Category: İdman

  • “Mançester Yunayted” qapçısını satmağa hazırdır

    “Mançester Yunayted” qapçısı Andre Onananı satmağa hazırdır.

    Klub ona yeni müqavilə təklif etməyib.

    Həmçinin 29 yaşlı qapıçının maaşı 25 faiz azaldılıb.

    Qeyd edək ki, A.Onana 2024/2025 mövsümündə meydana çıxdığı 50 oyunda 65 qol buraxıb, 11 görüşdə isə qapısını toxunulmaz saxlayıb. Onun müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

    “Transfermarkt” qolkiperin dəyərini 25 milyon avro qiymətləndirir.

  • “Kəpəz” İdarə Heyətinin üzvü ilə yollarını ayırıb

    Erkin İbrahimov “Kəpəz” Futbol Klubunun İdarə Heyətinin üzvülüyündən çıxarılıb.

    Bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

    Bölgə klubunun iclasında bir sıra qərarlar qəbul olunub.

    E.İbrahimov şəxsi vəziyyəti ilə əlaqədar klubun işlərinə tam köklənə bilmədiyini bildirib və İdarə Heyətinin üzvlüyündən ayrılmaq istədiyini təkrar olaraq açıqlayıb.

    İdarə Heyətinin sədri müraciəti qəbul edib və nəticədə Erkin İbrahimov qurumun üzvlüyündən çıxarılıb.

    “Sarı-göylər” digər struktur dəyişiklikləri barədə isə yaxın günlərdə məlumat verəcək.

  • “Çelsi” öz yetirməsi ilə müqavilə bağlayaraq Erediviziya klubuna icarəyə verib

    UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olan İngiltərənin “Çelsi” klubu öz akademiyasının yetirməsi Kiano Dayerlə müqavilə imzalayıb və onu Niderland Erediviziyasına yüksələn “Volendama” icarəyə verib.

    Bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

    18 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2030-cu ilə qədər nəzərdə tutulub.

    Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının IV turunda “Çelsi” ilə Bakıda üz-üzə gələcək. Qarşılaşma noyabrın 4-də keçiriləcək.

  • UEFA Çempionlar Liqası: “Benfika” – “Qarabağ” matçının biletlərinin qiyməti müəyyənləşib

    UEFA Çempionlar Liqasının əsas mərhələsində baş tutacaq “Benfika” (Portuqaliya) – “Qarabağ” matçının biletlərinin qiyməti müəyyənləşib.

    Bu barədə Portuqaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

    Sentyabrın 5-də satışa çıxarılacaq biletlərin qiyməti 40-60 avro aralığında dəyişir. VİP biletlərin qiyməti barədə isə məlumat verilməyib.

    Qeyd edək ki, “Qarabağ” Portuqliya təmsilçisi ilə UEFA Çempionlar Liqasının I turunda üz-üzə gələcək. Qarşılaşma sentyabrın 16-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

  • Azərbaycan klubu doqquz basketbolçusu ilə yollarını ayırıb

    “Şəki” klubu doqquz basketbolçusu ilə yollarını ayırıb.

    Bu barədə bölgə təmsilçisindən məlumat verilib.

    Klub Tariel Yusifzadə, Məcid İsmayılov, Roti Veyr, Coş Robinson, Terens Hanter-Vitfild, Karl Cons, Tomi Lyuk, Pol Dibal və Adebayo Oduleye ilə vidalaşıb.

  • “Real”ın əfsanəsi Ten Haqdan sonra “Bayer 04” klubunun baş məşqçisi ola bilər

    “Real”ın sabiq futbolçusu və əvvəllər klubun gənclər komandasının baş məşqçisi olmuş Raul Qonsales Leverkuzen təmsilçisi “Bayer 04″ün baş məşqçisi təyin oluna bilər.

    İspaniyalı mütəxəssis leverkuzenlilərin rəhbərliyinin mümkün namizədləri siyahısına daxil edilib.

    Qonsalesdən əlavə, namizədlər sırasında daha iki məşqçi var: Dortmund “Borussiya”sının baş məşqçisi Edin Terziç və “Leyptsiq”in sabiq baş məşqçisi Marko Roze.

    Qeyd edək ki, bu məlumat mayda “Bayer 04″ün baş məşqçisi təyin olunmuş niderlandlı mütəxəssis Erik ten Haqın Bundesliqanın cəmi iki turundan sonra klubdan qovulmasından sonra yayılıb.

  • İslandiya – Azərbaycan oyununun hakimləri açıqlandı

    İslandiya və Azərbaycan milliləri arasında keçiriləcək 2026-cı il dünya çempionatının seçmə qrup matçının təyinatları bəlli olub.

    Sentyabrın 5-də keçiriləcək oyun Niderlanddan olan hakimlər briqadasına həvalə edilib.

    Görüşü Sander van der Eyk idarə edəcək. Ona yan xətt hakimləri Rens Blümink və Stefan de Qroot kömək edəcəklər.

    5 sentyabr

    DÇ-2026

    Seçmə mərhələsi

    Saat 22:45, İslandiya – Azərbaycan

    Baş hakim: Sander van der Eyk;

    Yan xətt hakimləri: Rens Blümink, Stefan de Qroot;

    Dördüncü hakim: Mark Naqteqaal;

    VAR: Jerön Mansxot;

    VAR köməkçisi: Klay Ruperti (hamısı Niderland);

    Hakim-inspektor: Tomas Eynvaller (Avstriya);

    UEFA nümayəndəsi: Marvin Robinson (İngiltərə).

    Qeyd edək ki, Reykyavikdəki “Lauqardalsvöllur” stadionunda keçiriləcək oyun saat 22:45-də start götürəcək.

  • “Qarabağ”ın rəqibi yeni transferini açıqlayıb

    “Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi Danimarkanın “Kopenhagen” klubu yeni transferini açıqlayıb.

    Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

    Paytaxt təmsilçisi Mads Emil Madseni heyətinə qatıb. 27 yaşlı danimarkalı yarımmüdafiəçi ölkənin digər klubu “Orhus”dan transfer olunub.

    Qeyd edək ki, “Qarabağ” paytaxt klubu ilə UEFA Çempionlar Liqasının II turunda Bakıda üz-üzə gələcək. Görüş oktyabrın 1-də keçiriləcək.

  • Boksçu Co Baqner vəfat etdi

    Britaniya, Avropa və Millətlər Birliyi çempionu, keçmiş boksçu Co Buqner 75 yaşında Avstraliyada vəfat edib.

    Macarıstanda doğulan, sonradan Britaniyaya köçən Buqner 1970-ci illərdə dünyanın ən güclü ağır çəkili boksçularından biri idi. O, rinqdə Məhəmməd Əli, Co Freyzer, Frenk Bruno və digər ulduzlarla qarşılaşıb, dözümlülüyü ilə tanınıb.

    Karyerasında 83 döyüş keçirən Buqner həmçinin aktyor kimi filmlərdə rol alıb və televiziya şoularında çıxış edib.

  • “Aston Villa” “Mançester Yunayted”in futbolçusunu transfer edib

    İngiltərənin “Aston Villa” klubu Premyer Liqanın digər təmsilçisi “Mançester Yunayted”dən Viktor Lindelöfü transfer edib.

    Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

    Qeyd edək ki, 31 yaşlı müdafiəçi 2017-ci ildən Mançester klubunun formasını geyinirdi.