Category: İdman

  • “Formula 1”: Sıralama turu başlayıb – YENİLƏNİB

    “Formula 1” üzrə Azərbaycan Qran-prisində sıralama turu başlayıb.

    Mübarizəyə saat 16:00-da start verilib.

    Yekunda əsas yarışa birinci sırada başlayan pilot müəyyənləşəcək.

    ***

    Bakı keçirilən “Formula 2” üzrə Azərbaycan Qran-prisində sprint yarışının qalibi bəlli olub.

    “Hıtech TGR”dən Dino Beqanoviç bütün rəqiblərini qabaqlayıb.

    Beqanoviçin komanda yoldaşı Luk Brouninq ikinci yeri tutub.

    ***

    Bakı keçirilən “Formula 2” üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb.

    Mübarizəyə saa 14:15-də start verilib.

    Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

    ***

    “Formula 1” üzrə Azərbaycan Qran-prisində ikinci günə start veriləcək.

    Pilotlar üçüncü sərbəst yürüşdə iştirak edəcəklər.

    Daha sonra “Formula-2″də sprint yarışı, ardınca “Formula-1″də sıralama turu baş tutacaq.

    Azərbaycan Qran-prisində ikinci günün proqramı

    20 sentyabr

    12:30. “Formula-1”: Üçüncü sərbəst yürüş

    14:15. “Formula-2”: Sprint yarışı

    16:00. “Formula-1”: Sıralama turu

  • Məşhur “Formula 1” pilotları Bakıda azarkeşlərlə görüşüblər

    Bakıda keçirilən “Formula 1” üzrə Azərbaycan Qran-prisində pilotlar ilə “Fan Forum” təşkil olunub.

    Tədbir Dənizkənarı Bulvar ərazisində yerləşən Fan Zonada keçirilib.

    Məşhur sürücülər azarkeşlərlə görüşərək, onların suallarını cavablandırıblar.

    Komandalar üçün ayrılmış vaxt ərzində fanatlar “Formula 1” ulduzlarını yaxından görmək imkanı əldə ediblər.

    Bugünkü “Fan Forum”da “Racing Bulls”, “Williams”, “McLaren”, “Kick Sauber” və “Aston Martin” komandalarının üzvləri iştirak ediblər. Şənbə günü digər pilotlarla görüş nəzərdə tutulub.
    //report

  • Yankoviç 6 həftə oynaya bilməyəcək

    “Qarabağ”ın zədəli futbolçusu Marko Yankoviçin durumu ciddidir.

    Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

    “Marko Yankoviçin zədəsi ilə bağlı ilkin dəyərləndirmə belə idi ki, bu, əzələ spazmasıdır. Yəni “Benfika” ilə oyunda belə bir ehtimal var idi. MRT müayinəsindən sonra müəyyənləşdi ki, dördbaşlı əzələnin gərilməsi diaqnozudur. Yankoviçin komandaya qayıtması təxminən 6 həftə çəkəcək” – deyə klub rəsmisi bildirib.

    Bu isə o deməkdir ki, monteneqrolu yarımmüdafiəçi Çempionlar Liqasında oktyabrın 1-də “Kopenhagen” (Danimarka) və oktyabrın 22-də “Atletik”lə (İspaniya) keçiriləcək oyunları buraxacaq.

  • Teymur Rəcəbov Bakıda “Formula 1” pilotları ilə şahmat oynayıb

    Azərbaycan şahmatçısı Teymur Rəcəbov Bakıda “Formula 1” pilotları Lyuis Hemilton və Şarl Leklerlə görüşüb.

    Təcrübəli qrossmeyster “Ferrari” komandasının üzvləri ilə şahmat da oynayıb.

    T.Rəcəbov onlara şahmat təsviri olan xalça hədiyyə edib.

    Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında təşkil olunacaq.
    //report

  • Çempionlar Liqasının rəsmi səhifəsində Qurban Qurbanovla bağlı – Paylaşım

    UEFA Çempionlar Liqasının rəsmi feysbuk səhifəsi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla bağlı paylaşım edib.

    Rəsmi səhifədə təcrübəli mütəxəssisin fotosu paylaşılaraq bu sözlər yazılıb:

    “Qarabağ”ın “Benfica” zəfərinin arxasındakı beyin: Qurban Qurbanov!”

    Qeyd edək ki, ötən gün “Qarabağ” “Benfika”ni səfərdə 3:2 hesabı ilə məğlub edib.

  • Futbolçu oyun zamanı öldü

    Serbiya millisinin sabiq yarımmüdafiəçisi Deyan Milovanoviç veteran futbolçuların oyunu zamanı dünyasını dəyişib.

    Median.Az “L’Equipe” nəşrinə istinadən xəbər verir ki, 41 yaşlı keçmiş futbolçu ölkəsinin “Srvena Zvezda” klubunun heyətində meydana çıxıb. O, qol vurduqdan bir neçə dəqiqə sonra huşunu itirib.

    İlkin versiyaya görə, Milovanoviç “ikiqat infarkt” keçirib. Tibb işçiləri onu həyata qaytara bilməyiblər.

    Qeyd edək ki, Deyan Milovanoviç Serbiyanın “Srvena Zvezda”, “Vozdovaç”, Fransanın “Lans”, eləcə də Yunanıstanın “Panionios” klubıarında çıxış edib. O, 2006-cı ildə Serbiya çempionatının ən yaxşı oyunçusu seçilib.

  • Azərbaycan UEFA əmsallar cədvəlində 25-ci pilləyə yüksəldi

    Azərbaycan UEFA-nın əmsallar cədvəlində daha bir pillə irəliləyib.

    Bu, “Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsində səfərdə Portuqaliyanın “Benfika” klubu üzərində inamlı qələbəsi (3:2) sayəsində mümkün olub.

    Bu qələbə Azərbaycanın reytinqinə 0.500 əmsal əlavə edib ki, bu nəticə ilə ölkəmiz əmsal ehtiyatını 21.500-ə çatdırıb və Slovakiyanı geridə qoyaraq 25-ci piləyə yüksəlib.

    Qeyd edək ki, hazırda 24-c pillədə qərarlaşan Serbiyanı 22.125 əmsalı var.

  • Azərbaycanda yeni futbol klubu yaradıldı (FOTO)

    Azərbaycanda yeni komanda yaradılıb.

    Bunu Fanat.Az-a komandanın rəsmisi Rövşən Mustafayev bildirib.

    “Bakı TFK” (Bakı Tələbə Futbol Klubu”) adlanacaq komanda artıq AFFA-ya müraciət edib və Region Liqasına qatılmaq istəyi barədə məlumat verib. Quruma sponsor zəmanəti də verilib.

    “Bakı TFK” ev oyunlarını Şirvan Olimpiya Kompleksində keçirəcək. Artıq bir müddətdir fəaliyyətə başlayan komanda 3 yoxlama oyunu keçirib. Növbəti rəqib “Real Bakı” olacaq.

    Qeyd edək ki, Region Liqasının son qalibi “Xankəndi” olub. Finalda “Şirvan”ı üstələyən Qarabağ təmsilçisi çempion kimi 2-ci Liqaya vəsiqə qazanıb.

  • Tovuz şəhər stadionu oktyabrda “Turan Tovuz”un ixtiyarına veriləcək

    Tovuz şəhər stadionunun oktyabrın sonunadək “Turan Tovuz”un ixtiyarına verilməsi nəzərdə tutulub.

    Bu barədə “Report”a klubun mətbuat xidmətindən məlumat verilib.

    Ot örtüyünün dəyişdirilməsi işləri yekunlaşmaq üzrədir. Drenaj və suvarma sistemi quraşdırılan meydana toxum əkilib.

    Toxumların əkilməsi xüsusi texnikalarla həyata keçirilib və bu gün yekunlaşıb.

  • Azərbaycan komandası dünya robotexnika finalında qızıl və gümüş medal qazanıb

    Sentyabrın 2-də Gənclər və İdman Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və AREA Akademiyasının təşkilatçılığı ilə Azərbaycan gənclərindən ibarət komanda Hindistanın Noida şəhərində dünyanın ən böyük robotexnika çempionatı- “TechnoXian World Cup 9.0” da iştirak edib.

    Komanda yarışda yüksək nəticələr nümayiş etdirərək qızıl və gümüş medallara layiq görülüb. Belə ki, dünyanın müxtəlif ölkələrindən 12 min finalçının iştirak etdiyi mötəbər yarışmada Azərbaycan komandası Qrand Çempionat – Dron Yarışı (PUA) üzrə dünya çempionu titulunu qazanıb, RC Craft (Aviamodelizm) üzrə isə dünya ikincisi olub. Bundan əlavə, gənclərimiz ölkəmizi 8 komanda ilə təmsil edərək Azərbaycanın adını beynəlxalq arenada bir daha yüksəldib. Çempionat çərçivəsində Azərbaycanlı gənclər tərəfindən təqdim edilən ideya və texnoloji həllər beynəlxalq münsiflər və izləyicilər tərəfindən yüksək qiymətləndirilib.

    Azərbaycan komandasının sözügedən yarışda əldə etdiyi uğurlar ölkənin robotexnika və süni intellekt sahəsində yüksələn gücünü və bu istiqamətdə atılan addımların müsbət nəticələr verdiyini bir daha təsdiqləyir.