Category: İdman

  • Azərbaycan Olimpiadada ikinci qızıl medalını qazandı – YENİLƏNİB

    65 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz Turan Bayramov Argentinanın paytaxtı Buenos Ayresdə keçirilən Yeniyetmələrin III Olimpiya Oyunlarının qızıl medalını qazanıb.

    İdmançımız finalda iranlı Məhəmməd Baqi Kərimiseyfabada 6:1 hesabı ilə qalib gəlib və Olimpiya çempionu olub.

    Qeyd edək ki, daha əvvəl cüdoçu Vüqar Talıbov qızıl, ağırlıqqaldıran Tərmenxan Babayev gümüş və taekvondoçu Cavad Ağayevlə güləşçi Şahanə Nəzərova bürünc medal qazanıb.

    * * * * *

    Argetinanın paytaxtı Buenos Ayresdə təşkil olunan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında güləş yarışlarına bu gün yekun vurulur.

    Sərbəst güləşçimiz Turan Bayramov (65 kq) mübarizəyə A qrupunda start verib.

    Dünya və Avropa çempionu ilk görüşdə Yeni Zelandiya təmsilçisini elə ilk hissədə çətinlik çəkmədən məğlub edib. Bayramov Pakistan güləşçisinə də rahat qalib gəlib və A qrupunda I yeri tutub.

    Beləliklə, Turan Olimpiadanın finalına vəsiqə qazanıb.

    Həmyerlimiz finalda B qrupunun qalibi olan iranlı pəhləvanla qarşılaşacaq. Bu görüş 00.40-da start götürəcək.

    Qeyd edək ki, idmançımızın finala çıxması o deməkdir ki, Azərbaycan ən azı gümüş medalı özü üçün təmin edib.

  • Azərbaycanlı futbolçu himnimizi səhv oxudu – Hamı onu tənqid etdi (VİDEO)

    UEFA Millətlər Liqasının 3-cü tur çərçivəsində baş tutan Farer adaları – Azərbaycan matçında yığmamızın yarımmüdafiəçisi Araz Abdullayevin himni səhv oxuması etirazla qarşılanıb.

    Komandamızın “7” nömrəssi “Səndən ötrü qan tökməyə cümlə qadiriz” yerinə “Səndən ötrü qan verməyə cümlə qadiriz” deməklə azarkeşlərin sərt tənqidlərinə tuş gəlib.

    Həmin görüntüləri təqdim edirik:
    //qafqazinfo

  • Konor və Həbib UFC-dən diskvalifikasiya edildi

    Nevada ştatının atletika komissiyası müvəqqəti olaraq rusiyalı Həbib Nurməhəmmədovu və irlandiyalı Konor Makqreqoru diskvalifikasiya edib.

    Median.Az “Life” portalına istinadla xəbər verir ki, diskvalifikasiya oktyabrın 15-dən 24-dək davam edəcək və daha sonra komissiya döyüşçülərə qarşı sanksiyalar qərarı verəcək.

    Komissiya Nurməhəmmədov və Makqreqor arasında Las-Veqasda baş tutan görüşdən sonrakı insidentlə bağlı müzakirələr aparıb.

    Bundan əvvəl Nurməhəmmədov “Instagram” hesabında UFC-nin yalnız onun komandasına qarşı sanksiyalar tətbiq etməsindən qəzəbləndiyini bildirib.

  • Nurməhəmmədov və Makqreqor UFC-də rekord qırdı

    UFC 229 turniri çərçivəsində rusiyalı Həbib Nurməhəmmədov və irlandiyalı Konor Makqreqor arasındakı döyüş ABŞ ərazisində yayımlanma rekordu qırıb.

    Bununla bağlı “MMA Fighting” məlumat yayıb.

    Mütləq Döyüş Çempionatı 2,4 milyon pullu yayım satıb. Bunlardan ən ucuzunun qiyməti 90 dollardır. UFC-nin yayımdan qazancı hələlik hesablanmayıb.

    Bundan əvvəlki rekord Makqreqor ilə Neyt Dias arasında 2016-cı ildə keçirilən görüş zamanı müəyyən olunmuşdu. O zaman təşkilatçılar 1,5 milyon yayım həyata keçirmişdi.

    Turnir oktyabrın 7-də Las-Veqasda keçirilib. Nurməhəmmədov döyüşün 4-cü raundunda Makqreqora qalib gəlib.

  • Olimpiadada Azərbaycan daha bir qızıl medal qazandı

    Argentinanın paytaxtı Buenos Ayresdə keçirilən Yeniyetmələrin III Olimpiya Oyunlarında Azərbaycan daha bir qızıl medal qazanıb.

    Qrup üzrə lent yarışlarında bədii gimnastımız Yelizaveta Luzan I yeri tutub.

    Qeyd edək ki, bundan əvvəl cüdoda Vüqar Talıbov qızıl və taekvondoda Cavad Ağayev bürünc medal qazanmışdı.

  • Boksçumuz Avropa çempionatına erməni üzərində qələbə ilə başladı

    Rusiyanın Anapa şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyinə start verilib.

    31 ölkənin qatıldığı yarışın ilk günündə millimizin iki üzvü rinqə çıxıb.

    Boksçularımızdan Əli Zamanov (48 kq) Hayk Alaberkyanla (Ermənistan) üz-üzə gəlib. Döyüş təmsilçimizin aşkar üstünlüyü ilə keçib. Rəqibinə heç bir şans verməyən Zamanov ermənini 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib.

    İdmançımız 1/8 finalda Rusiyanı təmsil edən Eduard Voskanyanla qarşılaşacaq. Görüş bu gün baş tutacaq.

    Zamanovdan fərqli olaraq, Zeynəb Rəhimovanın debütü uğurlu alınmayıb. 57 kq çəki dərəcəsində qüvvəsini sınayan həmyerlimiz ingiltərəli Saca Hikiyə 0:5 hesabı ilə məğlub olub.

    Yarışın ikinci günündə Əli Zamanovla yanaşı, daha beş boksçumuz qüvvəsini sınayacaq. Əzrək Bəbirov (54 kq) çexiyalı Dominik Stepaneklə, Turğay Mirzəyev (57 kq) serbiyalı Branko Zeremskiylə, Eldar Babayev (60 kq) belaruslu Yan Krukovskiylə, Elmir Novruzov (63 kq) şotlandiyalı Cey Delani ilə və Mehman Quliyev (70 kq) monteneqrolu Miloş Krasniçi ilə döyüşəcək.

    Qeyd edək ki, Avropa birinciliyinə oktyabrın 16-da yekun vurulacaq.

  • Makqreqora döyüşə çıxmaq qadağan olundu

    Həkimlər Konor Makqreqora yaxın bir ay ərzində döyüşlərdə iştirak etməyə qadağa qoyublar.

    Median.Az Daily Mail nəşrinə istinadən xəbər verir ki, buna səbəb Konorun rusiyalı idmançı Həbib Nurməhəmmədovla döyüşdən sonra səhhətində yaranmış problemlərdir.

    Bildirilir ki, Həbiblə döyüşdə aldığı zədələr irlandiyalı idmançıya nəyinki yaxın bir ay ərzində döyüşlərdə iştirak etməyə, hətta təmaslı məşqlərə qatılmağa imkan vermir.

  • Rüfət Dadaşov milliyə çağırıldı: Heç bir oyunçunu tanımıram

    Məlum olduğu kimi, Almaniyanın “Proyssen” klubunda çıxış edən futbolçu Rüfət Dadaşov millimizin UEFA Millətlər Liqasında keçirəcəyi Farer adaları və Malta ilə oyunlarına dəvət olunub.

    Dadaşov Bakıda olarkən Almaniyanın məşhur “Bild” nəşrinə müsahibə verib.

    O, uzun müddətdən sonra milliyə dəvət olunması haqda bunları bildirib:

    “Yenidən vətənim üçün oynamaq xəyalım idi. Düzünü desəm, belə erkən dəvəti gözləmirdim. Buna görə “Proyssen”ə və məşqçilər korpusuna minnətdarlığımı bildirirəm. Millidə oynayacağıma ümid edirəm. Lakin mövqeyimdə rəqabətin hansı səviyyədə olduğunu bilmirəm. Uzun müddətdir ki, milliyə çağırılmadığım üçün digər oyunçuların çoxundan xəbərim yoxdur”.

    Rüfət Dadaşov onu da bildirib ki, millimizin Almaniyada çıxış edən digər futbolçusu Dmitri Nəzərovla yaxın dostdur:

    “Dmitri Bakıya mənimlə birlikdə gəldi. Biz yaxın dostuq. Eyni zamanda, millidə eyni otaqda qalırıq. Bakıya gələndə qohumlarım məni ziyarət etdi, onlarla söhbətləşmək imkanım oldu. Hər kəsi yenidən görmək çox gözəl idi”.

    Oktyabrın 11-də Farer adaları, 14-də isə Malta ilə qarşılaşmalar barədə isə hücumçumuz bunları deyib:

    “Bizim hər iki görüşdə qalib gəlmək şansımız var. Bundan yararlanmaq üçün əlimizdən gələni edəcəyik”.

    Qeyd edək ki, Rüfət Dadaşov altı qolla Almaniya 3-cü Liqasının bombardiridir.//oxu.az

  • Həbib Nurməhəmmədovun cəzası açıqlandı

    ABŞ-ın Nevada ştatının Atletika komissiyası UFC 229 turnirində irlandiyalı idmançı Konor Makqreqor üzərində qələbə qazanan rusiyalı Həbib Nurməhəmmədovun qazandığı mükafatı özündə saxlayır.

    Bu fikirləri UFC-nin rəhbəri Deyna Uayt məlumat verib.

    “Onlar pulu müsadirə ediblər və mükafatın Həbibə verilməməsini düşünürlər. O, bütün məbləği götürə bilməyəcək. Həbib çempionluq kəmərini saxlayacaq, ancaq diskvalifikasiya ediləcək. Çox güman ki, bu 4-6 ay müddətlik olacaq”, – Uayt bildirib.

    Makqreqor üzərindəki qələbədən sonra Nurməhəmmədov iki milyon dollar və yayımın satışından hissə qazanmalı idi.

  • Həbibi Dağıstanda minlərlə insan qarşıladı – VİDEO

    Dağıstanda idmançı Həbib Nurməhəmmədovu 15 minədək insan qarşılayıb.

    Median.Az “Sport-Ekspress”ə istinadən xəbər verir ki, Kaspiysk şəhərinin “Anji-Arena” stadionunda keçirilən mərasim zamanı fanatlar gözlənilmədən meydançaya doğru qaçmağa başlayıblar.

    Lakin idmançının atası Abdulmanap Nurməhəmmədovun çağırışı onların əksəriyyətini geri tribunaya qayıtmağa vadar edib.

    Həbib isə çıxışı zamanı Konor Makqreqorla döyüş barədə fikirlərini açıqlayıb.

    “Hər gün Tanrıdan istəyim o idi ki, zədələr olmasın. Bu axmağı susdurmaq, yani onun xalqı ilə xalqımız arasındakı fərqi göstərmək istəyirdim. Bizi heç nə sındıra bilməz, xalqımızın böyük tarixi var”, – deyə o vurğulayıb.