Category: İdman

  • “Liverpul” İtaliya klubunun futbolçusunu heyətinə qatır

    İngiltərənin “Liverpul” klubu İtaliya təmsilçisi “Parma”da çıxış edən Covanni Leonu heyətinə qatır.

    Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

    Mersisayd təmsilçisi 18 yaşlı müdafiəçinin keçidii ilə bağlı razılıq əldə edib. Ölkə çempionu oyunçu üçün təxminən 35 milyon avro ödəyəcək.

    Qeyd edək ki, Covanni Leon 2024/2025 mövsümündə bütün turnirlərdə 17 matçda 1 qolla yadda qalıb.

  • “Qarabağ” sabiq futbolçusunu geri qaytarır

    “Qarabağ” Macarıstanın “Ferentsvaroş” klubundan ayrılan sabiq futbolçusu Ovusu Kvabenanı komandaya qaytaracaq.

    Median.Az “Transfermarkt” portalına istinadən xəbər verir ki, Ağdam təmsilçisi 2023-cü ilin iyununda klubu tərk edən qanalı hücumçunu azad agent kimi heyətinə cəlb etmək üçün danışıqlar aparır.

    Bir neçə gün əvvəl başlayan danışıqların artıq müqavilənin razılaşdırılması ilə nəticələndiyi bildirilir. Razılaşmaya əsasən, Kvabena ilə ikiillik sözləşmə imzalanacaq.

    Mərkəz hücumçusu ötən mövsüm icarə əsasında Türkiyənin “Ankaragücü” klubunda çıxış edib. O, iştirak etdiyi 16 oyunda 9 qol müəllifi olub.

    Qeyd edək ki, Ovusu Kvabena 2020-2023-cü illərdə “Qarabağ”ın futbolçusu olub.

    “Transfermarkt” onun bazar dəyərini 400 000 avro olaraq qiymətləndirir.

    “Qarabağ” və “Ferentsvaroş” UEFA Çempionlar Liqasının pley-off mərhələsində üz-üzə gələcəklər. İlk oyun avqustun 19-da Budapeştdə, ikinci matç isə avqustun 27-də Bakıda təşkil olunacaq.

  • Zaqatalada aylıq normanın 208%-i miqdarında yağış yağıb – FAKTİKİ HAVA

    Ölkə ərazisində avqustun 14-ü saat 10:00-a olan faktiki hava açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Məlumata əsasən, bəzi yerlərdə leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

    Balakən-Şəki zonasının bəzi yerlərində yağıntılar intensiv və güclü olub.

    Düşən yağıntının miqdarı Zaqatalada 154 (aylıq normanın 208 %-i), Balakəndə 35 (aylıq normanın 47 %-i), Oğuzda 10, Qaxda (Sarıbaşda) 9, Şəkidə 8, Cəlilabadda 4, İmişlidə 3, Şahdağ, Lənkəran, Qəbələ, Xınalıq, Qobustan, Qrız, Xaltan, Biləsuvar, Astara, Neftçala, Şamaxı, eyni zamanda, Bakıda və Abşeron yarımadasında 2 mm-dək qeydə alınıb.

    Avqustun 13-ü saat 17:30-da Kəlbəcər rayonunun Boyaxlı, İstisu, Çıraxlı kəndlərinə dolu düşüb.

    Lerik, Balakən, Qax, Qrız, Qusarda duman müşahidə olunub. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.

    Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin həftə sonunadək davam edəcəyi gözlənilir.

  • “Şamaxı” heyətini yeni futbolçu ilə gücləndirib

    “Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

    Bölgə təmsilçisi “Sumqayıt”dan Sənan Muradlını icarə əsasında heyətinə qatıb.

    19 yaşlı müdafiəçi növbəti mövsümü “Şamaxı”da keçirəcək.

  • Azərbaycanı Bolqarıstanda keçiriləcək dünya çempionatında 15 cüdoçu təmsil edəcək

    Azərbaycanı Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək dünya çempionatında 15 yeniyetmə cüdoçu təmsil edəcək.

    10 çəki dərəcəsində 8 oğlan, 7 qız idmançı qalib adı uğrunda mübarizə aparacaq.

    Yığma turnirin son günündə qarışıq komanda yarışında çıxış edəcək.

    Yeniyetmə oğlanlardan ibarət millinin baş məşqçisi Emin İskəndərov və məşqçi Nicat Şıxəlizadə Anar Quliyev, Rza Xəlilli (hər ikisi 50 kq), Rəsul Əlizadə, Məhəmmədəli Hüsiyev (hər ikisi 55 kq), Zeyd Ələsgərov, Röyal Qayıbov (hər ikisi 60 kq), Məhəmməd Ağakişiyev (73 kq) və Sübhan Axundova (+90 kq) güvənəcək. Amin Mehdiyev (81 kq) qarışıq komanda yarışlarında çıxış edəcək.

    Yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov isə Gülşən Hüseynova, Xədicə Abdullayeva (hər ikisi 44 kq), Nərmin Ağamirzəzadə, Leyla Ələkbərova (hər ikisi 48 kq), Aysun Məmmədova (52 kq), Səmayə Yusifli (57 kq) və Məsumə Məmmədliyə (70 kq) şans verəcək.

    Qeyd edək ki, avqustun 27-dən 31-dək davam edəcək dünya çempionatına 75 ölkədən 593 idmançı (313 oğlan, 280 qız) qatılacaq.

  • London klubunun yeni kapitanı bəlli olub

    İngiltərənin “Tottenhem” klubunun yeni kapitanı bəlli olub.

    Bu barədə London təmsilçisinin baş məşqçisi Tomas Frank açıqlama verib.

    Mütəxəssis Son Hın Minin klubdan ayrılmasından sonra kapitanlıq sarğısını Kristian Romeroya vermək qərarına gəldiyini söyləyib.

    Qeyd edək ki, Romero 2022-ci ildən “Tottenhem”də çıxış edir. O, ötən mövsüm komanda ilə Avropa Liqasının qalibi olub.

  • Azərbaycanlı paralimpiya çempionu dünya reytinqindəki liderliyini qoruyub

    Azərbaycanlı paralimpiya çempionu İmaməddin Xəlilov (70 kq) dünya reytinq sıralamasındakı liderliyini qoruyub.

    O, Dünya Parataekvondo Federasiyası tərəfindən açıqlanan yeni reytinq cədvəlində 662.85 xalla liderliyini davam etdirir.

    Paralimpiya Oyunlarının bürünc medalçısı, ötən ay Avropa Gənclər Paralimpiya Oyunlarında qızıl medal qazanan Sabir Zeynalov (58 kq) isə 356.66 xalla üçüncü pillədə qərarlaşıb.

    Amin Şıxalıyev (63 kq) ötən reytinq cədvəli ilə müqayisədə 21,60 xalla iki pillə irəliləyərək 28-ci sıraya yüksəlib. Orxan Cəfərov (80 kq) isə 24,74 xalla 30-cu pillədədir.

  • Rusiyalı ağırlıqqaldıran diskvalifikasiya edilib

    Rusiyalı ağırlıqqaldıran Mixail Kim kannabinoidlərdən istifadə etdiyinə görə diskvalifikasiya olunub.

    Bu barədə TASS məlumat yayıb.

    Mənbənin sözlərinə görə, onun dopinq nümunəsində qadağan olunmuş karboksi-tetrahidrokannabinol maddəsi aşkar edilib.

    Qadağa müddəti 2 il olacaq. Kim 2027-ci il martın 27-dən gec olmayaraq idmana qayıda biləcək.

    Ağırlıqqaldıran kannabinoidlərdən istifadə etdiyi üçün aktiv diskvalifikasiyaya məruz qalan ikinci Rusiya idmançısıdır. Bundan əvvəl paralimpiyaçı Vitali Loqin eyni səbəbdən cəzalandırılıb.

  • Donnarumma PSJ-dən ayrılıb

    İtaliyalı qapıçı Canluici Donnarumma Fransanın PSJ klubundan ayrılıb.

    O, bu barədə instaqramdakı səhifəsində məlumat yayıb.

    “Əziz PSJ azarkeşləri, klubda olduğum ilk gündən öz yerimi qazanmaq və bu klubun hədəfini qürurla müdafiə etmək üçün meydanda və meydandan kənarda hər şeyi verdim. Təəssüf ki, kimsə qərar verdi ki, mən artıq komandanın bir parçası ola və onun uğuruna töhfə verə bilməyəcəm. Bu qərar məni məyus edir və kədərləndirir.

    Yoldaşlarımz – ikinci ailəmə – hər matça, hər bölünmüş ana görə təşəkkür edirəm. Siz həmişə mənim qardaşlarım olacaqsınız, bu klubda oynamaq mənim üçün böyük şərəf idi”, – o yazıb.

    Donnarummanın 26 yaşı var, 2021-ci ildən PSJ-də oynayıb. Komanda ilə birlikdə 4 dəfə Fransa çempionu, 2 dəfə ölkə kubokunun, ötən mövsüm Çempionlar Liqasının qalibi olub. İtaliya millisinin heyətində 2021-ci ildə Avropa çempionu titulunu qazanıb. 2024/2025 mövsümündə Donnarumma PSJ-də 47 oyun keçirib.

    Daha əvvəl PSJ-nin baş məşqçisi Luis Enrike qapıçını iştirak ərizəsindən kənarlaşdırmaq qərarına şəxsən gəldiyini bildirərək, ona fərqli qapıçı lazım olduğunu əlavə edib.

  • “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəlsə, hansı səbətdə qərarlaşacaq?

    UEFA Çempionlar Liqasında artıq iki mərhələ adlayan “Qarabağ”ı indi Liqa mərhələsindən cəmi bir raund ayırır.

    Azərbaycan çempionu pley-off mərhələsində Macarıstan təmsilçisi “Ferentsvaroş”u mübarizədən kənarlaşdırsa, qitənin nəhəng klublarını Bakıya gətirəcək.

    “Qarabağ” mərhələ adlayacağı təqdirdə, Liqa mərhələsinin püşkatması zamanı sonuncu – yəni dördüncü səbətdə yer alacaq.

    Düzdür, ağdamlıların əmsalı turnirə əsas raunddan başlayacaq “Atletik Bilbao” (İspaniya) və “Nyukasl Yunayted”dən (İngiltərə) çoxdur. Lakin 32.000 əmsalı aşağıreytinqli komandalar sırasında yer almaq deməkdir.

    Qeyd edək ki, Çempionlar Liqasında Liqa mərhələsinin püşkü avqustun 28-də atılacaq.