Category: İdman

  • Şahmatçılarımız üçün vacib görüş

    Gürcüstanın Batumi şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında kişi və qadın millilərimizin növbəti rəqibləri müəyyənləşib.

    12 xalla ilk sırada olan kişi millimiz bu gün yığmamız kimi bütün görüşlərdə qalib gəlmiş Polşa ilə qarşılaşacaq.

    Bu görüşün nəticəsi turnir cədvəlinin liderliyi baxımından çox böyük önəm daşıyacaq. Sözügedən görüşdə dördüncü xanadakı şahmatçımız Rauf Məmmədov istirahət edəcək və onu Eltac Səfərli əvəzləyəcək.

    Yan-Kjıştov Duda – Şəhriyar Məmmədyarov (qara)

    Radoslav Voytaşek – Teymur Rəcəbov (ağ)

    Yatsek Tomçak – Arkadi Naydiç (qara)

    Kamil Draqun – Eltac Səfərli (ağ)

    10 xala malik olan və hazırda VII sırada qərarlaşmış qadın millimiz isə İtaliya ilə üz-üzə gələcək. Bu dəfə əvvəlki altı görüşdə iştirak etmiş beynəlxalq usta şahmatçımız Gülnar Məmmədova istirahət edəcək.

    Olqa Zimina – Günay Məmmədzadə (qara)

    Yelena Sedina – Zeynəb Məmmədyarova (ağ)

    Deziree di Benedetto – Xanım Balacayeva (qara)

    Marina Brunello – Ülviyyə Fətəliyeva (ağ)

    Qeyd edək ki, hər iki görüş bu gün saat 15:00-da başlayacaq.//oxu.az

  • Şahmat millimizin erməniləri məğlub etdiyi an – VİDEO

    Xəbər verdiyimiz kimi, şahmat üzrə kişilərdən ibarət millimiz dünən Gürcüstanın Batumi şəhərində keçirilən Olimpiadada Ermənistan yığmasını məğlub edib.

    Sonuncu Avropa çempionatında və 2010-cu il Olimpiadasında da erməniləri məğlub edən Azərbaycan yğıması bu qələbə ilə mötəbər turnirin qalibi olmaq şansını yüksəldib.

    Millimizin qalib gəldiyi anın videosunu təqdim edirik:
    /oxu.az

  • Ronaldu: Onu zorlamamışam

    “Yuventus”un portuqaliyalı legioneri Kriştianu Ronaldu zorlama ittihamlarına münasibət bildirib.

    Аutbolçu Instagram-da canlı yayımda ABŞ vətəndaşı Ketrin Mayorqanın iddialarını yalan adlandırıb.

    O, həmin adamı zorlamadığını bildirib.

    “O qadın adımdan istifadə edərək məşhurlaşmaq istəyir. Belə hallar işimin bir hissədir”, – deyə o vurğulayıb.

    Qeyd edək ki, K. Mayorqa 2009-cu ildə Las-Veqasda Ronaldu tərəfindən zorlandığını iddia edir.

  • “Arsenal” tarixinin ən uzun səfərini Azərbaycana edəcək

    İngiltərənin “Arsenal” klubu oktyabrın 4-də Avropa Liqasının qrup mərhələsinin II turunda Bakıda “Qarabağ”la qarşılaşacaq.

    Bakıya gələcək London klubu tarixinin ən uzun səfərini gerçəkləşdirəcək.

    Ağdam təmsilçisi ilə görüş üçün “Arsenal” dörd min kilometr məsafə qət edəcək.

    Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Arsenal” oyununun start fiti saat 20:55-də səsləndiriləcək.

  • Millimizin Ermənistana qarşı heyəti açıqlandı – YENİLƏNİB

    Gürcüstanın Batumi şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında Ermənistan millisinə qarşı çıxış edəcək yığmamızın heyəti açıqlanıb.

    Şəhriyar Məmmədyarov qara fiqurlarla Levon Aronyana qarşı oynayacaq.

    Ermənistan – Azərbaycan

    Levon Aronyan – Şəhriyar Məmmədyarov (qara)

    Qabriel Sarqisyan – Teymur Rəcəbov (ağ)

    Hrant Melkumyan – Arkadi Naydiç (qara)

    Hayk Martirosyan – Rauf Məmmədov (ağ)

    Qadın millimizin heyəti isə belə olacaq:

    Yunanıstan – Azərbaycan

    Anna-Mariya Botsari – Zeynəb Məmmədyarova (qara)

    Stavrula Solakidu – Xanım Balacayeva (ağ)

    Anastasiya Avramidu – Gülnar Məmmədova (qara)

    Haritomeni Markantonaki – Ülviyyə Fətəliyeva (ağ)

    Xatırladaq ki, hər iki görüş saat 15:00-da başlayacaq.

    * * * *


    Gürcüstanın Batumi şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında millilərimizin növbəti rəqibləri müəyyənləşib.

    Ilk dörd görüşdə qələbə qazanmış kişi millimiz V turda prinsipial rəqibi Ermənistanla qarşılaşacaq.

    Dünya reytinqində XI sırada olan və hazırda Olimpiadada altı xalla XIII pillədə qərarlaşan qadın millimiz isə Yunanıstanla qarşılaşacaq. Hər iki görüş saat 15:00-da başlayacaq.

    Qeyd edək ki, dünya reytinqində IV sırada olan millimizlə dünyanın VIII komandası olan Ermənistan əvvəlki dörd görüşdə maksimum nəticə göstərərək, səkkiz xal qazanıb. Lakin əlavə göstəricilərə görə millimiz turnir cədvəlində I, Ermənistan isə VII sırada qərarlaşıb.//oxu.az

  • Birləşmiş Koreya millisi tarixinin ilk uğurunu Azərbaycanda qazandı

    Bakıda keçirilən cüdo üzrə dünya çempionatı başa çatıb.

    Komanda yarışlarında Yaponiya qızıl medalları qazanıb. Fransa gümüş, Koreya və Rusiya milliləri bürünc medala sahib çıxıb.

    Bununla da Azərbaycanda daha bir ilk gerçəkləşib. Belə ki, qarışıq komanda yarışlarında birləşmiş Koreya kimi çıxış etmiş bu yığma ən yüksək nəticəsini məhz Azərbaycanda qazanıb. Birləşmiş Koreya yığması ilk dəfə Qış Olimpiadasının bəzi yarışlarında iştirak etsə də, medal qazana bilməmişdi.

    Qeyd edək ki, Azərbaycan millisi qarışıq komanda yarışlarında V yeri tutub. Fərdi yarışlarda Hidayət Heydərov (73 kq) bürünc və Uşanqi Kokauri (+100 kq) gümüş medal qazanıb.//oxu.az

  • Kokauri Azərbaycana DÇ-də gümüş medal qazandırdı – YENİLƏNİB

    Azərbaycan millisi Bakıda keçirilən cüdo üzrə dünya çempionatında (DÇ) ikinci medalını qazanıb.

    Gürcüstandan olan legionerimiz Uşanqi Kokauri (+100 kq) finalda həmyerlisi Quram Quşişvili ilə qarşılaşıb.

    Kokauri əsas vaxtın bitməsinə dörd saniyə qalmış ippon fəndinə düşərək uduzub. O, gümüş medal qazanıb. Bu, Kokaurinin karyerasında qazandığı ən yüksək tituldur.

    Qeyd edək ki, bundan əvvəl 73 kq çəki dərəcəsində güləşən Hidayət Heydərov bürünc medal qazanmışdı.

    Xatırladaq ki, sabah DÇ-də son gündür. Son gündə qarışıq komanda yarışları keçiriləcək. Millimiz ilk görüşünü Avstriya yığmasına qarşı keçirəcək.

    * * * * *

    +100 kq çəki dərəcəsində mübarizə aparan gürcüstanlı legionerimiz Uşanqi Kokauri tarixində ilk dəfə böyüklər arasında dünya çempionatının finalına çıxıb.

    Oxu.Az xəbər verir ki, o, yarımfinalda Bəymurad Altıboyevi 25 saniyəyə ippona salıb. Onun finaldakı rəqibi gürcüstanlı Quram Quşişvili olacaq.

    * * * * *

    +78 kq-da çıxış edən ukraynalı cüdoçumuz İrina Kindzerskaya təsəlliverici yarışın ilk görüşündə məğlubiyyətlə barışmalı olub.

    O, türkiyəli Kayra Sarıta əlavə vaxtda uduzaraq mükafatsız qalıb.

    * * * * *

    Bakıda keçirilən cüdo üzrə dünya çempionatında fərdi yarışlara bu gün yekun vurulacaq.

    Bu gün idmançılarımızdan ikisi mübarizəyə qoşulub.

    +100 kq çəki dərəcəsində mübarizə aparan gürcüstanlı legionerimiz Uşanqi Kokauri 1/16 finalda belaruslu, 1/8 finalda ukraynalı və 1/4 finalda çexiyalı rəqiblərini məğlub edərək yarımfinala yüksəlib. O, yarımfinalda özbəkistanlı Bəymurad Altıboyevlə qarşılaşacaq.

    +78 kq-da çıxış edən ukraynalı cüdoçumuz İrina Kindzerskaya isə 1/16 finalda litvalı, 1/8 finalda puerto rikolu rəqiblərini məğlub etsə də, 1/4 finalda bosniyalı Larisa Çeriçə ipponla məğlub olub.

    Cüdoçumuz bürünc medal qazanmaq üçün təsəlliverici döyüşlərdə iştirak edəcək. Bu mərhələdə Kindzerskayanın ilk rəqibi türkiyəli Kayra Sayıt olacaq.//oxu.az

  • Formasını yerə atan azərbaycanlı futbolçunun maaşı kəsildi – FOTO

    Azərbaycan I divizionunda çıxış edən “Kəpəz”in futbolçusu Eltac Mirzəyev IV turun “Zaqatala” ilə matçında etdiyi hərəkətlərə görə klubu tərəfindən cəzalandırılıb.

    Median.Az xəbər verir ki, 20 yaşlı hücumçu matçın 90+3-cü dəqiqəsində rəqibə qarşı aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

    O, meydanı tərk edərkən komandanın formasını nümayişkaranə şəkildə yerə atıb.

    Bu addım isə istər klubda, istərsə də azarkeşlər arasında birmənalı qarşılanmayıb. Məlum hadisə ilə bağlı məşqçilər korpusunun təqdimatına əsasən, rəhbərlik tərəfindən Mirzəyevlə bağlı sərt qərarlar qəbul edilib.

    Həm meydandan qovulması, həm şərəfini qoruduğu klubun atributuna qarşı etdiyi hörmətsizlik nəzərə alınmaqla, futbolçunun bir aylıq məvacibi kəsilib. Üstəlik, o, bir müddət məşqlərdən kənarlaşdırılıb. Klubdaxili iclasda etdiyi hərəkətdən peşman olduğunu dilə gətirən Eltac Mirzəyev kollektivdən və azarkeşlərdən üzr istəyib.

    Qeyd edək ki, AFFA-nın İntizam Komitəsi bu futbolçunu üç oyunluq cəzalandırıb. Futbolçu bu hərəkətinə görə klubunun 240 manat cərimələnməsinə səbəb olub.//oxu.az

  • Cüdoçumuz DÇ-nin yarımfinalında

    Bakıda keçirilən cüdo üzrə dünya çempionatında fərdi yarışlara bu gün yekun vurulacaq.

    Bu gün idmançılarımızdan ikisi mübarizəyə qoşulub.

    +100 kq çəki dərəcəsində mübarizə aparan gürcüstanlı legionerimiz Uşanqi Kokauri 1/16 finalda belaruslu, 1/8 finalda ukraynalı və 1/4 finalda çexiyalı rəqiblərini məğlub edərək yarımfinala yüksəlib. O, yarımfinalda özbəkistanlı Bəymurad Altıboyevlə qarşılaşacaq.

    +78 kq-da çıxış edən ukraynalı cüdoçumuz İrina Kindzerskaya isə 1/16 finalda litvalı, 1/8 finalda puerto rikolu rəqiblərini məğlub etsə də, 1/4 finalda bosniyalı Larisa Çeriçə ipponla məğlub olub.

    Cüdoçumuz bürünc medal qazanmaq üçün təsəlliverici döyüşlərdə iştirak edəcək. Bu mərhələdə Kindzerskayanın ilk rəqibi türkiyəli Kayra Sayıt olacaq.

  • Qurban Qurbanov ən yaxşıları seçdi

    Azərbaycandan FIFA-nın “The Best” mükafatı üçün kimin kimə səs verdiyi müəyyənləşib.

    Millimizin baş məşqçisi Qurban Qurbanov ilin ən yaxşı baş məşqçisi seçimində ardıcıllıqla Didye Deşam, Zinəddin Zidan və Xosep Qvardiolaya səs verib.

    O, futbolçulardan ardıcıllıqla Antuan Qrizman, Luka Modriç və Kriştianu Ronaldunu fərqləndirib.

    Qeyd edək ki, 2018-ci ilin ən yaxşı baş məşqçisi adına Didye Deşam layiq görülüb.

    Futbolçulardan isə Luka Modriç mükafatın sahibi olub. Ən yaxşı qolun müəllifi isə Məhəmməd Salah seçilib.//oxu.az