Category: İdman

  • Qadın güləşçimiz dünya çempionatında gümüş medal qazandı

    Azərbaycanın qadın güləşçisi Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında gümüş medal qazanıb.

    Yarışın beşinci günündə Ruzanna Məmmədova (62 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıb.
    O, finalda çinli Yanqjen Yanqjenə sonuncu xal prinsipinə əsasən (6:6) məğlub olub.

    Qeyd edək ki, daha əvvəl qadın güləşçilərdən Günay Qurbanova (59 kq) bürünc medal qazanıb.

  • 8 yaşlı futbolçu dünya brendi ilə müqavilə imzaladı

    Braziliyada “Flamenqo” klubunun uşaq komandasının üzvü, 8 yaşlı Natansinyo “Nike” şirkəti ilə müqavilə bağlayıb.

    Qaynarinfo-nun “O Globo” nəşrinə istinadən məlumatına görə, bu, Rio-de-Janeyro təmsilçisinin tarixində ilk hadisədir ki, belə gənc oyunçu dünya brendi ilə anlaşma imzalayır.

    “Nike” istedadlı hücumçunun hüquqlarını əvvəlcədən özündə saxlamağı qərara alıb. Buna əsas da var: Ötən mövsümdə Natansinyo Rio-de-Janeyro üzrə 8 yaşadək uşaqlar arasında keçirilən çempionatın bombardiri olub və 18 qol vurub. O, “Ibercup” turnirində də fərqlənərək 11 dəfə rəqib qapısına yol tapıb və ən yaxşı oyunçu adına layiq görülüb.

    Portuqaliyanın “A Bola” qəzeti artıq gənc braziliyalının gələcəkdə geniş müzakirə mövzusu olacağını proqnozlaşdırır. “Nike” isə ən gənc oyunçulara sərmayə yatırmaq siyasətini davam etdirir: Bir neçə il əvvəl şirkət başqa bir 8 yaşlı braziliyalı, Kauan Basile ilə müqavilə bağlamışdı. Hazırda Basile milyonlarla izləyici toplayıb və Neymarla birlikdə reklam çarxlarında çəkilir.

  • “Barselona” Jül Kunde ilə müqavilə müddətini uzadıb

    İspaniya təmsilçisi “Barselona” futbolçusu Jül Kunde ilə müqavilə müddətini uzadıb.

    Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

    Fransalı müdafiəçi yeni sözləşməyə əsasən 2030-cu ilə qədər kataloniyalıların formasını geyinəcək.

    Qeyd edək ki, J.Kundenin əvvəlki müqaviləsinin müddəti 2027-ci ildə başa çatırdı.

  • Azərbaycanın qadın güləşçisi dünya çempionatında bürünc medal qazanıb

    Azərbaycanın qadın güləşçisi Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında bürünc medal qazanıb.

    Median.Az xəbər verir ki, Günay Qurbanova (59 kq) üçüncü yer uğrunda görüşdə kanadalı Ella Findinqə 4:1 hesabıyla qalib gələrək fəxri kürsüyə yüksəlib.

    Qeyd edək ki, qadın güləşçilərimizdən Ruzanna Məmmədova (62 kq) mundialın finalına adlayıb. O, sabah həlledici görüşdə çinli Yanqjen Yanqjenlə üz-üzə gələcək.

  • “Azərreyl”də daha bir müqavilə

    “Azərreyl”in kişilərdən ibarət voleybol komandası Sergey Platanenkovla müqavilə müddətini uzadıb.

    Bu barədə paytaxt klubunun mətbuat xidmətindən açıqlama yayılıb.

    28 yaşlı vooleybolçu daha bir mövsüm “Azərreyl”in şərəfini qoruyacaq.

    Qeyd edək ki, Sergey 2023-cü ildən komandanın formasını geyinir.

  • Paris-2024-də qızıl medal qazanan idmançı karyerasını bitirib

    Paris-2024 Yay Olimpiya Oyunlarında qadınlar arasında keçirilən boks yarışının qalibi olan əlcəzairli İman Xelif karyerasını başa vurub.

    Bu barədə “Nice Matin” portalına idmançının meneceri Nasser Yesfakh məlumat verib.

    O, Olimpiya çempionunun Əlcəzairdə fərdi məşqlər etdiyini, lakin boksla məşğul olmadığını deyib.

    Qeyd edək ki, Paris-2024-də keçirilən boks yarışında italiyalı idmançı Anjela Karin İman Xelifin transgender olduğunu iddia edərək döyüşməkdən imtina etmişdi.

  • Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazandı

    Azərbaycanın sərbəst güləşçisi Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında bürünc medal qazanıb.

    Üçüncü yarış günündə Vasif Bağırov (57 kq) təsəlliverici görüşdə yaponiyalı Rin Sakamotoya heç bir şans tanımayıb – 10:2.

    Güləşçimiz həlledici qarşılaşmada isə moldovalı moldovalı Yon Bulqarunu 8:2 hesabı ilə üstələyərək bürünc medala sahib çıxıb.

  • Azərbaycanın iki güləşçisi dünya çempionatında bürünc medal qazanıb

    Azərbaycanın iki sərbəst güləşçisi Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında bürünc medal qazanıb.

    70 kq çəki dərəcəsində yarışan Nurlan Ağazadə bürünc medal uğrunda görüşdə gürcüstanlı Qoqa Otinaşviliyə 4:0 hesabı ilə qalib gəlib.

    125 kq çəki dərəcəsində çıxış edən Yusuf Dursunov isə fəxri kürsünün üçüncü pilləsinə qalmaq üçün fransalı rəqibini 3:1 hesabı ilə üstələyib.

    Qeyd edək ki, mundial avqustun 24-də yekunlaşacaq.

  • “Qarabağ”ın oyununa təyinat alan hakim daha əvvəl “Neftçi”nin matçını idarə edib

    “Qarabağ”ın Macarıstanda “Ferentsvaroş”a qarşı keçirəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununa təyinat alan portuqaliyalı hakim Juan Pedru da Silva Pineyru daha əvvəl bir dəfə Azərbaycan komandasının qarşılaşmasını idarə edib.

    “Report”un məlumatına görə, 37 yaşlı ədalət təmsilçisi 2021-ci ildə “Neftçi”nin matçında iş başında olub.

    FIFA referisi həmin vaxt “ağ-qaralar”ın Yunanıstanda “Olimpiakos”a uduzduğu (0:1) Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündə baş hakim olub. Pineyru meydan sahiblərindən Madi Kamaraya, “Neftçi”də isə Mert Çelikə qırmızı vərəqə göstərib.

    2016-cı ildən beynəlxalq oyunlara təyinat alan hakim avqustun 13-də Fransanın PSJ və İngiltərənin “Tottenhem” komandaları arasında keçirilmiş UEFA Superkubok matçını da idarə edib. Həmin görüşdə azərbaycanlı FIFA referisi Elçin Məsiyev dördüncü hakim olub.

    Qeyd edək ki, “Ferentsvaroş” – “Qarabağ” oyunu avqustun 19-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab qarşılaşması avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də başlayacaq.

  • “Qəbələ”nin gənc futbolçusu “Qarabağ”da

    “Qəbələ”nin gənc futbolçusu Kənan Baxışov klubdan ayrılıb.

    Median.Az İdmanxeber.az-a istinadən xəbər verir ki, baş məşqçi Kaxaber Sxadadzenin planlarına daxil olmayan 20 yaşlı futbolçu “Qarabağ”la anlaşıb.

    Sağ vinger mövqeyində çıxış edən oyunçu icarə əsasında Ağdam klubunda forma geyinəcək.

    O, “Qarabağ”ın əvəzedicilər heyətində oynayacaq. Baxışovun “Qəbələ” ilə müqaviləsi mövsüm sonu başa çatır.

    O, ötən mövsümü I Liqa klubu “Cəbrayıl”da keçirib.