
“Qarabağ”ın yeni transferinin adı müəyyənləşib.

“Qarabağ”ın yeni transferinin adı müəyyənləşib.
“Sabah”ın futbolçusu Coy Lens Mikels Azərbaycan çempionatında 40 qola çatan doqquzuncu legioner olub.
32 yaşlı almaniyalı hücumçu buna “Şamaxı”ya qalib gəldikləri (2:1) Misli Premyer Liqasının II turunun matçında nail olub.
Qarşılaşmada dubla imza atan Mikels ikinci qolu ilə “40”a çatıb. Ölkəmizdə yalnız bir klubda çıxış edən futbolçu 86-cı matçında bunu reallaşdırıb.
Mikels turnirin tarixində 40 və daha çox qol vuran 68-ci futbolçudur. O, bunu bacaran legioner statuslu 9-cu oyunçudur.
Coy Lens Premyer Liqada eyni klubda 40 və daha çox qola sevinən 27-ci futbolçu kimi tarixə düşüb. O, Abdullah Zubir, Reynaldo Silva (hər ikisi “Qarabağ”) və Fernando Peresdən (“Bakı”) sonra eyni klubda ən azı bu qədər qol vuran 4-cü legionerdir.
//report

Tanınmış güləş hakimi Əjdər Cəfərovun Azərbaycan Badminton Federasiyasında təyinatı baş tutub.
Bu barədə Federasiyanın rəsmi saytı məlumat yayıb.
Belə ki, Əjdər Cəfərov Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadovun idman məsələləri üzrə müşaviri təyin olunub.
Qeyd edək ki, Cəfərov Əjdər Xosrov oğlu 2011–2016-cı illərdə Azərbaycan Güləş Federasiyasının baş katibi vəzifəsində çalışıb. O, idman ustası, əməkdar məşqçi və olimpiya kateqoriyalı beynəlxalq hakimdir.
2012-ci ildə Prezidentin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.
Misli Premyer Liqasında II turun daha bir oyunu keçirilib.
“Qalatasaray”ın mərkəz müdafiəçisi Karlos Kuesta Moskva “Spartak”ına keçmək üzrədir.
Median.Az “Atençao, Vascaínos” saytına istinadən xəbər verir ki, klubların nümayəndə heyətləri transferin bütün təfərrüatları ilə bağlı tam razılığa gəliblər və müqavilə bağlayıblar.
Mənbənin məlumatına görə, futbolçunun transferi həll olunmuş hesab edilir. O, gələcəyini və Rusiyada oynamaq istəyini dəqiq müəyyən edib. O da bildirilir ki, indi kolumbiyalı ilə maraqlanan “Vasko da Qama” müdafiənin mərkəzini gücləndirmək üçün başqa namizədlər axtaracaq.
Daha əvvəl mətbuatda Rusiya klubunun 26 yaşlı futbolçu üçün sabit məbləğ olaraq 6.5 milyon avro ödəyəcəyi, “Qalatasaray”ın isə daha 2 milyon avro mükafat ala biləcəyi barədə məlumatlar yayılmışdı.
Misli Premyer Liqasında II turun daha bir oyunu keçirilib.
Günün ikinci matçında “Qarabağ” “Sumqayıt”ı qəbul edib.
“Azersun Arena”dakı qarşılaşma “gənclik şəhəri” təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 1:0.
Görüşdəki yeganə qolu 72-ci dəqiqədə Ronaldo Vaskez vurub.
“Sumqayıt” xallarının sayını 6-ya çatdırıb. Ağdam klubu isə hələ xalsızdır. “Köhlən atlar”ın ilk turda “Sabah”la oyunu təxirə salınmışdı.
İngiltərə təmsilçisi “Mançester Yunayted” Belçikanın “Antverpen” klubunun qapıçısı Senne Lammensi transfer edəcək.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
23 yaşlı qolkiperin keçidi üzərində işlər davam edir. Tərəflər arasında müqavilənin şərtləri razılaşdırılıb.
Qeyd edək ki, Senne Lammens bu mövsüm Belçika çempionatında keçirdiyi 4 oyunda 4 qol buraxıb.
Futbol üzrə Libertadores Kubokunun 1/4 final mərhələsinin cütləri müəyyənləşib.
8 komandadan dördü Argentina, üçü Braziliya, biri isə Ekvador təmsilçiləridir
“Estudiantes” (Argentina) – “Flamenqo” (Braziliya)
“River Pleyt” (Argentina) – “Palmeyras” (Braziliya)
“Rasinq” (Argentina) – “Veles Sarsfild” (Argentina)
LDU (Ekvador) – “San Paulo” (Braziliya)
Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları sentyabrın 16-da, cavab görüşləri isə 23-də keçiriləcək.
Azərbaycanlı FIFA referisi Əli Cəbrayılov futzal üzrə UEFA Çempionlar Liqasının oyunlarına təyinat alıb.
O, qitənin ən nüfuzlu klub turnirinin ilkin mərhələsində E qrupunun Bolqarıstanda təşkil olunacaq matçlarında ədaləti qoruyacaq.
Həmyerlimiz avqustun 27-də keçiriləcək “Viten Orşa” (Bolqarıstan) – “Europa” (Cəbəllütariq) görüşündə 3-cü, həmin gün baş tutacaq “Veilimdorf” (Almaniya) – “Levski” (Bolqarıstan) matçında 2-ci hakim funksiyasını yerinə yetirəcək.
Ə.Cəbrayılov ertəsi gün keçiriləcək “Veilimdorf” – “Viten Orşa” matçına 1-ci hakim kimi təyinat alıb.
Qrupun son turunun oyunlarına hələlik təyinat olmayıb.
Azərbaycan Kempo Federasiyasının prezidentinin oğlu vəfat edib.
Federasiya prezidenti Rauf İbrahimovun oğlu Toğrul İbrahimov Ukraynada dünyasını dəyişib.
Onun Kiyevdə binada yaşadığı mənzilin pəncərəsindən yıxılaraq həyatını itirdiyi bildirilir.
Qeyd edək ki, Toğrul da karatenin kempo növü ilə məşğul olurdu.

//oxu.az