Category: İdman

  • Zidanın “Real”dan getməsinin səbəbi açıqlandı

    Zinəddin Zidanın “Real”ı tərk etməsinin səbəbi məlum olub.

    Madrid klubunun sabiq baş məşqçisinin agenti Alan Milyaçço Zidanın qərarının səbəbini açıqlayıb.

    “Real”dan gedərkən Zidan emosional baxımdan tükənmişdi. O bir il futbolsuz qalmaq qərarına gəldi və hələlik planlarını dəyişmək niyyətində deyil”, – deyə o vurğulayıb.

  • Həbibin Konoru döyərkən nə dediyi üzə çıxıb – VİDEO

    Rusiyalı Həbib Nurməhəmmədovun Konor Makqreqorla döyüşü zamanı ona nə dediyinə aydınlıq gəlib.

    Dağıstanlı döyüşçü ikinci raundda irlandiyalını vurarkən “Gəl, indi danışaq” deyib.

    O, bunu Makqreqorun mətbuat konfransında işlətdiyi “tikəsini hissələrə ayırana kimi döyəcəyəm” ifadəsinə qarşılıq olaraq deyib. Lakin Makqreqor döyüş zamanı Həbibin sözlərinə heç bir cavab verməyib.

  • Həbib Nurməhəmmədova sponsorluq edən azərbaycanlı biznesmen kimdir? – FOTO

    Ötən gün ABŞ-ın Las-Veqas şəhərində keçirilən UFC turniri üzrə yüngül çəkidə çempion titulunu qazanan Həbib Nurməhəmmədovun baş sponsorunun kimliyi bilinib.

    Yenicag.ru-nun məlumatına görə, sözügedən döyüşdə irlandiyalı Konor Makqreqora qalib gələn Həbib Nurməhəmmədovun baş sponsoru Rusiyada yaşayan azərbaycanlı milyarder, Sankt-Peterburq vilayəti üzrə Azərbaycan Milli-Mədəni Muxtariyyatı İdarə Heyəti Şurasının sədri Vaqif Məmişovdur.

    Qeyd edilir ki, Məmişovun özü əvvəllər idmanla məşğul olub və hazırda müxtəlif idman klublarını, həmçinin perspektivli idmançıları maliyyələşdirir. Məmişov dəfələrlə titullu döyüşçülərin, o cümlədən Zabit Səmədov, Yemelyanenko və digərlərinin iştirakı ilə miqyaslı turnirlər təşkil edib.

    Məmişova yaxın çevrələrin bildirdiyinə görə, oliqarxın şirkəti Nurməhəmmədovun məşq etdiyi idman klubuna maliyyə yardımı göstərib. Eyni zamanda, oliqarx Rusiyada və başqa ölkələrdə Həbibin döyüşlərinin təşkilinə maddi dəstək verib.

    Nurməhəmmədov paylaşdığı fotoşəkillərin birində üzərində MAMISHEV yazılmış futbolka geyinib. Məmişovun dostları isə bildirirlər ki, oliqarx özünün sponsorluq və xeyriyyəçilik fəaliyyətinin işıqlandırılmasını istəmir. O, bu işləri şöhrət yox, idmana yönəlik marağına görə edir.

    Bioqrafiq arayış

    Əslən Gürcüstandan olan Vaqif Məmişov hərbi xidmət keçdiyi və təhsil aldığı Leninqrada 1983-cü ildə gəlib. Təhsilini bitirdikdən sonra 15 il Leninqrad Mexanika Zavodunda işləyib.

    Məmişov 1990-cı illərin əvvəllərində yenidən qurulan “Avtoarmatura” ASC Direktorlar Şurasının sədri olub.

    1990-cı illərin sonlarında qardaşları Vasif və Asiflə birlikdə “Konrad” Şirkətlər Qrupunu yaradan Məmişov özünün bütün aktivlərini ora keçirib. O, Rusiyanın şimal paytaxtında azərbaycanlıların böyük diaspora təşkilatını qurub və hazırda onun rəhbəridir.

  • Həbib tərəfindən döyülən məşqçi erməni imiş – VİDEO

    UFC kəmər sahibi Konor Makqreqorun məşqçisi, Braziliya cui-citsusu üzrə dünya çempionu Dilon Denis ermənidir.

    Median.Az “Rusarminfo”ya istinadla xəbər verir ki, Danis 1993-cü il avqustun 22-də Nyu Cersidə anadan olub.

    2016-cı ildən Makqreqorun məşq komandasına rəhbərlik edir.

    “Çoxları bilmir, ancaq mən erməniyəm. Mən fəxr edirəm ki, bu ölkəni təmsil edirəm”, – Denis hələ 2016-cı ildə deyib.

  • Nurməhəmmədovun atası oğlunu cəzalandıracağına söz verdi

    Rusiyalı döyüşçü Həbib Nurməhəmmədovun atası və məşqçisi Əbdülmanap döyüşdən sonrakı davaya görə oğluna qarşı sərt tədbirlər görəcəyini bəyan edib.

    O, bu barədə Rusiya telekanalına açıqlamasında deyib.

    “Oktaqonda nə istəyirsən, edirsən. Ondan kənarda isə uşaqlar, qadınlar və kənar şəxslər var. Mənim komandam həmişə nizam-intizamı ilə seçilib. Buna görə Həbibə qarşı sanksiyalar UFC tərəfindən tətbiq olunanlardan daha sərt olacaq”, – Nurməhəmmədovun atası deyib.

    O əlavə edib ki, baş verənlərə görə birbaşa məsuliyyət daşıyır.

    Xatırladaq ki, UFC 229 turnirində Makqreqor üzərindəki qələbədən sonra Nurməhəmmədov onu təhqir edən irlandiyalı Dillon Denisə hücum edərək kütləvi davaya səbəb olub.

    Qeyd edək ki, Həbib Nurməhəmmədov peşəkar karyerasında 27 döyüşün hamısında qələbə qazanıb. O, ilk dəfə yüngül çəki dərəcəsində çempion titulunu qoruyub.

    UFC prezidenti Deyn Uayt bəyan edib ki, rusiyalı idmançı kəmərindən məhrum edilə bilər.

  • Almaniya çempionatının bombardiri futbol millimizə çağırıldı – RƏSMİ

    Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı növbəti iki oyun üçün heyəti açıqlanıb.

    Baş məşqçi Qurban Qurbanov 23 oyunçuya dəvət göndərib.

    Həmin futbolçular oktyabrın 11-də səfərdə Farer adaları, 14-də isə Bakı Olimpiya Stadionunda Malta ilə qarşılaşmada baş məşqçinin ixtiyarında olacaq.

    Almaniya 3-cü Liqasının altı qolla bombardiri olan Rüfət Dadaşov (Renat Dadaşovun böyük qardaşı – S.M.) ilk dəfə Qurbanovun çalışdırdığı yığmaya çağırılıb. O əvvəllər yığmamızda 16 oyun keçirib və dörd qola imza atıb.

    Qapıçılar: Kamran Ağayev (“Keşlə”), Səlahət Ağayev (“Neftçi”), Şahruddin Məhəmmədəliyev (“Qarabağ”);

    Müdafiəçilər: Maksim Medvedev, Bədəvi Hüseynov, Rahil Məmmədov (hər üçü “Qarabağ”), Məhəmməd Mirzəbəyov (“Neftçi”), Təmkin Xəlilzadə, Urfan Abbasov (hər ikisi “Qəbələ”), Bəxtiyar Həsənalızadə (“Sumqayıt”), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna);

    Yarımmüdafiəçilər: Qara Qarayev, Araz Abdullayev (hər ikisi “Qarabağ”), Emin Mahmudov, Namiq Ələsgərov (hər ikisi “Neftçi”), Rahid Əmirquliyev (“Səbail”), Cavid İmamverdiyev (“Sabah”), Riçard Almeyda (“Astana”, Qazaxıstan), Dmitri Nəzərov (“Ertsqebirqe”, Almaniya);

    Hücumçular: Mahir Mədətov (“Qarabağ”), Ramil Şeydayev (“Krılya Sovetov”, Rusiya), Rüfət Dadaşov (“Proyssen”, Almaniya), Ruslan Qurbanov (“Səbail”).//oxu.az

  • Nurməhəmmədov – Makqreqor döyüşünə necə baxaq?

    Bütün dünyanın diqqət mərkəzi sabah ABŞ-ın Las Veqas şəhərində olacaq.

    Yüngül çəkidə rusiyalı məğlubedilməz UFC çempionu Həbib Nurməhəmmədovla Konor Makqreqor ən güclünün kim olduğunu müəyyənləşdirməyə çalışacaq.

    Bəs görəsən, bu görüşü ölkəmizdə necə izləmək olacaq? Görüşü Azərbaycan telekanallarından “CBC Sport” yayımlayacaq. UFC görüşlərinin yayım hüqüquna malik olan kanal sabah 05:58-dən etibarən yayıma başlayacaq.

    Bundan başqa, qonşu ölkələrdən Rusiyanın “Matç! Boyets” və Türkiyənin “S Sport+” telekanalları da bu döyüşü göstərəcək.

    Bu görüşün ilkin olaraq Bakı vaxtı ilə 08:30-da başlayacağı gözlənilir. Lakin digər dörd görüş daha erkən başa çatarsa, bu döyüş daha erkən başlaya bilər.

    Qeyd edək ki, bu görüşdən əvvəl qadınlarda Mişel Vatersonla Felis Heriq, ağır çəkidə Derik Luislə rusiyalı Aleksandr Volkov, yarımağır çəkidə Haiti mənşəli Ovins Sent Prö ilə Dominik Reyes və yüngül çəkidə Toni Ferqyusonla Antoni Petis qarşılaşacaq.//oxu.az

  • Nurməhəmmədovla Makqreqorun fanatları dalaşdı – VİDEO

    Həbib Nurməhəmmədovla Konor Makqreqorun çəkiölçmə mərasimində idmançıların azarkeşləri arasında dava düşüb.

    Davada sevgililərini müdafiə edən qızlar da iştirak edib.

    Dava Makqreqor azarkeşinin döyülməsi ilə nəticələnib. Təhlükəsizlik qüvvələri isə hadisə yerinə gələrək dalaşanları zaldan kənarlaşdırıb.

    Qeyd edək ki, bu görüş Bakı vaxtı ilə sabah saat 06:00-da başlayacaq.

  • “Qarabağ” – “Arsenal” oyunundan sonra xaos – VİDEO

    “Qarabağ” – “Arsenal” oyunundan sonra azarkeşlərin stadionu tərk etməsində problem yaşanıb.

    Görüşün keçirildiyi Bakı Olimpiya Stadionunu tərk etmək istəyən azarkeşlər məcburiyyətdən körpüyə dırmaşmalı olub.

    Qeyd edək ki, “Qarabağ” – “Arsenal” oyununa 70 minlik tamaşaçı tutumuna malik stadiona 65 mindən çox bilet satılmışdı.

    Azarkeşlər stadiona giriş və çıxışda çətinliklərlə üzləşiblər.//oxu.az

  • Bakıda Özilin forması üstündə dava düşdü – VİDEO

    Ötən gün Bakıda baş tutan “Qarabağ” – “Arsenal” matçından sonra xoşagəlməz insident baş verib.

    Oyundan qurtardıqdan sonra London təmsilçisinin türk əsilli futbolçusu Məsut Özil formasını tribunalardakı azarkeşlərə atıb.

    Lakin azarkeşlər Özilin formasını bölüşdürə bilməyiblər və onlar arasında dava düşüb.

    Xatırladaq ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma “Arsenal”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

    Qonaq komandanın heyətində Sokratis Papastatopulos, Emil Smit-Rouv və Matteo Guendouzi müvafiq olaraq 4, 53 və 80-ci dəqiqələrdə fərqləniblər.

    İki turdan sonra E qrupuna birinci və ikinci yerləri altı xalla “Arsenal” və “Sportinq” bölüşdürürlər.

    “Qarabağ” və “Vorskla”nın isə hesabında xal yoxdur.