Category: İdman

  • Paşinyana “like” qoyan Azərbaycan futbolçusu üzr istədi – FOTO

    Azərbaycanın futbol üzrə gənclərdən ibarət yığma komandasının üzvü Renat Dadaşov Ermənistan baş naziri Nikol Paşinyanın fotosuna qoyduğu “like”dan danışıb.

    Median.Az Azerisport.com-a istinadla xəbər verir ki, foto Almaniyada yaşayan erməni reper Levo tərəfindən “Instagram”da paylaşılıb.

    Daha sonra Dadaşov “like”nı silib.

    “Mən Levo ilə bir məktəbdə oxumuşam. Mən onun kim olduğunu bilmirdim. Nə etdiyimi bilmədim. Bizim məktəbdə almanlarla yanaşı, türklər, ermənilər, ruslar və digər millətlərdən olan insanlar oxuyurdu. Bizim ortaq dostlarımız vardı. Bu foto mayda yerləşdirilib. Mən bu gün gördüm ki, “like” qoymuşam.

    Bunu etməməli idim. Bu münaqişənin tarixini yaxşı bilirəm və bunu başa düşürəm”, – Dadaşov bildirib.

    Bu məsələnin onun millidəki çıxışına təsirindən qorxub-qorxmadığı ilə bağlı suala cavab verən futbolçu qeyd edib ki, etdiyi əməldən çox peşmandır:

    “Təkrar edirəm ki, bu təsadüfən olub və mən çox peşmanam. Mən azərbaycanlıyam və bununla fəxr edirəm”.

  • FIDE-də yeni prezident seçildi

    Rusiya baş nazirinin sabiq birinci müavini Arkadi Dvorkoviç Beynəlxalq Şahmat Fedrasiyasının (FIDE) prezidenti seçilib.

    Bu barədə təşkilatın üzvlərinin Batumidə keçirdiyi səsverməsində məlum olub.

    FIDE prezidenti vəzifəsinə həmçinin yunanıstanlı Georgios Makropulos da namizəd idi.

    Nəticədə Dvorkoviç 103 səs, Makropulos isə 78 səs toplayıb. Bir səs neytral olub.

  • Şahmatçılarımız üçün məğlubiyyəti sığortalamaq şansı

    Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında IX tur keçiriləcək.

    Dünən ABŞ üzərində ilk məğlubiyyətini almaqla, liderliyini itirən kişi millimiz bu gün dünya reytinqində III sırada olan Çinlə qarşılaşacaq.

    Dünya reytinqində IV sırada olan millimiz və Çin hazırda Olimpiadanın turnir cədvəlində 13 xala malikdir. Lakin əlavə göstəricilərə görə millimiz III, Çin isə VI yerdədir. Komandamız liderlər qrupundan qopmamaq üçün bu görüşdə qələbə qazanmalıdır.

    Şəhriyar Məmmədyarov (ağ) – Liren Dinq

    Teymur Rəcəbov (qara) – Yanqyi Yu

    Arkadi Naydiç (ağ) – Yi Vey

    Eltac Səfərli (qara) – Şianqji Bu

    Qadın millimiz də bu tur ciddi sınağa çıxacaq. 13 xalla V sırada olan yığmamız dünya reytinqində və hazırkı Olimpiadanın turnir cədvəlində II pillədə olan Ukrayna ilə qarşılaşacaq.

    Günay Məmmədzadə (ağ) – Anna Muzıçuk

    Xanım Balacayeva (qara) – Mariya Muzıçuk

    Gülnar Məmmədova (ağ) – Anna Uşenina

    Ülviyyə Fətəliyeva (qara) – Yuliya Osmak

    Qeyd edək ki, Şahmat Olimpiadası 11 turdan ibarətdir.//oxu.az

  • Fazil Məmmədov istefa verdi

    Fazil Məmmədov Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti vəzifəsindən ayrılıb.

    Oxu.az-a federasiyadan verilən xəbərə görə, F.Məmmədov səhhəti ilə əlaqədar olaraq may ayında istefa ərizəsi yazıb. Ancaq onun ərizəsi yaxın günlərdə qəbul edilib.

    Prezident əvəzi isə I vitse-prezident vəzifəsində çalışan Namiq Əliyevdir.

    Qeyd edək ki, sabiq vergilər naziri olan Fazil Məmmədov 2007-ci ildən Azərbaycan Güləş Federasiyasının prezidenti idi. O, həm də Azərbaycan Otüstü Hokkey və Azərbaycan Velosiped İdmanı federasiyalarına rəhbərlik edir.

  • “Qarabağ” azarkeşlərinə – ŞAD XƏBƏR

    “Qarabağ”ın UEFA Avropa Liqasının II turunda İngiltərənin “Arsenal” komandası ilə keçirəcəyi oyuna şəxsi avtomobilləri ilə gələnlər Bakı Olimpiya Stadionunun ictimai dayanacağından yararlana biləcəklər.

    BOS-un mətbuat xidmətindən verilən məlumata görə, nəzərdə tutulan yerlər dolduqdan sonra digər avtomobillərin girişinə icazə verilməyəcək. Böyükşor bulvarı boyunca “Dayanma və Durma” nişanının təsiri olan ərazilərdə avtomobil saxlamaq qəti qadağandır.

    Oyuna gələrkən şəxsiyyət vəsiqəsi tələb olunmur, yalnız bilet lazımdır. Biletləri iTicket.az saytından və kassalardan əldə etmək mümkündür. Onlayn alınan biletlər “iTicket”in kassalarında real biletə dəyişdirilməlidir.

    Təhlükəsizlik məsələləri ilə əlaqədar olaraq stadiona kənar qida və suların keçirilməsi qadağandır.

    Stadionun qapıları oyun günü, başlama vaxtından üç saat öncə – 17:55-də açılacaq.

    Qeyd edək ki, oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Arsenal” matçı saat 20:55-də start götürəcək.

  • Çempionlar Liqasında günün matçları – SİYAHI

    UEFA Çempionlar Liqasında bu gün qrup mərhələsinin II tur oyunlarına start veriləcək.

    Günün maraq kəsb edən oyunu “Mançester Yunayted” – “Valensiya” matçıdır.

    E qrupu

    23:00 AEK (Yunanıstan) – “Benfika” (Portuqaliya)

    23:00 “Bayern” (Almaniya) – “Ayaks” (Hollandiya)

    F qrupu

    20:55 “Hofenhaym” (Almaniya) – “Mançester Siti” (İngiltərə)

    23:00 “Lion” (Fransa) – “Şaxtyor” (Ukrayna)

    G qrupu

    23:00 MOİK (Rusiya) – “Real” (İspaniya)

    23:00 “Roma” (İtaliya) – “Viktoria” (Çexiya)

    H qrupu

    20:55 “Yuventus” (İtaliya) – “Yanq Boyz” (İsveçrə)

    23:00 “Mançester Yunayted” (İngiltərə) – “Valensiya” (İspaniya)

    //oxu.az

  • Kişi şahmatçılarımızın dünya reytinqindəki yeri açıqlandı

    Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Beynəlxalq Şahmat Federasiyasının (FIDE) reytinq cədvəlində yenə III yerdədir.

    FIDE bu gün üçün yeni reytinq cədvəlini dərc edib.

    Şəhriyar Məmmədyarovun bu siyahıda bir ay əvvəlki yeri dəyişməyib.

    Dünyanın ən güclü şahmatçılarının siyahısında I yerdə yenə norveçli dünya çempionu Maqnus Karlsendir (2839), II yerdə isə amerikalı Fabiano Karuanadır (2827).

    Bizim digər şahmatçımız Teymur Rəcəbov (2751) siyahıda sentyabr ayındakı vəziyyəti ilə müqayisədə bir pillə aşağı enərək 18-ci yerdə qərarlaşıb. Arkadi Naydiç (2721) 29-cu, Rauf Məmmədov (2699) 46-cı, Eltac Səfərli (2676) 67-ci, Qədir Hüseynov (2667) 74-cü yerdədir.

  • “Qarabağ” – “Arsenal” matçının hakimləri bəlli oldu

    “Qarabağ”ın “Arsenal” ilə Bakıda keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin II tur matçı üçün təyinatlar açıqlanıb.

    Oktyabrın 4-də keçiriləcək qarşılaşma İtaliyadan olan hakimlər briqadasına həvalə olunub.

    Matçın baş hakimi Davide Massa, yan xətt hakimləri Filippo Meli və Alessandro Kostantso olacaqlar.

    Daniele Doveri ilə Mixael Fabri əlavə köməkçi, Fabiano Preti isə 4-cü hakim olacaq.

    Qeyd edək ki, görüş Bakı Olimpiya Stadionunda yerli vaxtla saat 20:55-də başlayacaq.

  • Azərbaycanda ilk dəfə bu ölkədən futbolçu oynayacaq – FOTO

    “Keşlə” klubu heyətinə yeni futbolçu cəlb edib.

    Paytaxt təmsilçisi Diallo Quidileylə cari mövsümün sonuna qədər müqavilə bağlayıb.

    29 yaşlı dayaq yarımmüdafiəçisi Mavritaniya yığmasının üzvüdür.

    “Keşlə”yə azad agent kimi keçən futbolçunun son iş yeri Türkiyənin “Gənclərbirliyi” klubu olub. Fransa vətəndaşlığı da olan və Fransanın 20 yaşadək millisində çıxış etmiş Diallo Quidiley karyerası ərzində bu ölkənin “Trua”, “Brest”, “Şatoru”, “Nansi” klublarında, eləcə də, Kiprin AEL komandasında çıxış edib.


    Qeyd edək ki, indiyədək Azərbaycan Premyer Liqasında Afrikanın ərəbdilli ölkələrindən olan Mavritaniyadan futbolçu çıxış etməyib.
    //oxu.az

  • Güləşçilərimiz beynəlxalq turnirdə 28 medal qazandı – FOTO

    Əməkdar bədən tərbiyəsi və idman xadimi Oleq Krapivinin şərəfinə 2004-2005-ci il təvəllüdlü yeniyetmələr arasında keçirilən sərbəst güləş üzrə VI açıq Respublika turniri başa çatıb.

    Sentyabrın 29-30-da Şamaxı Olimpiya İdman Kompleksində təşkil olunan ənənəvi yarışda yeddi ölkədən – Azərbaycan, Rusiya, İran, Qazaxıstan, Qırğızıstan, Gürcüstan və Ukraynadan ümumilikdə 300-ə yaxın güləşçi qələbə uğrunda mübarizə aparıb.

    Qeyd edək ki, güləşçilərimiz beynəlxalq turnirdə üç qızıl, doqquz gümüş və 16 bürünc medal qazanıb.