Category: İdman

  • “Qarabağ”ın oyununa 27 500 bilet satılıb

    Bakıda “Qarabağ” və Danimarkanın “Kopenhagen” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununa indiyədək 27 500 bilet satılıb.

    Bu barədə Ağdam klubundan məlumat verilib.

    Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək.

  • Türkiyə idmançıları III MDB Oyunlarında iştirak etmək üçün Azərbaycana gəliblər

    Sentyabrın 26-da Türkiyənin çövkən idman növü üzrə 5 nəfərdən ibarət heyəti Azərbaycanın ev sahibliyi edəcəyi III MDB Oyunlarında iştirak etmək üçün Bakıya gəlib.

    Heydər Əliyev Beynəlxalq Aeroportunda türkiyəli idmançıları III MDB Oyunlarının Təşkilat Komitəsinin nümayəndələri qarşılayıblar.

    III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda olacaq.

  • Bu federasiyaya yeni prezident seçildi

    Bu gün Azərbaycan Əlillər Futbolu Federasiyasının (AƏFF) növbəti hesabat seçki konfransı keçirilib.

    AFFA-dan verilən məlumata görə, ilk olaraq AƏFF prezidenti Elşad İbrahimli 2020-2025-ci illər ərzindəki fəaliyyətləri barədə hesabat verib. Ardından federasiyanın prezidenti vəzifəsinə seçki keçirilib. Elşad İbrahimli yenidən Azərbaycan Əlillər Futbolu Federasiyasının prezidenti seçilib. Bu etimada görə konfrans iştirakçılarına təşəkkürünü bildirən E.İbrahimli növbəti 5 illik fəaliyyəti dövründə əlillər futbolunun inkişafı üçün əlindən gələni edəcəyini deyib.

    Sonda İdarə Heyətinin üzvlüyünə namizədlərlə bağlı səsvermə keçirilib. İlqar Aslanov, Nəbi Nəbiyev, Abas Hüseynov, Günay Məmmədova, Əjdər Abdullayev və Nurəddin Tağıyev federasiyaya üzv seçiliblər.

  • AFFA “Qarabağ”, “Araz-Naxçıvan” və “Sabah” klublarını CƏRİMƏLƏDİ – SƏBƏB

    “Qarabağ”, “Araz-Naxçıvan” və “Sabah” klubları cərimələnib.

    Bu barədə AFFA İntizam Komitəsinin məlumatında qeyd olunub.

    Bildirilib ki, Misli Premyer Liqasının V turunda “Araz-Naxçıvan” – “Qarabağ” oyununun 28-ci dəqiqəsində “Araz-Naxçıvan” komandasının futbolçusu Slavik Alxasov ikinci “sarı”dan qırmızı vərəqə aldığı üçün bir oyun cəzalanıb, “Araz-Naxçıvan” komandası isə 500 manat cərimə edilib.

    Oyununun 60-cı dəqiqəsində “Qarabağ” komandasının azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə isə “Qarabağ” klubu 5000 manat cərimə edilib.

    Bundan əlavə, “Sabah” klubu da 2000 manat cərimələnib. Səbəb V turda keçirilən “Turan Tovuz”la görüş zamanı təcili tibbi yardım avtomobilinin təyin edilmiş vaxtdan gec gəlməsi olub.

  • Üç ölkənin komandaları III MDB Oyunlarında iştirak etmək üçün Bakıya gəlib

    Üç ölkənin komandaları Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi III MDB Oyunlarında iştirak etmək üçün Bakıya gəlib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bunlar Belarusun stolüstü tennis komandası, Özbəkistanın U-15 futbol komandası və Qazaxıstanın aşağı yaş qruplarından ibarət stolüstü tennis yığmasıdır.

    İdmançıları Heydər Əliyev Beynəlxalq Aeroportunda media nümayəndələri qarşılayıbar.

    Qeyd edək ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda olacaq.

  • Daha bir cüdoçumuzun gözləri görürmüş: Avropa çempionatına buraxılmayıb

    Gürcüstanın paytaxtı Tbilisidə 18-21 sentyabr tarixlərində keçirilmiş paracüdo üzrə Avropa çempionatına daha bir idmançımızın buraxılmadığı aşkara çıxıb.

    Median.Az Prosport.Az-a istinadən xəbər verir ki, qismən görmə məhdudiyyətli cüdoçuların yarışmalı olduğu J2 kateqoriyasında güləşməyi hədəfləmiş İlkin Nəsibovun gözlərində heç bir problem olmadığı aydın olub.

    Yarışda kişi idmançılardan İsmayıl Muradov (J1, 70 kq), Əbdülrəhman Rzazadə (J1, 70 kq), Məhəmməd Əkbərov (J2, 70 kq), Saleh Sultanov (J2, 81 kq), Mehman Hüseynov (J1, +95 kq), İlham Zəkiyev (J1, +95 kq), qadınlardan isə Dürsədəf Kərimova (J2, +70 kq) və Xatirə İsmiyeva (J1, +70 kq) mübarizə aparıblar.

    Qeyd edək ki, yarışda yalnız paralimpiya çempionlarımız medal qazana biliblər. Milli Paralimpiya Komitəsinin vitse-prezidenti olan İlham Zəkiyev 9-cu dəfə Avropa çempionu olub, Dürsədəf Kərimova isə gümüş medalla kifayətlənib.

    Xatırladaq ki, daha əvvəl mayda Qazaxıstanın paytaxtı Astanada keçirilmiş dünya çempionatında qadın cüdoçularımızdan paralimpiya çempionu Şəhanə Hacıyevanın gözlərində görmə ilə bağlı problem olmadığı üzə çıxmış və o, yarışa buraxılmamışdı. İdmançımız bununla da ömürlük paracüdo yarışlarından uzaqlaşdırılmışdı.

    Həm Şəhanə Hacıyeva, həm də İlkin Nəsibov Sumqayıtda Fərid Ağakişiyevin tələbələri sayılır.

  • Azərbaycan Kubokunda yeni mövsümün tam təqvimi

    Futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün tam təqvimi açıqlanıb.

    Peşəkar Futbol Liqasından bildirilib ki, birinci təsnifat mərhələsinin qarşılaşmaları oktyabrın 9-10-da keçiriləcək.

    Azərbaycan Kuboku

    1-ci təsnifat mərhələsi

    9-10 oktyabr, 2025-ci il

    1. “Göygöl” – “Şəmkir”

    2. “Sheki City” – “Araz Saatlı”

    3. “Qaradağ Lökbatan” – “Ağdaş”

    4. “Dinamo” – “Kür-Araz”

    5. “Ağstafa Gəncləri” – “Şirvan”

    6. “Quba” – “Xankəndi”

    2-ci təsnifat mərhələsi

    28-29 oktyabr, 2025-ci il

    7. “Səbail” – “Şamaxı”

    8. 1-ci cütün qalibi – “Baku Sportinq”

    9. “Karvan-Yevlax” – 2-ci cütün qalibi

    10. 3-cü cütün qalibi – “İmişli”

    11. “Qəbələ” – “Mingəçevir”

    12. “Cəbrayıl” – “Şəfa”

    13. “Şimal” – “Şahdağ Qusar”

    14. 4-cü cütün qalibi – “Turan Tovuz”

    15. “Kəpəz” – 5-ci cütün qalibi

    16. 6-cı cütün qalibi – “Difai”

    17. “Zaqatala” – “Sumqayıt”

    18. “Neftçi” – MOİK

    1/8 final

    2-3 dekabr, 2025-ci il

    19. 7-ci cütün qalibi – 8-ci cütün qalibi

    20. “Qarabağ” – 9-cu cütün qalibi

    21. 10-cu cütün qalibi – “Sabah”

    22. 11-ci cütün qalibi – 12-ci cütün qalibi

    23. 13-cü cütün qalibi – 14-cü cütün qalibi

    24. “Araz-Naxçıvan” – 15-ci cütün qalibi

    25. 16-cı cütün qalibi – 17-ci cütün qalibi

    26. “Zirə” – 18-ci cütün qalibi

    1/4 final, ilk oyunlar

    3-4 fevral, 2026-cı il

    27. 19-cu cütün qalibi – 20-ci cütün qalibi

    28. 21-ci cütün qalibi – 22-ci cütün qalibi

    29. 23-cü cütün qalibi – 24-cü cütün qalibi

    30. 25-ci cütün qalibi – 26-cı cütün qalibi

    Cavab oyunları

    3-4 mart, 2026-cı il

    31. 20-ci cütün qalibi – 19-cu cütün qalibi

    32. 22-ci cütün qalibi – 21-ci cütün qalibi

    33. 24-cü cütün qalibi – 23-cü cütün qalibi

    34. 26-cı cütün qalibi – 25-ci cütün qalibi

    1/2 final, ilk oyunlar

    2 aprel, 2026-cı il

    35. 27/31-ci cütün qalibi – 28/32-ci cütün qalibi

    36. 29/33-cü cütün qalibi – 30/34-cü cütün qalibi

    Cavab oyunları

    22 aprel, 2026-cı il

    37. 28/32-ci cütün qalibi – 27/31-ci cütün qalibi

    38. 30/34-cü cütün qalibi – 29/33-cü cütün qalibi

    Final

    13 may, 2026-cı il

    39. 35/37-ci cütün qalibi – 36/38-ci cütün qalibi.

  • Azərbaycan paraüzgüçüsü Sinqapurda bürünc medal qazanıb

    Azərbaycan paraüzgüçüsü Raman Salei (S12 kateqoriyası) Sinqapurda keçirilən dünya çempionatının ikinci günündə bürünc medal qazanıb.

    Bu barədə “Report”a Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən bildirilib.

    İdmançı 100 metr məsafəyə “butterfly” (kəpənək) üsulunda 58.17 nəticə ilə üçüncü yeri tutub.

    Qeyd edək ki, R.Salei yarışın ilk günündə 100 metr məsafəyə arxasıüstə üzmə üsulunda 1:01.58 nəticə ilə qızıl medal qazanmışdı.

  • İlham Zəkiyev 9-cu dəfə Avropa çempionu oldu

    Azərbaycan paracüdoçusu İlham Zəkiyev doqquzuncu dəfə Avropa çempionu olub.

    O, (J1, +95 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən turnirin 1/4 finalında moldovalı Oleq Kretulu, yarımfinalda türkiyəli Gökhan Biceri, həlledici görüşdə isə moldovalı İon Basoku ipponla məğlub edərək karyerasında 9-cu dəfə Avropa çempionu olub.

  • Azərbaycan Qran-prisində “Formula-1” rekordu qeydə alınıb

    Bakıda keçirilən “Formula-1” üzrə Azərbaycan Qran-prisinin təsnifat mərhələsində çempionatın rekordu müəyyənləşib.

    Tarixdə ilk dəfə sıralama sessiyası altı dəfə qırmızı bayraqlarla dayandırılıb.

    Qırmızı bayraqlar Aleks Albon, Niko Hülkenberq, Franko Kolapinto, Oliver Berman, Şarl Lekler və Oskar Piastrinin iştirak etdiyi ardıcıl qəzalardan sonra görünüb.

    Xatırladaq ki, dördqat dünya çempionu, “Red Bull” komandasının pilotu Maks Ferstappen Bakıda təsnifat mərhələsinin qalibi olub.