Category: İdman

  • Azarkeş meydançaya çıxıb Ronaldunu öpdü – VİDEO

    Portuqaliya və Hollandiya komandaları arasında keçirilən yoldaşlıq görüşü zamanı maraqlı hadisə baş verib.

    Oyun zamanı azarkeşlərdən biri meydançaya çıxaraq portuqaliyalı hücumçu Kriştianu Ronalduya yaxınlaşıb və onu öpüb.

    Sonradan azarkeşin Bosniya və Herseqovinada doğulan, hazırda İsveçrədə yaşayan və işləyən məşhur komik Samir Alikin olduğu məlum olub.

    Portuqaliya – Hollandiya yoldaşlıq görüşü narıncıların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

    Hollandiyalıların heyətindən Memfis Depay, Rayan Babel və Vircil van Deyk fərqlənib.

    Kriştianu Ronaldu matçın 68-ci dəqiqəsində əvəzlənib./oxu.az

  • Azərbaycan güləşçiləri beynəlxalq turnirdə 2 qızıl, 2 bürünc medal qazanıblar

    Bolqarıstanın paytaxtı Sofiya şəhərində güləş üzrə 56-cı “Dan Kolov – Nikola Petrov” beynəlxalq turniri keçirilib.

    “Report”un məlumatına görə, Azərbaycan təmsilçiləri turniri 2 qızıl, 2 bürünc medalla başa vurub.

    İlk yarış günündə yunan-Roma güləşçisi Rəsul Çunayev (72 kq) qızıl, qadın güləşçi Elis Manolova (65 kq) bürünc medal qazanıb. Bu gün isə qadın güləşçi Mariya Stadnik (50 kq) qızıl, yunan-Roma güləşçisi Elman Muxtarov (67 kq) bürünc medala sahib olub.

  • Qurban Qurbanov: Rəşad Sadıqov milliyə geri qaytara bilərik

    Futbol millimiz Belarusla yoldaşlıq görüşündə 0:1 hesabı ilə uduzub.

    Baş məşqçi Qurban Qurbanov mətbuat konfransında aşağıdakı fikirləri bildirib:

    “Oyundan razı qaldım. Rəqibin güclü müdafiə xəttinə baxmayaraq, qol epizodları yarada bildik. Bundan sonrakı oyunlarımız bundan da çətin olacaq. Yeni oyunçulardan razı qaldım. Araz Abdullayev və Elvin Yunuszadənin heyətdən kənarda qalması öz səhvlərinin nəticəsidir. Ancaq bu, elə böyük xəta deyil. Ola bilər ki, onlardan biri Antalyaya aparılsın, biri isə yox. Hotelə qayıtdıqdan sonra dəqiq qərar verəcəyəm.

    Mənim bugünkü oyunda narazı qaldığım məqam nəticə və fərdi mübarizələrdə uduzmağımızdır. Rəşad Sadıqov hələ futbol oynayır. Onun yerinə futbolçu axtarmaq ifadəsi ona görə düzgün səslənmir. Amma görsək ki, müdafiədə problem yaşayırıq, onu geri qaytara bilərik”.

  • Elvin Yunuszadə millidən kənarlaşdırıldı

    Müdafiəçi Elvin Yunuszadə milli komandanın heyətindən kənarlaşdırılıb.

    Median.Az-ın xəbərinə görə, bu barədə AFFA-nın rəsmi saytında məlumat yerləşdirilib.

    Buna səbəb kimi futbolçunun nizam-intizam qaydalarını pozması göstərilir.

    Qeydə edək ki, E.Yunuszadə “Qarabağ” klubunun futbolçusudur.

  • Şəhriyar Məmmədyarov doqquzuncu dəfə heç-heçə edib

    Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Berlin şəhərində keçirilən şahmat üzrə İddiaçılar turnirində 8-ci heç-heçəsini edib.

    Şahmatçı yarışın XI turunda amerikalı Uesli So ilə qarşılaşıb və tərəflər 51-ci gedişdə xalları yarı bölüblər. Rəqiblərin ilk görüşü də eyni nəticə ilə yekunlaşmışdı.

    Bu görüşdən sonra Məmmədyarov xallarının sayını 6-ya çatdırıb və lider Fabiano Karunadan (ABŞ) 0,5 xal geri qalır.

    İddiaçılar turniri, XI tur

    Uesli So (ABŞ) – Şəhriyar Məmmədyarov (Azərbaycan) – 0,5:0,5

    Fabiano Karuana (ABŞ) – Vladimir Kramnik (Rusiya) – 0,5:0,5

    Din Lijen (Çin) – Aleksandr Qrişuk (Rusiya)

    Levon Aronyan (Ermənistan) – Sergey Karyakin (Rusiya

    Turnir cədvəli: Karuana – 7 xal, Məmmədyarov – 6,5, Qrişuk – 5,5, Karyakin, Dinq Lijen – hərəyə 5 xal, Kramnik – 4,5, So – 4, Aronyan – 3,5.

  • “Barselona” türk futbolçunu 100 milyona transfer edə bilər

    “Roma”nın türk ulduzu Çingiz Ünder “Barselona”ya transfer oluna bilər.

    Median.Az Fanat.Az-a istinadən xəbər verir ki, bu barədə FIFA meneceri Bayram Tutumlu açıqlama verib.

    “Barselona”nın prezidenti Josep Maria Bartomeu ilə Arda Turan transferi zamanı münasibəti yarandığını bildirən menecer “Ona “diqqət et, daha bir türk gələ bilər” dedim. Bartemou isə “Oynayacaqsa, 100 milyon avro da verərik” cavabını verdi. Qarşıdakı illərdə bu transfer reallaşabilər. Çingizi hazırda hamı istəyirö Amma “Roma”da daha bir neçə il oynaması lazımdı. Böyük gələcəyi var. Az qala “Mançester Siti”yə transfer olunurdu. Amma mən Göksel Gümüşdağla görüşdüm. Çox doğru addım atdı” deyib.

    Qeyd edək ki, yayda “Başakşəhər”dən 13,4 milyon avroya “Roma”ya transfer olunan Çingiz İtaliya klubunda keçirdiyi 24 rəsmi matçda 6 qol vurub və1 məhsuldar ötürmə edib.

  • Pişik Beşiktaşı çətin vəziyyətdə qoydu – VİDEO

    UEFA Türkiyənin “Beşiktaş” futbol klubuna qarşı intizam işi açıb.

    Bu barədə “TASS” məlumat yayıb.

    Ali futbol qurumunun mətbuat xidmətinin məlumatına görə, İstanbul komandası Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçının gedişində (qeyd:“Bavariya” klubuna qarşı) UEFA reqlamentinin 3 müddəasını pozmaqda ittiham olunur.

    Xüsusilə “Beşiktaş” azarkeşlərinin yaşıl meydana kənar əşyalar atması göstərilir. Bundan başqa klub rəhbərliyi matçın aşağı səviyyədə təşkil edilməsində ittiham olunur.

    UEFA eyni zamanda oyun zamanı pişiyin meydana daxil olması faktını araşdıracaq.

    Nəzarət-intizam komitəsinin iclası mayın 31-də keçiriləcək.

  • Dünya çempionuna Cüdo Federasiyasında vəzifə verildi

    Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan Cüdo Federasiyasının (ACF) Hesabat Konfransı və İcraiyyə Komitəsinin iclası keçirilib.

    Konfransı federasiya prezidenti Rövnəq Abdullayev açdıqdan sonra söz Elmar Babanlıya verilib.

    Babanlı isə Azərbaycan cüdoçularının 2017-ci ildə əldə etdiyi nailiyyətlər barədə hesabat verib.

    O bildirib ki, ötən il 191 medal qazanmışıq. Bunlardan 68-i qızıl, 57-si gümüş və 66-sı bürünc medal olub.

    Məruzəçi Faiq Cəfərov isə sponsorlardan 72 faiz, Beynəlxalq Cüdo Federasiyasından (BCF) 23 faiz, beynəlxalq tədbirlərdən 5 faiz federasiyaya gəlir əldə edildiyini bildirib.

    Gəlirlərdən 15 milyon manatın 11 milyon manatı sponsorlardan, 3 milyon manatın SOCAR-ın BCF ilə əməkdaşlığı nəticəsində pul və əmlak formasında daxil olub.

    Xərclər isə beynəlxalq yarışlara, ölkədaxili yarışlara, əməkhaqqı və mükafatlara, müalicə və vitaminlərə, nəqliyyat, viza məsələlərinə və s. olub. Gəlirlərdən yığmanın toplanış və yarışlarına 5 milyon manatdan çox vəsait xərclənib.

    Təqribən bu qədər vəsait ölkədaxili yarışlara, 911 min manatı vitaminləşməyə, 2 milyon 400 min manat əmək haqqı və mükafatlara, 911 min manatı yeni avadanlığın alınmasına, 230 min manatı xaricdə seminarlara sərf olunub.

    Federasiyanın İcraiyyə Komitəsinə 2012-ci ildə yaradılmış “Cudo Klub”un təsisçisi, veteranlar arasında dünya və Avropa çempionu, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti Azər Əsgərov seçilib.

    Səkkiz klub isə federasiyanın üzvlüyünə rəsmi şəkildə qəbul edilib. Bunlar DİN İdman Cəmiyyəti, MOİK, “Sərhədçi”, FHN, “Cudo Klub”, “Qəbələ” İdman Klubu, “Turan” və 1 nömrəli RİOEUGİM-dir.

  • “Qəbələ”nin avtobusu daşa basıldı, “Kəpəz” cərimələndi

    Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, iclasda Topaz Premyer Liqasının 19-cu turu haqqındakı qərarlar bəlli olub.

    “Kəpəz” – “Qəbələ” matçı başa çatdıqdan sonra qonaq komanda stadion ərazisini tərk edərkən yerli azarkeşlər tərəfindən klubun avtobusunun şüşəsi sındırılıb.

    “Qırmızı-qaralar”ın təhlükəsizliyini tam təmin etmədiyinə görə Gəncə klubu 4000 manat cərimə olunub. “Qəbələ” klubunun dəymiş ziyana uyğun olaraq təqdim edəcəyi hesabı da “Kəpəz” ödəməli olacaq.

  • “Bu oyunda penaltinin olduğu hətta kosmosdan görünərdi”

    “Mən artıq bundan yorulmuşam. Üç ildir ki, eyni şey təkrarlanır. Mən sadəcə, başa düşə bilmirəm. Bu oyunda penaltinin olduğu hətta kosmosdan görünərdi. Bir daha deyirəm, belə vəziyyətdə nə deyəcəyimi bilmirəm. Fikirlərimi sözlə ifadə edə bilmirəm”. Bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqanın 20-ci turunda “Keşlə” ilə keçirilən oyundan (1:1) sonra deyib.

    Ukraynalı mütəxəssis görüşün baş hakimi Ömər Paşayevin idarəçiliyindən narazı qaldığını bildirib: “Qol vururuq, oyundankənar vəziyyət verilir. Bilmirəm niyə belə edirlər, “Qəbələ”nin günahı nədi… Bu cür mümkün deyil. Rəqib yaxşı oynadı, bunu qəbul edirəm. Qarşıda kubok oyunlarımız var. Keçən mövsümdə, “Neftçi” ilə kubok oyununda da təmiz penaltimiz verilməmişdi”. Qriqorçuk jurnalistlərin suallarını da cavablandırıb.

    – “Qəbələ” adi vəziyyətdə öz qapısına qol vurursa, bunda hakimlərin günahı nədir?

    – Hakimliklə bağlı danışmaq istəməzdim. Biz digər rəqiblərdən üstünük. Düzdü, “Qarabağ” bizdən daha üstündür. Ancaq digər komandaları səviyyəcə üstələyirik. Demirəm biz bütün komandaları rahatlıqla məğlub edirik. Xeyr, belə deyil. Bizdə qol fürsətlərini reallaşdırmaqla bağlı problemlər var. Demirəm ki, bizim qarşımızda heç kim dura bilməz, ancaq hakimlər bizə mane olur. Demək istədiyim odur ki, öz üzərimizdə çox işləməliyik, sadəcə, hakimlər reallaşdırmaq istədiyimiz şeylərə mane olur.

    – Keçən oyunlarda Vernidubun səhvlərindən xallar itirmişdiniz.

    – Belə getsə, onlar bombardirlər siyahısına qoşulacaqlar. Çempionatda bombardirlər 8 qol vurub, buna nəzər salsaq, həmin futbolçulara çatmaları çətin olmamalıdır. Ancaq bunun olmasını arzulamazdım. Ciddi cavab versəm, həm Verniduba, həm də Stankoviçə hörmətim var.

    – Limit istədiyiniz heyəti seçməkdə nə dərəcədə əngəl olur?

    – Hücumçularımız hamısı legionerlərdir. Biz qol vurmalıyıq. Buna görə, hücumçuya ehtiyacımız var. Bunun üçün digər mövqelərdə yerli oyunçulara şans verməyə məcbur oluram.