Category: İdman

  • UEFA “Qarabağ”ın rəqibinə xəbərdarlıq etdi

    UEFA “Qarabağ” klubunun Çempionlar Liqasının III təsnifat mərhələsində rəqibi olan Şimali Makedoniyanın “Şkendiya” klubuna xəbərdarlıq edib.

    Buna komandanın evdə Rumıniya təmsilçisi FKSB-yə qalib gəldiyi (1:0) II təsnifat mərhələsinin ilk oyununda yaşananlar səbəb olub.

    Yerli azarkeşlər sözügedən qarşılaşmada meydana yad əşyalar atıblar. Ölkə çempionu bu səbəbdən xəbərdarlıq alıb. Bu hal növbəti dəfə təkrarlanacağı təqdirdə “Şkendiya” cərimələnəcək.

    Qeyd edək ki, “Qarabağ” III təsnifat mərhələsinin səfərdə baş tutan ilk görüşündə bir cavabsız qolla qələbə qazanıb. Cavab oyunu avqustun 12-də Bakıda keçiriləcək.

  • “Qarabağ”ın qanalı futbolçusu Cənubi Kipr klubuna keçə bilər

    Cənubi Kiprin APOEL klubu “Qarabağ”dan Emmanuel Addaini transfer etməyə yaxındır.

    Bu barədə Cənubi Kipr mətbuatında məlumat yayılıb.

    24 yaşlı qanalı sağ cinah hücumçusu ötən mövsümdən “Qarabağ”da çıxış edir. Onun transfer qiyməti 1.2 milyon avro məbləğində dəyərləndirilir.

    Qeyd edək ki, bu məlumat APOEL tərəfindən hələ rəsmən təsdiqlənməyib.//oxu.az

  • “Arsenal”ın futbolçuları zədələrini sağaldaraq məşqlərə qatılıblar

    İngiltərənin “Arsenal” klubunun müdafiəçisi Rikkardo Kalafyori və hücumçusu Kay Havertz zədələrini sağaldaraq kollektiv məşqlərə qatılıblar.

    “Report”un “The Athletic”ə istinadən məlumatına görə, futbolçular mövsümöncəsi son yoldaşlıq matçı ərəfəsində sıraya dönüblər.
    Qeyd edək ki, K.Havertz 2024/2026 mövsümündə meydana çıxdığı 36 matçda 15 qola, 3 məhsuldar ötürməyə imza atıb. 23 yaşlı müdafiəçi isə 29 görüşdə 3 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

  • İdmançımız Çində keçirilən Dünya Oyunlarında gümüş medalın sahibi oldu

    Azərbaycan karateçisi İrina Zaretska (68 kq) Çinin Çenqdu şəhərində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb.

    İdmançı finalda İsveçrə təmsilçisi Elena Quirici ilə qarşılaşıb.

    Həlledici görüşdə məğlub olan İ.Zaretska fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

  • “Omoniya”nın baş məşqçisi: “Nəticədən razı qaldım”

    Henninq Berq”Omoniya”nın baş məşqçisi Bakıdakı oyunun nəticəsindən razı qalıb.
    Report-un məlumatına görə, bunu Kiprin “Omoniya” komandasının baş məşqçisi Henninq Berq “Araz-Naxçıvan”a dörd cavabsız qolla qalib gəldikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
    Mütəxəssis dörd qol vurduqları üçün sevindiklərini söyləyib:
    “Qapımızda top görmədik. Evdə növbəti matça çıxmalı və işimizi tamamlamalıyıq. Nəticədən razı qaldım”.
    O, ot örtüyünün keyfiyyətinin yaxşı olmadığını söyləyib:
    “Burada oynamaq çətin idi. Lakin yaxşı qollar vurduq. Oyunçuların çıxışından razı qaldım”.
    Henninq Berq daha əvvəl avrokuboklarda “Qarabağ”la da qarşılaşdıqlarını xatırladıb:
    “Qarabağ” həmin vaxt daha təcrübəli kollektiv idi. “Arax-Naxçıvan” isə yeni qurulan komandadır. Bugünkü rəqibimiz əvvəlki mərhələdə çox yaxşı çıxış etmişdi. Biz bu nəticəni də asanlıqla əldə etmədik”.
    Qeyd edək ki, tərəflər arasında cavab görüşü avqustun 14-də Nikosiyada baş tutacaq.

  • İngiltərə klubu 21 yaşlı futbolçusuna 120 milyon avro qiymət təyin edib

    İngiltərənin “Brayton” klubu yarımmüdafiəçisi Karlos Balebanın transfer qiymətini 120 milyon avro təyin edib.

    21 yaşlı kamerunlu futbolçu Premeyer Liqanın digər təmsilçiləri “Mançester Yunayted” və “Mançester Siti”nin maraq dairəsindədir.

    Yarımmüdafiəçinin isə ən azı növbəti mövsümün sonuna qədər “Brayton”da qalmaq istədiyi bildirilib.

    Qeyd edək ki, K.Baleba 2024/2025 mövsümündə bütün turnirlərdə meydana çıxdığı 40 matçda 4 qol və 2 məhsuldar ötürmə müəllifi olub. Onun “Brayton”la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

    “Transfermarkt” oyunçunun dəyərini 40 milyon avro qiymətləndirir.
    //report

  • Türkiyə Superliqasında yeni mövsümə start verilir: “Qaziantep” “Qalatasaray”a qarşı

    Bu gün Türkiyə Superliqasında 2025/26 mövsümünə start veriləcək.

    Yeni mövsümün ilk turunun açılış matçında “Qaziantep”lə “Qalatasaray” klubları üz-üzə gələcəklər.

    Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

    Qeyd edək ki, “Fənərbağça”, “Başakşəhər” və “Beşiktaş” klublarının I tur oyunları avrokuboklar səbəbindən təxirə salınıb.

    8 avqust

    Türkiyə Superliqası

    I tur

    Saat 22:30, “Qaziantep” – “Qalatasaray”.

  • “Omoniya”nın baş məşqçisi: “Nəticədən razı qaldım”

    Henninq Berq”Omoniya”nın baş məşqçisi Bakıdakı oyunun nəticəsindən razı qalıb.
    Report-un məlumatına görə, bunu Kiprin “Omoniya” komandasının baş məşqçisi Henninq Berq “Araz-Naxçıvan”a dörd cavabsız qolla qalib gəldikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
    Mütəxəssis dörd qol vurduqları üçün sevindiklərini söyləyib:
    “Qapımızda top görmədik. Evdə növbəti matça çıxmalı və işimizi tamamlamalıyıq. Nəticədən razı qaldım”.
    O, ot örtüyünün keyfiyyətinin yaxşı olmadığını söyləyib:
    “Burada oynamaq çətin idi. Lakin yaxşı qollar vurduq. Oyunçuların çıxışından razı qaldım”.
    Henninq Berq daha əvvəl avrokuboklarda “Qarabağ”la da qarşılaşdıqlarını xatırladıb:
    “Qarabağ” həmin vaxt daha təcrübəli kollektiv idi. “Arax-Naxçıvan” isə yeni qurulan komandadır. Bugünkü rəqibimiz əvvəlki mərhələdə çox yaxşı çıxış etmişdi. Biz bu nəticəni də asanlıqla əldə etmədik”.
    Qeyd edək ki, tərəflər arasında cavab görüşü avqustun 14-də Nikosiyada baş tutacaq.

  • KL: “Araz” evdə böyük hesabla məğlub olub

    “Araz-Naxçıvan” bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununa çıxıb.

    Apa xəbər verir ki, Elmar Baxşıyevin başçılıq etdiyi kollektiv Bakıda Kiprin “Omoniya” komandası ilə qarşılaşıb.

    “Liv Bona Dea Arena”da keçirilən görüş saat 20:00-da başlayıb.

    4 qolun vurulduğu matçda “Araz-Naxçıvan” rəqibinə 0:4 hesabı ilə məğlub olub.

    Qeyd edək ki, komandalar arasındakı cavab oyunu isə avqustun 14-də Kiprdə baş tutacaq.

  • 21 yaşadək ən yaxşı gənc futbolçu adına namizədlər müəyyənləşib

    21 yaşadək ən yaxşı gənc futbolçu adına namizədlər müəyyənləşib.

    “France Football” nəşri “Kopa Trophy” mükafatını qazana biləcək oyunçuların adlarını açıqlayıb.

    Qısa siyahıya Pau Kubarsi, Lamin Yamal (hər ikisi “Barselona”, İspaniya), Ayyub Buaddi (“Lill”, Fransa), Dezire Due, Joau Neveş (hər ikisi PSJ, Fransa), Estevao (“Çelsi”, İngiltərə), Din Heysen (“Real”, İspaniya), Maylz Lyuis Skelli (“Arsenal”, İngiltərə), Rodriqo Mora (“Portu”, Portuqaliya) və Kenan Kenan Yıldız (“Yuventus”, İtaliya) daxil edilib.

    Səsvermədə “Qızıl top” mükafatının qalibləri iştirak edəcəklər. Hər bir şəxs namizədlər siyahısında üç oyunçu seçməlidir.

    Qeyd edək ki, ötən il Lamin Yamal mükafata sahib çıxıb.