 min manat) qazanmışdı. Hazırda isə bu məbləğ son iki qələbə ilə birlikdə 27,97 milyon avro (55,8 milyon manat) çatıb.

  • III MDB Oyunları: Azərbaycan millisi bürünc medal qazanıb

    Azərbaycanın qızlardan ibarət şpaqa üzrə milli komandası III MDB Oyunlarında bürünc medal qazanıb.

    Median.Az “Report”a istinadla xəbər verir ki, yığma yarımfinalda Özbəkistan kollektivi ilə üz-üzə gəlib.

    Qarşılaşma rəqibin 45:37 hesablı qələbəsi ilə başa çatıb.

    Beləliklə, Mirnuray Abasova, Aynur Quliyeva, Nəzrin Mehdiyeva və Xədicə Həsənlidən ibarət Azərbaycan komandası bürünc medal qazanıb.

  • Azərbaycan badmintonçuları finalda

    III MDB Oyunları çərçivəsində keçirilən badminton yarışında 1/4 finala adlayan Azərbaycan təmsilçiləri müəyyənləşib.

    Kişilərin fərdi yarışında Əmirxan İmanov tacikistanlı Oqil Qoşimidən üstün olub – 2:0.

    Qadınlarda Viktoriya Kumanyayeva Tacikistandan olan həmkarı Mohira Karimovanı 2:0 hesabı ilə məğlub edib.

    Qadınların qoşa yarışında da Azərbaycan Tacikistanı mübarizədən kənarlaşdırıb. Nəzrin Mehrəlizadə və Viktoriya Kumanyayevadan ibarət komanda Sumayyahon Hasanova və Mohira Karimova cütlüyünü məğlub edib – 2:0.

    Qarışıq qoşa komandaların mübarizəsində Fərəc Kərimli- Aysel Kazımova dueti Qazaxıstandan olan Yerassil Ahmet və Amaliya Ormanovanı 2:0 hesabı ilə məğlub edib.

    Qeyd edək ki, badminton yarışına oktyabrın 5-də yekun vurulacaq.

  • III MDB Oyunları: Azərbaycan gimnastı bürünc medal qazanıb

    Azərbaycan gimnastı Selcan Mahsudova III MDB oyunları çərçivəsində batut gimnastikası üzrə qızların fərdi yarışında bürünc medal qazanıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, idmançı 56.040 xal toplayıb.

    Belaruslu idmançı Lana Lebedeva (57.710 xal) qızıl, rusiyalı Anjela Bladçeva isə (57.660 xal) ikinci olub.

    Qeyd edək ki batut gimnastikasında fərdi yarışlara bu gün yekun vurulacaq.

  • Argentinalı hücumçu ilə İngiltərənin üç klubu maraqlanır

    İtaliya təmsilçisi “Parma”nın hücumçusu Mateo Pelleqrino ilə İngiltərənin “Tottenhem”, “Vest Hem” və “Nottingem Forest” klubları maraqlanır.

    Bu barədə “TuttoSport” məlumat yayıb.

    Bildirilib ki, İtaliya klubu 23 yaşlı argentinalını 2026-cı ilin yayından əvvəl buraxmağa hazırdır.

    Pelleqrino 2025-ci ilin martından “Parma”da çıxış edir. O, 2025/2026 mövsümündə bütün yarışlarda yeddi oyunda beş qol vurub.

  • Nazirlik Azərbaycan idmançılarının yeni reytinq cədvəlini təqdim edib

    Gənclər və İdman Nazirliyi Azərbaycan idmançılarının yeni reytinq cədvəlini təqdim edib.

    Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

    İlk üç pillədə Ülvi Qənizadə, Həsrət Cəfərov (hər ikisi yunan-Roma güləşi) və sərbəst güləşçi Giorgi Meşvildişvili qərarlaşıb. Onların hər üçünun 400 xalı var.

    Növbəti mövqelərdə Osman Nurmaqomedov (sərbəst güləş, 340 xal), Zelim Tçkayev (cüdo, 330 xal), Zelim Kotsoyev (cüdo, 320 xal), Eldəniz Əzizli (yunan-Roma güləşi, 320 xal), Elcan Hacıyev (cüdo, 310 xal), Murad Əhmədiyev (yunan-Roma güləşi, 250 xal), Arseniy Djioyev (sərbəst güləş, 240 xal) qərarlaşıblar.

  • Xankəndi stadionu UEFA-nın 3-cü kateqoriya standartlarına uyğun olacaq

    Xankəndi stadionu UEFA-nın 3-cü kateqoriya standartlarına uyğun olacaq. Burada beynəlxalq əhəmiyyətli oyunlar da keçiriləcək.

    Bunu gənclər və idman naziri Fərid Qayıbov Xankəndidə jurnalistlərə açıqlamasında deyib.

    Nazir bildirib ki, iki il əvvəl dekabrın 21-də Xankəndi stadionunda futbol oyunu keçirilib. Bundan sonra stadionda rekonstruksiya işlərinə başlanılıb. İşlərin gələn ilin yanvar ayında başa çatdırılması nəzərdə tutulur.

    “Ötən il dekabrın 21-də Xankəndidə badminton üzrə Azərbaycan çempionatı da keçirilmişdi. Bu isə ilk beynəlxalq yarışdır. Çox qürurluyuq. Biz iki il ərzində artıq Xankəndidə beynəlxalq yarış keçiririk”, – deyə nazir əlavə edib.