Category: İdman

  • Bukmekerler “McLaren” pilotlarını Azərbaycan Qran-prisinin favoriti hesab edirlər

    Bukmekerler “McLaren”in pilotu Oskar Piastrini qarşıdan gələn Azərbaycan Qran-prisinin favoriti hesab edirlər.

    “Report”un “F1News”ə istinadən verdiyi məlumata görə, bukmekerler avstraliyalının Bakıda qələbəsini 2,75 əmsalla qiymətləndiriblər.

    “McLaren”in digər pilotu Lando Norrisin qələbə şansı isə 2.85 əmsala bərabərdir.

    Bakıda qələbə şansı yüksək olan ilk 5 pilot arasında Maks Ferstappen (“Red Bull”) və “Ferrari”nin hər iki pilotu – Şarl Lekler və Luis Hemilton da var.

    Qeyd edək ki, “Formula 1” üzrə Azərbaycan Qran-prisi sentyabrın 19-21-də keçiriləcək.

  • Lionel Messinin kartı rekord məbləğə satılıb

    Argentina millisinin kapitanı Lionel Messinin kartı rekord məbləğə satılıb.

    Hücumçunun sabiq klubu “Barselona”da debüt etdiyi 2004/2005 mövsümündə hazırlanmış ilk rəsmi kartı hərracda 1,5 milyon dollara alıcısını tapıb.

    Nüsxənin keyfiyyəti ən yüksək qiymət – “10” alıb. Kart həmçinin “Mike Baker Authenticated”də brilyant sertifikata layiq görülüb.

    Qeyd edək ki, bundan əvvəl ən bahalı kart Braziliya millisinin sabiq forvardı Peleyə məxsus idi. 1958-ci ilə aid olan kart 1,33 milyon dollara satılmışdı.
    //report

  • İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib

    İtaliyalı motosikletçi Qabriele Kottini vəfat edib.

    Bu barədə İtaliya Motosiklet Federasiyası məlumat yayıb.

    39 yaşlı idmançı yarış zamanı qəza törədib və aldığı xəsarətlər səbəbindən həyatını itirib.

    Bu hadisəyə görə turnirdə mükafatlandırma mərasimi keçirilməyib.
    //report

  • “Qalatasaray”dan səfər qələbəsi

    Türkiyə Super Liqasında V turun oyunları keçirilir.

    Bu gün son çempion “Qalatasaray” meydana çıxıb.

    Komanda “Eyüpspor”un qonağı olub.

    Görüşdə hesab ikinci hissədə açılıb. Mauro İkardi fərqlənib. Çox keçmədən Yunus Akgün oyunda yekun nəticəni müəyyənləşdirib – 2:0.

  • “İmişli” qələbəyə sevinə bilmədi – Texniki məğlubiyyət veriləcək

    Misli Premyer Liqasının IV turunda “Sumqayıt”ı məğlub edən “İmişli” komandasına texniki məğlubiyyət veriləcək.

    Buna “Sumqayıt”la oyunda adı protokolda olmayan futbolçunun meydana girməsi səbəb olub. Belə ki, İbrahim Əliyev görüşün ikinci hissəsində Ezekiel Morqanın yerinə meydana çıxıb.

    Qeyd edək ki, qarşılaşmanın əsas vaxtı “İmişli”nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

  • “Bavariya” iki müdafiəçi ilə maraqlanır

    Almaniyanın “Bavariya” klubu iki futbolçu ilə maraqlanır.

    Bunlar İngiltərə təmsilçisi “Kristal Pelas”da çıxış edən Mark Qehi və Almaniyanın “Leyptsiq” komandasından Kastello Lukebadır.

    Həmin müdafiəçilərin mümkün transferi bu mövqedə çıxış edən oyunçuların cari mövsümdəki performansından və 2026-cı ilin yayında Kim Min Jenin satışından asılı olacaq.

    Qeyd edək ki, Mark Qehinin klubu ilə müqaviləsi 2026-cı ilin yayınadək nəzərdə tutulub. Kastello Lukebanın isə Bundesliqa təmsilçisi ilə 2029-cu ilin iyununadək sözləşməsi var.

  • “Sumqayıt” ABŞ-dən olan basketbolçunu heyətinə qatıb

    “Sumqayıt” ABŞ-dən olan basketbolçu Tayris Devisi heyətinə qatıb.

    Bu barədə “Report”a klubdan məlumat verilib.

    27 yaşlı oyunçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.

    Qeyd edək ki, Tayris Devis ötən il Avstraliyada “Willeton Tigers” komandasının formasını geyinib.

  • Azərbaycanın U-15 millisi Monteneqro ilə iki oyun keçirəcək

    15 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.

    Median.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matçlar yığmanın Bakıdakı hazırlıq prosesi ərəfəsində baş tutacaq.

    Qarşılaşmaların sentyabrın 16-da və 18-də Binə stadionunda təşkili nəzərdə tutulur. Hər iki oyun saat 16:00-da start götürəcək.

  • “Avroviziya 2026” ləğv edilmək təhlükəsi altındadır

    Niderland “Avroviziya 2026″nı boykot etməyi düşünür.

    Ölkənin “AVROTROS” yayım şirkəti müsabiqədə imtina barədə məlumat yayıb. Bildirilib ki, buna səbəb Qəzza zolağında davam edən münaqişə fonunda İsrailin iştirak etməsi olub.

    “Mövcud şəraitdə baş verənlərin ciddi humanitar nəticələrini nəzərə alaraq, biz artıq İsrailin iştirakına haqq qazandıra bilmərik” deyə, məlumatda yazılıb.

    Bundan əlavə, Niderland tərəfi mətbuat azadlığının məhdudlaşdırılmasından və İsrail hakimiyyətinin “Avroviziya 2025″in təşkilinə guya müdaxiləsindən narahatlığını bildirib. Yayımçının sözlərinə görə, müsabiqədən siyasi məqsədlər üçün istifadə edilib ki, bu da onun ruhuna ziddir.

    İspaniya hakimiyyəti də analoji mövqedən çıxış edib. Mədəniyyət naziri Ernest Urtasun və baş nazir Pedro Sançes açıq şəkildə İsraili iştirakçılar siyahısından çıxarmağa çağırıblar. Madriddən sonra İrlandiya və Sloveniyadakı televiziya şirkətləri mümkün boykotu dəstəkləyiblər. İrlandiyanın RTE telekanalı İsrailin iştirakını “əxlaqsızlıq” adlandırıb.

    Qeyd edək ki, 70-cisi keçiriləcək “Avroviziya” müsabiqəsi 2026-cı ilin mayına planlaşdırılıb. Musiqili tədbirin ev sahibi Vyana olacaq. Avstriyanın paytaxtı üçüncü dəfə bu foruma ev sahibliyi edəcək.

  • Gənclər və İdman Nazirliyindən bu səlahiyyəti alındı – Sahil Babayevin tapşırığı…

    İdman federasiyalarının maliyyələşdirilməsi səlahiyyəti Gənclər və İdman Nazirliyinən alınıb.

    Qaynarinfo-nun məlumatına görə, bu barədə artıq idman federasiyaları müvafiq şəkildə məlumatlandırılıb.

    Məlumatda bildirilir ki, Maliyyə Nazirliyinin şifahi tapşırığına əsasən, Gənclər və İdman Nazirliyi tərəfindən idman federasiyalarının ölkədaxili və beynəlxalq idman tədbirlərində iştirakının maliyyələşdirilməsi dayandırılıb.

    Bu məqsədlər üçün bundan sonra dövlət büdcəsindən vəsaitin ayrılması və təyinatı üzrə xərclənməsi Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən aparılacaq.

    Qeyd edək ki, Maliyyə Nazirliyi son günlər bir sıra dövlət qurumlarında aparılan yoxlamalarla bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan yoxlamalar mühasibat uçotu məlumatları əsasında qurumların maliyyə nəticələrinin yoxlanılmasını və təhlilini əhatə edir.