Category: İdman

  • Daha bir cüdoçumuz dünya çempionatını mükafatsız başa vurdu

    Bakıda keçirilən cüdo üzrə dünya çempionatında daha bir idmançımız mübarizəni dayandırıb.

    Bugünkü mübarizədə yalnız bir idmançımız mübarizəyə qoşulub.

    90 kq çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev 1/16 finalda belaruslu Viktor Klyavusevə qızıl xal hesabına qalib gəlsə də, 1/8 finalda mübarizəni dayandırıb. O, dünya və Avropa çempionatlarının mükafatçısı olan macarıstanlı Kristian Tota Golden Score-da ipponla uduzub.

    Qeyd edək ki, indiyədək yalnız bir idmançımız fəxri kürsüyə çıxa bilib. Bu, 73 kq çəki dərəcəsində bürünc medal qazanmış Hidayət Heydərovdur.

  • Bekhem Zidanı klubuna dəvət etdi

    İngiltərə yığmasının sabiq yarımmüdafiəçisi Devid Bekhem prezidenti olduğu “İnter Mayami” klubunun baş məşqçisi postunda fransalı mütəxəssis Zinedin Zidanı görəcəyinə ümid edir.

    Median.Az xəbər verir ki, bununla bağlı “The Mirror” nəşri məlumat yayıb.

    Məlumatlara görə, Bekhem 46 yaşlı baş məşqçi ilə görüşüb. Bekhemin klubu əsas futbol liqasında çıxışına 2020-ci ildə başlayacaq.

    Zinedin Zidanın son iş yeri Madridin “Real” klubu olub.

  • İkiqat dünya çempionu Bakıya gəlir

    Двукратный обладатель Кубка мира по футболу в составе сборной Бразилии Кафу 26 сентября примет участие в церемонии подписания документа об объявлении его международным послом Специального Олимпийского движения.

    На церемонии, которая пройдет в Boulevard Hotel, Кафу будет представлен общественности в качестве нового посла Специального Олимпийского движения.

    А через день министр молодежи и спорта Азад Рагимов и лидер Специального Олимпийского движения Дэвид Эвангелиста подпишут меморандум.

    Азербайджан уже 25 лет является членом движения Специального Олимпийского движения. Движение было основано в 1990 году и сегодня почти пять тысяч его спортсменов принимают участие в различных соревнованиях.

  • Daha iki cüdoçumuz mübarizəni dayandırdı

    Bakıda keçirilən cüdo üzrə dünya çempionatında ikinci günə start verilib.

    BBu gün iki idmançımız mübarizəyə qoşulub.

    Monqolustandan olan qadın idmançımız Buyanxişiq Purevsuren (52 kq) 1/32 finalda britaniyalı Çelsi Qilzə 80 saniyəyə ipponla uduzub.

    66 kq çəki dərəcəsində mübarizə aparan Nicat Şıxəlizadə isə 1/32 finalda misirli rəqibini məğlub etsə də, 1/16 finalda braziliyalı Daniel Karqninə ipponla məğlub olub./oxu.az

  • Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçiriləcək

    Bu gün Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçiriləcək.

    Milli Gimnastika Arenasında təşkil olunacaq tədbir saat 14:00-da start götürəcək.

    Açılışda Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev, dövlət rəsmiləri, müxtəlif idman növləri üzrə beynəlxalq assosiasiyaların nümayəndələri, cüdo üzrə milli federasiyaların başçıları və digər şəxslər iştirak edəcəklər.

    Açılış mərasimi rəsmi və bədii hissədən ibarət olacaq. Bədii hissənin əvvəlində qrafik video elementlərdən ibarət videoçarx təqdim olunacaq. Sonra Azərbaycan incəsənət xadimlərinin eksklüziv olaraq tədbir üçün hazırlanmış çıxışları baş tutacaq. Ardınca dünya şöhrətli italiyalı müğənni Al Bano konsert proqramı ilə çıxış edəcək.

    İkinci yarış günündə qadınların fərdi mübarizəsində 52 kq, kişilərdə isə 66 kq çəki dərəcələri üzrə qaliblər müəyyənləşəcək. Azərbaycan millisini bu çəkilərdə müvafiq olaraq, Buyankişiq Purevsuren və Nicat Şıxəlizadə təmsil edəcəklər.

    Hər iki idmançı mübarizəyə 1/32 final mərhələsindən başlayacaq.

    Qadınlar

    52 kq

    1/32 final. Buyankişiq Purevsuren – Çelsi Gilz (Böyük Britaniya)

    Kişilər

    66 kq

    1/32 final. Nicat Şıxəlizadə – Məhəmməd Abdelmavqud (Misir) / Brayan Çiminya (Zimbabve)

    Qeyd edək ki, ilk yarış günündə Azərbaycan təmsilçilərindən 60 kq çəki dərəcəsindəki Kəramət Hüseynov 5-ci yeri tutub. Eyni çəkidəki Orxan Səfərov və 48 kq çəkidə yer alan Aişə Qurbanlı isə 1/8 finalda uduzub.//oxu.az

  • Bakıda ağırlıqqaldırma üzrə Dünya Kuboku keçirilə bilər

    Altı il əvvəl Bakıda Qran Pri keçirilmişdi. Sizin yaxşı federasiyanız, yaxşı məşqçilər heyətiniz var. Müraciət etsəniz, Bakıda gələcəkdə Dünya Kuboku keçirilə bilər.

    Bunu Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Tamaş Ayan Bakıda təşkil etdiyi mətbuat konfransında deyib.

    “Azərbaycan bir illik cəza alan doqquz ölkə arasında idi. İlk sizin ölkə oldu ki, cəzası erkən başa çatdı. Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti Cahangir Əsgərov mənimlə görüşdə yenidən bu yarışı təşkil etmək niyyətini ifadə edib. Gələn il Dünya Kubokunun Azərbaycanda keçirilməsi üçün federasiya rəsmiləri ilə bir neçə görüşüm olacaq”.

    Dopinqə düşmüş üç azərbaycanlı idmançılardan danışan T.Ayan bildirib ki, onlar barədə nə vaxt qərar veriləcəyi məlum deyil.//oxu.az

  • Millimiz FIFA reytinqində

    FIFA dünya yığmalarının növbəti reytinq siyahısını açıqlayıb.

    Azərbaycan millisi ötən ayla müqayisədə üç pillə geriləyib.

    UEFA Millətlər Liqası çərçivəsində Bakıda Kosovo ilə qolsuz bərabərliyə, səfərdə isə Malta ilə 1:1 hesablı heç-heçə oynayan yığmamız hazırda 1202 xalla 108-ci pillədə qərarlaşıb.

    Reytinqə Belçika başçılıq edir (1729,25 xal). Son dünya çempionu Fransa ikinci (1729,12 xal), Braziliya isə üçüncüdür (1663).

  • “Sportinq”dən “Qarabağ”la bağlı kobud səhv – FOTOFAKT

    Portuqaliyanın “Sportinq” klubu “Qarabağ”la bağlı ciddi səhvə yol verib.

    Lissabon təmsilçisinin rəsmi saytı Ağdam klubunu Ukrayna komandası kimi təqdim edib.

    Maraqlıdır ki, dünənki “Sportinq”in məşqi ilə bağlı yazılan bu xəbərdə səhv hələ də aradan qaldırılmayıb.


    Qeyd edək ki, “Sportinq” – “Qarabağ” oyunu Lissabonun Juze Alvaladi adına stadionunda keçiriləcək. Görüş sentyabrın 20-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.//oxu.az

  • 9 qat dünya çempionu Əliyev və Ərdoğanın şərəfinə 100 qurban kəsdi (VİDEO)

    Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşı Araz Musayev maraqlı addım atıb.

    9 qat dünya çempionu, beynəlxalq və əməkdar idman ustası, Mau-Tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti Araz Musayev 100 qurban kəsib.

    O, bu qurbanları Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə etdiyini bildirib.

    Kəsdirdirdiyi qurbanları ehtiyacı olan ailələrə paylayan Araz Musayev “Təzəpir” məscidində namaz qılıb.

    Onun bu addımı böyük marağa səbəb olub.

  • Beşqat dünya çempionu məhkəməyə müraciət etdi

    Hazırda həbsdə olan Kikboks üzrə beşqat dünya çempionu Ehram Məcidov barəsindəki həbs qərarından Apellyasiya Məhkəməsinə şikayət edib.

    Şikayətə bu gün Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

    İstintaq orqanı E. Məcidovun qayınatasını beşbarmaqla vurduğu qənaətinə gəlib.

    İttihama görə, E. Məcidov qayınatasının yaşadığı ünvana gedib, aralarında yaranan ailə münaqişəsi zəminində onu döyərək ağır xəsarətlər yetirib. İdmançının qayınatası ağır vəziyyətdə paytaxtdakı xəstəxanalardan birinə yerləşirilib.

    Baş verən hadisə ilə bağlı dünya çempionu həbs olunub. İdmançı iki gündür Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.

    Qeyd edək ki, Ehram Məcidov “Neftçi” İSM-də kikboks bölməsinin baş məşqçisidir.//oxu.az