Category: İdman

  • Azərbaycan paralimpiyaçısı xal ehtiyatında 12-ci pilləyə yüksəlib

    Boccia üzrə Dünya Kubokunu BC2 kateqoriyasında dördüncü pillədə başa vuran Azərbaycan paralimpiyaçısı Sona Ağayeva 14,2 reytinq xalı qazanıb.

    Bu barədə Milli Paralimpiya Komitəsindən məlumat verilib.

    O, xalını 38,2-yə çatdıraraq, Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına lisenziya qazandıran siyahıda 19-cu sıradan 12-ci pilləyə yüksəlib.

  • “Kəpəz” “Araz-Naxçıvan”a məğlub oldu

    Bu gün Azərbaycan Premyer Liqasında 4-cü tura start verilib.

    Turun ilk oyununda “Kəpəz” Qəbələdə “Araz-Naxçıvan”la qarşılaşıb.

    Oyun Naxçıvan təmsilçisinin inamlı qələbəsiylə yekunlaşıb.
    Günün digər oyunu son çempion “Qarabağ”la “Zirə” arasında keçiriləcək.

    “İmişli” – “Sumqayıt” və “Turan Tovuz” – “Qəbələ” oyunları sabah, “Şamaxı” – “Karvan-Yevlax” və “Neftçi” – “Sabah” görüşləri bazar günü keçiriləcək.

    Azərbaycan Premyer Liqası

    4-cü tur

    12 sentyabr

    “Kəpəz” – “Araz-Naxçıvan” 0:2

    Qollar: Slavik Alxasov, 65. Bar Kohen, 86.

    Hakimlər: Rauf Cabbarov, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov.

    Qəbələ şəhər stadionu, 17:45.

  • “Fənərbağça” – “Qalatasaray” derbisinin tarixi açıqlandı

    Türkiyə Futbol Federasiyası (TFF) 2025-2026-cı illər Trendyol Superliqa mövsümünün ilk yarısında keçiriləcək derbi matçlarının tarixini açıqlayıb.

    Median.Az “TGRT News”a istinadən xəbər verir ki, Super Liqanın 7-16-cı həftələrinin oyun cədvəli məlum olub.

    Cədvələ əsasən, derbi matçları aşağıdakı tarix və saatlarda oynanılacaq:

    Bazar günü, 14 sentyabr 2025, 20:00: “Fənərbağça” – “Trabzonspor”;

    Bazar günü, 2 Noyabr 2025, 20:00: “Beşiktaş” – “Fənərbağça”;

    Şənbə, 4 oktyabr 2025, 20:00: “Qalatasaray” – “Beşiktaş”;

    Şənbə, 1 Noyabr 2025, 20:00: “Qalatasaray” – “Trabzonspor”.

  • Azərbaycanlı futbolçu Cənubi Afrika klubunda

    Azərbaycanlı futbolçu Turan Manafov Cənubi Afrika Respublikasının “Stellenboş” klubunda çıxış edəcək.

    Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

    27 yaşlı müdafiəçi ilə 2028-ci ilin iyununa qədər müqavilə imzalanıb. O, 2 nömrəli formanı geyinəcək.

    Manafov klubun mətbuat xidmətinə açıqlamasında təəssüratını bölüşüb:

    “Stellenboş”a qoşulduğum üçün çox xoşbəxtəm. Klubun ideyaları və prinsipləri məni cəlb etdi. Ən yüksək səviyyədə rəqabət aparan komandada olduğum üçün həyəcanlıyam. Müşahidəmə əsasən deyə bilərəm ki, Cənubi Afrikada oyunlar Azərbaycandakı ilə müqayisədə daha sürətli keçirilir. Baxmayaraq ki, hər iki ölkənin yaxşı liqası var. Özümü sınamağı, çox sayda ulduzların yetişdiyi qitə yarışında oynamağı səbirsizliklə gözləyirəm”.

    Qeyd edək ki, T.Manafov Azərbaycanın U-21 millisinin sabiq üzvüdür. Onun son klubu “Kəpəz” olub.

  • Qurban Qurbanovun oğlunun toyudur (VİDEO)

    “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlının toyudur. 

    Median.Az xəbər verir ki, paytaxt restoranlarının birində keçirilən məclisdə tanınmış şəxslər iştirak edir. 

    Qeyd edək ki, “Qarabağ”ın futbolçusu Musa Qurbanlı “Qoçət” restoranlar şəbəkəsinin sahibi Sənan Təhməzovun qızı Əsmərlə ailə həyatı qurur.

  • İngiltərə Futbol Assosiasiyası “Qarabağ”ın rəqibinə qarşı 74 ittiham irəli sürüb

    İngiltərə Futbol Assosiasiyası (FA) “Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi “Çelsi”yə qarşı 74 ittiham irəli sürüb.

    Bu barədə FA-nın mətbuat xidməti məlumat yayıb.

    İttihamlara səbəb olan hərəkətlərin 2009-cu ildən 2022-ci ilə qədər olan dövrü əhatə etdiyi və əsasən 2010/2011 və 2015/2016 mövsümləri aralığında baş vermiş hadisələrlə bağlı olduğu bildirilib. İttihamlar həmin dönəmlərdə futbol agentləri haqqında J1 və C2 qaydalarının, vasitəçilərlə iş üzrə A2 və A3 qaydalarının və oyunçulara üçüncü tərəflərin investisiyaları haqqında A1 və B3 qaydalarının pozulması ilə bağlı olub.

    Bəyanatda London klubunun sentyabrın 19-na qədər ittihamlara cavab verməli olduğu da qeyd edilib.

    Qeyd edək ki, sözügedən dönəmlər klubun sabiq rəhbəri Roman Abramoviçin dövrünə təsadüf edir. Rusiyalı iş adamı 2009-2022-ci illərdə kluba rəhbərlik edib.

    “Qarabağ” UEFA Çempionlar Liqasının IV turunda “Çelsi” ilə Bakıda üz-üzə gələcək. Qarşılaşma noyabrın 4-də keçiriləcək.

  • İspaniyanın məşhur klubunun borcu azalıb

    İspaniyanın “Sevilya” klubunun borcu azalıb.

    “Report” yerli mətbuata istinadən xəbər verir ki, La Liqa təmsilçisinin prezidenti Xose Mariya del Nido maliyyə vəziyyətləri haqqında danışıb.

    O, borcun 66 milyon avroya qədər düşdüyünü söyləyib. Funksioner avrokuboklara qatılmamağın onların işini çətinləşdirdiyini deyib.

    Qeyd edək ki, iki il əvvəl “Sevilya”nın borcu 200 milyon avronu keçmişdi.

  • Rüfət Əhmədov “Qəbələ”də

    “Qəbələ” Akademiyasının yetirməsi olan Rüfət Əhmədov yenidən “qırmızı-qaralar”ın formasını geyinəcək.

    22 yaşlı sol cinah müdafiəçisi “Turan Tovuz”dan icarəyə götürülüb.

    O, mövsümün sonunadək “Qəbələ”nin uğurları üçün çalışacaq. Karyerası ərzində “Kəpəz”də də çıxış edən Rüfət Əhmədov U-21 milli komandasının heyətində 9 oyun keçirib.

    Qeyd edək ki, “Qəbələ” bunadək Salihu Nasiru, Xayme Syerra, Pirins Ovusu, Paulo Quimbila, İsaak Amoah, Adriel Ba Loua, Eduardo Kunde və İbrahim Sanqareni heyətinə cəlb edib.

  • Millimizin baş məşqçisinə cinayət işi açıldı

    Azərbaycan Kunq-Fu Federasiyasının peşəkarlardan ibarət yığma komandasının baş məşqçisi Nəriman Cavadzadəyə cinayət işi açılıb.

    Median.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, 1990-cı ildə Ağsu şəhərində anadan olmuş Nəriman Cavadzadə barəsində iltizam növündə qətimkan tədbiri seçilib.

    Onun Cinayət Məcəlləsinin 213-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.

    Məlum olub ki, Nəriman Cavadzadə Əbu-Dabi-Bakı aviareysi ilə Azərbaycana gəldiyi zaman çamadanına keçirilmiş gömrük baxışı zamanı 1 640 manat dəyərində siqaret və elektron siqaretlər aşkarlanıb.

    Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Nəriman Cavadzadə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək deyib ki, idmançıdır və yığma komandanın baş məşqçisi işləyir. Üzərində 5 ədəd telefon və bir çanta olub. Əşyaları da çantanın içərisinə yerləşdirib. O, 2018-ci ildən gömrük orqanlarında xidmətə başladığını, 2024-cü ilin yanvar ayında öz ərizəsi ilə vəzifədən azad olunduğunu deyib. İdmançı gömrük orqanlarında sonuncu dəfə Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Sərnişin şöbəsində inzibatçı vəzifəsində çalışıb. Onun fikrincə, bu ittiham ona qarşı qərəzin nəticəsidir.

    Məhkəmənin qərarı ilə baş məşqçi bir il müddətinə aksiz markası ilə markalanmalı olan məhsulların satış fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə, 2000 manat cərimə edilib.

    Çamadanında aşkar edilən 50 qutu “Vozol Vista 20000” markalı elektron siqaret və 18 qutu “Parliament platinum” markalı siqaret dövlət nəfinə müsadirə olunub.

    Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.

  • Rusiya klubunun yeddi futbolçusu zəhərlənib

    Rusiyanın “Brouk Boyz” klubunun yeddi futbolçusu zəhərlənib.

    Kütləfi zəhərlənmə komandanın “Saturn”a qarşı keçirəcəyi ölkə kubokunun oyunundan əvvəl baş verib.

    Onlar infeksiyaya Divnomorskda yoluxublar. Artıq bəzi oyunçular bu səbəbdən xəstəxanaya da yerləşdirilib.

    Qeyd edək ki, “Saturn” – “Brouk Boyz” oyunu sentyabrın 11-də keçiriləcək.