Category: İdman

  • Luis Suares 6 oyunluq cəzalandırılıb

    ABŞ-nin “İnter Mayami” klubunun və Uruqvay millisinin hücumçusu Luis Suares 6 oyunluq cəzalandırılıb.

    Buna səbəb 38 yaşlı futbolçunun Liqalar Kubokunun final matçında məğlubiyyətdən sonra “Sietl Saunders” klubunun əməkdaşlarından birinə tüpürməsi olub.

    L.Suares oyundan sonra texniki zonaya yaxınlaşıb və rəqib heyətin üzvlərindən birinə tüpürüb. Daha sonra o, davranışına görə üzr istəyib. Həmçinin baş verən dava nəticəsində “Sietl Saunders”in məşqçisi Stiven Lenhart (5 oyun), o cümlədən “İnter Miami”nin daha iki futbolçusu Tomas Aviles (3 oyun) və Serxio Buskets (2 oyun) də cəzalandırılıb.

    Qeyd edək ki, sentyabrın 1-də baş tutan görüş “Sietl Saunders”in 3:0 hesablı qələbəsi ilə nəticələnib.

  • Azərbaycanın daha bir boksçusu dünya çempionatında mərhələ adlayıb

    Azərbaycanın daha bir boksçusu İngiltərənin Liverpul şəhərində təşkil olunan dünya çempionatında mərhələ adlayıb.

    Median.Az Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Sübhan Mamedov (50 kq) 1/16 finalda Fredelin De Los Santosu (Dominikan Respublikası) 4:1 (29:28, 29:28, 29:28, 29:28, 28:29) hesabı ilə məğlub edib.

    O, 1/8 finalda Samet Gümüşlə (Türkiyə) qarşılaşacaq. Döyüş sentyabrın 9-da olacaq.

    Qeyd edək ki, daha öncə Zaur Qəhrəmanovla (65 kq) Səidcəmşid Cəfərov (75 kq) da mərhələ adlayıb. Mundialın üçüncü günündə millimizin bir boksçusu rinqə çıxacaq.

  • Mbappe ötən ayın ən yaxşısı seçildi

    “Real”ın hücumçusu Kilian Mbappe klubda avqust ayının ən yaxşı futbolçusu seçilib.

    Səsvermənin nəticələrinə görə, 26 yaşlı fransalı Vinisius Junior, Din Hoysen, Aurelien Çuhamen və Arda Güleri qabaqlayıb.

    Ötən ay Mbappe İspaniya La Liqasında 3 oyun keçirib və 3 qol vurub.

  • 2026-cı ildə keçiriləcək dünya çempionatına yollanacaq ilk Afrika ölkəsi bəlli oldu

    Daha bir milli komanda DÇ-2026-ya vəsiqəni təmin edib.

    Mərakeş DÇ-2026-nın seçmə mərhələsində Nigerə qalib gələrək (5:0) final mərhələsinə yüksəlib.

    Valid Reqraqinin komandası 6 oyundan sonra 18 xalla E qrupuna başçılıq edir. İkinci yerdə olan Tanzaniyanın 10 xalı var.

    Mərakeş 2026-cı il dünya çempionatına vəsiqə qazanan ilk Afrika komandası olub. Onlar ardıcıl üçüncü dəfə mundiala yollanacaqlar. 2030-cu ildə keçiriləcək turnirdə isə ev sahiblərindən biri kimi çıxış edəcəklər.

    Qeyd edək ki, ABŞ, Kanada və Meksika ev sahibi kimi gələn il təşkil olunacaq dünya kubokunun final mərhələsinə avtomatik vəsiqə qazanıblar. Yaponiya, İran, Cənubi Koreya, İordaniya, Avstraliya, Özbəkistan, Yeni Zelandiya, Argentina, Ekvador, Braziliya, Kolumbiya, Uruqvay və Paraqvay komandaları da turnirdə iştirak hüququ əldə ediblər.

  • “Sumqayıt” amerikalı basketbolçu transfer edib

    Yeni mövsümə hazırlaşan “Sumqayıt” amerikalı basketbolçu Si Cey Consu transfer edib.

    Median.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 198 sm boya malik 27 yaşlı oyunçu həm hücumameyilli müdafiəçi, həm də forvard mövqeyində oynayır.

    Karyerasına Alabama ştatının “Birmingem” komandasında başlayan Cons buna qədər Niderland və Kipr çempionatlarında da oynayıb. O, son olaraq Panamanın “Dragones de Don Bosco” klubunda çıxış edib.

    Si Cey Panama çempionatında hər oyuna orta hesabla 19 xal və 6,3 ribaundla yadda qalıb. O, hətta Panamada “ilin legioneri” mükafatını da qazanıb.

  • “Şəki” heyətini azərbaycanlı basketbolçu ilə gücləndirib

    “Şəki” klubu heyətini azərbaycanlı basketbolçu Rəşid Abbasovla gücləndirib.

    Bu barədə “Report”a klubun mətbuat xidmətindən məlumat verilib.

    Basketbolçu ötən mövsüm “Lənkəran” komandasının formasını geyinib.

  • U-21 millimiz Portuqaliya ilə qarşılaşacaq

    21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununa çıxacaq.

    Yığma B qrupunda Portuqaliya ilə qarşılaşacaq.

    Barseluş şəhər stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

    Görüşü Kiprdən olan hakimlər briqadası idarə edəcək.

    Qeyd edək ki, U-21 sentyabrın 9-da seçmə mərhələnin II turunda “Dalğa Arena”da Bolqarıstan seçməsi ilə üz-üzə gələcək.

  • “Tottenhem” klubunun prezidenti istefa verdi

    İngiltərə Premyer Liqası təmsilçisi “Tottenhem”də ayrılıq yaşanıb.

    Bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

    Belə ki, komandanın prezidenti Deniel Levi vəzifəsindən istefa edib.

    Qeyd edək ki, 63 yaşlı funksioner 2001-ci ildən bəri London təmsilçisinə rəhbərlik edirdi.

  • Türkiyə yığması səfərdə Gürcüstan millisini məğlub etdi

    DÇ-2026-nın seçmə mərhələsinin E qrupunda keçirilən ilk tur matçında Türkiyə milli komandası səfərdə Gürcüstanı 3-2 hesabı ilə məğlub edib

    Matç Tbilisi şəhərində baş tutub.
    Matçın ilk qolunu 3-cü dəqiqədə Mert Müldür vurub, ona Arda Güler assistlik edib. 41-ci dəqiqədə Kerem Aktürkoğlu Türkiyənin ikinci qolunu vuraraq hesabı 2-0-a çatdırıb və ilk hissə bu hesabla başa çatıb.

    İkinci hissədə Aktürkoğlu 52-ci dəqiqədə Yunus Akgünün ötürümündən sonra dubl edərək hesabı 3-0-a yüksəldib. Gürcüstan yığması 71-ci dəqiqədə Zuriko Davitaşvili və 98-ci dəqiqədə Kviça Kvaratsxelia ilə qollardan ikisinin əvəzini çıxıb.

  • Azərbaycan boksçusu dünya çempinatına qələbə ilə başlayıb

    Azərbaycan boksçusu Zaur Qəhrəmanov (65 kq) İngiltərənin Liverpul şəhərində keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

    Bu barədə “Report”a Azərbaycan Boks Federasiyasından məlumat verilib.

    O, 1/32 finalda Denis Brili (Almaniya) 4:1 hesabı ilə məğlub edib.

    Qeyd edək ki, yarış sentyabrın 14-də başa çatacaq.