Category: İdman

  • “Qarabağ” “Şkendiya”nın qapısından beşinci qolu keçirdi

    UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ” – “Şkendiya” (Şimali Makedoniya) oyununda altıncı qol vurulub.

    Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən matçda Ağdam təmsilçisi fərqi artırıb – 5:1

    59-cu dəqiqədə Leandro Andrade diqqət mərkəzinə düşüb.

  • “Mançester Yunayted” “Bavariya”nın müdafiəçisi ilə maraqlanır

    İngiltərənin “Mançester Yunayted” kollektivi Almaniya təmsilçisi “Bavariya”nın müdafiəçisi Dayo Upamekano ilə maraqlanır.

    26 yaşlı futbolçunun Münhen klubu ilə müqaviləsinin müddəti gələn ilin yayında başa çatacağı üçün məşqçilər korpusu onu satmağı planlaşdırır.

    Satış prosesi baş tutmazsa, Bundesliqa komandası fransalı oyunçunun sözləşməsinin müddətini uzatmaq variantını nəzərdən keçirəcək.

    D.Upamenkonun özü də “Mançester Yunayted”ə transfer olmağa müsbət yanaşır.

    Qeyd edək ki, futbolçu 2021-ci ildən “Bavariya”da çıxış edir.
    //report

  • Bakı və İslamabad quru nəqliyyat marşrutlarının inkişafı hesabına ticarət dövriyyəsini artırmaq niyyətindədir

    Pakistan Azərbaycanla quru nəqliyyat marşrutlarının inkişafı hesabına ticarətin genişləndirilməsinə böyük əhəmiyyət verir.

    Bu barədə Pakistanın özəlləşdirmə, investisiya və kommunikasiya üzrə federal naziri Abdul Alim Xan Azərbaycanın İslamabaddakı səfiri Xəzər Fərhadovla görüşündə bildirib.

    “Pakistan və Azərbaycan Birgə Ticarət Palatasının fəaliyyəti quru yolu ilə əlaqələr hesabına ticarətin təşviqinə yönəlib. Pakistan və Azərbaycanı tarixi, coğrafi və dini bağlar birləşdirir. Pakistan ikitərəfli ticarət və əməkdaşlığı təşviq etməyə səy göstərir”, – Xan qeyd edib.

    Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər və cari regional vəziyyət də müzakirə olunub.

    Azərbaycan səfiri bildirib ki, Pakistan və Azərbaycan arasında dostluq münasibətləri inkişaf etməyə davam edəcək.
    //report

  • Azərbaycan klubu ABŞ-dən olan basketbolçunu heyətinə qatıb

    “Abşeron Lions” heyətini yeni basketbolçu ilə gücləndirib.

    Bu barədə “Report”a klubun mətbuat xidmətindən məlumat verilib.

    ABŞ-dən olan oyunçu Ceylen Şou 2025/2026 mövsümündə Azərbaycan təmsilçisində çıxış edəcək.

    Qeyd edək ki, basketbolçu son olaraq Avstriyada “Rayffeysen” klubunun formasını geyinib.

  • Çempionlar Liqası: “Qarabağ” – “Şkendiya” oyununa 25 min bilet satılıb

    UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ” – “Şkendiya” (Şimali Makedoniya) oyununa satılan bilet sayı açıqlanıb.

    Ağdam klubundan “Report”a verilən məlumata görə, qarşılaşmaya 25 min bilet satılıb.

    Matç üçün bilet qiymətləri 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

    VVIP C və VVIP D sektoru üçün nəzərdə tutulan biletlərin qiyməti isə 300 manatdır.

    Qeyd edək ki, “Qarabağ” – “Şkendiya” matçı bu gün Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Səfərdə gerçəkləşən ilk oyunda “köhlən atlar” qələbə qazanıb – 1:0.

  • Bu gün keçiriləcək avrokubok görüşlərini hansı kanallardan izləmək olar?

    Bu gün avrokuboklarda bir sıra maraqlı futbol görüşləri keçiriləcək.

    “CBC Sport” kanalı “Qarabağ” – “Şkendiya” matçını canlı yayımlayacaq.

    “TV NET Sport” isə “Fənərbağça” – “Feyenoord” matçını göstərəcək.

    12 avqust

    UEFA Çempionlar Liqası

    III təsnifat mərhələsi

    Saat 20:00, “Qarabağ” – “Şkendiya” (“CBC Sport”);

    Saat 21:00, “Fənərbağça” – “Feyenoord” (“TV NET Sport”).

  • Azərbaycanı dünya çempionatında təmsil edəcək güləşçilər müəyyənləşib

    Azərbaycanı Bolqarıstanın Samokov şəhərində keçiriləcək U-20 dünya çempionatında təmsil edəcək güləşçilər müəyyənləşib.

    “Samokov Arena”da təşkil ediləcək mundialda 23 güləşçimiz mübarizə aparacaq.

    Yarışın ilk günlərində sərbəst güləşçilər xalçaya çıxacaq. Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyev, Nazim Əlicanov və Əşrəf Əliyevin rəhbərliyi altında Vasif Bağırov (57 kq), Fərhad Hacıyev (61 kq), Ağa Qasımov (65 kq), Nurlan Ağazadə (70 kq), Ağanəzər Novruzov (74 kq), Muradxan Omarov (79 kq), Təbriz Bayramov (86 kq), Anar Cəfərli (92 kq), Rəvan Musayev (97 kq) və Yusif Dursunov (125 kq) uğur qazanmağa çalışacaqlar.

    Daha sonra qadın güləşində baş məşqçi əvəzi Toğrul Əsgərov, böyük məşqçi Rövşən Umudovun rəhbərliyi altında Günay Qurbanova (59 kq), Ruzanna Məmmədova (62 kq) və Zəhra Kərimzadə (72 kq) mübarizəyə qoşulacaqlar.

    Dünya çempionatının son günlərində estafet yunan-Roma güləşçilərinə keçəcək. Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov, Turac Hüseynli və Zöhrab Abbasovun rəhbərliyi altında Turan Daşdəmirov (55 kq), Ayxan Cavadov (60 kq), Tural Əhmədov (63 kq), Fəraim Mustafayev (67 kq), Seymur Qasımov (72 kq), Davud Məmmədov (77 kq), Elmin Əliyev (82 kq), Orxan Hacıyev (87 kq), İsmayıl Rzayev (97 kq) və Məzaim Mərdanov (130 kq) ölkəmizi təmsil edəcəklər.

    Avqustun 17-dən 24-dək keçiriləcək yarışda görüşlər hər gün Bakı vaxtı ilə 11:00-da başlayacaq. Medallar uğrunda qarşılaşmalar isə 19:00-da start götürəcək.

    Məsul yarışda I dərəcəli hakimlər – Kamran Əliyev və Bəşir İsazadə ədaləti qoruyacaqlar.
    //report

  • İngiltərə klubu kapitanını sata bilər

    İngiltərənin “Kristal Pelas” klubu kapitanı Mark Qehini bu yay sata bilər.

    Bu barədə klubun İdarə Heyətinin sədri Stiv Periş bildirib.

    İngiltərə millisinin 25 yaşlı üzvünün Premyer Liqa təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.

    Qeyd edək ki, 2021-ci ilin yayından “Kristal Pelas”da çıxış edən müdafiəçi 2024/2025 mövsümündə meydana çıxdığı 44 matçda 3 qol və 2 məhsuldar ötürmə müəllifi olub. “Transfermarkt” M.Qehinin dəyərini 45 milyon avro qiymətləndirir.//report

  • “Araz-Naxçıvan” heyətini braziliyalı futzalçı ilə gücləndirib

    “Araz-Naxçıvan” heyətini braziliyalı futzalçı ilə gücləndirib.

    Bu barədə “Report”a klubun mətbuat xidmətindən bildirilib.

    Naxçıvan təmsilçisi Jan Peruzzo ilə müqavilə imzalayıb.

    Qeyd edək ki, təcrübəli futzalçının son iş yeri Braziliyanın “San Migel” klubu olub.

  • Futboldan uzaqlaşdırılan azərbaycanlı hakim taksi sürür – FOTO

    Futboldan uzaqlaşdırılan Rauf Allahverdiyev artıq Bakıda tanınmış taksi şirkətlərin birinə müraciət edib.

    Median.Az İdmanxəbər.az-a istinadən xəbər verir ki, Rauf Allahverdiyev Sənədləşmə işlərinin ardından yeni işinə start verəcək.

    Xatırladaq ki, referi hakimlikdən uzaqlaşdırılmasını ötən mövsüm Azərbaycan Kubokunun yarımfinal mərhələsi ilk oyunu çərçivəsində keçirilən “Neftçi” – “Sabah” görüşündə ciddi səhvə yol verməsilə əlaqələndirmişdi. Daha sonra AFFA Allahverdiyevi federasiyanın işgüzar imicinə xələl gətirən açıqlamaları səbəbindən onunla yeni müqavilə uzadılmadığını açıqlayıb.