Category: İdman

  • Azərbaycan dövlət büdcəsindən 8 ayda 202 milyon manatdan çox vəsait geri qaytarılıb

    Bu ilin yanvar-avqust aylarında dövlət büdcəsindən 202 milyon 30,6 min manat məbləğində vəsait fiziki və hüquqi şəxslərə geri qaytarılıb.

    Median.Az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

    Məlumata görə, geri qaytarılan vəsaitin 6 milyon 944,9 min manatı əcnəbilər tərəfindən ölkə ərazisində alınan istehsal və kommersiya məqsədi daşımayan mallara görə ödənilən ƏDV-nin qaytarılmasına aiddir. Bu məbləğə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə qaytarılan ƏDV də daxildir.

    Fiziki şəxs olan istehlakçılara isə işğaldan azad edilmiş ərazilərdə yerləşən mehmanxanalar tərəfindən göstərilən xidmətlərə, pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən, o cümlədən özəl tibbi praktika ilə məşğul olan şəxslərdən alınan mallara və xidmətlərə görə ödənilən ƏDV-nin 124 milyon 683,2 min manatı geri ödənilib.

    Həmçinin, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 18 milyon 817,8 min manatı fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.

    Hesabat dövründə artıq ödənilmiş vergilər, dövlət rüsumu, faizlər və maliyyə sanksiyaları üzrə isə dövlət büdcəsindən geri qaytarılan vəsaitin məbləği 51 milyon 584,7 min manat təşkil edib.

  • Bilyardın “Snuker” növü üzrə Azərbaycan çempionatının mükafatçıları müəyyənləşib

    Bilyardın “Snuker” növü üzrə Azərbaycan çempionatının mükafatçıları müəyyənləşib.

    Bu barədə “Report”a Bilyard Federasiyasından məlumat verilib.

    Heydər Əliyev adına İdman-Konsert Kompleksində təşkil edilən yarışın qalibi Orxan Rzayev olub.

    Fəxrəddin Həsənov gümüş, Turac Namazovla Azər Rzayev bürünc medal əldə edib.

  • “Liverpul”un müdafiəçisinin “Real”a mümkün transferinin təfərrüatı açıqlanıb

    “Real” klubu “Liverpul”un mərkəz müdafiəçisi İbrahim Konate ilə danışıqlarda irəliləyiş əldə edib.

    Bu barədə “Marca”nın jurnalisti Xose Feliks Diasa istinadən “Foot Mercato” məlumat yayıb.

    Diasın sözlərinə görə, Madrid klubu ilə 26 yaşlı fransalı futbolçu arasında danışıqlar artıq inkişaf mərhələsindədir.

    Daha əvvəl bildirilib ki, futbolçunun İngiltərə klubu ilə müqaviləsinin müddəti gələn ilin yayında başa çatır və “Real” onunla həmin vaxt müqavilə imzalamaq istəyir.

  • Dünya çempionatı: Daha bir boksçumuz dörddəbir finala vəsiqə qazandı

    Azərbaycanın daha bir boksçusu Liverpulda təşkil olunan dünya çempionatında 1/4 finala vəsiqə qazanıb.

    Median.Az Azərbaycan Boks Federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Alfonso Dominqesin (90 kq) ardınca Səidcəmşid Cəfərov (75 kq) da bu hüquqa yiyələnib.

    O, 1/8 finalda Dayqo Sunaqa (Yaponiya) ilə üz-üzə gəlib. Boksçumuz hər 3 raundu aktivinə yazıb. Milli üzvü döyüşü 5:0 (30:27, 30:27, 30:27, 30:26, 30:27) hesabı ilə xeyrinə bitirib.

    Cəfərov 1/4 finalda Pavlo İlliuşa (Ukrayna) ilə münasibətinə aydınlıq gətirəcək.

    Qeyd edək ki, Azərbaycanın daha 3 boksçu 1/8 final döyüşünə çıxacaq.

  • ABŞ və Rusiya yığmaları qarşılaşa bilər – AÇIQLAMA

    Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya və ABŞ milli komandaları arasında futbol üzrə yoldaşlıq görüşünün keçirilməsinin mümkünlüyündən danışıb.

    Median.Az xəbər verir ki, “Sport24.ru” rusiyalı baş diplomatın fikirlərini belə təqdim edib:

    “Ümumi maraqlar? İdmanı qeyd edəcəm. Xokkey, futbol. ABŞ Meksika və Kanada ilə birlikdə dünya çempionatına ev sahibliyi edəcək. Bilirəm ki, bəzi dairələr, o cümlədən FİFA rəhbərliyi artıq 2018-ci ildə mundialın təşkilatçısı olmuş və 2026-cı il dünya çempionatına ev sahibliyi edəcək ölkələr arasında futbol matçının keçirilməsi imkanını müzakirə edir”.

    Qeyd edək ki, Rusiya millisi siyasi motivlərə görə 2022-ci ildən FİFA və UEFA-nın himayəsi altında keçirilən beynəlxalq turnirlərdən uzaqlaşdırılıb.

  • Fransada 16 yaşlı idmançı yarış vaxtı ölüb

    Fransalı gənc velosipedçi Noa Sartis ölkənin şimal-qərbində keçirilən yarış zamanı vəfat edib.

    Bu barədə “RMC Sport” məlumat yayıb.

    16 yaşlı idmançının ölümünə ürəyinin dayanması səbəb olub.

    Həkimlər onun həyatını xilas etməyə çalışsalar da, cəhdlər uğursuz alınıb.

  • Naxçıvan Muxtar Respublika stadionu yaxın vaxtlarda beynəlxalq standartlara uyğun şəkildə təmir ediləcək

    Naxçıvan Muxtar Respublika stadionu yaxın vaxtlarda beynəlxalq standartlara uyğun şəkildə təmir edilərək klubun və Naxçıvan futbolunun sərəncamına veriləcək.

    Bu barədə Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundov qurumun iclasında bildirib.

    O, Naxçıvandakı futbolsevərlərin “Araz-Naxçıvan” intizarına yaxın vaxtlarda son qoyulacağını qeyd edib. Belə ki, muxtar respublika futbolunun tarixini, ənənələrini özündə əks etdirən Naxçıvan Muxtar Respublika stadionu yaxın vaxtlarda beynəlxalq standartlara uyğun şəkildə təmir edilərək klubun və Naxçıvan futbolunun sərəncamına veriləcək.

    NFF rəhbəri toplantıda muxtar respublikada futbolun inkişafı ilə bağlı görülən işlərdən danışıb.

    Z.Axundov cari ilin aprelində AFFA və NFF-nin birgə təşkilatçılığı ilə müvafiq yaş qruplarına aid komandalar arasında Azərbaycan çempionatının Naxçıvan zonası üzrə oyunlarının keçirildiyini, kütləviliyin artırılması məqsədi ilə böyüklər arasında şəhər, rayon, qəsəbə və kəndlərdə mütəmadi olaraq futbol yarışlarının təşkil edildiyini, NFF-nin dəstəyi ilə yeni futbol klubunun yaradıldığını bildirib.

    Federasiya prezidenti uzun fasilədən sonra Naxçıvanı təmsil edən hakimlər briqadasının müxtəlif yaş qruplarına aid komandaların iştirak etdiyi ölkə birinciliyinin oyunlarına təyinat almasını da təqdirəlayiq hal kimi vurğulayıb.

    Bunun üçün AFFA Hakimlər Komitəsi ilə qarşılıqlı işlərin aparıldığı, bölgədə referilər üçün kursların və seminarların təşkil olunduğu, yekunda test-normativləri uğurla verənlərin daim yarışlarda ədaləti qoruyacağı bildirilib. Bundan başqa, bölgədə məşqçilərin UEFA məşqçi lisenziyasına sahib olması üçün kurslar təşkil olunur.

  • Azərbaycan idmançısı Avropa çempionatında bürünc medal qazanıb

    Azərbaycan idmançısı Beyrək Bağırov (85 kq) Avstriyanın Veyz şəhərində təşkil olunan böyüklər arasında “Savate Assault” üzrə Avropa çempionatında bürünc medal qazanıb.

    Bu barədə Azərbaycan Savat Federasiyasından məlumat verilib.

    B.Bağırov qrup mərhələsində Ukrayna və Sloveniya təmsilçilərinə qalib gələrək yarımfinala yüksəlib. Bu raundda fransalı rəqibinə məğlub olan idmançı qitə birinciliyini bürünc medalla başa vurub.

  • Azərbaycanın daha iki boksçusu dünya çempionatında mərhələ adlayıb

    Azərbaycanın daha iki boksçusu İngiltərənin Liverpul şəhərində keçirilən dünya çempionatında mərhələ adlayıb.

    “Report” Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Nicat Hüseynov (55 kq) kubalı Rolando Martines Pereslə qarşılaşıb.

    1/16 final mərhələsi çərçivəsində baş tutan döyüş təmsilçimizin inamlı qələbəsi ilə yekunlaşıb. Hüseynov rəqibini 4:1 (28:29, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib. O, növbəti görüşünü Bilguunsayxan Xarxuya (Monqolustan) qarşı keçirəcək.

    Murad Allahverdiyev (80 kq) də adını 1/8 finala yazdırıb. Boksçu Amar Koçini (Albaniya) mübarizədən kənarlaşdırıb – 4:1 (30:27, 29:28, 29:28, 28:29, 30:27). O, ikinci qarşılaşmasında Filip Akilovla (Macarıstan) münasibətinə aydınlıq gətirəcək.

    Hər iki boksçu 1/8 final döyüşünə sentyabrın 9-da çıxacaq.

    Qeyd edək ki, daha öncə Sübhan Mamedov (50 kq) və Səidcəmşid Cəfərov (75 kq) da 1/8 finala yüksəlib. Alfonso Dominqes (90 kq) isə reytinqinə görə bu mərhələdən yarışa qoşulacaq.

  • “Formula 1” üzrə İtaliya Qran-prisində təsnifat mərhələsinin qalibi müəyyənləşib

    “Formula 1” üzrə İtaliya Qran-prisində təsnifat mərhələsinin qalibi müəyyənləşib.

    Median.Az xəbər verir ki, ilk pilləni “Red Bull”un sürücüsü Maks Ferstappen tutub.

    İkinci və üçüncü yerləri isə müvafiq olaraq “Maklaren”in pilotları Lando Norris və Oskar Piastri tutub.

    Qran-pri “Autodromo Nazionale Monza” trekində keçirilib.

    Qeyd edək ki, əsas yarış sentyabrın 7-də Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.//report.az